Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   46   47   48   49   50   51   52   53   ...   86

və qardaşı  oğlu Fətəli  şah Hüseynqulu xan oğlu ilə olan müharibədə 
Sadıq xan məğlub olub Səraba qayıtdı. Fətəli  şah Zəncana gəldi, Hacı 
İbrahim xan Şirazini Sadıq xanın yanına göndərib təklif etdi ki, itaətə 
gəlib, dövlətə aid qiymətli şeyləri təslim etsin. Sadıq xan bütün şeyləri 
ərizə ilə göndərib üzr istədi. O, şah tərəfindən bağışlandı. Gərmürd və 
Səraba hakim təyin olundu. 
Ağa Məhəmməd  şah öldürüləndən sonra Şuşada Pənah xan nəvəsi 
Məhəmməd bəy Mehrəli bəy oğlu bir neçə gün hökmranlıq iddiasında 
oldu. Lakin o, İbrahim xan gələn kimi Şəkiyə qaçdı.  Şəki hakimi 
Məhəmmədhəsən xan onu həbsə alıb,  şirvanlı Mustafa xanın yanına 
göndərdi. Məhəmməd bəy qubalı  Fətəli xanın  əmrilə onun atasını  və 
qardaşlarını Bakıda öldürmüşdü. Buna görə o, da Məhəmməd bəyi 
intiqam məqsədilə öldürdü. 
İbrahim xan şahın cənazəsini böyük ehtiram və alimlərin 
(ruhanilərin) müşayiətilə yola saldı. Səmimiyyət və ixlas tərzilə yeni 
şahın hüzuruna bir ərizə yazdı və nəvazişə nail oldu. Oğlu Əbülfət ağanı 
da padşahın hüzurunda qalmaq üçün göndərdi. 
Mustafa xan Şuşadan  Şirvana qayıtdığı zaman, şahın Təbrizdən 
gətirib Muğanda saxladığı kor Məhəmmədhəsən xanı özü ilə aparıb 
Şirvanı aldı. Buradan da Şəki üzərinə getdi. Səlim xan Qarabağa qaçdı. 
Məhəmmədhəsən xan yenə hökumət başına keçdi. Mirzə  Məhəmməd 
xan şahın öldürülməsi xəbərini alınca, Qubadan Bakını almağa hərəkət 
etdi. Hüseynqulu xan ondan qabaq gəlib, qalanın müdafiəsilə  məşğul 
oldu. Axırda aralarında barışıq olub məmləkəti böldülər. Hüseynqulu 
xan şəhərdə, Mirzə Məhəmməd xan Məşqətə kəndində bir qala tikdirib, 
hökumətə oturdular. 
Bir zaman sonra şahın yaxın adamlarından olub, Xoy və  Təbriz 
əyalətlərini idarə edən Cəfərqulu xan Dünbülü, Sadıq xana qarşı köhnə 
ədavətinə görə, bir bəhanə ilə gəlib Sərabı xaraba qoydu. 
Sadıq xan Muğan yolu ilə Şirvana, Mustafa xanın yanına qaçdı. Bir 
müddət keçəndən sonra Cəfərqulu xanın başına dönüklük havası düşdü. 
Bunu eşidən Sadıq xan Şirvandan Səraba qayıdıb, onunla birləşdi və bir 
neçə başqa  əmirlə üsyana başladı. Cəfərqulu xanı  məhz bir xain kimi 
qələmə verən Sadıq xan, özü şahın sarayına gəldi. Lakin o, boş bir 
otaqda həbs edildi və burada da acından öldü. 
Cəfərqulu xan Xoya getdi. Lakin şaha sadiq olan qardaşı Hüseyn xan 
onu qəbul etmədi. O, bir neçə müddət avara gəzdi, qardaşı 
 
158


öləndən sonra isə gəlib Xoyu ələ keçirdi. Bir vaxtdan sonra şahın istəkli 
oğlanlarından olub, Azərbaycan işlərini nizama salmağa təyin edilən 
Abbas Mirzə  tərəfindən məğlub edildi. Makuya və oradan da Rum 
sərhədinə Koroğluya nisbət verilən Çənlibel adlı yerə gedib sakin oldu. 
Rus hadisəsində  Həsən xan Qubaya gəldikdən sonra İbrahim xan 
Rudbarinin qardaşı  oğlu Məhəmməd xan Salyanı  ələ keçirdi, Əmir 
Kəlbəl sultanın oğlu naib Mir Qubad sultanı oradan çıxartdı. 
Hicri 1213 (1799)-cü ildə  Şirvan vilayətinə  və xüsusilə  Ağsu 
şəhərinə şiddətli taun xəstəliyi düşdü, bir çox adam tələf oldu. Bu zaman 
Quba qoşunu rus qayıqları ilə gedib Salyanı aldılar. Şeyx əli xan 4000 
ləzgi ilə oraya getdi. Ramazan ayında öz yaxın adamlarının təhrikilə 
zülmkarlığa və günah işlər görməyə başladı. O, qayıdandan sonra 
şirvanlı Mustafa xan Rudbar əmirlərinin köməyi və salyanlıların təklifi 
ilə gedib Salyanı aldı.  Şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki 
yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir 
müddətdən sonra buranı bölüşdürüb  Əli xana və onun əmisi oğlu 
Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı 
həbsə alıb, Talış Mir Mustafa xanın himayəsi altına keçdi. 
Digər tərəfdən Şeyx Əli xan Salyandan qayıdandan sonra Dərbənddə 
bərk xəstələndi. Qazıqumuqlu Surxay xan bu hadisədən istifadə edərək, 
bir gecə gizlincə öz oğlu Nuh bəyi Həsən xan adı ilə göndərib Quba 
qalasını aldı. Özü də qoşun ilə Qubanın Qullar adlı kəndində oturub, ay 
yarım hökmranlıq etdi. Şeyx Əli xan Şamxaldan, Aqquşa və Qoysuboy 
mahallarından 10000 nəfər kömək aldı. Surxayı Qubadan çıxardıqdan 
sonra Kürək çayı üzərinə yürüdü. Şiddətli müharibə oldu. Surxay xan 
məğlub edildi, o nahiyə  də ta Çıraq kəndinə  qədər tamamilə qarət 
olundu. Şeyx Əli xan buradan qayıdaraq, ləzgiləri altı ay Qubada qonaq 
saxladı. Onların tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi. 
Hətta  əhalidən diş kirayəsi belə alınırdı.  Şeyx  Əli xan 8000 nəfərin 
məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə 
gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin. 
Qubadakı kimi olan ikigünlük qonaqlıq dərbəndlilərin ümumi 
iğtişaşına səbəb oldu. Xalq Şeyx  Əli xanın eyş  və  işrət düşkünü 
olduğundan narazı idi. O, çıxılmaz bir vəziyyətə düşdü. Axırda Şeyx Əli 
 
159


xanın görüşünə  gəlmiş olan bakılı II Mirzə  Məhəmməd xan 
dərbəndlilərin yığıncağına gedib ləzgiləri buradan çıxarmaq vədilə 
onları sakit etdi. Şeyx Əli xan bu məsələdən inciyib Qubaya üz qoydu. 
Hicri 1214 (1800)-cü ilin əvvəllərində, Dərbənddə  şiddətli taxıl 
qəhətliyi oldu. Taxıl gətirmək üçün Şamxal mülkündən Qubaya gedən 
400 arabanı  dərbəndlilər döyüş  və söyüşlə geri qaytardılar. Bu məsələ 
Şeyx  Əli xanın xoşuna gəlmədi və bundan bərk incidi. Dərbəndlilər 
Sultan bəy Bayatın təhrikilə üsyan qaldırıb, Dərbənd naibi olan 
Məhəmmədhüseyn bəy Əhməd bəy oğlu Bayatı qovdular. Şeyx Əli xan 
Dərbəndə gəlib Sultan bəyin ətrafında çoxlu cəmiyyət topladığını gördü. 
Labüd qalıb, öz bacısı II Mirzə Məhəmməd xanın arvadı olan Xanbikə 
xanımı  Dərbəndin sahib ixtiyarı (hakimi) və Sultan bəyi də onun 
kargüzarı (müavini) təyin etdi. 
Şeyx  Əli xan Qubaya qayıdandan bir az sonra II Surxay xan Fətəli 
xanın oğlu Həsən xanı cürbəcür vasitələrlə Qaytaqdan öz yanına gətirdi. 
Aralarında bir çox ixtilaf olan dərbəndlilər ilə ittifaq etdikdən sonra 
həmin ilin mayıs (may) ayında Həsən xanı Dərbənd hökumətinə oturtdu. 
Bir gecə Sultan bəy Bayat, Xızır bəy Qorçu ilə xan sarayında dava 
saldı. Hər iki tərəfdən bir çox adam tələf olub, Xızır bəy öldürüldü. 
Sultan bəy də yaralı olaraq aradan çıxıb getdi. Ertəsi gün xanın əmri və 
dərbəndlilərin ittifaqı ilə Sultan bəy cəzalandı. Bu hadisədən sonra Şeyx 
Əli xan Şirvan və Bakı xanlarından, həmçinin  şamxaldan və Aqquşa 
camaatından kömək aldı, hər iki tərəfdən Dərbəndin mühasirəsinə 
başladı. Yalnız Təbərsəran qadisi dərbəndlilərin tərəfini saxlayırdı. On 
iki günlük mühasirədən sonra Şeyx Əli xan məqsədə çatmadan Qubaya 
qayıtdı. Ağır xəstə olduğundan onun ölüm xəbəri ətrafa yayıldı. Surxay 
xan qoşunla Eniq kəndinə  gəldi və qarşısına çıxan Quba qoşununu 
məğlub etdi. Özü də  Şeyx  Əli xanın sağ olduğunu bilincə, vətəninə 
qayıtdı. 
Bundan sonra Quba hakimiyyətini Həsən xana vəd edərək qəflətən 
külli qoşunla Quba şəhərinin bir ağaclığındakı Zizik kəndinə gəldi. Şeyx 
Əli xan azacıq sağalmış olsa da, müdafiə üçün heç bir tədarükü yox idi. 
Arvadı, bakıh Hacı  Məlikməhəmməd xanın qızı Zeybünnisa bəyim 
ruslardan qaçdığı zaman Surxay xanla ata-qızlıq peymanı bağlamışdı. 
Ziyafət mərasimini yerinə yetirməklə  və dostluğu bildirən peyğamlar 
göndərməklə Surxay xanı geri qayıtmağa razi etdi. Həsən xan da çarəsiz 
qalıb Dərbəndə getdi. 
 
160


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə