qaçmısan. Get, eybi yoxdur, sabah bu Abbas bəylə öz mükafatınızı
alarsınız..."
Şah danışır, danışdıqca da hiddətlənib, son sözlərini ifadə edirdi: "-
Sabah burada bir qan tökəcəyəm ki, Bağrıqan dağının dibindən əl-aman
sədaları asimana bülənd olsun. Sabah burada bir qan tökə-cəyəm ki,
hüccac ibn Yusif qəbirdən baş qaldırıb mənə əhsən desin. Sabah gərək
Qarqar çayında su yerinə insan qanı axsın. Sabah fələyin qüdrətli və
işıqlı padşahı başını Şərq qapısından çıxardarkən, mən də sizin bu
mənhus başınızı alçaq vücudunuzdan ayırıb, bütün aləmə ibrət olmaq
üçün şuşalıların kəlləsindən iki böyük minarə quraraq, birinin başına,
Abbas bəy, sənin, o birinin isə bu Səfərəli bəyin başını nəsb edəcəyəm!
Di gedin!".
Belə rəvayət vardır ki, İbrahimxəlil xan Şuşadan gedərkən bir çox
adamları, o cümlədən, Molla Pənah Vaqifi müəyyən tapşırıqla Şuşada
saxlatmışdı.
Əvvəlcədən Vaqifin Səfərəli bəylə əlaqəsi olmuşdur. Güman ki,
şahın həmin gecə öldürülməsi yalnız onun qəzəblənməsi ilə deyil,
əvvəlcədən düşünülmüş və Vaqifin rəhbərlik etdiyi sui-qəsd nəticəsi
idi...
Gecədən xeyli keçmişdi. Yuxunun ən şirin və ən ağır bir çağı idi. Bu
zaman Abbas bəylə Səfərəli bəy əldə xəncər şah yatan otağa girib
Qacarın başını kəsərək, onun bədəninə də bir neçə yerdən yara vurdular.
Abbas bəy birinci olaraq xəncəri şahın ürəyinə soxarkən şah qəzəb və
həyəcanla son nəfəsində demişdi: "Ey xanə xərab, İranda viran kərdi"
(Yəni: "Ay evi dağılmış, İranı viran elədin").
Qatillər şahın tacını, bazubəndini və həmailini götürüb şahın baş
sərkərdəsi Sadıq xan Şəqaqinin yanına gəldilər. Əhvalatı söylədilər.
Lakin Sadıq xan onların sözünə inanmadı.
Abbas bəy və Səfərəli bəylə birlikdə Məhəmmədhəsən ağanın evinə,
şahın yataq otağına yollandılar. Sadıq xan içəri girən kimi öz adəti üzrə
baş endirib təzim etdi. Bu zaman Səfərəli bəy irəli yeriyib yorğam şahın
üstündən götürdü. Sadıq xan Şəqaqi şahın kəsilmiş başını və cəsədini
gördü. Sadıq xan qorxuya düşdü. Öz iqamətgahına qayıdan kimi yaxın
adamlarını və əsgərlərini toplayıb belə bir yalançı şayiə yaydı ki, "Şah
məni məmur edibdir ki, İbrahim xanı tutub gətirəm". Bu sözlərlə gecə
ikən şahın tacını, bazubəndini və həmai-
98
lini götürüb qoşunla şəhərdən çıxdı, şahın qatillərindən Abbas bəyi özü
ilə bərabər apardı. Sadıq xanın getməsindən bir neçə saat sonra şahın
ölüm xəbəri Şuşaya yayıldı. İran sərkərdə və sərbazları qorxudan
dəhşətə düşüb Şuşanı tezliklə tərk etməyə çalışırdılar.
Dünənə qədər qorxu və əsarət zənciri ilə əl-ayaqları bağlanmış
şuşalılar şahın ölüm xəbərini eşidən kimi şirə döndülər. Onlar hakimsiz
qalmış iranlıların üzərinə düşdülər. şahın yaşadığı bina qarət olundu.
Sonra şuşalılar İran xanlarını, sərkərdə və sərbazları tərksilah edib
onların qarət etdikləri şeyləri əllərindən aldılar. Hətta bəzi sərbazları
soyundurub şəhər hasarından bayıra çıxarırdılar. Sərbazlar canlarını
qoruyub gözyaşı içində deyirdilər: "Babacan! Mənim ailəm var, əyalım
var, körpə uşaqlarım var. Mənə rəhm elə! Məni öldürmə, burax evimə
gedim, məni bura zorla gətiriblər".
Dünyanın ən dəhşətli müstəbidlərindən biri olan Ağa Məhəmməd şah
Qacarın qaniçən, soyğunçu ordusu Şuşa şəhərində beləcə süqut etdi.
Şahın öldürüldüyü həmin saatlarda İbrahim Xəlil xanın qardaşı oğlu
Məhəmməd bəy öz dəstəsilə meydana çıxdı. O, şahın yaşadığı binanı
tutaraq şahın xəzinəsindən qalan hər nə varsa öz evinə daşıtdı. Ağa
Məhəmməd şahın başını isə Məhəmməd Rəfi bəy vasitəsilə Balakənə
əmisi İbrahim xana göndərdi.
Məhəmməd bəy şahın həbsə aldığı şuşalıları, o cümlədən, Molla
Pənah Vaqifi həbsdən azad etdi. M.P.Vaqif həbsdən azad olan kimi
aşağıdakı misralarla başlayan məşhur şerini yazaraq dostu Molla Vəli
Vidadiyə göndərdi:
Ey Vidadi! Gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzigara qıl tamaşa, karə bax, kirdarə bax!
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü-adil padşahi-qadiri-qəhharə bax!
Sübh söndü, şəb ki xalqa qiblə idi bir çiraq,
Gecəki iqbalı gör, gündüzki idbarə bax!..
Molla Pənahın şerində "Payimal oldu təpiklərdə, səri-sərdarə bax!"
misrasının mənası budur ki, şahın zülmündən cana gəlmiş şuşalılar şahın
başını ayaq altına salıb təpikləyə-təpikləyə şəhərin aşağı hissəsində olan,
Çuxur məhlədən (Məhəmmədhəsən ağanın
99
evindən) meydana və oradan da "Divanxana" yerləşən bazar başına
qədər gətirmişdilər...
Vaqifin şerində həm də "Mıxı mismara döndərən Tanrı var" misalına
işarə olunur. Yuxarıda şahın dəmirçiyə cəza məqsədi ilə çoxlu mıx və
nal düzəltməyi əmr etməsini demişdik. Bu dəfə hadisədən iki gün
keçmiş həmin dəmirçini çağırıb ona tapşırdılar ki, şahın tabutuna
çalmaq üçün mismar hazırla...
İbrahim xanın Balakəndə olmasının 22-ci günü idi. Bu zaman
Məhəmməd Rəfi Ağa Məhəmməd şahın başım xana gətirdi. İbrahim xan
dərin fikrə getdi və şəriət qaydaları ilə şahın başını Car qəbiris-tanında
dəfn etdirdi. Lakin Mirzə Adıgözəl bəyin rəyincə İbrahim xan şahın
başını Gürcüstana II İrakliyə hədiyyə kimi göndərmişdir.
Şahın ölümünü yəqin edəndən sonra İbrahimxəlil xan bir neçə ay
Qarabağa gəlmədi. Bu dövrdə əlinə çoxlu variyyət düşmüş Məhəmməd
bəy Cavanşir cavanlıq qüruru ilə, eləcə də bir para dələduz və müfəttin
şəxslərin fitvasına uyub hökmranlıq xəyalına düşdü. Məhəmməd bəy öz
yerini möhkəmləndirmək və hər sahədə möhkəm və asudə olmaq üçün
"İbrahim xan tərəfdarı" hesab etdiyi şəxsləri sıradan çıxarmağa başladı.
Məhəmməd bəy hər kəsdən artıq Molla Pənah Vaqifdən qorxur və
ondan şübhələnirdi. O, Vaqifin xalq arasındakı nüfuzunu yaxşı bilirdi.
Vaqif həm də İbrahim xana sadiq bir vəzir idi.
Rəvayət olunur ki, şahın ölümündən sonra Vaqifin İbrahim xana
göndərdiyi bir məktub Məhəmməd bəyin əlinə keçir. Molla Pənah Ağa
Məhəmməd şahın ölümü ilə əlaqədar İbrahim xanı təbrik edib ona
gözaydınlığı verməklə "Qarabağın hökmranlığı səni gözləyir" - deyə
onu tezliklə Şuşaya qayıtmağa çağınrdı. Onsuz da Vaqifdən şübhələnib
onu öldürməyə bir bəhanə axtaran Məhəmməd bəyin əlinə əlverişli
imkan düşür. Məktubu əldə əsas tutaraq Vaqifin öz oğlu Əli ağa ilə bir
yerdə öldürülməsi haqda əmr verir. Bununla kifayətlənməyən
Məhəmməd bəy Vaqifin evini talan edib yandınr. Beləliklə, Məhəmməd
bəy rəqiblərini aradan götürüb geniş qol-qanad açır.
Vəziyyətdən xəbərdar olan İbrahimxəlil xan Məhəmməd bəyi
sakitləşdirmək üçün tədbirlər görür. Əvvəlcə oğlu Mehdiqulu ağanı bir
neçə nəfər bəyzadə və xanzadələri ilə Şuşaya göndərdi. Mehdiqulu
xanın Şuşaya gəlməsi Məhəmməd bəyi təşvişə saldısa da, o,
100
Dostları ilə paylaş: |