Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   2   3   4   5   6   7   8   9   ...   86

olmayan camaat necə  rəyasətsiz ömür edirlər. Ona görə bu əmrdə xalqın 
iltimasını qəbul edir. Çünki müddətlər Nadir şah hökumətin görüb, təcrübə yolu 
ilə şəraiti-hökmdarlıqdan baxəbər idi. Şəxsən özünün və əşirəsinin səlahını həm 
bunda görər və belə  də olar. Ta zamani-ayəndə siyasəti-adilə  nə vaxt iqamə 
olmaz. Pənah xan xalqın xahişini qəbul edəndən sonra əvvəlcə mərkəz hökumət 
üçün bir mötəbər yer Şahbulağı intixab edirlər və  məhəlli-mərkəz Bayat 
mülkünü müqərrər edirlər ki, Pənah xan orada əyləşib, xalq yavaş-yavaş orada 
sükunət etsinlər. 
 
 
XƏMSƏ MƏLİKLƏRİ 
 
Hənuz Pənah xan rəyasəti başlanmamış lazım biliriz ki, zikr etdiyimiz 
məhdud Qarabağ dairəsində mövcud və erməni  əhlinə  şamil iddiayi-məniyyət 
edən  şəxslər kimlər olduğunu zikr edək. Erməni tayfasına müqabil beş  nəfər 
məlikzadələr olubdur ki, həmə vaxt səlatini-İranə ya dövləti-Osmani 
təsərrüfündə olan zaman Osmanlı sultanlarına təbəiyyət edib. Hər biri bir 
erməni səkənəsi olan dairədə  məhdud halətdə ermənilərə  nəzarət ediblər. O 
cümlədən: 1) Dizaq Cavanşirdə Məlik Aslan əcdadı İslam məzhəbi qəbul etmiş; 
2) Vərəndədə Məlik Cəmşid övladı ki, Pənah xan zamanı Məlik Şahnəzərdir; 3) 
Çiləbörd-Xaçın mahalında Məlik Məcnun, Məlik Mirzə xan və sairlər; 4) 
Tərtərbasar mahalında Məlik Dani və sair; 5) Gülüstanda, yəni Mirov dağının 
şimalı baxar üzündə  Məlik Usub və  Məlik Hüseyn övladı ki, Məlik Bəylərov 
dəxi o cümlədəndir... 
 
 
MƏLİK ŞAHNƏZƏRİN PƏNAH XANI  
MEHMAN DƏVƏT ETMƏYİ 
 
Şahbulağında neçə vaxt rahatlıq hasil olandan sonra Məlik Şahnəzər Pənah 
xanı Çanaqçı kəndinə qonaq təklif edir. Pənah xan güclü süvari ilə Çanaqçıya 
gedir. Neçə gün mehman olursa, Məlik Şahnəzər hüsni-ətvar və nəcabət kirdarı 
ilə mehmannəvazlıq  şərtini ifa edir və öz sidqi-əqidətini və xülusi-niyyətini 
mehmana izhar edir. Xan 
 
12


lazimeyi-rizayət və  məmnuniyyət edəndən sonra Şahbulağına müraciət edən 
zaman Məlik  Şahnəzər  Şuşa kəndinədək ötürmək istər.  Şuşa kəndinin 
həvalisinə yetdikdə xan vaxtı ilə qala yerini nəzərə götürər ki, vaqiə xudadadi 
bir hüsni-həsindir. Bu xüsusda məlik ilə  nə söhbət keçirsə, məlik o yeri xana 
məsləhət bilir. Xan həm riza-mənlik söylər. Məxfi qalmasın ki, qala yeri Şuşa 
kənd əhlinin qaramal saxlamaq binə yeri olubdur. 
 
 
PƏNAH XANIN GƏNCƏBASARA GETMƏYİ 
(təxminən 1167-ci sənə) 
1
 
Məlik  Şahnəzər qonaqlığından gələndən sonra xan neçə min süvari cəm 
edib Qarabağın  şimalına tərəf hərəkət edir. Axır nöqtə Qarabağ hesab olunan 
Molla Vələdli kəndində  mənzil edib, Talış ya Gülüstan məliklərindən  əhval 
cuya olar. Məlum olar ki, o məliklərdən fəqət qoca Məlik Yusif qalır. O da 
Ağca qala hasarında mütəhəssin olub, xaricdən əlaqəsini kəsibdir. Məlik Yusifə 
xanın gəlməyi xəbər verilən kimi hüzura gəlib, izhari-iradət və itaət edir. 
Molla Vələdlidə oturan zaman xan hər gün Gəncəbasarın bir tərəfinə gedib, 
xalqın güzarişindən və Nadir şah vəfatından sonra siyasi halatından məlumat 
hasil edir. Məlum ola ki, İran məmləkəti bisahib qaldığına valiyi-Gürcüstan 
özünü  İslam padşahlarının təbəiyyət zəncirindən azadə hesab edib, qədimül-
əyyamdan Gürcüstana mail və Qafqaziyyənin sair guşəsindən qafil Gəncəbasar, 
Şəmsəddinli və Qazax camaatlarının himayət edib, onlar ilə əlaqədar olubdur, 
ta vəzi-dünya gələcəkdə  nə surət göstərə. Bu məni mühəqqiq olandan sonra 
Pənah xan vəcheyi-hümmət edir ki, gahgahi Gəncəbasara həmlə gətirsin. Pənah 
xan Gəncə həvalisində cilvə etməyi Gəncə əhli vali hüzuruna xəbər verirlər. 
                                                           
1
 
1167-ci hicri ili 1753-cü miladi ilə bərabərdir
 
 
 
13


 
ŞUŞA QALASININ BİNASI 
 
Gəncə sahəsinin məlumatından sonra Pənah xan ətraf hakimlərin və 
sair xudsər və qarətgər tayfaların halından xəbərdar ikən və  hənuz 
məmləkəti-İranda bir tacidar, müstəqil zühur etməsini mülahizə edibən 
ki, Qarabağ kimi böyük bir əyalətin hifz və himayəsini dər öhdə alıb 
əhali üçün hənuz bir siyasəti-möhkəm təyin etməmiş  və  əsasi-
müstəhkəm mərkəz rəyasət naminə  əmniyyətli bir yerdə qurmamış, 
qəflətən bir qəvi düşmən Qarabağın üstünə  gələrsə, hər ayinə  əhali 
pamal olub. Mən öz zəhmətimə  qəbul etdim ki, fərizə  hədər gedər. 
Yaxşıraq bu ki, bu gündən mərkəz rəyasət və sükunət xəyalında olanlar 
Şahbulağından  Şuşa kəndinin binə yerinə köçməyinə  əmr verilsin və 
belə də olar. 
 
 
ŞUŞA ŞƏHƏRİNƏ KÖÇMƏK 
 
Köç başlanmaq ilə  Pənah xan şəhərin yerinə baxıb öz şəxsi 
dəstgahından ötrü bir tərəfdən güşadə  və  vəsi bir qitə yerdə, daş  və 
əhəng ilə bir möhkəm hasar çəkdirib  əvvəl xaricdən  əndərun, daxil 
yerdə neçə pişxidmət otaqları  və yemək mənzili, sonra özündən ötrü 
mötədid otaqlar, qonaq otaqları, ondan sonra hərəmxana otaqları, 
hamam, məscid, sonra bir böyük mətbəxxana təmir etdirir. (Bu dairə 
sonra  Əhməd xan oturan evdir.) Bu hasara yavuq göz qabağında bir 
müsəttəh divan otağı, sonra məhdud bir surətdə xaricdən baxan bir 
mənzərədə otaqlar yapdırar, xaricdən varid olanları görməkdən ötrü. (Bu 
otaqlar Mehdiqulu xan oturan xoş  mənzərə evlərdir.) Ondan sonra 
məşriq tərəfdən qaya başında otaqlar yapdırır. (Məhəmmədhəsən ağa 
oturan evlərdir.) Sükunət fikri ilə  gələnlər dəxi hər kəsi öz əhvalına 
münasib yerdə özü üçün məskən və  məva bina edirlər.  İbtidada hamı 
müsəlman səkənəsi olduğuna orta hesab olunan bir yerdə böyük məscid, 
mütəəddid hamamlar, bazar yeri və sair ləvazimatı-şəhriyyə hər tərəfdən 
inşa olunar. 
Bu məmurənin adını  Pənah xan özü üçün Pənahabad adlandırar. 
Buraxdığı gümüş pulun adını  Pənahabad söylər ki, İran pulu yarım 
qran
1
 olur. 
                                                           
1
 
İranda 1826-1932-ci illərdə kəsilmiş gümüş sikkə. Çəkisi 7 qram, nominal dəyəri 1000 dinara bərabər idi. 
 
 
14


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə