Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   28   29   30   31   32   33   34   35   ...   86

üzdə "Səmimiyyət və  məhəbbət"dən dəm vurdu. Ozünü İbrahim xana 
çox sadiq bir adam kimi göstərdi. Həqiqətdə isə hakimiyyət ehtirası onu 
sərxoş etmişdi. Mehdiqulu ağa istər  Şuşada, istərsə  də bütün 
Qarabağdakı vəziyyəti barədə atasını xəbərdar etdi... Məhəmməd bəy də 
İbrahim xanın qayıdıb gəlməsindən ehtiyat etməyə başladı. Ağa 
Məhəmməd  şahın sarayından və Qarabağdan  əlinə keçmiş çoxlu qızıl, 
gümüş  və cavahiratın başqalarının  əlinə keçməsindən qorxan 
Məhəmməd bəy onları gizlətmək qərarına gəldi. Bu şeyləri iki nəfər 
erməni ilə götürüb şuşalıların qırxpilləkən dedikləri yerdən Daşaltı 
çayına yendirdi, oradan Kirs dağı istiqamətində bu xəzinəni meşədə 
basdırdı. Qayıdan başı  xəzinənin sirri açılmasın deyə, qırx pilləkəndən 
çıxarkən erməni nökərləri öldürdü... İndi də həmin sərvətin basdırıldığı 
yer Xəzinə qayası adlanır. 
Məhəmməd bəy bundan sonra İbrahim xanla necə  rəftar edəcəyi 
barədə düşündü. O, Qarabağ ellərinin bir neçəsini köçürüb Araz 
kənarına apardı və üsyankarlıq mövqeyi tutdu. Bunu eşidən İbrahim xan 
böyük oğlu Məhəmmədhəsən ağanı 500 nəfər dağıstanlı qoşunu və 
Qarabağ  sərkərdələri ilə  Şuşaya göndərdi. Hər bir hazırlığı görüb 
rahatlanmış Məhəmməd bəy Kirs dağına gedərək orada rahatca istirahət 
edirdi. 
Məhəmmədhəsən ağa  əsgər və yoldaşları ilə  Şuşanın alt tərəfindən 
keçərək Kirs dağının 2-3 verstliyində dayandı. Məhəmmədhəsən ağanın 
gəlməsini eşidən  şuşalılar və qarabağlılar dəstə-dəstə onun görüşünə 
gəlir, əlini öpür, ixlas göstərirdilər. 
Məhəmməd bəy təşviş içində ikən Məhəmmədhəsən ağa adam 
göndərib onu öz yanına çağırdı. Bu dəvətdən qorxan Məhəmməd bəy 
Məhəmmədhəsən ağanın yanına gəldi, onun əlindən öpüb yanında qaldı. 
Məhəmmədhəsən ağa Məhəmməd bəyin hökmranlığı dövründə fitnə 
və fəsad düzəldib şuluqluq salan fırıldaqçılardan bir neçəsini tutub onun 
gözü qarşısında cəzalandırdı. Sonra bütün Qarabağ  əhlinə müraciət 
göndərərək onları "...Öz işində, öz kəsbikarında olmağa, hər kəsin öz iş 
və peşəsilə  məşğul olmağa, fitnəkarlıq və  şuluqluqdan"  əl çəkməyə 
çağırdı. Qarabağda yenidən əmin-amanlıq bərqərar oldu. 
Məhəmməd bəy Məhəmmədhəsən ağa tərəfindən xatircəm 
edildikdən sonra özünü xanın başqa yaxın adamları kimi sakit aparmağa 
 
101


başladı. Bununla belə  əlində olan saysız varidat Məhəmməd bəyi sakit 
buraxmır. O, çoxlu sərvət götürüb İbrahim xan gələnə kimi Kür sahilinə 
gedir. Fürsətdən istifadə edən hiyləgər Şəki xanı Məhəmmədhəsən xan 
Məhəmməd bəylə dostluğa başlayır. Məhəmmədhəsən xan qızım və 
xanlığı ona vəd edir: "Mən bir kor kişiyəm. Özümün də bir nəfər 
qızımdan başqa bir kəsim yoxdur. Şirvan hakimi Mustafa xanın 
hökmlərindən cana gəlmişəm. Gəl, qızımı  sənə verim və  səni də öz 
yerimdə  Şəki xanı  təyin edim". Şöhrət düşkünü Məhəmməd bəyi bu 
vədlər aldatmışdı... Şəkidə Məhəmməd bəy həbs olundu. Şirvan hakimi 
Mustafa xan Məhəmməd bəy ilə ədavətli və qanlı idi. Çünki Məhəmməd 
bəy onun atasını  və qardaşını öldürmüşdü. Məhəmməd bəyin  Şəkidə 
dustaq olmasını  eşidən kimi Məhəmmədhəsən xanın yanına adam 
göndərib Məhəmməd bəyi istədi. Xain, alçaq və hiyləgər olan 
Məhəmmədhəsən xan dərhal Məhəmməd bəyi Mustafa xana göndərdi. 
Mustafa xan da onu namərdliklə facianə bir surətdə öldürdü. 
 
 
İBRAHİM XANIN BALAKƏNDƏN ŞUŞAYA  
GƏLMƏSİ VƏ BAŞQA HADİSƏLƏR 
 
Balakəndə 2-3 ay qalandan sonra İbrahim xan böyük əzab və fəlakət 
içərisində olan Qarabağa qayıtdı. Bir tərəfdən təbii fəlakət, digər 
tərəfdən Ağa Məhəmməd  şahın sərbazları  tərəfindən qarət və talan 
edilməsi nəticəsində Qarabağda ağır bir yoxsulluq yaranmışdı. Əhalinin 
bir hissəsi qaçıb başqa yerə dağılmışdı. Ətraf xanlar da üzdə onun dost 
olmalarına baxmayaraq, bu ağır günlərdə Qarabağa heç bir yardım 
göstərməmişdilər. Əksinə, bir çox halda Qarabağın ətraf kəndlərini talan 
və qarət etməkdə idilər. 
Ağa Məhəmməd  şah Qacar öldürüləndən sonra Şiraz hakimi Ağa 
Məhəmməd  şahın qardaşı  oğlu Sərdar Baba xan adlanan Fətəli  şah 
Qacar Tehrana gələrək vəsiyyətə görə  İran  şahlığını  ələ almışdı. O, 
tezliklə İranın hər yerində nizam-intizamı bərpa etməyə müvəffəq oldu. 
Şah  İbrahim xanın yanına elçilər göndərib Ağa Məhəmməd  şahın 
cənazəsini tələb etdi. Xan İrandan gələn elçilərə lazımi hörmət göstərdi. 
Ağa Məhəmməd şahın cənazəsini hörmətlə İrana yola saldı. 
  
 
102


Fətəli  şah  İbrahimxəlil xanın bu hərəkətindən razı qaldı, onun 
Tehrana  şahı  dəfn etməyə  gələn adamlarına bəxşiş  və  xələtlər verərək 
hörmətlə Qarabağa yola saldı. Eyni zamanda, İbrahim xana qılınc və 
qızıl yəhər göndərərək Qarabağdan  əlavə, Qaradağ vilayətinin bütün 
mədaxilini onun ixtiyarına verdi. Eyni zamanda, İbrahim xanla qohum 
olmaq arzusunu bildirdi: Beləliklə, İbrahim xanın ağıllı və sevimli qızı 
Ağabəyim ağa üçün Tehrandan elçilər gəldi, kəbin kəsildi. Ağabəyim 
ağa  Şuşadan Tehrana təntənəli  şəraitdə yola salındı. Eyni zamanda, 
İbrahim xanın oğlu  Əbülfət ağa da şahın yanına göndərildi. Fətəli  şah 
Əbülfət ağaya xanlıq rütbəsi verdi və yüksək dərəcəli xanlar sırasında öz 
hüzurunda saxladı. Fətəli  şah tez-tez bəxşişlər və  xələtlər göndərmək 
yolu ilə İbrahim xanı öz tərəfinə çəkməyə çalışırdı. 
Fətəli  şahın bütün istəklərinə  rəğmən  İbrahim xan Rusiya ilə 
birləşmək üçün əlverişli məqam axtarırdı. Bu məqsədlə Mazdok xətti ilə 
Tiflisə  gələn general Qudoviçin yanına  İbrahimxəlil xanın elçiləri 
göndərildi və itaətə hazır olduğunu bildirdi. Nəhayət, 1803-cü ildə 
general Sisianov Zaqafqaziyaya sərdar təyin olunaraq Tiflisə  gəldi. 
Əslən gürcü olan Sisianov şöhrətpərəst,  şəxsiyyətini hədsiz sevən 
mənsəbpərəst bir adam idi. Buna görə  də o, birinci dəfə Car və Tala 
ləzgilərini, İrəvan və Gəncə xanlıqlarını özünə tabe etmək və bu yol ilə 
Gürcüstanı ətraf xanlıqların hücumundan xilas etməyə çalışdı... 
O, 1803-cü ilin dekabr ayında Gəncə üzərinə hücum edib, 1804-cü 
ilin yanvarında oranı  işğal etdi. Lisaneviç Cavad xanı öldürdü, Gəncə 
əhalisini qırıb talan etdilər... Sisianov Gəncəni alandan sonra mayor 
Lisaneviçi İbrahim xanın yanına göndərib rus hökumətinə tabe olmağa 
çağırdı. İbrahim xan razılıq verib Lisaneviçi hörmətlə geri qaytardı. 
1805-ci ilin mayında Gəncə ilə Qarabağ  sərhədi olan Kürək-çayda 
Sisianovla  İbrahim xan arasında təntənəli  şəraitdə danışıqlar başladı. 
İbrahimxəlil xanı bu görüşdə  oğlanları  Məhəmmədhəsən ağa, 
Mehdiqulu ağa, Xanlar ağa, eləcə  də Qarabağın məşhur bəyzadələri 
müşayiət edirdilər. İbrahim xanın dəvəti üzrə onun kürəkəni Şəki hakimi 
Səlim xan da Kürəkçaya gəldi. 14 may 1805-ci il tarixindən Kürəkçayda 
əhdnamə və müqavilə ilə Qarabağ xanlığı Rusiya itaətini qəbul edib rus 
təbəəliyini qəbul etdi. 
  
 
103


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə