Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

hesabilə) onun taxta oturmaq tarixi oldu. İbrahim xan da həmin il 
təşrini-sanı (noyabr) ayının 24-də Təbrizdə taxta oturdu. 
İbrahim xan hər bir ləyaqətsiz adamı işə cəlb edib ona xanlıq ləqəbi 
verirdi və bunu "təlifi-qülub" (ürəkləri ələ almaq) deyə adlandırırdı. O, 
Xorasana getmək qəsdilə Azərbaycandan çıxıb yükləri və çadırları, 
yanında məhbus saxladığı kor Əlişah ilə  bərabər Qum şəhərinə 
göndərdi. Simnanın Sürxə adlı mənzilinə çatdıqda, qoşunu dağılmağa üz 
qoydu. Labüd qalıb yanındakı  əfqan tayfası ilə Quma getdi. Qumun 
mühafizləri darvazaları onun üzünə bağladılar. O, şəhəri güclə alıb qarət 
etdi. Qalapur qalasına çəkildi. Qala əhli onun əl-qolunu bağlayıb, 
hadisəni şahın dərbarına bildirdilər. Şahrux tərəfindən onun və Əlişahın 
Xorasana gətirilməsi haqqında hökm verildi. İbrahim xan yolda, Əlişah 
isə  Məşhədi-müqəddəsdə öldürüldü. Şahrux mirzə  də bir neçə vaxtdan 
sonra dövlət başçılarının əlilə kor edilərək səltənətdən qovuldu. 
Şah Sultan Hüseynin qız nəvəsi olan Məşhədi-müqəddəs mütə-vəllisi 
Mirzə Seyid Mühəmməd Sədri, II Şah Süleyman adı ilə taxta oturdu. 
Dövlət başçıları bir neçə vaxtdan sonra onu da kor edib səltənətdən 
çıxardılar. Şahrux mirzəni yenidən taxta oturtdular. 
Azad xan Əfqan, Xorasanda yüksəliş fikrilə çapalayırdısa da, dövlət 
və hökumət qapıları onun üzünə açılmırdı. Məhəmmədhəsən xan Qacar 
İraq, Təbəristan və Azərbaycanı istila edib sikkə  və xütbə sahibi 
olmuşdu. Bu zaman Əlimərdan xan Bəxtiyari Kərim xan Zənd ilə 
İsfahan üzərinə yeridilər. Buranın hakimi Əbülfət xan qarşıya çıxdısa 
da, məğlub olub şəhərə qayıtdı. Bəzi danışıqlardan sonra əhdnamə 
bağlandı və hər üçünün ittifaqı ilə Şah Sultan Hüseynin qız nəvəsi Mirzə 
Əbutürab, III Şah  İsmayıl ləqəbilə taxta oturdu. Əlimərdan xan divan 
vəkalətinə (nazirliyinə),  Əbülfət xan İsfahan  əyalətinə, Kərim xan da 
bütün ölkənin sərdarı təyin edildi. 
Kərim xan İsfahandan kənara çıxdığı zaman, Əlimərdan xan Əbülfət 
xanı öldürdü. Öz adlı-sanlı, lakin ixtiyara malik olmayan padşahını 
götürüb, Şiraza hərəkət etdi və Fars vilayətini ələ keçirdi. 
Əbülfət xanın öldürülməsindən qorxuya düşən Kərim xan, evvelcə 
Şahrux ölkəsinin sərdarı Məhəmmədəli xanın üstünə gedib onu məğlub 
etdi, topxanasını  və ordu ləvazimatını alıb Kürdüstana üz qoydu. Bu 
yerləri də fəth etdikdən sonra İsfahanı almağa yürüş etdi. 
 
134


Əlimərdan xan Şirazdan müdafiəyə  çıxdı, lakin məğlub olub 
öldürüldü. Kərim xan onun yerinə divan vəkalətinə (nazirliyinə) keçdi. 
Sonra gedib, Astarabad nahiyələrinin çoxunu aldısa da, qacarlar 
tərəfindən məğlub edilərək  İsfahana qayıtdı. Bu zamanlar Şah 
Təhmasibin oğluyanı iddiası ilə, II Şah Sultan Hüseyn adı ilə naməlum 
bir şəxs zühur edib, Mustafa xan Bekdilinin köməkliyilə İraqa yürüdü. 
Kərim xan ona qarşı  çıxmaq məqsədilə Kirmanşaha gedib qalibiyyət 
qazandı. Nəsəbi məlum olmayan şah müharibədə öldürüldü. Bundan 
sonra Azad xan Urmudan (Urmiya) İraqa hərəkət etdi. Kərim xan bu 
döyüşdə  məğlub olaraq İsfahana qayıtdı. Azad xan Pəri qalasını 
mühasirə edib, sülh ilə aldı. Kərim xanın burada olan qohumlarını, 
anasını və qadınını min nəfər süvari ilə Urmiyaya göndərdi. Mənzillərin 
(düşərgələrin) birində, Zənd qadınları öz ərlərinin buxov və zəncirlərini 
qırıb qarovulları dağıtdılar və Kərim xana qoşuldular. 
Azad xan qoşununun gəlməsilə  Kərim xan İsfahandan Kazrana 
qaçdı, buradan da gedib Şirazı alaraq yenə İsfahana qayıtdı. Bu zaman 
Məhəmmədhəsən xan Qacar onun üzərinə yeridi, Kərim xan məğlub 
olub  Şiraza qayıtdı. Məhəmmədhəsən xan gedib onu mühasirə etdi. 
Lakin  əfqanların dönüklüyünə görə Mazandarana qayıtmağa məcbur 
oldu və öz nökərlərinin əlində öldürüldü. Kərim xan yenə gəlib İsfahan, 
Yəzd və Tehranı alaraq Azərbaycana hərəkət etdi. 
İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda 
olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu 
ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, 
istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan 
hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu, Xudad qalasını köçürüb, 
indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı.  İğtişaş 
zamanında bu ölkənin özbaşına qalan bir çox mahallarını itaətə məcbur 
etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy Qorçunu 
xanlığa seçdilər. 
Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan 
Dərgah xan oğlu, Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. 
Şamaxı əhalisi sürsat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nəbi oğlu 
Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy 
Allahverdi bəy oğlu Sərkarın oğlanları Şirvan elatı arasında hakimiyyət 
bayrağı qaldırdılar. Nuxalı Hacı Çələbi Qurban oğlu 
 
135


istiqlaliyyət bayrağı qaldıraraq, Şəki, Ərəş və Qəbələ mahallarını özünə 
tabe etdi. O, Nadir şah dövründə  Şəkidən göndərilən həvaləcatın 
(vergilərin) yerinə çatdırılması xüsusunda camaatın vəkili idi. İşinin 
axırında qaçaq düşüb, 3 il Gələsən-Görəsən qalasında gizlənmişdi. 
Nadir dövrünün axırlarında qaçıb Şəki və Şirvan ölkələrində keçinən 
Pənah bəy  İbrahimxəlil oğlu Cavanşir ardıcıl davam edən müharibələr 
nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq bayrağını yüksəltdi. 
Əvvəlcə Bayat və daha sonra Tərnəgüt qalasını bina etdi. Bu qalanın 
hasar və dükanlarının asarı I Şah Abbasın qışlağı yerində, Şahbulaq adlı 
çeşmənin yanında, indi də mövcuddur. Bir neçə vaxtdan sonra erməni 
məliklərilə düşmənçilik edən Məlik Şahnəzər Vərəndinin bələdçiliyi ilə 
indiki  Şuşanın yerində  Pənahabad qalasını bina etdi. Erməniləri özünə 
tabe edərək, gündən-günə qüvvətləndi. Xudafərin körpüsündən 
başlayaraq, Kürək çayına və Bərgüşat mahalına qədər yerləri ələ keçirdi. 
Bundan  əlavə, Qaradağa aid Mehri və Güney mahallarını, Naxçıvana 
aid Tatif və Sisyanı,  İrəvana aid Tərtər Kolanını  və  Təbrizə aid olan 
Zəngəzur və Qafam tutdu. O, bəzən Ərdəbil və sair kimi qonşu ölkələri 
də özünə tabe edirdi. 
Şahverdi xan Ziyad oğlu Gəncəni öz ixtiyarına almışdı. Qaziqu-
muqlu Surxay xan, Nadir şah dövrünün sonlarından bəri, hökuməti öz 
oğlu Məhəmməd xana tərk edərək, (Qaziqumuğun) on ağaclığında olan 
Ketrux kəndində izlətə və ibadətə çəkilmişdi. Üsmi Əhməd xan tez vəfat 
etdi,  şücaət və  mətanətilə  məşhur olan nəvəsi  Əmir Həmzə xan 
Məhəmməd oğlu onun yerinə üsmi oldu. Şamxal Xasfulad xan öz 
hökmranlığında qaldı. Novsal xan Əmmə xan oğlu avar mülkünü 
müstəqil olaraq idarə edirdi. Bunlardan başqa yenə böyük əmirlər var idi 
ki, onlar da bu qərar üzrə idi: Mehdi bəy Əhmədxan bəy oğlu Cenqutayi 
Mehdili əmirliyində bərqərar idi. O, avar şahları dudmam şəcərəsindən 
və bəzi xəbərlərə görə, moğol və tatar nəslindən idi. Sultan Bud övladı 
İndiri və Yaxsayda hökmranlıq sürürdü. Terlavm vərəsələri isə 
Mıçıqıçda mülkədar idilər. Mürtəzaəli Məhəmməd Məsum oğlu 
məsumluqda və Mürtəzaəli Rüstəm oğlu Təbərsəran qaziliyində paydar 
idilər. 
Buynaq əmiri Mehdi Mürtəzaəli oğlu o zaman Xasfulad xan ilə pis 
rəftar etdiyi və çəkişdiyi üçün Nadir şah tərəfindən Astrabada 
  
 
136


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə