Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   41   42   43   44   45   46   47   48   ...   86

əmirləri ona qarşı durmağa cürət etmədilər. Bunlardan bəzisi hədiyyə 
göndərmək vasitəsilə özünü onun şərindən qurtarmaq istəyirdi. Fətəli 
xan, xan Məhəmməd xanı öz tərəfinə  çəkdi. O, yuxarıda adı  çəkilən 
üsminin qardaşı  oğlu olub, igidlikdə  şöhrət tapmışdı. Fətəli xan 
Qubadan 100 ev köçürdüb, Dərbəndin üç ağaclığında ona məxsus bir 
qala tikdirdi. Məhəmməd xan cürbəcür vasitələrlə üsminin işinə  əngəl 
törədirdi. Bundan əlavə, mənfəət verdiyi və  əlaqəyə girdiyi üçün 
Dağıstan  əmirləri,  əyanları  və  əhalisi gündən-günə  Fətəli xanın 
dövlətinə daha artıq meyil göstərirdilər. Üsmi artıq böyük işlərə qarışa 
bilmədiyindən, naçar qalıb barışmağa məcbur oldu. 
Məhəmməd xanın oğlu Şahmərdan bəy ögey anasından olan qardaşı 
Surxay ilə  ədavətli idi. Buna görə atası  Məhəmməd xandan inciyib, 
Fətəli xana meyil göstərərək xidmət edirdi. Fətəli xan da Dərbənd 
üstündə sayılan Kürə nahiyəsinin aşağı hissəsini Qəbərək kəndinə qədər 
və Qubanın Güney mahalını ona verdi. Ayrıca camaat olan Qurah 
mahalını da Şahmərdan bəy özü ələ keçirdi. Beləliklə, Məhəmməd xan 
da müxalifət iqtidarında olmayıb, müdara ilə keçinirdi. 
Bu zaman Təbərsəran  əmirəsi Xanım vəfat etdi. Mirzə  nəvəsi 
Əliqulu Sail oğlu qulluq göstərmək bəhanəsilə lal məsumla dostdaşdı. 
Rüstəm qadisin köməyilə onu iki oğlu ilə öldürüb, məsumluğa keçdi. 
Fətəli xanın xidmətində Gavduşan döyüşündə öldürülmüş qardaşı Şeyx 
Əli məsumun oğlanları: Məhəmmədhüseyn bəy, Söhrab bəy,  Şamxal 
bəy və Mustafa bəy Qubaya getdilər. Fətəli xan bir müddətdən sonra 
Əliqulu məsumu Dərbəndə  gətirib həbs edərək Salyana göndərdi. Özü 
isə qoşunla gedib, Məhəmmədhüseyn bəy  Şeyx  Əli oğlu məsumu, 
keçmiş  məsumların oturağı olan Çıraq kəndində  məsumluğa oturtdu. 
Ondan sonra qardaşlan: Söhrab məsum,  Şamxal məsum və  oğlu 
Qırxlarqulu məsum bir-birinin ardınca əmirlik etdilər. 
Şəki hökmranlığında müstəqil olan Hüseyn xan aralığa düşən 
ədavətə görə əmisi Cəfər ağanı öldürüb, öz xanədanında ədavət toxumu 
əkdi. Hacı Çələbinin oğlu Hacı Əbdülqadir öz tərəfdarları ilə ondan üç 
çevirdi.  İbrahim xanın köməyilə Kür çayı  kənarında, Dardoqqaz adlı 
yerdə sakin oldu. Hüseyn xan bir neçə  dəfə onun üzərinə gedib 
vuruşdusa da, məqsədə nail olmadan geri qayıtdı. Bu 
müvəffəqiyyətsizlikdən sonra o, Hacı  Əbdülqadirin tərəfdarları olan 
qutqaşınlı Kəlbəli sultanı, qışlaqlı Hacı Ağanı və Hacı Rəsul bəy Hacı 
 
 
143


Şeyx Əli oğlunu həbsə aldı. Bir az keçəndən sonra Hacı Rəsul qaçdı, o 
biri iki nəfər isə öldürüldü. 
Həmin hicri 1193 (1779)-cü ildə  ədalətli və hünərli bir əmir olan 
Vəkil Kərim xan vəfat etdi. O, qoşununun intizamına və ölkəsinin 
asayişinə çalışıb, 30 ilə yaxın İranda hökmranlıq etdi. O, çox insaflı olub 
səltənətin qədr və qiymətini gözlədiyindən, ancaq Vəkil ləqəbilə 
kifayətlənmişdi. Zəndiyyə dövləti də  əmirləri arasına düşən ixtilaf 
nəticəsində tez puç olub aradan çıxdı. 
Hicri 1194 (1780)-cü ijdə Hacı  Əbdülqadir, Hacı  Çələbinin  əmisi 
oğlu Hacı  Rəsul bəy Hacı  Şeyx  Əli oğlunun köməkliyi,  Ərəş 
məlikzadələri və  Şəki  əyanının ittifaqilə  qəflətən Nuxu qalasına 
soxuldu. 22 il hökmranlıq sürməkdə olan Hüseyn xanı öldürüb, hökumət 
bayrağını qaldırdı. Hüseyn xan hünərli,  şücaətli, gözəl tədbirli və 
düzgün fikirli olmaqla bərabər, təbiətən rəhmsiz bir adam idi. 
Ağa Məhəmməd xan Qacar hüdud boyunu tutduğu zaman, Gilan 
hakimi Hidayətulla xan məğlub olub, kömək tələbilə Bakıya, buradan da 
Qubaya gəldi. Fətəli xan Salyan və Talış yolu ilə Mirzə  bəy Bayatın 
komandası altında 9000 qoşun göndərib, onu Rəştdə  əvvəlki yerində 
oturtdu. 
Hicri 1196 (1781)-cı ildə dindar, ədalətli bir əmir olan bakılı Hacı 
Məlikməhəmməd xan Hacı Mirzə Məhəmməd xan oğlu, 11 yaşlı oğlu II 
Mirzə Məhəmməd xanı dayısı Fətəli xanın himayəsi altında Bakı hakimi 
təyin etdi. Özü Ətəbatə (Kərbəla və  Nəcəfə) ziyarətə gedib, Nəcəf-
əşrəfdə vəfat etdi. 
Bu zaman Məhəmmədhəsən xan Fətəli xanın bacısı Fatma xanımı öz 
oğlu Məhəmmədrza bəy üçün istədi. Fatma xanımı keçmişdə  Vəkil 
Kərim xan da öz oğlu  Əbülfət xana namizəd etmişdi. Onun qardaşı 
Ağası xan, Fətəli xanın  Şirvan iddiasında olduğunu bilib, bu işdən 
narazı idi. Özü də  Əlvənddə sakin idi. Füzulinin bu beytini yazıb ona 
göndərdi: 
 
Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,  
Gör nə cahildir yonar daşdan öziçün bir rəqib. 
 
Məhəmmədsəid xan da cavabında, Füzulinin bu beytini yazıb 
göndərdi: 
 
Kuhkən künd eyləmiş bin tişəni bir dağ ilə,  
Bən qoparıb atmışam bin dağı bir dırnaq ilə. 
  
 
144


Xülasə, Fətəli xanın bacısını almaq səbəbinə, iki qardaşın arasına 
ayrılıq düşdü. Hicri 1198 (1784)-ci ildə  Fətəli xan Ağası xana kömək 
edən  İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı  və Qarabağın aşağı 
mahallarını talan etdi. Hacı  Əbdülqadir xan da Şəki qoşunu ilə onunla 
yoldaş idi. Bu səbəbə  İbrahim xan, atası öldürüldüyü zaman Qarabağa 
qaçıb, məhbus olan Məhəmmədhəsən ağa Hüseyn xan oğlunu gizlincə 
azad edib Cara göndərdi. Məhəmmədhəsən ağa Car ləzgilərinin 
köməkliyilə Şəkinin üzərinə yürüş etdi. Birinci dəfə məğlub oldu. İkinci 
dəfə isə qalib gəldi. Hacı  Əbdülqadir xan da Əlvəndə  Ağası xanın 
yanına qaçdı. Ağası xan onu tutub, qoşunla onu təqib və  tələb edən 
Məhəmmədhəsən xana verdi. Məhəmmədhəsən xan, atasının intiqamı 
üçün onu yeddi oğlu ilə  bərabər öldürdü. Deyirlər ki, o, (Hacı 
Əbdülqadir xan) igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox 
şiddət göstərərmiş. 
Fətəli xan hicri 1199 (1785)-cu ildə  Ağası xan və onun müttəfiqi 
Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə Şirvana getmişdi. Bu 
zaman qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş olan Mehrəli bəy 
Fətəli xanın yanında idi. Bir gecə Bakıdan Şirvana getdiyi zaman, yolda 
Ağası xanın böyük oğlu  Əhməd bəyə rast gəldi, aralarında müharibə 
oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan onun cənazəsini kamal-
ehtiramla Qarabağa göndərdi. Bu hadisədən sonra İbrahim xanla Fətəli 
xan dostlaşmağa başladı. Ağası xana qarşı  hər iki tərəfdən qoşun 
göndərildi. Ağası xan məcbur qalıb Fətəli xanın hüzuruna gəldi, 
oğlanları ilə  bərabər məhbus olaraq, Qubaya göndərildi. Bundan sonra 
Fətəli xan Şəki üzərinə yürüş etdi. Bu müharibədə  məğlub olan 
Məhəmmədhəsən xan öz bacısını Fətəli xana verib barışdı. Fətəli xan da 
ittifaqı möhkəmləndirmək məqsədilə öz bacısı Huri Peykər xanımı ona 
verdi. Həmin il cəsarətli, xoşrəftar və eyni zamanda, xasiyyətcə vüqarsız 
və kinli bir şəxs olan Mürtəzaəli Şamxal vəfat etdi. Qardaşı Məhəmməd 
şamxallığa oturdu. Hicri 1201 (1787)-ci ildə  Fətəli xan Məhəmməd 
Şamxalın qızı Kiçik Bikəni Üsminin bacısından olan Əhməd ağa adlı 
oğlu üçün aldı, çoxlu cehiz və böyük bir dəbdəbə ilə Dərbəndə gətirdi. 
Əmir Həmzə Üsmi də  həmin il vəfat etdi və qardaşı Ustar xan onun 
yerinə təyin olundu. 
Öz qardaşının  ələ keçməsindən qorxuya düşən Məhəmmədsəid xan 
gizlicə keçmişdəki işlərin  əvəzini almağa çalışırdı. Fətəli xan, Ağası 
xanı, Əhməd bəy və Məhəmməd bəy adlı iki böyük oğlanları 
 
145


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə