Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

 
ŞUŞA ŞƏHƏRİNİN TARİXİ 
 
Müqəddimə 
 
Zahid demə: "Dünya nə sənindir, nə mənimdir",  
Sən sevmədiyin cümlə bu yerlər vətənimdir,  
Verməm vətənin bir qarışın yadlara əsla!  
Şəfqətli anamdır bu mənim, can verənimdir!.. 
 
Şuşa! Bu ad nə qədər əziz, doğma, munis və sevimli bir ad; nə qədər 
dilnəvaz və mehriban bir ana - vətəndir. Şuşa o qədər gözəl bir yerdir ki, 
onun adı qarşısında daima diz çökərək "xaki-payini" hörmətlə öpmək 
mənim  ən müqəddəs vəzifəm olub. Bu şəhərin uğrunda hər bir 
varlıqdan: candan, maldan, həyatdan və sairədən keçmək, al qanlara 
bulanmaq, məhv olmaq mənim üçün ən müqəddəs bir səadət və şərəfli 
bir haldır. 
Qarabağ dağlarından birinin ən yüksək zirvəsi olan bir yamac 
üzərində bina olunmuş bu şəhər ən mühüm strateji bir mövqe tutmuşdur. 
Şuşa  şəhəri Bakı, Gəncə  və başqa Azərbaycan  şəhərlərinə nisbətən 
həm yaşca çox gəncdir, həm də  həcmi etibarilə kiçik bir sahəni  əhatə 
edir. Buna baxmayaraq, keçən  əsrlərdə bu şəhər sənət,  ədəbiyyat, 
incəsənət, xüsusilə musiqi sahəsində Zaqafqaziyada ən mühüm və 
demək olar ki, birinci yer tutmuşdur. Qısa tarixi bir dövrdə  Şuşa 
şəhərində çoxlu istedadlı  şairlər, alimlər, müəllim və  sənətkarlar 
yetişmişdir. 
Molla Pənah Vaqif Şuşa mühitində  nəşvi-nüma tapmışdır. Qazax 
mahalında doğulsa da, Vaqifin dünyagörüşü, yaradıcılıq tərəqqisi 
Şuşada zirvəyə çatmışdır və "Hər oxuyan Molla Pənah olmaz" zərbi-
məsəli, ən yüksək ad və qiymətə Şuşa mühitində yüksəlmişdir. Şuşanın 
Vaqifləri, Zakirləri, Asiləri, Natəvanları, Aşıq Pəriləri, Kəminələri, 
Nəvvabları yetişmişdir. 
Şuşanın "Məhfili-üns" (məclisi-üns), "Məclisi-fəramuşan"ı bütün 
Azərbaycana səs salmışdır. Bu məclislərə Bakının "Məcməüş-şüəra", 
 
77


Şamaxının "Beytüs-səfa", Gəncə və başqa şəhərlərin ədəbi məclisləri 
dərin hörmətlə yanaşmışlar. 
Bu tarixi şəhərdə Hacı Hüsü, Məşədi  İsi,  Əbdülbaqi, Sadıqcan, 
Cabbar Qaryağdı  oğlu, Keçəçi oğlu Məhəmməd,  İslam Abdullayev, 
Seyid Şuşinski kimi müğənnilər, Mir Möhsün Nəvvab, Sadıqcan, Üzeyir 
Hacıbəyov kimi musiqişünaslar, Əhməd bəy Ağayev (Ağaoğlu Əhməd), 
Haşım bəy Vəzirov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, 
Fərhad Ağazadə  (Şərqli) kimi bir çox jurnalist, ədib və dramaturqlar 
dünyada məşhur və mərufdurlar. 
 
* * * 
 
Oxuculara təqdim olunan bu kiçik əsərdə doğma Şuşamızın ilk təməl 
daşı qoyulduğu gündən (1750-1751-ci illər) bu günə kimi keçirdiyi 
xoşbəxt günlərdən, eyni zamanda məyus və faciəli zamanlarından 
danışılacaqdır. Mən bu tarixi qeydləri yazarkən Mirzə Camalın 
"Qarabağ tarixi"ndən, Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sindən, 
A.Bakıxanovun "Gülüstani-İrəm" 
əsərindən, Məhəmmədhəsən 
Baharlının "Qafqaz tarixi", "Azərbaycan tarixi" əsərlərindən, 
R.İsmayılovun "Azərbaycan tarixi" və başqa müəlliflərdən istifadə 
etmişəm. Bundan başqa, bir çox arxiv materiallarından,  İran 
tarixlərindən, eləcə  də 70 illik həyatım  ərzində müşahidələrim,  şahidi 
olduğum faktları da qeydə almışam. Bəzi uydurma, mübaliğə çar 
hökumətinə yaltaqlanmaq, Qarabağ xanlarına düşmənçilik edənləri ört-
basdır edən (Əhməd bəy Cavanşir kimi) materiallardan ictinab etmişəm. 
 
Qərəz nəqşi əst gəz ma baz mabəd,  
Ke həstira nəhi benəm bəlaya. 
 
Tərcüməsi: Qərəz ki, bu bir nəqşdir ki, bizdən sonra qalar, çünki hər 
bir varlıq daima baqi qalan deyil. 
 
78


 
PƏNAH XAN KİM İDİ? 
 
Şuşa haqqında danışmaqdan qabaq onun bani və müəssisi olan Pənah 
xan haqqında bildiklərimi, yəni onun kim olduğunu  əsili-nəsəbi 
haqqında topladığını məlumatı qısaca olaraq qeyd etməyi lazım bildim... 
Qədim tayfalardan olan Cavanşirlərin əmirlərindən biri olan Pənahəli 
bəy bir müddət Gəncə xanlarının
1
 yanında eşik ağası  işlə-yirdi. Bir 
müddət işlədikdən sonra bu xidməti özünə "ar" hesab edərək oradan 
köçüb yenidən Qarabağın Cavanşir oymağına gəldi. 
Pənahəli bəyin var-dövləti günü-gündən artıb çoxalır. Bu səbəbdən 
də hörmət, şövkət və izzəti də artıb Qarabağda ən məşhur bir adam olur. 
O, Qarabağda evlənir, ailə sahibi olur. Yenicə doğulmuş oğlunun adını 
Əli qoyurlar. Ata-anasının sevgili övladı bir az sarışın olduğu üçün onu 
Sarıca  Əli deyə çağırırlar. Pənahəli bəyin  ətrafına toplanan nökər, 
çoban, ilxıçı və qeyri xidmətçilərdən ibarət yeni təşkil olunmuş obanın 
adını  bəyin sevimli oğlunun  şərəfinə Sarıcallı (Sarıca  Əlili) qoyurlar... 
Vaxt keçir Sarıca  Əlidən olan oğlu  İbrahim Xəlil ağa ata babasının 
dövlətini daha da artırır. O, Ağdamda bağ və mülk, Arazbarda və Araz 
qırağında mülk və yataq yerləri alır. Yaylaqda da özünə  məxsus bir 
imarəti var idi ki, bu "İbrahim Xəlil qalası" adı ilə məşhur idi. 
İbrahimxəlil ağanın iki oğlu var idi. Bunlardan birinin adı  Fəzləli 
bəy, digərinin adı  Pənahəli bəy idi. Hər ikisi cəsur, rəşid, bacanqlı  və 
ağıllı gənclər idi. 
İranda Nadir Qulu xan hakimiyyəti öz əlinə almış, Azərbaycanın bir 
çox yerlərini, o cümlədən, Cavanşir oymağını da işğal etmişdi. Adəti 
üzrə Nadir Qulu xan hər yerdə cəsur və rəşadətli gəncləri öz ordusuna 
cəlb edirdi. O, Cavanşir oymağından da İbrahimxəlil ağanın  oğlanları 
Fəzləli bəyi və  Pənahəli bəyi öz ordusunda xidmətə almışdı. 
Göstərdikləri  şücaətə görə Nadir şah Fəzləli bəyi  əvvəlcə naib, sonra 
eşik ağası  təyin etmişdi. Çox keçmədi ki, xain adamların fitvası ilə 
Fəzləli bəy öldürüldü. Onun vəzifəsini kiçik qardaşı  Pənahəli bəyə 
tapşırdılar. Çox keçmədi ki, xain və düşmən adamların fitnə və fəsadı ilə 
Nadir  şah Pənahəli bəydən də  şübhələndi və ona qarşı  rəftarı  dəyişdi. 
Nadir şahın ona qarşı olan qorxulu baxışlarından 
                                                           
1 Söhbət mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyindən gedir. 
 
 
79


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə