Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   35   36   37   38   39   40   41   42   ...   86

Ümidvaram ki, bu təzə güftarı uyubi-kəzb və duruqdan ari bilib qeyri 
təvarixlərin mədh və zəmm və ifrat və təfrit birlə münəffəm güman və 
qiyas olunmayıb ki, həqiqəti  əhval sidqi məqqad mərqum və  məshur 
olmuşdur. 
 
Bəsirət əhli hikmət sanma hər cahildən əxz eylər,  
Süluk əhli təriqəti mürşidi kamildən əxz eylər.  
Səyahət bəhru bər seyli deyil, ərbabi-ürfanə,  
Ki, rəsmi hikməti arif baxar, aqildən əxz eylər. 
 
 
QARABAĞIN SƏRHƏD VƏ SINIRI VƏ ONDA OLAN  
MƏNFƏƏTLİ NƏHRİ-ƏZİM VƏ ŞƏHRİ QƏDİMLƏR 
 
Qədim asar və  təvarixə görə Qarabağ vilayətinin sərhəd və  sınırı 
cənub tərəfi Araz çayıdır. Xudafərin körpüsündən gedib Qazax Dəmirçi-
Həsənəli camaatının içində vaqe olan "Sınıq körpü"yə ki, indi rusca ona 
"Krasnıy most" deyilir. Şimal tərəfi Kür çayıdır.  Şərq tərəfi Cavad 
qəryəsidir ki, orada Araz ilə Kür bir-birinə müttəsil olub gedib dəryayi-
Xəzəriyyəyə tökülür. Qərb tərəfi böyük dağlardır ki, Gəncənin Qazax, 
Şəmsəddin xalqının və Qarabağ ilatının yaylaqlarıdır. 
Bu halda Qarabağda sərhədi-müəyyən budur: Cənub Araz çayı 
Xudafərin körpüsündən gedir Cavad, Zərdab və  Əlvənd kəndlərinin 
müqabilinədək, Şərq Kür çayıdır. Səmti - şimali ki, Gəncə ilə Qarabağın 
sərhədi olan Goran çayıdır. Qərbən Kuhistani - Qarabağdır. İlat xalqının 
yaylağı ki, Küşpək, Salvartı  və  Ərikli dağlandır. Yazılara görə bu 
Qarabağ vilayəti qədim Aran məmləkəti cümləsindəndir. Nuh 
tufanından sonra Nuhun övladlarından Aran adlı birisi gəlib bu 
vilayətlərə hökmran olub, bu məkanları abad qılıb və Kür suyu ilə Araz 
çayının arasında olan şəhərlərə ki, ibarət ola Tiflis, İrəvan və Naxçıvan 
və Qarabağda olan Bərdə  və Beyləqan  şəhərləri ki, hənuz ikisi də 
xarabadır və  Gəncə ki, indi Rusiya ona Yelizavetpol ad qoyubdur, 
tamam bu yerlərə öz ismini qoyub Aran məşhur edibdir. Qarabağ 
vilayətində əvvəl şəhər ki, bina olub Bərdə şəhəridir ki, Tərtər çayının 
üstə və Kür çayının qiblə tərəfində və üç ağaclığında 
  
 
124


vaqedir. Sabiq Bəni Abbasiyə xəlifələrinin əsrində, o zamandakı Bağdad 
şəhərini məmur edib və Darülxilafə qılıb əylənirlər. İslamiyyə tarixi 306 
sənədə olanda həmən  şəhərin  əhli müsəlman oldular. Bərdədən sonra 
Qarabağda səmti-Arazda Beyləqan  şəhəri bina olub. İran və Fars 
padşahlarından Qubad padşah (zahirən  Ənuşirəvan Adilin atası) bina 
etmişdir. Təxminən min yüz il bundan qabaq. Həmən Qubad şah Araz 
çayından bir əzim arx götürüb səhrayı  vəsiül-fəzai Beyləqan  şəhərini 
abad edib və Köndələn çayı ilə Qarqar çayının arasında yaxşı  kəndlər 
salıb,  əkin yerləri təqsim edib. Hamı o aralıqda bağ  və ziraət və 
abadanlıq etmişdir. Qədim vaxtı o arxın adı "Bərlası"dır.  İndi Govur 
arxı  məşhur olub. İslam tarixi 635-ci ildə Çingiz xan (monqol) 
davasında bu Beyləqan  şəhəri mühasirədə qalandan sonra Çingiz xan 
İrana artıq qəzəbnak olduğu üçün o şəhəri qətliam etdirib, o şəhəri və 
arxı viran etmişlər. Qarabağ vilayətinin  əhalisi təmamən Qarabağın 
dağlarına və  Şirvana pərakəndə olub dağıldılar. Çox müddət bu yerlər 
virana qaldı. Teymurləng padşah sultani-Rum İldırım Bayazıdı davada 
məğlub edib qayıdarkən Muğana gəldi və güzarı Beyləqan  şəhərinin 
xərabəsinə düşüb bu yerləri çox bəyendi. Oraları yenidən abad etməyə 
başladı.  Əmr verdi, camaat toplandı. Sabiq qərar üzrə buraları abad 
etdirdi.  İkinci dəfə bu şəhər Səfəviyyə dövlətinin  əsrinə yaxın  İran və 
Rum qoşunları Gürcüstan və  Şirvan vilayətlərinə  tərəddüd etməyindən 
və mükərrər gəlib-getməkdən o məkanlar səhra və düz yerlər olduğu 
cəhətdən ləşkər tərəfindən payımal və qarət olmağa davam gətirməyib 
əhali  şəhəri buraxıb yenə  də dağıldılar. Nəhr və  şəhər yenidən viranə 
qaldı. Bu yaxın vaxtlarda Əhməd bəy Cavanşir ibn Cəfərqulu bəy və o 
da Məmməd bəyin oğlu ki, Pənah xanın övladlarındandır, hicri 1283-cü 
ildə Qarabağın Vərəndə mahalına hakim mənsub olmuşdur. Buna 
baxmayaraq ki, rus hökuməti çox mühəndis və mütəxəssislər 
göndərmişdir, gəlib o arxın məbərinə mülahizə edib ixracatına təxmin 
qılmışlar. Dəhnəsi və  məbəri qayətdə  əsəb və üsirül-əlac olduğu üçün 
əmələ  gəlməyib artıq milyonlar xərc tələb etdiyi üçün uzun müddət 
tədricən təmir etməyə  qərar qoymuşdular. Nəhayət,  Əhməd bəy 
Cavanşir öz tədbirli adamları ilə  əlahiddə  məhəldən arxa dəhnə bina 
edib öz xərci ilə bu arxı yenidən çıxartdı. Şimdi otuz dəyirman işlədən 
suyu vardır. Keçən il bu arxın altında düyü, maş, küncüd, 
 
125


bostan, ipək, çəltik, ipək üçün tut, darı  və  hər növ hübubat əkilmişdir. 
Əgər bu arx yaxşı  təmir olunub nizama salınarsa, beş min ev burada 
gözəlcə güzəran edər. Bu arxdan başqa Beyləqan səhrasına qədim 
əsrlərdə ayrı-ayrı bir çox arxlar Araz çayından dəxi çəkib gətirmişlər. 
Və öz üzərlərində böyük kəndlər və ziraətlər bulunmuş. Bu balaca 
arxlardan Pənah xan və  İbrahim xan əsrlərində  təmir edilib istifadə 
edilirmiş. Bu arxların adları: Kürək arxı, Meymənə arxı, Ləvar arxı, 
Gəmiçi arxı, Taşqay arxı, Sarı arx, Xan arxı, Ayaz arxı olmuşdur. 
 
 
ƏVVƏLİNCİ FƏSİLDƏN 
 
Qarabağ qədimlərdə Gəncə xanlarına tabe olarmış. Gəncə xanlarının 
əsilləri Qacariyyədir ki, onlara məşhur Ziyadoğlu itlaq edərlərmiş. Onlar 
sabiq padşahın firdosməkan Səfəviyyənin  əsrlərində dudman olub, 
nəhayət, çox ixlas və iradətləri olduğu səbəbə  əksər ovqat İran 
dövlətində sahibi ixtiyar, bəylərbəyi və sərdar olurdular. Həmişə iqamət 
yerləri Gəncə olurdu. Gürcüstan ilə onların sərhədləri Sınıq körpü, 
Yuxarı Surudaş  və  İran Azərbaycanı ilə  sərhədləri Araz çayı  və 
Xudafərin körpüsü olub. Gəncədə daim sakin və hakim olublar. Bəzən 
tamam Azərbaycan məmləkətinə hökumət olublar. 1148-ci sənədə Nadir 
şah məmaliki-İrana padşah oldu. Nadir şah Muğan səhrasında özünü 
şahi-İran elan etdikdə  Gəncə xanları bunun İrana  şah olmasına bərəks 
olduqlarını Nadir şaha xəbər verdilər. O da onları oradan Xorasana 
sürgün etdirdi. Nadir şah tez zaman Gəncə, Tiflis, Qarabağ, İrəvan, Şəki 
və Şirvan vilayətlərini Rum sultanının tələssütündən çıxarıb öz tərəfinə 
gətirdi. Bir az müddət bu vilayətlər Gəncə hakiminə baxdılar. Amma 
sonra Ümumazərbaycan bəylərbəyisinə tabe oldular. Belə ki, hər 
mahalda xanlar və  məliklər və minbaşılar olub Azərbaycan sərdarının 
əmri ilə idarə edilirdilər. Tainki, 1160-cı tarixdə Nadir şahı Xorasanda 
qətlə yetirdilər. Hər yerdə iğtişaş düşdü. 
  
 
126


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə