Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   30   31   32   33   34   35   36   37   ...   86

çadırına dəvət etdi. Sisianov Hüseynqulu xanın çadırında danışıq 
apararkən xanın qohumlarından  İbrahim bəy namərdlik edib Sisianovu 
tapança ilə vurdu. 
Sisianovun ölümü İbrahimxəlil xanı da kədərləndirdi. Sisianovdan 
sonra onun yerinə müvəqqəti olaraq Nesvetayev təyin olundu. İbrahim 
xan onun yanına elçilər göndərib Rusiyaya sədaqətini bir daha təsdiq 
etdi. General Nesvetayev xanın elçilərini hörmətlə qəbul edib ənam və 
bəxşişlərlə Qarabağa yola saldı. 
 
 
İBRAHİMXƏLİL XANIN ÖLDÜRÜLMƏSİ. İRANLA 
MÜHARİBƏNİN GENİŞLƏNMƏSİ 
 
1806-cı ilin yaz fəslində iranlılar yenə  də Qarabağa yürüş etməyə 
hazırlaşırdılar. Tez-tez İbrahim xanın yanına şah elçiləri gəlir, vədlər və 
ümidlərlə onu öz tərəfinə  çəkmək istəyirdilər. Hər dəfə iranlılarla 
görüşünü  İbrahim xan mayor Lisaneviçə bildirirdi. Müharibənin 
qarşısını almaq üçün İbrahim xan bacardıqca iranlılarla mülayim hərəkət 
etməyə çalışırdı. Digər tərəfdən, məhsulun yetişməsi və yığılması dövrü 
yaxınlaşdığından xan Qarabağı müharibə meydanı etməkdən çəkinirdi. 
Bu biri tərəfdən  Şuşada rus qoşunu o qədər az idi ki, bununla ciddi 
müharibə aparmaq mümkün deyildi... 
Bu zaman xəbər çatdı ki, İran sərbazları Şuşa qalasına doğru hərəkət 
edirlər.  İbrahim xan Şuşadan 12 kilometr aralıda olan Xan bağından 
köçüb şəhərin 4 kilometrliyində Qaraqaya adlı yerə gəlib düşərgə saldı. 
Fitnəkarların aravurması  nəticəsində gecə mayor Lisaneviç qoşunla 
Şuşadan çıxıb xanın düşərgəsinə hücum etdi. Xan çadırdan çıxıb 
mayoru gördü: "- Gecənin bu vaxtında nə hadisə üz vermişdir?" - deyə 
sual verdi. Lakin nahaq qan tökməyə adət etmiş Lisaneviç çadırlara atəş 
açmaq üçün soldatlara əmr etdi. Həmin gecə çadırda olanlardan 17 
nəfəri öldürüldü. Ölənlər içərisində  İbrahimxəlil xan, arvadı Tuba 
xanım, qızı  Səltənət bəyim, 12 yaşlı  oğlu Abbasqulu ağa, Kəbirli 
bəylərindən iki nəfər qonaq və başqaları var idi. Həmin qanlı və faciəli 
gecədə Mehdiqulu ağa və  Cəfərqulu ağa  Şuşada idilər. Nagahani olan 
bu hadisədən  şuşalılar və bütün Qarabağ  əhli həyəcana düşdü. Lakin 
Mehdiqulu xan xalqı sakit edib dedi: "Hökumət özü 
 
107


müqəssirləri cəzalandıracaq". Lakin xalqın narazılığı  və çoxlu şikayəti 
nəticəsiz qaldı.  İbrahim xan çarizmin qəddar müstəmləkəçiliyinin 
qurbanı oldu. Lisaneviçin hörməti və hərbi rütbəsi artırılırdı. 
Şuşada belə  gərgin vəziyyət yarandığı  şəraitdə  İran qoşunları 
Qarabağa hərəkət edib Ağoğlanda yerləşdilər. Tezliklə general Nebolsin 
öz qoşunu ilə gəlib əvvəlcə Şahbulağa, sonra Əsgərana çatdı. Mehdiqulu 
xan və bəzi Qarabağ əyanları tezliklə rus qoşunu ilə birləşdilər. General 
Nebolsin iranlıların hücumunu iki gün gözlədi. Lakin üçüncü gün özü 
iranlılar üzərinə hücum etməyə başladı.  İranlılar general Nebolsinə 
Xonaşen dərəsindəki vuruşmada qalib gəldilər. Lakin köməyə  gələn 
Mehdiqulu xanın Qarabağ süvariləri tezliklə iranlıları geri qaytardılar. 
Atasının ölümündən sonra Mehdiqulu xanın bu şücaəti ancaq onun milli 
qeyrətindən irəli gəlirdi. 
1811-ci ilin sentyabrında Bakıya səfər üçün yola düşən general 
Markiz Pauliççi Gəncədə dayandı, Cavad xanın dustaq və əsir olan ailə 
üzvlərini həbsdən azad etdi. Qafqazın hər yerində ruslara qarşı narazılıq, 
şuriş  əhvalı hökm sürürdü. Rusların qaba rəftarı, müstəmləkəçi 
hərəkətləri nəticəsində  əhali  İrana və Türkiyəyə mühacirət edirdi. 
İbrahim xanın nəvəsi Cəfərqulu ağa da İrana qaçmışdı. Bunu görən 
naibüssəltənə Abbas Mirzə Qarabağa hücum edərək bir batalyon rus 
soldatını məhv etdi. Bu xəbəri eşidən Markiz Bakı səfərini təxirə salıb 
Şuşaya tərəf hərəkət etdi. Markiz Pauliççi Şuşa şəhərinə daxil olub bəzi 
adamları  məzəmmət etdi, şəhərdə nizam-intizamın bərqərar olmasına 
çalışdı.  Şuşada asayiş qaydaya düşdükdə, general Pauliççi Tiflisdən 
arvadından məktub aldı ki, Kaxetiyada və onun ətrafında üsyan 
başlanmışdır. 12 fevral 1811-ci ildə Markiz Pauliççi Şuşadan Tiflisə 
getdi. Gürcüstanda əmin-amanlıq bərpa edilərkən Fransa-Rusiya 
müharibəsi başlanması ilə  əlaqədar Markiz Pauliççi 16 aprel 1812-ci 
ildə Rusiyaya çağrıldı.  Əvəzində Retişşev baş komandan təyin olundu. 
O, Rusiyanın beynəlxalq vəziyyətini nəzərə alaraq İranla müharibəni 
dayandırıb danışıqlar aparmağa başladı. 12 oktyabr 1813-cü ildə 
Gülüstan deyilən yerdə İranla Rusiya arasında sülh müqaviləsi bağlandı. 
Müqaviləyə əsasən Zaqafqaziyanın böyük əraziləri Rusiyaya verildi. 
"Gülüstan" müqaviləsindən bir qədər sonra general Retişşevi baş 
komandan vəzifəsində general Yermolov əvəz etdi. Yermolovun 
  
 
108


kobudluğu, müstəmləkəçiliyi o dərəcəyə çatdı ki, Qarabağ xanı 
Mehdiqulu xan və şirvanlı Mustafa xan İrana qaçmağa məcbur oldular. 
Şəki xanı da vəfat etdi. Özündən çox bədgüman olan Yermolov 1822-ci 
ildə Qarabağ,  Şəki və  Şirvanda xanlıq idarəsini ləğv edərək onların 
əvəzinə çar zabitlərindən ibarət komendantlıq yaratdı. Beləliklə, çarizm 
öz vədlərindən əl çəkib Zaqafqaziyanı həqiqi müstəmləkəyə çevirdi. 
"Gülüstan" müqaviləsindən sonra Qafqazda bir müddət asayiş oldusa 
da, həmin müqavilədən narazı qalan İran Rusiyaya qarşı yeni, böyük 
müharibəyə hazırlaşırdı. 1826-cı ilin iyulunda İranla-Rusiya arasında 
ağır müharibə yenə də Qarabağ ətrafında, Şuşa şəhəri uğrunda mübarizə 
ilə başladı.  Şahzadə naibüssəltənə Abbas Mirzə Qarabağa daxil olub 
Gorusda olan rus soldatlarına hücum etdi. Rus qüvvələrinə isə  Şuşaya 
geri çəkilmək  əmri verilmişdi. Bu döyüşdə  şuşalılar qalib gəlirlər. 
Polkovnik Nazımka və mayor Kovalenski və xeyli soldat əsir alınıb 
Ərdəbil şəhərində dayanmış Fətəli şahın hüzuruna göndərilir. Bu zaman 
qaradağlı Mahmudqulu xan və  sərdar  Əmirxan Naxçıvana, Gorunzor 
istiqamətində şahzadənin yanına gedirlər. Səhər Çanaxçıdakı rusları əsir 
etməyi qərara alan şahzadə Kürdüstan yolu ilə deyil, Şuşadan keçib 
getməyi qərara alır. Elə bu zaman Mehdiqulu xanın Şuşadan çıxıb İran 
tərəfinə keçməsi xəbəri almır.  Şəhəri  əldən verməmək üçün general 
Reutt cəld hərəkət edib Şuşa  şəhərinə daxil olur. Şahzadə belə bir 
şəraitdə Çanaxçıya getmək planını  dəyişib, böyük qüvvə ilə irəliləyib 
Şuşa  şəhərini mühasirəyə alır. Qarabağ erməniləri Xəzinə qayası 
tərəfdən hücum edib ruslara kömək etmək istərkən  əks nəticə verdi və 
bu hücum iranlıların xeyrinə oldu. O zaman Qarabağ  rəiyyətindən bir 
çoxu  İran tərəfə keçərək Mehdiqulu xanın yanına gedirdilər. Vaxtilə 
Şuşam müdafiə edən qarabağlılardan bir çoxu indi İran tərəfdə 
vuruşurdu. Bu zaman Ruslar Talış xanlığını  tərk etməli oldular. Talış 
Mir Həsən xan üsyan qaldırıb Kaspi dənizindəki rus batalyonunu məhv 
etmişdi. Sonra qardaşlarını Abbas Mirzənin yanına göndərib ona 
sədaqətini bildirmişdi.  İranlıların sürətlə Zaqafqaziyada irəliləmələri 
nəticəsində bir çox xanlar qayıdıb  əvvəlki hakimiyyətlərini bərpa 
etmişdilər. O cümlədən,  şirvanlı Mustafa xan Şamaxıda  əvvəlki 
xanlığını bərpa edirdi... 
  
 
109


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə