Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   48   49   50   51   52   53   54   55   ...   86

Qubalı Şeyx Əli xan və qazıqumuqlu II Surxay xanın oğlu Nuh bəy 
bir dəstə  İran qoşunu ilə Hüseynqulu xanın köməyinə  gəldilər. Rus 
qoşunları gəmilərə oturub Talışın Sarı cəzirəsinə getdilər. 
Bu zaman Rüstəm xan Üsmi vəfat etdi. Onun yerində Ustar xan oğlu 
Əli xan üsmi oldu. Araya ədavət düşdü. Mustafa xan Səlim xanı 
Qarabağdan gətirdib,  Şəkinin üzərinə getdi. Məhəmmədhəsən xan 
qarşıya çıxaraq, vəziyyəti istədiyi kimi görməyib qoşunu azad etdi. Özü 
də Mustafa xanın yanına gəldi. Mustafa xan hər iki qardaşını  Şirvana 
gətirib,  əmisi oğlu  Şeyx  Əli bəyi  Şəkidən naib təyin etdi. Lakin Şəki 
əhalisi üsyan qaldırdı. Onun qardaşı  Məhəmmədhəsən xan tərəfindən 
kor edilən Fətəli ağanı xanlığa qəbul etdilər. Üç aydan sonra Mustafa 
xan çarəsiz qalıb Səlim xanı Şəkiyə hakim göndərdi və onun qızını özü 
üçün aldı. Məhəmmədhəsən xan Qubaya, Dərbəndə və buradan da Cara
axırda rusların yanına gedib, Hacı  Tərxana göndərildi. O, cəsarətli, 
rəiyyətpərvər bir əmir olmaqla bərabər, mütəəssib və qantökən bir adam 
idi. 
Hicri 1220 (1805)-ci ildə şahın vəliəhdi Abbas mirzə, naibüssəltənə 
ləqəbi ilə Azərbaycan hökmranlığına təyin edildi. O, qoşun və topxananı 
yenidən təşkil edərək, Firəng (Avropa) üsulunda qalalar tikdirdi. Rus 
sərdarı Kürək çayı  kənarında qarabağlı  İbrahimxəlil xan ilə görüşdü. 
İbrahimxəlil xan bağlanan  əhdnamə mucibincə rus dövlətinin 
himayəsinə daxil oldu və  xərac olaraq hər il 10000 əşrəfi verməyi 
öhdəsinə aldı. Özünü qorumaq üçün 50 soldat götürüb Şuşa qalasında 
yerləşdi.  İmperator tərəfindən onun özünə general-leytenant rütbəsi, 
oğlanları  Məhəmmədhəsən ağa və Mehdiqulu ağaya general-mayorluq 
və Xanlar ağaya da polkovniklik rütbəsi verildi. 
Digər tərəfdən, naibüssəltənə (Abbas Mirzə) Qarabağı almaq qəsdilə 
damğanlı  İsmayıl bəyi və  Şahsevən  Əliqulu xanı 10000 nəfər qoşunla 
Xudafərin körpüsündən göndərdi. Məhəmmədhəsən ağa rus qoşunu ilə 
onların qarşısına çıxdı. Cəbrayıllı bağlarında döyüşə başladı və Şuşaya 
qayıtdı. 
Şah özü Qarabağın Təxti-Tavus adlı yerinə  və naibüssəltənə  də 
Ağoğlan və Çanaxçı yolunda Əsgəranın aşağısına gəldi. Naibüssəltənə 
Gəncədən bir dəstə soldatla Şuşaya gedən polkovnik Karyagin ilə 
döyüşə başladı. Polkovnik qayıdıb  Şahbulaq yanında olan Tərnəgüt 
qalasına gəldi. Buradan da gedib, Tərtər çayı  kənarında yerləşmiş  və 
2000 soldatla şahın müharibəsinə gedən knyaz Sisianov ilə birləşdi. 
 
164


Şahın oradan qayıtması  xəbərilə  əlaqədar rus sərdarı  Şuşa qalasına 
gəldi. Naibüssəltənə də Gəncəyə getdi. Orada olan ruslar ermənilərin bir 
hissəsilə qalaya çəkildilər. Naibüssəltənə Gəncə əhalisini öz xahişlərinə 
görə köçürüb Qazaxın Həsənsuyu yolu ilə Təbriz tərəfinə göndərdi. Özü 
də bir neçə gün Ağstafada qaldı. O, beləliklə, Qazax, Borçalı 
mahallarını  və Gürcüstanı öz tərəfinə  çəkmək istəyirdi. Lakin 
məqsədinə çatmadan İrəvan tərəfinə qayıtdı. Qazaq əhalisi Dilican 
dərəsində onun qoşununun qabağını  kəsib, qətl və qarətə başladılar. 
Rnyaz Sisianov Şirvana gəlib zahirdə itaət göstərən Mustafa xan ilə 
görüşdükdən sonra Bakıya getdi. Sarıda olan ruslar da dəniz yolu ilə 
gəlib onunla birləşdilər. 
Bəzi xidmətlər göstərmiş olan II Mirzə  Məhəmməd xanın qardaşı 
Əbdürrəhim ağa Qubadan Şirvana, sərdarın hüzuruna gəldi. O, hərçənd 
Hüseynqulu xanın İran tərəfdarı olduğunu söyləyirdi, lakin sərdar onun 
sozünü qərəzsiz sanmayıb qəbul etmirdi. 
Sərdar hicri 1220 (1806)-ci ildə  şubatın (fevralın) 2-də qalanın 
yanında Hüseynqulu xan ilə təslim olmaq haqqında danışıq aparırdı. Bu 
zaman sülh və müsalimət qanunu xilafinə olaraq iranlıların təhriki və ya 
Hüseynqulu xanın tapşırığı ilə onun bibisi oğlu  İbrahim bəy ibn-
Məhəmmədhüseyn xan ibn-İmamqulu xan Dərbəndinin  əlində 
öldürüldü. Başı qatilin atası ilə  şahın hüzuruna göndərildi. Ruslar 
gəmilərə minib Sarı tərəfə getdilər. 
Sərdar öldürüləndən sonra Tarxu şamxalından başqa, bütün xanlar 
üsyan qaldırdılar. Həmişə  İran dövlətindən qorxuda olan və Rusiyanın 
himayəsini istəyən Talış Mir Mustafa xan, Mirzə Büzürg Qaimmə-qam 
ilə görüşdükdən sonra xatircəm olub ruslarla ziddiyyətə başladı. Şirvanlı 
Mustafa xan ruslara tərəfdar olan Səlim xan ilə ədavət binası qoydu. O, 
Gəncədən  Şəkiyə, Səlim xana köməyə gedən bir dəstə rus qoşununa 
mane olmaq istədi, lakin məğlub olub geri qayıtdı. 
Başaçıq (İmeretiya) valisi Rusiyanın düşmənlərilə dostluq etməyə 
başladı.  İranlılar yenə Arazdan keçdilər. Osmanlılar da öz dövlətlərilə 
sülhün pozulduğunu görüb, Gürcüstana soxulmağa hazır oldular. 
General-anşef qraf Qudoviç sərdarlığa (baş komandanlığa) təyin edildi. 
Qarabağlı İbrahim xan bir çox ərizə göndərməklə İran dövlətinə ixlas 
göstərirdi. Onun xahişinə görə oğlu Əbülfət xan bir dəstə qoşunla Qapan 
yolunda Şuşa qalasının yanına gəldi. Naibüssəltənə 
 
165


özü də Xudafərin körpüsündən keçdi. Şuşada sakin olan rus qoşununun 
komandiri mayor Lisaneviç hicri 1221 (1806)-ci ildə  həziran (iyun) 
ayının 2-də gecəyarısı qalanın xaricində köç və külfətilə yerləşən 
İbrahim xanın üzərinə basqın edib onu, arvadı, oğlu, qızı və bir çox əyan 
və xadimlərilə bir yerdə öldürdü. İbrahim xan hünərli, ədalətli, bərk və 
sadə rəftarlı bir əmir idi. 
Həmin gün Əbülfət xan geri qayıtdı.  İbrahim xan nəvəsi Cəfərqulu 
ağa, oğlu Məhəmmədhəsən ağa Ordubadın yaxınlığına qədər onu təqib 
edərək, çoxlu qətl və qarət etdi. Mehdiqulu ağa atasının yerinə Qarabağ 
hökumətinə  təyin edildi. Neçə vaxtdan sonra Əbülfət xan Şahsevən 
Ətaulla xanın köməyilə  cəbrayıllı tayfasını  və Qarabağın sair elatını 
köçürüb Qafan ətrafına getdi. Bu zaman ruslar və  Cəfərqulu ağa 
cəbrayıllı elinin üsyan qaldırmasından istifadə edərək, iranlıları  çətin 
keçilən və meşəlik yerlərdə  məğlub etdilər.  İranlılardan bir çoxu qarət 
edildi, elat da öz məskəninə qayıtdı. 
Bu zaman naibüssəltənə Aslandüz və Qarabağ yolu ilə  Şirvana 
hərəkət etdi. İran qoşununun keçməsinə mane olmaq üçün Mustafa 
xanın Kür çayı  kənarında yerləşdirdiyi cəmiyyəti dağıtdı. 6000 ailəyə 
yaxın olan Şəryan, Muradxanlı  və sair elatı Muğana köçürdü. Özü isə 
Ağsu  şəhərinin qırağına düşdü. Mustafa xan şəhəri köçürüb, çətinliklə 
gedilən Fit dağına çəkildi.  Şeyx  Əli xan şahzadəni xas atlılarından bir 
dəstəni Pirqulu xan Qacarın komandası altında Qubaya apardı. Özü 
bakıh Hüseynqulu xanla naibüssəltənənin hüzuruna gəldi və sonra geri 
qayıtdı. Naibüssəltənə  Şirvanda məqsədinə nail olmayacağını görərək 
Qaimməqamın oğlu Mirzə Əbdülqasımı iranlılardan qorxan Şəki hakimi 
Səlim xanın yanına göndərdi. Onu öz tərəfinə  çəkmək istədi. Sonra 
Pirqulu xanı Qubadan gətirib, Muğanda qalmağa məmur etdi, özü də 
Azərbaycana qayıtdı. 
Qraf Qudoviç Qafqazın hər iki tərəfindən dəfələrlə  səfər edərək 
ləzgi, os (osetin) və  mıçıqıçları (çeçenləri) sakit etdi. General Qlaze-
napi Qızlar tərəfindən Dərbənd, Quba və Bakım almağa göndərdi. O 
özünə tabe olan şamxal Mehdi xanla bərabər Buynaqa gəldikdən sonra 
dərbəndlilər Mirzə  bəy nəvəsi  Əlipənah bəy  Əhməd bəy oğlu Bayatın 
başına toplaşıb, rəftar və hərəkətlərindən narazı olduqları Şeyx Əli xanı 
şəhərdən qovdular. Generalın istiqbalına adamlar göndərib, tabe 
olduqlarını bildirdilər. Hicri 1221 (1806)-ci ildə  həziran (iyun) ayının 
21-də Dərbənd rus dövlətinin ixtiyarına keçdi. Ulus 
 
166


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə