Azərbaycan diLİ VƏ tariXİ


İBRAHİMXƏLİL XANIN HAKİMİYYƏTİ DÖVRÜ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   25   26   27   28   29   30   31   32   ...   86

İBRAHİMXƏLİL XANIN HAKİMİYYƏTİ DÖVRÜ 
 
Hicri 1173 (1759)-cü ildə  Pənah xan Şirazda ikən  İbrahimxəlil xan 
Şuşa  şəhərində Qarabağ xanlığını idarə etməyə başladı. O, İran və 
Türkiyə hökumətlərinə boyun əymədən xanlığı müstəqil idarə edirdi. 
Bəzi tarixçilərin verdiyi məlumata görə  İbrahimxəlil xanın hakimiyyət 
təsiri  Şəki,  Şirvan, Gəncə, Təbriz, Naxçıvan,  Ərdəbil, Xoy, Qaradağ, 
Marağa, İrəvan, hətta Qaplanguh hakimləri üzərində də hiss olunurdu. 
İbrahimxəlil xan qonşu xanlarla dostluq və ittifaqda qohumluq və 
girov mübadiləsi üsullarından da istifadə edirdi. Məsələn, o, Car-
Balakən vilayətinin hakimi Nusəl xanın oğlu Ümmə (Ömər) xanın 
bacısı Bikə  ağa ilə evlənərək onunla son dərəcə  səmimi dost oldu. 
Zərurət zamanı ləzgilərdən ibarət cəsur əsgərlər qarabağlıların köməyinə 
gəlirdilər. Bir çox hallarda İbrahimxəlil xan Car-Balakəndən ciddi hərbi 
yardım almışdı. O, dağıstanlıların köməyi ilə Qaradağ vilayətinə  səfər 
etmiş  və müqavimət göstərən Kürdəşti alt-üst etmişdi. Həmin döyüşdə 
İbrahimxəlil xan Kürdəşt hakimi Mustafa xanı  əsir etmişdi.  İbrahim 
xanın  Şahsevənə, Xoya, Naxçıvana, Gəncəyə  və başqa vilayətlərə 
səfərlərində də Car-Balakən ləzgiləri iştirak edib şücaət göstərmişdilər. 
Şuşada daimi olaraq ətraf xanların girovları, eləcə  də  əsir və dustaq 
edilmiş çoxlu xan və xanzadələr saxlanılırdı. 
İranda özünü Vəkili-şahi-İran adlandıran və xeyli müddət hakimiyyət 
sürən Kərim xan Zənd 1194 (1779)-cü ildə  Şirazda vəfat etdi. Bu 
zamana qədər  Şirazda girov şərtilə saxlanılan Qacar Məhəmmədhəsən 
xanın oğlu Ağa Məhəmməd xan fürsətdən istifadə edərək qaçıb Cənubi 
Azərbaycana gəldi. O, bir neçə il müharibə edərək  İraq və Fars 
vilayətlərini tutdu. Tehranı özünə paytaxt edib hakimiyyətə başladı. 
Ağa Məhəmməd xan 1209 (1795)-cu ildə Arazı keçib Şimali 
Azərbaycanı,  Şuşa, Tiflis, İrəvan  şəhərlərini, Talış  və  Şirvanı  ələ 
keçirmək istədi. O, böyük ordu ilə hərəkət edirdi. Ağa Məhəmməd xan 
qardaşı Əliqulu xanı bir neçə Şahsevən xanları ilə bərabər İrəvan tərəfə 
göndərmişdi. Özü isə böyük bir qüvvə ilə Şuşa üzərinə hücum edirdi. 
 
92


Bu zaman Qarabağ xanlığı ilə Gürcüstan valisi II İrakli Naxçıvan, 
İrəvan,  Şirvan, Talış xanları arasında Ağa Məhəmməd xana itaət 
etməmək və  zərurət zamanı bir-birinə kömək xüsusunda saziş  və 
müqavilə bağlanmışdı. Bu səbəbdən  İbrahimxəlil xan öz ixtiyarında 
olan Qarabağ  əsgərlərindən bir hissəsini Tiflisə, bir hissəsini  şirvanlı 
Mustafa xana köməyə göndərmişdi; yerdə qalan atlı və piyadalarını isə 
Qarabağ dağlarında və Şuşa qalasında hazır vəziyyətdə saxlamışdı. 
1795 (1209)-ci ilin iyul ayında Ağa Məhəmməd xan güclü ordu ilə 
gələrək  Şuşanın 6 verstliyində olan Kövəxan düşərgəsində ordugah 
qurmuşdu. Tezliklə o, Şuşa şəhərini mühasirə etdi. Ağa Məhəmməd xan 
33 gün Şuşa  ətrafında oturub, gah hücum və yürüşlə, gah yağlı dil və 
gözəl vədlərlə, gah hədə  və qorxu ilə  İbrahimxəlil xanı itaətə  gətirib 
Şuşa  şəhərini  ələ keçirmək istədi. Lakin məqsədinə müvəffəq olmadı. 
Nəhayət, şirazlı Seyid Məhəmməd Ürfinin qəsi-dəsindən bir beyt alaraq 
bir qədər təbdil edib İbrahimxəlil xana göndərdi: 
 
Zi məncəniqi-fələk səngi-fitnə mibarəd,  
To əblahanə girifti miyanişişə qərar. 
 
(Fələkin məncəqindən fitnə daşı yağır,  
Sən axmaqcasına şişə içərisinə, sıxınmısan). 
 
Həmin təhqiranə  məktub  İbrahim Xəlil xana çatan kimi öz sevimli 
vəziri olan, bacarıqlı  və hazırcavab Molla Pənah Vaqifi çağırıb beytə 
cavab yazmasını tapşırır. Molla Pənah Vaqif öz növbəsində  Ağa 
Məhəmməd xanın məktubunun arxasında yazır: 
 
Gər nigəhdari-mən anəst ki, mən midanəm,  
Şişera dər bəğəli-səng nigəh midarəd. 
 
(Əgər məni qoruyan mənim bildiyimdirsə,  
O, şişəni daşın qoltuğunda mühafizə edər). 
 
Ağa Məhəmməd xan həmin cavabı alan kimi qəzəbnak olub Şuşa 
üzərinə qəti və inadlı hücuma girişdi. Şah bütün qüvvəsini ayağa 
 
93


qaldırıb, nə qədər ciddi-cəhd etdisə də, heç bir nəticə əldə edə bilmədi. 
O, qarabağlıların mərdanə müqavimətini sındıra bilmədi. Əksinə, onun 
hərbi düşərgəsi tez-tez qarabağlıların hücumuna məruz qalıb çoxlu 
tələfat verdi. Meşələrdə gizlənmiş qarabağlılar, Vərəndə, Xaçın və 
Dizaqdan olan ermənilər hər tərəfdən hücum edərək Ağa Məhəmməd 
xanın  əsgərlərini, qoşqu heyvanlarını  qırıb, sürsat gətirən karvanları 
qarət edirdilər. Onlar İranın müxtəlif vilayətlərindən Qızılbaş qoşunu 
üzün göndərilən  ərzaq karvanlarını dağıdıb,  ərzaq, at, qatır, dəvə  və 
başqa heyvanlarını əllərindən alır, özlərini də əsir edərək İbrahim xanın 
yanına göndərirdilər. 
Ağa Məhəmməd xan qorxuya düşüb öz vəzir və müşavirlərini yığıb, 
onlarla məsləhətləşdi və belə bir qərara gəldi: "...zərərin yarısından 
qayıtmaq da bir mənfəətdir. Müsibətli bir yerdən at başı qaytarmağın 
özü də bir nicatdır. Bu yerdə bir az da qalsaq, bizdən bir nəfər də olsun 
salamat geri qayıtmayacaq. Odur ki, köçüb getmək məsləhətdir..." 
Bu əsnada gəncəli Cavad xanla Çiləbörd məliki Məlik Məcnun Ağa 
Məhəmməd şahın yanına gəlib, məsləhət gördülər ki, "Şuşadan ona heç 
bir səadət yoxdur. Yaxşısı budur ki, şah həzrətləri  Şuşadan  əl çəkib, 
Gürcüstan üzərinə hərəkət etsin". 
Xatırladaq ki, Məlik Məcnun və Cavad xan müharibənin əvvəlindən 
orada olub Ağa Məhəmməd xana kömək edirdilər. 
Şah Məlik Məcnunun və Cavad xanın məsləhətini qəbul etdi. 
Şuşadan naümid olub geri çəkilmək barədə  əmr verdi. İran qoşunları 
məğlub və  qəmgin bir halda geri çəkildilər. Onlar əvvəlcə  Ağdam 
ətrafına cəmləşdilər, orada bir düşərgə düzəldib zahirən dincəlmək 
istədiklərini bildirdilər. Həqiqətdə isə Tiflis üzərinə hücuma 
hazırlaşırdılar.  İran qoşunlarının  Şuşanı 33 gün mühasirə edib ala 
bilməmələri Ağa Məhəmməd xanı bərk qəzəbləndirmişdi, orduda böyük 
ruh düşkünlüyü yaratmışdı. Ordunun ruhunu qaldırmaq, İranda özlərinə 
qarşı nifrəti azaltınaq üçün Məlik Məcnun və Cavad xanın bələdçiliyi ilə 
Ağa Məhəmməd xanın Tiflis üzərinə yürüşü başlandı. Ağdam ətrafında 
bir ay "istirahət" edərkən Ağa Məhəmməd xanın növbəti niyyətini 
İbrahim xan yaxşı hiss edirdi. İbrahim xan Gürcüstan valisini vaxtında 
xəbərdar etdi. O yazırdı: "Ağa Məhəmməd xan qalanı  (Şuşanı) işğal 
etməkdə aciz qalmışdı. Onun qoşununa, minik heyvanlarına və 
  
 
94


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə