Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   39   40   41   42   43   44   45   46   ...   86

göndərilmişdi. Nadir şahın vəfatından sonra Qıpçaq çölünə getdi. 
Oradan da kalmıq qoşunu ilə  gəlib Qazanışın yaxınlığında, iki çay 
arasında  şiddətli müharibə edərək qalib gəldi. Axırda Xasfulad xan ilə 
barışıb, qabaqkı kimi Buynaq əmirliyinə keçdi. 
Hicri 1162 (1749)-ci ildə Şahsevən Əhməd xan, Ali-Sərkarın oturağı 
olan qədim Şamaxı şəhəri üzərinə gəldi. Ağa Razi bəy Əsgər bəy oğlu 
üz-üzə döyüşdə onun qardaşı Məhəmmədrza xanı öldürdü. Əhməd xan 
özü intiqam almaq üçün meydana atıldısa da, Ağa Razi bəy tərəfindən 
bərk yaralandı, məğlub olub geri qayıtdı  və  şəhərin yarım ağaclığında 
vəfat etdi. 
Bu zaman Gürcüstan valisi İrakli Hacı  Çələbinin dəfi xüsusunda 
məşvərət və məsləhət bəhanəsilə gəncəli Şahverdi xan, qarabağlı Pənah 
xan, qaradağlı Kazım xan, irəvanlı Hüseynəli xan və naxçıvanlı 
Heydərqulu xanla Gəncənin yaxınlığında görüşüb hamısını bir yerdə 
yaxaladı  və  əsir etdi. Hacı  Çələbi bu xəbəri eşidən kimi şücaət və 
igidliyilə Sərkar xanədanmın hökmranlığına vasitə olan Ağa Razi bəylə 
ittifaq edib, Gürcüstan valisinin üzərinə hücum etdi. Gəncənin yarım 
ağaclığında, Qızıl Qaya adlı yerdə onu məğlub edərək, həmin xanları 
xilas etdi. Sonra valini təqib edib, Qazax və Borçalı mahallarını  ələ 
keçirdi. Oğlu Ağakişi bəy iki ilə yaxın bu hüdudda hökm sürüb, zülm 
etməklə  məşğul oldu. Tiflis şəhərinin dörd ağaclığında, Paydar adlı 
yerdə, onun tərəfindən tikdirilən qalanın yeri indi də mövcuddur. 
Nəhayət, Gürcüstan valisi çərkəzlərdən və sairdən kömək alıb öz 
dəstəsini düzəldincə  Ağakişi bəy  Şəkiyə qayıtdı. Bir zaman keçəndən 
sonra İrakli xan külli tədarüklə Car əhalisinin Gürcüstandan aldığı Nikli 
tayfasraı geri almaq üçün getdi. Hacı  Çələbi Car camaatının köməyinə 
gəlib, Qanıq çayının sol sahilində çox şiddətli bir müharibəyə girişdi. 
Gürcüstan valisi əvvəlkindən daha ciddi məğlub olub geri qayıtdı. 
Hicri 1168 (1755)-ci ildə Hacı  Çələbi külli qoşunla  Şirvanı almaq 
məqsədilə  gəlib Ağsu  şəhərini mühasirə etdi. Burada olan Hacı 
Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi. O da 
3000 nəfər Quba qoşunu və 500 nəfər qüvvəyə malik olan Əmir Həmzə 
ümsi ilə bərabər iki düşməni barışdırmaq üçün gəldi. Hacı Çələbi, Hacı 
Piri adlı bir nəfəri elçi göndərib onu hədələdi və geri qayıtmağı  təklif 
etdi. Beləliklə, iş müharibə ilə nəticələndi. Şəkinin 
 
137


külli qoşunu bu azacıq camaatın qarşısında məğlub olub, qarət edildi və 
çoxu öldürüldü. 
Hüseynəli xan 3 gün qonaqlıqdan sonra öz hökumət mərkəzinə 
qayıtdı və hicri 1169 (1756)-cu ildə oğlu Fətəli ağanı qoşunla göndərib, 
ata-baba mülkü olan Salyan nahiyəsini, öz qohumu rudbarlı  İbrahim 
xanın əlindən geri aldı. 
Hüseynəli xan hicri 1171 (1758)-ci ildə  vəfat etdi. O, cəsarətli, ali 
hümmətli bir əmir idi. Həmişə ölkənin abadlığı  və  rəiyyətin asayişi 
fikrində idi. Şirvanlı  Ağa Razi Əsgər bəy oğlu dərhal gedib Qubanın 
Bərmək mahalını qarət etdi və 200 ailəni köçürüb gətirdi. Hüseynəli 
xanın oğlu Fətəli xan qisas almaq məqsədilə Şirvana hərəkət etdi. Ağa 
Razi bəy qarşıya çıxdı  və  qədim  şəhərin xaricində  məğlub edilib 
öldürüldü. Fətəli xan bir neçə aylıq mühasirədən sonra qətl-qarətdən 
əlavə öz elatının iki mislini götürüb geri qayıtdı. 
Dərbəndlilər Məhəmmədhüseyn xanın qardaşı Tahir bəyin pis 
rəftarından təngə  gəlmişdilər. Fətəli xan onların təşviqilə hicri 1172 
(1759)-ci ildə, Dərbəndin üzərinə gedib, azacıq mühasirədən sonra oranı 
da aldı. Məhəmmədhüseyn xan öz istəyinə görə Bakıda yurd saldı. 
Əzmdə, hünərdə  və  rəiyyətpərvərlikdə mümtaz olan Hacı  Çələbi 
həmin məğlubiyyətdən (Şirvan məğlubiyyətindən) az zaman sonra vəfat 
etdi. Onun cəsarətli və hünərli oğlu Ağakişi bəy hökumət başına keçdi. 
Bu zaman qaziqumuqlu Məhəmməd xan, ərəşli məlik  Əlinin təhrikilə 
Ərəş mahalına gəlib, Ağakişi bəyi görüş və məşvərət bəhanəsilə yanına 
çağırdı  və öldürdü. Beləliklə,  Şəki ölkəsini  ələ keçirdi. Ağakişi bəyin 
əyalı olan öz qızını ilisulu Alxas bəyə verdi. Əhməd xan da bundan 
doğuldu. 
Məhəmməd xan Şəkidə 40 gün hökmranlıq etdi. Hacı  Çələbinin 
bütün dəfinələrini ələ keçirdi və olmazın zülm törətdi. 
Hacı  Çələbi oğlu Ağakişi bəy öldürüldükdən sonra Hüseyn ağa 
Həsən ağa oğlu Qəbələ yolu ilə Dərbəndə, Fətəli xanın yanına getmişdi. 
Quba qoşununun köməkliyi və Şəki əyanının ittifaqilə Məhəmməd xanı 
buradan çıxararaq öz mülkünə sahib oldu. Bu hadisədən üç il sonra, 
hicri 1175 (1762)-ci ildə Nadir şahın böyük əmirlərindən Fətəli xan 
Əfşar Azərbaycanı aldı, hökmranlıq iddiası ilə  Gəncə  və Qarabağa 
hərəkət etdi. Pənah xan onunla itaət edər kimi sazişə girdi, oğlu 
İbrahimxəlil ağanı ona girov verdi, ərəşli məlik Əli də Şəki hakimiyyəti 
təmənnasilə onun hüzuruna getdi. Lakin bu zaman 
  
 
138


Hüseyn ağa Qutqaşınlı Kəlbəli sultan və sair tərəfdarları ilə Fətəli xanın 
yanına gəldi. Xanlıq ləqəbi alaraq qayıdıb məlik Əlini öldürdü. 
Hicri 1176 (1763)-cı ildə  Şirvanda və xüsusilə  Ağsu  şəhərində 
şiddətli taun xəstəliyi baş verdi. Bu xəstəlikdən çox adam tələf oldu. Bu 
zaman, Vəkil Kərim xan Azərbaycanı istila etmək məqsədilə  gəldi. 
Qarabağlı  Pənah xan öz oğlunu xilas etmək üçün ona qoşuldu və 
Urmiya şəhərini almaqda, həmçinin Fətəli xanı öldürməkdə çox yardım 
göstərdi. 
Vəkil Kərim xan Pənah xanın oğlu İbrahimxəlil ağanı xanlıq ləqəbilə 
Qarabağa göndərdi, özünü isə  həmişə yanında saxlayırdı. Pənah xan 
Şirazda vəfat etdi, nəşi də Qarabağa göndərildi. Deyirlər ki, Pənah xan 
cəsarətli, sadə, xoşrəftar və tədbirli bir əmir olmuşdur. 
Xülasə, Vəkil Kərim xan Azərbaycanı  ələ keçirdikdən sonra 
məlumat aldı ki, Zəki xan Zənd səltənət iddiasındadır və  Bəxtiyari 
tayfasının təşviq və  təhriki ilə  İsfahana gəlmişdir. Vəkil Kərim xan 
bütün  əmirlər və qoşunla bərabər onu dəf etməyə getdi. Zəki xan 
İsfahanın  əyanlarını köçürüb Dəştə apardı. Nəzərəli xan Zənd, Vəkilin 
hökmü ilə gedib ona qalib gəldi və Luristanın son hüduduna qədər onu 
təqib etdi. Zəki xan naçar qalıb, Vəkilin tövləsinə pənah apardı və aman 
tapdı. 
Gürcüstanda məğlub edilərək soyulmuş olan Azad xan Əfqan və 
Vəkilin dərgahına aman gətirdi və mehribanlıqla qəbul olundu. Bu 
qayda üzrə İran ölkəsi rəqabətsiz Vəkil Kərim xanın ixtiyarına keçdi. 
Hicri 1178 (1765)-ci ildə Əsgər bəyin oğlanları Məhəmməd Səid xan 
və  Ağası xan elat arasında Vəkildən xanlıq ləqəbi qazanıb, Ağsu 
şəhərini aldılar və cahi-calah sevib dinc yaşamaq istəyən Hacı 
Məhəmmədəli xanı öldürdülər.  Bu  zaman,  Fətəli xan Əmir Həmzə 
üsminin bacısı Tutu bikəni aldı. Üsmi də  Fətəli xanın Hüseyn xan 
Rudibarının qızından olan bacısı Xədicə bikə üçün elçi göndərdi. Lakin 
Fətəli xan öz bacısını bakılı I Mirzə  Məhəmməd xanın oğlu 
Məlikməhəmməd xana verdi. Məlikməhəmməd xanı atası öz sağlığında 
hökumət başına keçirmişdi. 
Xədicə bikənin üstündə Əmir Həmzə ilə Fətəli xanın arasına ədavət 
düşdü. Bir zatnan keçdikdən sonra Üsmi öz bacısını görmək bəhanəsilə 
Dərbəndə  gəlib, Narınqalanı almaq fikrinə düşdü. Fətəli xan bundan 
xəbər tutaraq, Quba qoşunu ilə Dərbənd üzərinə gəldi. 
 
139


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə