Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   37   38   39   40   41   42   43   44   ...   86

Nadir  şahın qətlindən sonra Pənah xan 12 il Qarabağda xanlıq 
etmişdi. Pənah xandan sonra İbrahimxəlil xan hökumət edib, o da 1174-
cü hicri ilindən 1221-ci hicri ilinə kimi Qarabağda hökumət olubdur. 
Bunun ən müqərrib adamlarından Qarabağın məşhur şairi Molla Pənah 
Vaqif olmuşdu. 
İbrahim xan çox tədbirlər, xüsusən  şəhərə hasar çəkdirmək və 
Şuşanın 28 kilometrliyində daş yolda olan Əsgəran adlanan möhkəm 
banları da Şuşanı  kənar düşmənlərinin hücumundan xilas etmək üçün 
çəkdirmişdir. 
Onun hökmranlığında Ağa Məhəmməd  şah Qacar iki dəfə  Şuşa 
qalasına hücum etmişdir. Birinci dəfə qaçmış, ikinci dəfə Şuşanı təsəllüt 
etmiş, özü də  Şuşada qətlə yetirilmişdir. Ağa Məhəmməd  şah 
hadisələrinin və ondan sonra rus dövlətinin təsəllütünü müfəssəl 
yazmağa lüzum yoxdur. Zira bu tarix aydındır və  hər bir kəsə 
məlumdur. İbrahim xan dəxi öz atasının yanında Ağdamda indi (imarət) 
adlanan hasarlı bağda mədfun olmuşdur. Onun və ondan sonra olan 
nəsillərinin qəbirləri dəxi oradadır (günbəzlərdir). Molla Pənah Vaqifin 
qəbri isə  Şuşa  şəhərində  Cıdır düzü adlanan yerin aşağısında qoşa 
günbəzlər ilə hazırda vardır. 
 
Ağdam şəhəri, Qaradağlı  
8.V. 1936. 
  
 
130


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ABBASQULU AĞA BAKIXANOV 
 
GÜLÜSTANİ-İRƏM 
 
V FƏSİL 
  
 
131


 
ABBASQULU AĞA BAKIXANOV 
 
Abbasqulu ağa Bakıxanov (1794-1846) Azərbaycan xalqının ictimai 
fikir tarixində görkəmli yer tutur. O, XIX əsrin birinci yarısında 
Azərbaycan maarifçiliyinin əsasını qoyanlardan biridir. İstedadlı  şair 
olan A.Bakıxanov eyni zamanda ensiklopedik biliyə malik idi. Onun 
tərbiyə problemlərinə dair "Təhzibül-əxlaq", "Nəsihətnamə" fars dilinin 
qrammatikasından bəhs edən "Qanuni-Qüdsi", coğrafiyaya aid "Kəşfül-
qəraib" və "Ümumi coğrafiya", astronomiyaya aid "Əsrarül-mələkut", 
"Eynül mizan" və bir sıra başqa əsərləri vardır. 
A.Bakrxanov təhsilə Bakı  şəhərində başlamış, Qubada onu davam 
etdirərək fars və  ərəb dillərini, klassik Şərq  ədəbiyyatı, tarixi və 
fəlsəfəsini öyrərrmişdir. 
Qafqazın baş hakimi M.P. Yermolovun dəvəti ilə 1819-cu ilin 
dekabrından Tiflisdə  Şərq dilləri mütərcimi vəzifəsində  işləmişdir. 
A.Bakıxanov Rusiya-İran (1826-1829) və Rusiya-Türkiyə (1829) 
müharibələrində bilavasitə iştirak edib fərqlənmişdir. 
1828-ci ildə Türkmənçay müqaviləsi bağlanarkən A.Bakıxanov 
draqoman-tərcüməçi sifətilə orada iştirak edirdi. 
A.Bakıxanovun Azərbaycan, o cümlədən, Qarabağ tarixinə marağı 
hədsiz idi. 1823-cü ildə o, Yermolov tərəfindən Qarabağ əyalətini tədqiq 
edən komissiyanın üzvü təyin olunur. Onun Qarabağın tarixi, 
coğrafiyası  və etnoqrafiyası barədə topladığı materiallar 1841-ci ildə 
tamamladığı "Gülüstani-İrəm"  əsərində öz əksini tapmışdır. Müəllif 
Azərbaycan tarixini öyrənmək üçün misli olmayan həmin əsərini 1844-
cü ildə rus dilinə  tərcümə etmişdir... Təəssüf ki, əsəri tam halda çap 
etdirə bilməmişdir. 
"Gülüstani-İrəm"in V (sonuncu) fəslində Azərbaycanın başqa 
xanlıqları ilə yanaşı, Qarabağ xanlığının 1747-1813-cü illərdəki siyasi 
mənzərəsi öz əksini tapmışdır. Bu səbəbden və Qarabağ xanlığının 
başqa Azərbaycan xanlıqları ilə  əlaqəsi barədə nisbətən geniş  təsəvvür 
almaq məqsədilə "Gülüstani-İrəm"  əsərinin V fəslini "Qarabağna-
mələr"ə əlavə etdik. 
  
 
132


 
 
NADİR ŞAHIN VƏFATINDAN "GÜLÜSTAN" 
ADLI YERDƏ RUSİYA VƏ İRAN DÖVLƏTLƏRİ 
ARASINDA BAĞLANAN SÜLH 
MÜAHİDƏSİNƏ QƏDƏR 
 
Nadir  şahın öldürülməsi xəbəri ordu içərisində yayıldı.  Əfqan və 
özbək tayfaları sonradan Əfqamstan  şahı olacaq Abdallı  Əhməd xanın 
sərkərdəliyilə, Nadir şahın qatilləri  əfşarlarla müharibəyə giri-şib qalib 
gəldilər. Ordunu qarət edərək öz yerlərinə getdilər. 
Nadir  şahın qardaşı  oğlu  Əliqulu xan İbrahim xan oğlu Heratdan 
Məşhədi-müqəddəsə  gəldi və Zöhrab adlı qulamını dünyanın qəribə 
asarından sayılan Kəlat qalasına göndərdi. O da qalanı  qəflətən alıb 
Rzaqulu mirzəni böyüklü-kiçikli on beş  nəfər Nadir övladı ilə  bərabər 
öldürdü. Nadir şahın oğlanları  Nəsrulla mirzə  və  İmamqulu mirzəni, 
Rzaqulu mirzənin Şah Sultan Hüseynin qızından olan oğlu Şahrux mirzə 
ilə Məşhədə gətirdi. Nadirin oğlanlarını və 14 yaşlı Şahrux mirzəni də, 
gizlində qalada həbs edib öldürüldüyü xəbərini yaydı. Bu tədbirlə o, 
belə  xəyal edirdi ki, əgər iranlılar onun səltənətinə razı olmasalar, iki 
tərəfi bu səltənətə layiq olan şahzadəni  əldə saxlamış olsun. Özü də 
Əlişah adı ilə taxta oturdu. Cavahirat və sair qiymətli şeylərdən başqa
on beş gürurluq nağddan ibarət olan Nadirin xəzinələrini Kəlatdan 
Məşhədə gətirib israfla puç etməyə başladı. 
Bu zaman İsfahan hakimi olan qardaşı İbrahim xan üsyana başladı. 7 
aydan artıq Mazandaranda olan Əlişah qardaşını  cəzalandırmaq üçün 
hərəket etdi. Zəncan ilə Sultaniyyə arasında müharibə vaqe oldu. Bu 
müharibədə  Əlişah məğlub olub Tehrana qaçdı. Qardaşının  əmrilə 
tutulub gözləri çıxarıldı.  İbrahim xan, Şahrux mirzəni Nadirin 
xəzinələrilə  bərabər  ələ keçirmək xəyalilə öz qardaşı Hüseyn bəyi 
əmirlərdən bir neçəsilə bərabər Xorasana göndərdi. Xəbər verdi ki, onun 
bu işdən məqsədi  Şahrux həzrətlərini ata-baba taxtına  əyləşdirməkdir; 
yenə  təklif etdi ki, şahzadə  gəlib  İraqda taxta otursun. Lakin kürd 
xanları  və Xorasan rəisləri  şahzadənin getməsini lazım bilməyib
istəmədiyi halda, onu hicri 1161-ci (1748) ildə, aqustos (avqust) ayının 
17-də taxta oturtdular. "Sultani-əzəm" tərkibi (əbcəd 
 
133


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə