Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

başqa ləvazimatma hədsiz ziyan dəymişdir. O, bu məğlubiyyəti 
düzəltmək üçün Tiflisi almaq və Gürcüstan kəndlərini qarət etmək 
xəyalındadır. Onun fəsad və istilasının qarşısını almaq tədarükündə 
olun!" 
Ağa Məhəmməd xan sentyabrın  əvvəlində  Ağdamdan hərəkət etdi. 
Qoşunun qabağında Məlik Məcnunun dəstəsi gedirdi. Nəhayət, onlar 
Gürcüstan sərhədinə yetişdilər. Bu zaman II İrakli ilə gürcü knyazları 
arasında çəkişmə  və ziddiyyətlər var idi. Bunun üçün də gürcülər Ağa 
Məhəmməd şaha qarşı qüvvələrini birləşdirə bilmədilər. 
Vali II İrakli az bir qüvvə ilə güclü düşmənin qarşısına çıxmışdı. 
1795-ci ilin 12 sentyabrında müxtəsər bir vuruşmadan sonra İran 
sərbazları Tiflisi alıb, qarət və talan etdikdən sonra onu yandırdılar. Heç 
bir tarixdə  Ağa Məhəmməd xanın Tiflisdə gürcü xalqına etdiyi zülmə 
bənzər bir hadisə görsənməmişdir. Ağa Məhəmməd xan Tiflisi 
xarabazara döndərdikdən sonra yerli xalqdan çoxlu əsirlə Azərbaycana 
qayıtdı. O, Muğanda qışlayıb yazda İrəvan üzərinə hücum etmək, sonra 
yenidən Şuşaya divan tutmaq qərarına gəlmişdi. 
Elə bu zaman İran vilayətlərində  Ağa Məhəmməd xana qarşı 
dönüklük və iğtişaş başladı. Bu səbəbdən Ağa Məhəmməd xan İrəvana 
yürüşdən imtina edib İrana qayıtmaq qərarına gəldi. Həqiqətdə  də 
İrandakı üsyan bütün Gilan və İraq sahələrini əhatə etmişdi. Üsyançılar 
fars  əyalətlərini tutduqdan sonra Cənubi Azərbaycan üzərinə yürüşə 
başlamışdılar. Qacar İrandakı  iğtişaşı yatırmaq üçün səfər edərkən 
İbrahimxəlil xan ətrafında nizam və intizamı  bərpa etməyə başladı. O, 
Car-Balakəndən güclü ləzgi qoşunu gətirib, Gəncə şəhəri üzərinə yürüş 
edib  şəhəri mühasirəyə aldı.  İbrahim Məlik Məcnunu və Cavad xanı 
cəzalandırmaq üçün hərbi əməliyyata başladı. 
İbrahimxəlil xana vali II İrakli də kömək edirdi. Şiddətli vuruşma 
nəticəsində Məlik Məcnun öldürüldü, Cavad xan isə öz oğlunu və qızmı 
girov  şərtilə  İbrahim xanın yanına göndərib üzr istədi. Cavad xan bir 
daha İbrahim xanın itaətindən çıxmamağa və həmişə ona sadiq qalacağı 
barədə əhdnamə bağlayaraq canını qurtardı. 
Ağa Məhəmməd xanın  Şuşaya və Tiflisə hücumundan sonra istər 
vali II İrakli, istərsə də İbrahimxəlil xan Rusiyadan kömək istədilər. 
Bu zaman Rusiya imperatriçəsi II Yekaterinanın  əmri ilə general 
anşef Valerian Zubov 30 minlik bir ordu ilə Qafqaza gəldi. Onlar 
  
 
95


Dərbənd  şəhərini işğal edib, buradan da Şirvan istiqamətində  hərəkət 
etdilər.  İbrahimxəlil xan generalın gəlməsini eşidən kimi öz oğlu 
Əbülfət xanı bir neçə  bəyzadə  və çoxlu hədiyyə ilə general Zubovun 
yanına göndərib Rusiya dövlətinə tabe olacağını  və bu sahədə sadiq 
qalacağını bildirdi. Eyni zamanda, İbrahimxəlil xan imperatriçənin 
adına dəxi bir ərizə yazaraq general Zubova təqdim etmişdir. General 
Zubov  Əbülfət xanı  və onunla gəlmiş  bəyzadələri çox hörmətlə  və 
ehtiramla qəbul edib, İbrahim xanın ərizəsini Peterburqa II Yekaterinaya 
göndərdi.  İbrahimxəlil xanın məktubundan imperatriçə çox şad oldu. 
İbrahimxəlil xana çox qiymətli hədiyyələr və bəxşişlər göndərdi, Molla 
Pənah Vaqif üçün də cavahiratla bəzənmiş bir əsa göndərdi.  İbrahim 
xanın Rusiyaya meyli yayıldıqda, Azərbaycan xanlarının bir çoxu 
Rusiya dövləti himayəsinə keçmək qərarına gəldilər. Əvvəlcə Gürcüstan 
valisi II İrakli, sonra Talış xanı Mir Mustafa xan, gəncəli Cavad xan, 
eləcə  də  İrəvan, Naxçıvan, Xoy və Qaradağ xanları da şövqə  gələrək 
ərizə yazaraq İbrahim xan vasitəsilə general Zubova, oradan da rus 
çariçasına göndərdilər. 
Təəssüf ki, 1796-cı il noyabr ayının 6 (18)-da II Yekaterina vəfat 
etdi. Onun yerinə çarlığa başlayan Pavel general Zubovu Qarabağdan 
geri çağırdı. 
General Zubovun Rusiyaya qayıtmağı  İbrahim xanı çox mütəəssir 
etdi. 
Heç bir hədə, qorxu, müharibə  və  təklif olmadığı halda, İbrahim 
Xəlil xanın öz xoşu və istəyi ilə ms dövləti himayəsinə keçmək arzusu 
Ağa Məhəmməd  şah Qacarı (Qacar 1796-cı ildə tacgüzarlıq məclisi 
keçirib özünü İran şahı elan etdi) artıq dərəcədə qəzəbləndirmişdi. Odur 
ki, general Zubovun Qafqazdan geri qayıtması  Ağa Məhəmməd  şah 
Qacarın məqsədinə uyğun və əlverişli oldu. O, hədsiz-hesabsız fars, İraq 
sərbazlarını,  Şahsevən xanlarını ayağa qaldırdı. Birinci məqsədi  Şuşa 
qalasını alıb  İbrahim xanı  cəzalandırmaq idi. Bu zaman Qarabağın 
iqtisadi vəziyyəti quraqlıq üzündən çox ağır idi. Hər yerdə aclıq hökm 
sürürdü. Yoluxucu xəstəliklər yayılmışdı. 
Belə bir şəraitdə Ağa Məhəmməd şah Qarabağ ərazisinə daxil oldu. 
İbrahim xan Şuşanı  hərbi yolla müdafiə etməyin mümkün olmadığını 
gördü. Xan öz əhli-əyalını, yaxın dost və qohum-əqrəbalarını, onun 
yolunda canından keçməyə hazır olan xanzadə və bəyzadələri, 
  
 
96


onların əyal və övladlarını götürüb qaladan çıxdı və Car-Balakənə doğru 
hərəkət etdi. 
Qacar Araz kənarında ikən ona İbrahim xanın Şuşadan çıxıb getməsi 
xəbərini verdilər.  Şah təcili olaraq İbrahim xanı tutmaq üçün hərbi 
qüvvə göndərdi, eyni zamanda Balakən ləzgilərinə fərman yazdı. 
Ağa Məhəmməd şah İbrahim xanın ardınca öz nədimi Səfərəli bəyi 
iki min atlı ilə yola salmışdı. Səfərəli bəy  İran sərbazları, sərkərdə  və 
xanları ilə birlikdə  Tərtər çayı  kənarında  İbrahim xanın köçünə rast 
gəldilər. Döyüş vaxtı  İbrahim xana qalib gələ bilməyən Səfəralı azca 
qarət və  qənimətlə geri qayıdır.  İbrahim xan Kür çayını keçərək Car-
Balakən istiqamətində hərəkət edir. 
Yolda Car və Tala ləzgilərindən şahın əmrinə tabe olan bəzi adamlar 
onlara maneçilik törədib, yolu kəsmək istədilərsə  də,  İbrahim xanın 
əyalı olan dağıstanlı Ümmə xanın bacısı Bikə  ağa onlara nəsihət və 
məzəmmət edib yolkəsənləri geri qaytardı. Bundan sonra İbrahim xan 
maneəsiz olaraq Car və Tala-Balakən torpağına daxil oldu. 
Ağa Məhəmməd  şah mübarizəsiz və maneəsiz  Şuşa  şəhərini işğal 
etdi. Şəhəri alan kimi nüfuzlu və məşhur adamlarını tutub həbs etdi ki, 
onları  tənbeh edib ağır cəza versin... Rəvayət vardır ki, şah dəmirçi 
çağırıb çoxlu mıx və nal qayırmasını əmr etdi. Məqsəd o idi ki, ucları şiş 
olan mıxları atların ayağına vurdurub həbsə alınmış  şuşalıların sinəsi 
üstdən at sürmək və cıdıra çıxmaq yolu ilə onları həlak etsin. Qayrılacaq 
nalları isə  həbsdə olan bəzi nüfuzlu şəxslərin  əllərinə  və ayaqlarına 
vurdurmalı idi. Şuşa  şəhəri yas və matəm içində idi. Şah xidmətçisi 
Abbas bəydən su istəyir. Abbas bəy onun sözünü eşitmir. Şah "mənim 
sözümü eşitməyənin qulağı kəsilməlidir" - deyə Abbas bəyin qulağının 
kəsilməsinə  əmr verir. Bununla kifayətlənməyən  şah sabah ağır cəza 
verəcəyi ilə hədələyir... 
Bu zaman böyük bir qoşunla  İbrahimxəlil xanı tutub gətirilməyə 
göndərmiş  Səfərəli bəy  əliboş qayıdıb  şahın yanına gəlir. "...Hanı 
İbrahim xan?" - deyə  Ağa Məhəmməd xan qəzəblənir. Səfərəli bəy 
cavabında: "- Şahım! Biz Tərtər çayının qırağında ona yetişdik. Onlar 
çox olduqlan üçün bizə qalib gəldilər" - deyə cavab verir. 
Bu cavabdan şah daha da qəzəblənir: "Yalan deyirsən, yalan! 
İbrahim xan Şuşadan qaçarkən cəmi 200 nəfər adam aparıbdır ki, 
onların da çoxu qadın və uşaqlardır. Görünür ki, tülkü kimi qorxub 
  
 
97


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə