Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   29   30   31   32   33   34   35   36   ...   86

 
Həmin müqaviləyə görə Qarabağ xanlığı  təxminən aşağıdakıları 
öhdəsinə almışdı: 
1.  İbrahim xan İran, Türkiyə  və başqa dövlətlərlə  hər cür əlaqə  və 
asılılıqdan imtina edib, yalnız rus imperiyasını tanıyır və onun 
hakimiyyətini qəbul edir. 
2. Qarabağ xanlığı qonşu hakimlərlə əlaqə saxlamamalıdır. Onlardan 
alınan hər növ məktublar  Şuşadakı rus komandanlığının və ya 
Gürcüstan baş hakiminin Qarabağda olan vəkilinin mülahizəsinə 
verilməlidir. 
3. Xanlığın  ərazisində saxlanan rus qoşunları üçün komandanlıq 
tərəfindən təsdiq olunmuş qiymətlərlə ərzaq tədarük olunmalıdır. 
4. Rus qoşunları üçün lazımi bina verilməlidir. 
5. Gəncədən  Şuşaya gedən yol arabaların rahat getməsi üçün təmir 
olunmalıdır. 
6. Sədaqət və inam əlaməti olaraq xanın böyük oğlundan olan nəvəsi 
həmişəlik Tiflisdə yaşamaq şərtilə girov verilməlidir. 
7. Xan hər il 8000 çervon rus dövlətinə bac verməlidir. Və bunu da 
iki vaxtda: fevralın birində, sentyabrın birində ödəməlidir. 
Bu şərtlərin müqabilində rus dövləti Qarabağ xanlığına aşağıdakıları 
vəd edirdi: 
1. Xanın mülkü salamat saxlanılır. Xanlığın idarəsi irsi böyük-lüyə 
görə nəsildən-nəslə keçir və bunu rus imperatoru təsdiq edir. Məhkəmə 
işi, cəza və vergi toplamaq xanlığın ixtiyarında qalır. 
2. Xanın mülkünü müdafiə etmək üçün Şuşa qalasına topları ilə 
birlikdə 500 nəfər rus soldatı göndərilir. 
3. Xana öz evində saxlamaq üçün üzərində rus gerbi olan bayraq 
bağışlanır. 
4. Xanın əmanət təyin edilən nəvəsinə gündəlik xərc olmaq üzrə 10 
manat gümüş pul müəyyən edilir. Bütün bunlarla birlikdə İbrahim xana 
general-leytenant, Məhəmmədhəsən ağaya general-mayor, Xanlar ağaya 
polkovniklik hərbi rütbəsi verilir. 
Az sonra mayor Lisaneviçin komandanlığı ilə rus hərbi hissəsi xan 
bağında yerləşdi, bir qədərdən sonra bu soldatlar bilavasitə  Şuşa 
şəhərinə köçürüldülər.  İbrahim xanın ruslarla birləşməsi Fətəli  şahı 
təşvişə saldı. O, guya kömək məqsədi ilə  Əbülfət xanın başçılığı ilə 
5000 sərbazı Qarabağa İbrahim xanın köməyinə göndərdi. Şah təklif 
  
 
104


edirdi ki, qoy Əbülfət xan həmişəlik Qarabağda qalsın,  əvəzində 
Məhəmmədhəsən ağa şahın hüzuruna gəlsin. 
Şahın bu təklifiəri  İbrahim xanı acıqlandırdı.  Əmr etdi ki, Əbülfət 
xan təcili olaraq öz qoşunları ilə Qarabağ torpağını  tərk etsin. Əbülfət 
xan riyakarlıq edərək geri qayıtmaq əvəzinə Tuğ kəndi ətrafında mövqe 
tutdu. Həmin zaman İbrahim xan oğlu Məhəmmədhəsən ağa və 
Mehdiqulu ağa ilə  həmin kənddə idilər.  Əbülfət xan hücum edərək 
onları  əsir etmək fikrinə düşdü. Müharibə  nəticəsində  Əbülfət xan 
məğlub olub Arazın İran sahilinə qaçdı. 
Bu hadisə  Fətəli  şah Qacarı son dərəcə  qəzəbləndirdi.  Şah Kərim 
xan, Rəhim xan və Abdulla xanı elçi sifətilə  İbrahim xanın yanına 
göndərdi. Mülayim söz və qəliz andlarla dolu bir məktub dəxi yazaraq 
bütün Qaradağ və Qaradağın şahlıq xəzinəsinə çatası vergilərini İbrahim 
xana və onun övladlarına veriləcəyinə vəd etdi. Şah bu təklifin əvəzində 
Əsgəran qalasının hər iki bürcünün İran hökuməti ixtiyarına verilməsini 
təklif edirdi. Eyni zamanda Şuşa çayı  və  şəhərin beş verstliyində olan 
səngər dəxi  İranın  əlində olmalı idi. Şahbulaq qalasında isə bir İran 
sərdarı  və  sərbaz saxlanmalı idi. Bununla şah rusların  Şuşaya gəlmək 
yollarını bağlamaq istəyirdi və s. Şahın məqsədi o idi ki, Şirvan və 
Gürcüstan vilayətlərinin qapısı olan şəhəri rusların deyil, iranlıların 
əlində olsun. Təbii ki, İbrahim xan öz əhdnaməsinə sadiq qaldı  və 
iranlıların təkliflərini rədd etdi. Belə olduqda İran qoşunlarının Araz 
kənarına yaxınlaşması  xəbəri yetişdi. Arazın suyu çox yüksəldiyindən 
yalnız körpüdən keçmək mümkün idi. Məhəmmədhəsən ağa  İran 
qoşununu körpüdən geri qaytarmaq məqsədilə mayor Lisaneviçi götürüb 
Xudafərin körpüsünə doğru getdi. Təəssüf ki, iranlılar körpünü keçib 
Qarabağ ərazisinə soxulmuşdular. İranlılarla rus və Qarabağ döyüşçüləri 
Cəbrayıl bağlarında üz-üzə  gəldilər. Qanlı müharibə başlandı. Gecə 
Məhəmmədhəsən ağa öz əsgərlərini götürüb Şuşanın mühafizəsi üçün 
qalaya qayıtdı. İranlılar irəliləyib Şuşanın 28 verstliyində olan Ağoğlan 
qalasını tutdular. İran qoşunlarının sərkərdəsi naibüssəltənə Abbas 
Mirzə öz qərargahını Çanaxçı  kəndində yerləşdirdi. O, 5000-dən çox 
İran sərbazı göndərərək  Şuşa  şəhərini mühasirəyə başladı. Digər 
tərəfdən, polkovnik Karyagin və polkovnik Kotlyarevski qoşun və 
topxana ilə gəlib Şahbulaq qalasında yerləşdi. 
  
 
105


Rusların gəlməsini eşidən naibüssəltənə Abbas Mirzə Çanaxçı 
kəndindən çıxıb polkovnik Karyaginin üstünə  gəldi.  Əsgəran  ətrafında 
on gün müharibə getdi. Nəticədə polkovnik Kotlyarevski yaralandı  və 
ruslar geri çəkilməyə  məcbur oldular. Bu müharibədə ruslara Vanya 
yüzbaşı 
bələdçilik edirdi. İranlılar 
Şahbulağı alıb oranı 
möhkəmləndirdilər. 
Fətəli  şah ruslara qarşı müharibəni daha da qızışdırmaq məqsədilə 
qoşunla  Şuşa  şəhərinin 18-20 verstliyində ordugah qurdu. Belə bir 
şəraitdə ruslar Vanya yüzbaşının bələdçiliyi ilə meşələrdən, dağlardan 
keçib  Şuşaya daxil oldular. Lakin özləri mühasirəyə düşüb Gən-cəyə 
qayıtmağa məcbur oldular. Şuşa ətrafında İran qüvvələrinin gücləndiyini 
eşidən Sisianov böyük qüvvə ilə Qarabağa gəldi. Naibüssəltənə Gəncə - 
Tiflis istiqamətində irəliləyərkən Fətəli  şah Ağoğlan qalasında 
çadırlarını qurmuşdu. Bu zaman Fətəli  şaha xəbər çatdı ki, rus hərbi 
qüvvələri Xəzər dənizi vasitəsilə Talış və Rəştə əsgərlər çıxanınşlar. Şah 
Ağoğlandan hərəkət edib Ərdəbil tərəfə getdi. 
General Sisianov Ağoğlan yaxınlığında olan Xonaşenə  qədər 
irəlilədisə də, iranlılarla qarşılaşmadı. Geri qayıdarkən Sisianov Şuşaya 
gəldi.  Şuşada  İbrahim xanın yanına  İrandan göndərilən və girov 
saxlanan üç İran xanı ilə görüşdü, onlara ehtiram göstərdi. 
1805-ci ilin qışında Sisianov Bakı,  Şamaxı, Dərbəndi almaq 
məqsədilə Kür çayını keçib Şəki istiqamətində hərəkət etdi. İbrahimxəlil 
xanın göstərişi ilə  oğlu Mehdiqulu ağa və  şəkili Səlim xan Sisianova 
kömək edirdilər. 
Şirvan hakimi Mustafa xan Sisianova tabe olmaqdan boyun qaçıraraq 
Fit dağına çəkilmişdi. Mehdiqulu ağanın elçiliyi ilə Mustafa xan yola 
gəlib rus dövlətinə itaət etdi. 
Sisianovun qoşunu  Şirvandan Bakı üzərinə  hərəkət etdi. Bu zaman 
İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağa vəfat etdi. Ona görə 
Sisianov Mehdiqulu ağanı  Şuşaya qaytardı  və  İbrahim xana başsağlığı 
məktubu göndərdi. Sisianov Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu 
ağaya məktub yazaraq onu həmişə himayə etməyə hazır olduğunu 
bildirdi. 
Sisianov Bakı üzərinə hücum edərkən onu həm qurudan, həm də 
dənizdən mühasirəyə aldı. Vəziyyəti belə görən Bakı xanı Hüseynqulu 
xan hiyləyə əl atdı. O, Sisianovu qaladan azca aralıda qurulmuş 
  
 
106


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə