Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   32   33   34   35   36   37   38   39   ...   86

O, başqa bır şerındə yazırdı: 
 
Şərhi-Şişə ki, əcəb abi-həvayi darəd,  
Xürrəm on ki, bə səri-kuyi o cayi darəd... 
 
Ağabəyim ağanın Azərbaycan və fars dillərində bir çox mənzumələri 
olmuşdur: 
 
Əfsus ki, yarım gecə gəldi, gecə getdi, 
Heç bilmədim, ömrüm necə gəldi, necə getdi. 
 
Şuşa  şəhəri zəngin memarlıq abidələri  şəhəridir. Bunların bir çoxu 
tarix keçdikcə uçub dağılmış, bir hissəsi isə bizim dövrümüzə  qədər 
gəlib çatmışdır. Bu abidələrdən iki məscid, divanxana (ruslar buranı 
hərbi kəlisaya çevirmişdilər), böyük karvansara daha yaxşı  vəziyyətdə 
qalmışdır. 
Cümə  məscidi adı ilə  məşhur olan bu bina meydanın qarşısında 
tikilmişdir.  Əhali çox vaxt həmin binaya yuxarı  məscid deyir. Bu bina 
hicri 1182 (1768)-ci ildə İbrahim xan tərəfindən tikilmişdir. 
Hicri 1282 (1866)-ci ildə  İbrahim xanın qızı  həmin məscidi  əsaslı  
şəkildə  təmir etmişdir. Bunu məscidin girəcəyindəki qapının üstündəki 
kitabələr  əks etdirir. Bu kitabələr həmin məscidin vəqf hesabına 
işlənməsi və təmir olunmasını göstərir. Məsciddəki kitabələr fars dilində 
aydın nəstəliq xətlə daşa həkk olunan sənət  əsərləridir. Eyni zamanda, 
kitabələr vəqf məqsədi daşıyan hər iki məscidin gəlirinin nəyə  sərf 
olunduğunu bildirir. 
Yuxarı məscidin (meydandakı) kitabəsinin tərcüməsi belədir: 
"Ürəkləri bilən odur" (o Allahdır).  Şuşa qalasında olan iki 
gövhəriyyə  mədrəsəsi və iki məscidin vəqfləri aşağıdakılardır: aşağı 
məscidin cənub tərəfində bir qatardan ibarət bütün on bir ədəd 
dükanlardır ki, bir tərəfdən məscidin həyətinə bitişir və digər tərəfdən 
qala meydanına qədər uzanır. Cavanşir mahalından Maqsudlu kəndinin 
aşağı  tərəfindəki qərbdən hüdudu quzey kəndləri,  şərqdən 
Gəlinxanımlıya və Quzanlıya, bir tərəfdən Kudri yüzbaşılıya və oradan 
da Ağ  Kəhrizin yuxarısından otaqçı damına çatır. Və oradan da yeddi 
gözə  qədər və  cənubdan  Şahbulaq və Göytəpə  sərhədinə  və 
Gəlinxanımlıya doğru üzüaşağı şimaldan Xaçın çayına kimi 
 
113


quzey kəndlərindən Tösü bağının yuxarısında olan Yolçu bağına kimi 
və Kudri yerindən dəstəmaz suyuna və Elçi şıxlara kimi çıxır. 
Cavanşir mahalından Qaradağlı  kəndinin bütün altındakı hüdudu, 
şərqdən Tələk çayına, qərbdən Seysulan çayına və  cənubdan Seysulan 
xəndəyinin ortasına qədər və oradan üzüaşağı  Səngi köbər və ildırım 
uçan,  şimaldan Səhləbada gedən yolla və Daşlı keçiddən üzüaşağı 
Şıxbaba çinarına kimi və  nəhayət, Telek çayına qədər uzanır. Kəbirli 
mahalından Evoğlu kəndinin bütün aşağı hissəsinin hüdudu: Şərqdən 
Saqqız ağacı pirinə, qərbdən Hacı Lazımın dəyirmanının başından 
üzüaşağı  Oğulboynu çayına kimi və oradan Lələ bağına və oradan 
Qarqarlı meşəsinə və oradan Kiçik Şumlu təpəsinə və oradan Gurşənaha 
ağacına, oradan Kürə və Saqqız ağacı pirinə kimi və şimaldan yuxarısı 
Hacı Lazımın dəyirmanına və üzüaşağı Ərəs xanın əkdiyi yerə qədər və 
oradan bağ ağzına və oradan Evoğlu qışlağına qədər, çaydan və oradan 
Evoğlu əkin yerinə qədər gəlir və oradan Kürə və oradan yastı yolun və 
oradan Saqqız ağacına qədərdir. Və Daruqəli torpağının bütün mülk və 
bağları. Məhduddur  şərqdən Xıdırlı çayı ilə, qərbdən Qarağacı 
qəbiristanından Damlı  təpəyə gedən ümumi yol ilə, cənubdan Kərim 
ağanın bağı ilə, şimalda Daşlı təpədən üzüaşağı qeyd olunan çaya qədər. 
Şərqdən Mirzəlibəy və şimaldan Məşədi Aşurun bağı ilə, qərbdən dəllək 
oğlu Məhərrəmin və Allahqulu oğlu  İmamqulunun bağı ilə, cənubdan 
böyük yol ilə,  şimaldan Süleyman xan oğlu Həsən ağanın bağı ilə 
məhdud olan Telli kəndindəki bir parça meyvə və üzüm bağı bütünlüklə 
məscidin vəqfinə daxildir. 
İki məscid mövqüfatının qalan hissəsi vəqfnamənin əslində və onun 
kitabçalarında ətraflı surətdə şərtlərlə yazılmışdır ki, vilayətin möminləri 
və müvəkkilləri onların (şərtlərinin) yerinə yetirilməsinə əməl etsinlər. 
Cənnət məkanlı xanlar xanı xoşbəxt İbrahimxəlil xan Cavanşirin qızı 
həzrəti Zəhranın möhtac kənizi, misilsiz xanım, böyük əsilli və uca 
nəsəbli, səadətli və  şərafətli və  həqiqət  ədalı yüksəklik və böyüklüyün 
xəzinəsinin yeganə gövhəri həzrəti Məryəm xasiyyətli,  əsrin Bilqeyisi 
sərkar cənabi-Gövhər ağa bütün möminlərdən, xüsu-silə  Şuşa 
şəhərindəki qeyd olunmuş möminlərdən dua tələb edir. Hər kim qeyd 
olunan mövqüfata zülm əlini uzatsa, Allahın və Allahın övliyalarının 
əbədi lənətinə tutulsun. 
  
 
114


Allahın lənəti olsun zalım tayfaya..." 
Şuşada meydan qarşısında olan yuxarı Gövhər ağa məscidinin 
girəcəyində qapının sol tərəfində  də çox sözlü zərif bir kitabə vardır. 
Həmin kitabə qapının sağ  tərəfində yuxarıda farscadan tərcüməsini 
verdiyimiz kitabə ilə eyni həcmdə və formadadır. 
Bu kitabə  də  vəqf yerlərindən alınan gəlirin (mədaxilin) nəyə  və 
haraya xərc olunmasından bəhs edir. 
Kitabənin mətni: 
"Sirləri bilən odur (Allahdır). Gövhəriyyənin iki məscid və iki 
mədrəsəsinin mövqüfatını xərcləyən mütəvəkkillər vəqf gəlirini hər il üç 
yerə bölsünlər; üçdə bir hissəsinin  şəri qaydalara əsasən müamilələr 
vasitəsilə hər iki məscid və mədrəsə üçün tənxah (ehtiyat) yığsınlar və 
bu qaydanı müəyyən müddət davam etdirsinlər ki, inşallah məscid və 
mədrəsələrin təmirinə bütünlüklə kifayət edəcək məbləğ hazır olsun. 
Allah eləməmiş məscidlər və mədrəsələr xarab olarsa, müvəkkillər (bu 
pul ilə) onları yenidən təmir etsinlər və  həmin üçdə bir hissəsini 
xərcləsinlər. 
Müvəkkillər qalan iki hissəsini xərclərkən (aşağıda göstərilən 
surətdə) məscid və  mədrəsələrin hal-hazırda və  gələcəkdəki təmirini 
birinci dərəcəli iş kimi nəzərdə tutsunlar. Sonra isə gecələr məscid və 
mədrəsələrin hücrələrinin işığını, qış  və payız fəsillərində isə kömür 
pulu, məscid və mədrəsələrin iki nəfər işçisinin və iki nəfər əzançısının 
məvacibini, mədrəsələrdə iki nəfər müəllimin məvacibini, məscidin 
işlərini idarə edən iki işçi, o cümlədən, zəhmət çəkən müvəkkillərin 
zəhmət haqqı da ödənilsin. 
Aşuranın on günlüyündə  cənabi Seyyidi-Şühədanın (imam 
Hüseynin) təziyyəsinin xərci ödənilsin. Vaxtın tələbinə görə 
müvəkkillər lazım bilsələr eləcə də Tasua günündə (yəni Məhərrəmin 9-
cu günündə) məscidlərdə və  həyətlərində şərbət paylasınlar. Məhərrəm 
və ramazan aylarında vaxtın tələbi və müvəkkillərin məsləhətinə görə 
ehtiyacı olanlara müəyyən miqdarda pul paylansın. Məscidlərin 
minbərlərində  vəqf sahibini xeyir-dua ilə yad etdirməkdən ötrü bir 
məbləğ  xərclənsin. 70 nəfər müstəhəqqə  rəmazanəl-mübarək ayının 
əhya gecələrində  məscidlərin həyətində iftar verilsin. Rəmazan  əl-
mübarək ayında 3 gün əhyanı məscid həyətlərində tutanların 
 
115


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə