Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   36   37   38   39   40   41   42   43   ...   86

 
İKİNCİ FƏSİL 
 
 
Pənah xanın  əsil və  nəsəbi Cavanşir Dizaq elindən və Sarıcalı 
oymağındandır ki, Sarıcalı  qədim Bəhmənli elindən bir firqədir ki
əyyami-sabiqdə Türküstan məmləkətindən gəlibdir. Mirzə Adıgözəl 
nam yazdığına görə, belə rəvayət edir ki, Pənah xanın əsil-nəsəbi Arqun 
xan Çingizə yetişib. Belə ki, dudmani-Çingiziyyənin padşahlığı 
dağıldıqdan sonra o nəsildən biri Gürcüstanın Lori qalasına gəlib gizli 
yaşayır. Gəncə xanlarının işləri tərəqqi edən zaman isə  gəlib Gəncədə 
xidmət edirmiş. Sonradan daha o xanlara xidmət etmək istəməyib 
Qarabağa gəlir və Cavanşir oymağında olur. Burada yaxşı dövlət 
qazanır. Bir oğlu olur, çox gözəl, adını Əli qoyur. Bunu çox sevərmiş. 
Və Sarıca Əli deyərmiş. Burada dövləti, naxırı, sürüsü, çoban və nökər
muzdurları artırıb bir böyük oba olurlar. Bu obanın adını o vaxtdan 
Sarıca Əli qoyurlar. Pənah xan həmin bu nəsildən əmələ gəlmiş (Sarıcalı 
kəndi indi Ağdam rayonundadır). Pənah xanın atasının adı İbrahimxəlil 
ağa imiş. Bu İbrahimxəlil ağanın Ağdamda tağbənd damı varmış. 
(Damın üstü ağ olduğu üçün yer Ağdam adını bu damdan götürmüş.) 
Araz kəndində  dəxi asari və yaylaqda İbrahimxəlil ağa qalağı, məşhur 
imarəti və nişanəsi vardır. Bunlar hamısı onun böyük dövlət və hikmət 
sahibi olmasını sübut edir. Nadir şah bu yerləri tələssüt edən zaman 
harada qoçaq və bacarıqlı adam varsa öz başına toplamağa başlayır. O 
cümlədən,  İbrahimxəlil ağanın böyük oğlu Fəzləli bəyi çağırıb öz 
yanında yaxşı xidmətə qoyub (eşikağası mənsəbinə), sonra Fəzləli bəyi 
qətlə yetirirlər. Nadir şah onun qardaşı ilat arasında məşhur Pənahəli 
bəy Cavanşir Sarıcaəlini çağırıb qardaşının yerinə qoyur və rütbəsini 
dəxi artırır. Nadir şah Gəncə  və s. vilayətləri Osmanlı sultanının 
ixtiyarından çıxarandan sonra Osmanlı sultanı Abdulla paşanı yüz min 
atlı  və piyada qoşun ilə göndərib Nadir şahdan həmən vilayətləri xilas 
etmək üçün dava etmişlər.  Əlhasil, Nadir şah onları  məğlub edib, 
Abdulla paşanı  dəxi qətlə yetirmişdir. Bu davada Pənah xan böyük 
rəşadət göstərmiş. Nadir şah bundan sonra Pənah xanı çox yaxın 
tutarmış. Bu yaxınlıq sonralar çox müqərrəb  şəxslərin həsədinə bais 
olduğundan Nadir şaha Pənah xandan çox iftiralar düzəldib deyirdilər. 
Nadir  şahın yavaş-yavaş  Pənah xana etibarı  kəsilir, bunu hiss edən 
Pənah xan Nadir şahın Xorasandan getməsindən istifadə edib, yığışıb 
Qarabağa fərar edir. 
  
 
127


Başına dəstə toplayıb quldurmanənd dağlarda və meşələrdə 
yaşayaraq və  ətraf  Şəki vilayətində  Qəbələ mahalında gün keçirərmiş. 
Nadir  şah bu əhvalı bilərkən onun Cavanşirdə olan qövm elini və 
əqrəbasını və camaatını tamamilə Xorasana sürgün etdirib Pənah xanın 
özünün tutulmasına və təqib edilməsinə əmr verdi. Sonralar Pənah xanın 
15 yaşında oğlu  İbrahimxəlil ağa (babasının adını qoymuşdu) 
Xorasandan qaçıb atasının yanına gəlmişdi. Nəhayət, Nadir şah 
Xorasanda qətlə yetiriləndən sonra (hicri 1160-cı il) Pənah xan 
Qarabağda hüzura çıxır və başına cavanlardan böyük qüvvə toplayıb 
Gəncə  və Naxçıvan tərəflərə hücum edib, çalıb-çapıb, götürürlər. 
Xorasana sürgün edilmiş ilat Nadir şah qətlə yetiriləndən sonra geri 
qayıdırlar. Bu xəbər Pənah xana çatan kimi İraq və Azərbaycan 
sərhədlərinədək öz dəstəsi ilə ilatı istiqbal edir. Böyük şadyanalıq ilə 
Qarabağa varid olurlar. Bu dəfə Pənah xan bu camaatın qüvvətlənməsi 
üçün çalışıb bunları bir növ düzəldir. Tez bir zamanda bu yerlərdə 
böyük hörmət və qüvvəyə malik olur. 
Pənah xanın calal və qüdrətini bilən  ətraf  Şirvan və  Şəki hakimləri 
bunun davamını özləri üçün qorxulu olduğuna qərar verdilər və  rəfinə 
ölçü götürməyə çalışdılar. Pənah xan dəxi öz növbəsində bunlardan 
özünü müdafiə etmək üçün tədbirlər görməyə başladı. İlk əvvəl bir qala 
bina etməli idi ki, ətraf xanlar ona hücum edən zaman öz ailə  və 
yaxınlların orada hifz edə bilsin. Hicri 1161 (1747)-ci ildə Bayat 
qalasını ki, indi Kəbirli mahalındadır, bina edib hasar çəkdirdilər. Əhli-
əyallarını buraya topladılar.  Şəki və  Şirvan xanları  dəfələrlə hücum 
etdilərsə, Pənah xan onları  məğlub etdi. Ondan sonra günü-gündən 
Pənah xan qüvvətlənib böyüdü. 
Nadir  şahdan sonra İranda Adil şah hakim oldu. Bunun tərəfindən 
Azərbaycana göndərilən hakim əmirlər Pənah xanın şöhrətini bilib ona 
ənam göndərirlər. Pənah xan da qəbul edib, onun adamlarına böyük 
hörmət və ziyafət edir. Əlhasil sərdar Əmiraslanın yazmasına görə Adil 
şah Pənahəliyə xanlıq fərmanı göndərir. Bu dəfə olur Pənahxan(1747-ci 
ildə). 
Qarabağın erməni camaatı yaşayan tərəf o vaxt Xəmseyi-Əramənə 
adlanaraq, beş  məlikə  təqsim edilirdi. Bu məliklər erməni məlikləri 
tərəfindən idarə olunaraq İran şahlarına tabe idilər. 
1. Dizaqmahalı. Məlik Yeqan tərəfindən idarə olurdu. Bu məlik 
Nadir şaha çox yaxın idi. Əsli Loridən fərar etmişdi. 
  
 
 
128


2. Vərəndə mahalı. Məlik Şahnəzər. Əsli Göyçə mahalındandır. 
3. Xaçın mahalı. Məlik Həsən Calalyan övladı. 
4. Çiləbörd mahalı. Məlik Allahqulu nəsli tərəfindən idarə olu-nurdu. 
5. Talış mahalı. Məlik Usub nəsli. 
Bu məliklər ilə xüsusən Çiləbörd və Talış mahalı ilə  Pənah xanın 
vuruşmaları olub. Sonralar özünə tabe edir. Pənah xan Qarabağda ikinci 
bir qala tikdirdi. Bu da Tərnəgüt qalası adlandı. Hansı ki, indi Şah 
bulağı deyilir. 1165-ci hicridə. Bunun səbəbi o idi ki, Bayat qalası Aran 
yerdə olduğu üçün yay zamanı yaşamaq çətin idi. Odur ki, dağ səmtinə 
getməyi məsləhət bildilər. Təzə qalanın yaxşı suyu və badi-səfa yeri var 
idi. Tez bir zaman Pənah xan bütün Gürcüstan, İran, Naxçıvan, 
Azərbaycan və  hər yerdə  şöhrət tapıb hamı qorxudan ona yaxınlıq və 
dostluq etməyə başladılar. Hara gedirdi, təsərrüf tapırdı. 
Azərbaycana Məhəmmədhəsən xan Qacar hakim olmuşdu. Hərçənd 
son illər ki, hakimlər ilə, xüsusən Əmiraslan xan ilə Pənah xan çox dost 
idi, lakin bu yeni gəlmiş  Məhəmmədhəsən xandan ehtiyat edirdi. Ona 
görə  də mövcud qalaları  əgər dava düşərsə,  İran qızılbaşlarına 
cavabverici tərzdə deyildi. Pənah xan və onun yaxınları yeni bir 
möhkəm qalanın binasına qərar verdilər. Bu qalanın elə bir mərkəzdə 
olmasını  məsləhət gördülər ki, bura həm Aran, həm də dağ camaatına 
yaxın olsun. Belə bir məkan, indiki Şuşa şəhərinin yerini tapdılar. Təbii 
bir qaladır ki, hər yandan hündür qayalar, əlçatmaz daşlar idi. Yalnız 
belə bir yerdə İran qızılbaşlarından müdafiə olunmaq mümkün idi. Şuşa 
qalası hicri 1168 (1754)-ci ildə bina olunmuşdu.  İlk  əvvəl bura 
Pənahabad adlandırılır. Burda pul sikkəsi dəxi vurulur. Eyni zamanda 
şəhərin yaxınlığında olan Şuşa kəndinin adı ilə Şuşa da adlanır. Pənah 
xanın üzərinə Azərbaycan hakimi Məhəmmədhəsən xan hücum etməyə 
başladı. Şuşa qalasını mühasirə etdi. Çox davam etdikdən sonra İranda 
İraq vilayətində  Kərim xan Zəndin cülus etməsini eşidib çoxlu qoşun 
toplayıb İrana getdi və Qarabağı buraxdı. Bu dava ona müyəssər olmadı. 
Özü də orada qətlə yetirildi. Pənah xan sonralar Kərim xan Zəndin 
yanına gedib böyük rütbəyə mənsub oldu. Qarabağda oğlu İbrahimxəlil 
xan qalmışdı. Bir müddətdən sonra xəstəliyindən öz əcəli ilə  Şiraz 
vilayətində  vəfat etdi. Ancaq onun nəşini götürüb Qarabağda, indiki 
Ağdamda dəfn etdilər. 
  
 
129


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə