Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   43   44   45   46   47   48   49   50   ...   86

Hicri 1205 (1791)-ci ildə Əhməd xan ilə bakılı II Mirzə Məhəmməd 
xan arasında ədavət düşdü. Əhməd xan ona xəracgüzarlıq vədə verən I 
Mirzə Məhəmməd xanın oğlu Məhəmmədqulu ağanın təhrikilə bir dəstə 
qoşunu Salyana getmək bəhanəsilə Bakıya göndərdi. Məhəmmədqulu 
ağa da gizlicə Bakıya gəlib, öz tərəfdarlarının köməyilə, azacıq 
döyüşdən sonra şəhəri aldı. Mirzə  Məhəmməd xanı Qubaya göndərdi. 
Məhəmmədqulu xan müstəqil olub, Əhməd xana vergi vermədi. Əhməd 
xan da öz gördüyü işdən peşman olub, Mirzə Məhəmməd xana kömək 
üçün Bakıya bir dəstə qoşun göndərdi. Məhəmmədqulu xan naçar qalıb, 
Mirzə  Məhəmməd xanın evində Nadir şah dövründən qalan malların 
talan edilməsi haqqında ölkə əhalisinə əmr verdi. Bu vəsilə ilə əhalinin 
çoxu Mirzə Məhəmməd xandan qorxub, Məhəmmədqulu xana tərəfdar 
oldu. Mirzə  Məhəmməd xan naçar qalıb bir sıra mühasirə  və 
müharibədən sonra Qubaya döndü. 
Məhəmmədhəsən xan da Manaf xanın öldürülməsi münasibətilə Ali-
Sərkardan incimişdi. Əhməd xanın yanına üzr üçün bir elçi göndərdi və 
Şirvanın alınmasında ona kömək edəcəyini vəd etdi. Əhməd xanla 
Məhəmmədhəsən xan öz qoşunları  və Dağıstan ləzgilərilə  gəlib, Ağsu 
şəhərini iki tərəfdən mühasirə etdilər. Mühasirə xeyli uzandı, istilər də 
şiddətləndi.  Əsgər xan Məhəmmədhəsən xanın ordusundakı  ləzgilər 
üçün gizli olaraq nağd və mal ilə 5000 tümən göndərdi. Beləliklə
qoşunun arasına ayrılıq düşdü. 
Bu hadisədən bir az sonra Əhməd xan vəfat etdi. Onun Salyanda naib 
olan 13 yaşlı qardaşı Şeyx Əli ağa, hökmran olmaq üçün Qubaya gəldi. 
Yeddi yaşlı Həsən ağa adlı qardaşım naib adı ilə Salyana göndərdi. 
Əsgər xanın hökmranlığından 6 ay keçmişdi. Təbiətindəki süst-lüyə 
görə Şirvan əyanı ondan üz çevirib qardaşı Qasım bəyin hökumət başına 
keçməsində ittifaq etdilər.  Əsgər xan bir müddət dustaq olub, sonra 
Şəkiyə qaçdı. Qasım xan, Mustafa bəyin səngərinə hücum etmək üçün 
Əlvəndə getdisə  də, məğlub olub geri qayıtdı. O, əhəmiyyətsiz  şeylərə 
çox fikir verirdi. Verdiyi hökmdə  aşağı  təbəqələr ilə yuxarı sinif 
arasında təfavüt qoymurdu. Bu cəhətdən şirvanlılar ondan iycimişdilər, 
o da Şirvan əhlini özünə bədxah sayırdı. Qasım xan hədiyyə və sovqat 
göndərərək, Məhəmməd  Şamxalın oğlu  Şahbaz bəyi bir dəstə  ləzgi ilə 
gətirdib, xalqa müsəllət etdi. O bu 
 
149


hərəkətilə hökuməti əldə saxlamaq və ölkənin asayişini mühafizə etmək 
fikrində idi. 
Nəhayət, hicri 1206 (1792)-cı ildə Şirvan əyanının, xüsusilə Yüzbaşı 
bəy Hövzi və Ömər Sədarinin təklifilə, Mustafa bəy  Əlvənddən gəlib 
şəhərdə hökumət bayrağını yüksəltdi. Qasım xan isə öz tərəfdarlarından 
bir dəstə ilə Qəbələ yolundan Qubaya getdi. 
Həmin ildə Ustar xan Üsmi vəfat etdi. Əli bəy  Əmir Həmzə  oğlu 
üsmi oldu. Səxavətli, lakin bərkürəkli bir əmir olan bakılı 
Məhəmmədqulu xan da vəfat etdi. Qardaşı  oğlu Hüseynqulu ağa Hacı 
Əliqulu ağa oğlu bir neçə  bəyin - dayısı  oğlu və damadı Qasım bəy 
Mənsurxan bəy oğlunun və sair tərəfdarlarının səyilə hökumət başına 
keçdi. Mirzə Məhəmməd xan Quba qoşunu ilə yenə Bakı üzərinə gəldi. 
Hüseynqulu xan şəhərdə, Mirzə  Məhəmməd xan isə  kəndlərdə gah 
müharibə, gah da sülh edib, ölkəni və  mədənləri öz aralarında 
bölüşdürürdülər. 
Bu zaman, Mustafa xan Göyçayın kənarına və Surxay xan da 
Xaçmaza gəlib, Qəbələnin üç mahalını üsyana qaldırdılar.  Ərəşli 
Şəhabəddin sultan da qarabağlılardan bir dəstə 
gətirdib 
Məhəmmədhəsən xanın  əleyhinə qalxdı. Lakin Məhəmmədhəsən xan 
özünü igidcəsinə müdafiə edərək Surxay xanı, Mustafa xanı  və 
qarabağlıları  tədricən geri qayıtmağa məcbur etdi. Gözəl tədbirlərlə 
ölkəni aram etməklə məşğul oldu. 
Şəhabəddin sultan qalanın möhkəmliyinə  və qonşu  əmirlərin 
himayəsinə arxalanaraq düşmənçilikdə inad edir, Ərəş  və  Ağdaş 
mahallarını rahat qoymurdu. Məhəmmədhəsən xan bir neçə  dəfə onun 
üstünə yeridi, ancaq qalib gələ bilmədi. Axırda Şəhabəddin sultan təslim 
olmaq və  Məkkəyə getmək arzusu ilə  Məhəmmədhəsən xanın yanına 
gəldi. Övlad və əqrəbasından bir çoxu ilə bərabər öldürüldü. 
Hicri 1208 (1794)-ci ildə  Məhəmmədhəsən xan və  Şeyx  Əli xan, 
Qasım xana yardım üçün Ağsu  şəhəri üzərinə  gəldilər. Bir neçə aylıq 
mühasirədən sonra bir gün güclü yağış  və  şiddətli seldən çadırlar 
xəsarətə  uğradı. Ordunun vəziyyəti xarablaşdı. Mühasirədəkilər Sədari 
Ömər sultanın sərkərdəliyi ilə hücuma keçib, mühasirə edənləri məğlub 
etdilər. Şeyx Əli xan və Məhəmmədhəsən xan öz mülklərinə qayıtdılar. 
Qasım xan da Quba ilə  Şəki arasında olan Qaraburqa dağında özünə 
oturaq seçdi. 
  
 
150


Hicri 1209 (1795)-cu ildə  cəsarətli və safqəlbli Üsmi Əli bəy vəfat 
etdi. Mamay ləqəbilə  məşhur olan Rüstəm xan ibn-Sultan ibn-Xan 
Məhəmməd ibn Əhməd xan Üsmi əmirliyə oturdu. II Mirzə Məhəmməd 
xan arif və dinclik sevən bir əmir olduğundan, çox vaxt mülki işlərlə 
məşğul olmurdu. Hüseynqulu xan bundan istifadə edərək bir gecə 
Şirvan qoşununun köməyi ilə gizlincə gəlib, neft mədəni olan Balaxanı 
qalasını aldı. Bura o zaman Mirzə Məhəmməd xanın hökumət mərkəzi 
idi. Keçmişdə buraya Əməlian da deyərdilər. Mirzə  Məhəmməd xan 
yenə Qubaya getdi. 
Cənubi Qafqaz ölkələri iğtişaş  və inqilab məhəlli olmuşdu. Belə 
qanşıq bir zamanda İran ölkəsinin hökmranlığı şövkətli Qacar sülaləsinə 
keçdi. Ağa Məhəmməd xan bu ölkəni almağa hərəkət etdi. 
Əbdürrəzzaq bəy Məasiri-sultaniyyə
1
 adlı  əsərində deyir: Abağa 
xanın canının əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər Arqun 
xana atabəy təyin edilib, Xorasan və  Təbəristanda  əmirülüməra 
olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın çoxu onun 
nəslindəndir. Onlardan (qacarlardan) bir çoxu da zaman keçdikcə Rum 
və  Şam vilayətlərinə getmişlər.  Əmir Teymur onlardan 50000 ailəni 
gətirib  İrəvan, Gəncə  və Qarabağ nahiyələrində yerləşdirdi. Onlar 
gündən-günə artıb, cah və calal sahibi oldular. Qacar əmirlərindən bir 
çoxu da Səfəvilər dövründə etibarlı hökumət adamları olub, 
Ermənistanda və Şirvanda yüksək iqtidara malik idilər. İrəvan hakimləri 
həmin nəsildən olmuşdur. Gəncə  və Qarabağ hakimləri də Ziyadoğlu 
ləqəbilə, Xudafərin körpüsündən başlayaraq, Sınıq körpüdən yuxarı olan 
Şülaver kəndinə  qədər hökmranlıq edirdilər. Bunlar Muğanın böyük 
şurasında Nadir şahın səltənətinə razılıq verməyib, Səfəviyyə dövlətinin 
bərqərar olmasını  tələb edirdilər. Buna görə Nadir şah  İran səltənəti 
taxtına oturunca, onların əzəmət və iqtidarını qırmaq istəyərək, Qarabağ 
əhalisinin bir çoxunu Xorasana köçürdü. Bərgüşad və  Xəmsə 
məliklərini onların ixtiyarından çıxarıb, Azərbaycan sərdarına tapşırdı... 
Qazax və Borçalı mahalı  əhalisini Gürcüstan valisinin ixtiyarına verdi. 
Bu səbəblə  həmin xanlar çox zəif düşüb ancaq Gəncə  ətrafının 
hökmranlığı ilə kifayətlənirdilər. 
                                                           
1 Qacar tarixi haqqında yazılmış ilk əsərlərdən biridir. Müəllifi  Əbdürrəzzaq bəy ibn Necəfquludur. "Məasiri-
sultaniyye" mətbəə üsulilə İranda çıxan birinci kitablardan olub, hicri 1241 (1825/26)-ci ildə Təbrizdə çap olunmuşdur. 
 
 
151


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə