Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

mahalı, səmimi xidmətlərinə görə  Dərbənd xanı  ləqəbı alan general-
leytenant Mehdi xan Şamxala, şəhərin naibliyi isə mayorluq rütbəsi alan 
Əlipənah bəyə verildi. 
Bir ay keçəndən sonra general-anşef Bulqakov qoşun sərdarı  təyin 
edilib Qubaya gəldi, buradan da o zaman Hüseynqulu xanla 
birləşməsinə görə qubalı  Şeyx  Əli xandan incik olan II Mirzə 
Məhəmməd xanla Bakıya yola düşdü. Bakı  şəhərinin altı  ağaclığına 
çatanda cəsarətli, lakin təbiətən iradəsiz və ürəyisaf bir əmir olan 
Hüseynqulu xan öz təbəəsilə İrana qaçdı. Bakı əhalisi səmimiyyətlə tabe 
oldu. Bulqakov Bakını Rusiya dövlətinin ixtiyarına keçirdi. Qubaya 
qayıtdığı zaman, uzaqdan zahiri itaət göstərən  Şeyx  Əli xandan girov 
aldı. Surxay xan tərəfindən elçi gəlib, ixlas və  səmi-miyyət izhar etdi. 
Təbərsəranlı Qırxlarqulu məsum, Məhəmməd qadi və Qaytaq üsmisi Əli 
xan da itaətdə idilər. Bundan sonra Gəncədə olan ruslardan bir dəstə 
Şirvana gəldi. Mustafa xan çarəsiz onları  qəbul etdi. İstədi ki, onların 
qüvvəsilə öz elini Muğandan geri qaytarsın. O gedib elatı Talışa aparan 
Pirqulu xan Qacar ilə müharibəyə girişdi və məğlub olaraq geri qayıtdı. 
Buradan öz camaatını ruslarla Salyana göndərdi. Mir Mustafa xan 
Talışın qardaşı Mir Bağır bəy 300 nəfərlə orada idi. Salyanlılardan bir 
hissəsi öz hakimləri  Əli xandan narazı olduqları üçün şirvanlı Mir 
Mustafa xanla gizli əlaqə saxlayırdılar. Mir Bağır bəy bundan xəbərsiz 
müharibəyə başladı. Salyanlılar müharibədən üz çevirdilər.  Əli xan da 
qaçdı. Mir Bağır bəy talışlarla bərabər əsir düşdü. 
Bu zaman Şəki hakimi Səlim xan, İbrahim xanın arvadı olan öz 
bacısını öldürməsi ədavətilə rus dövlətilə çəkişməyə başladı. Bir müddət 
bundan  əvvəl, Gəncədən özünə kömək gətirdiyi ruslardan bir neçə 
nəfərini öldürdü, qalanları  Gəncəyə qayıtdılar. Bu hadisədən general 
Nebolsin, sərdar Qudoviçin əmrilə Gəncədən Şəkiyə hərəkət etdi. Səlim 
xan qabaqcadan naibüssəltənədən çoxlu pul almışdı, Car və avar 
ləzgilərini gətirib, mükəmməl qüvvə ilə yerin çətinliyinə  və lazımi 
hazırlığa arxalanaraq, müqavimətə girişdi. Müharibə zamanı  ləzgilər 
qaçdı, o da naçar qalıb, ailə və əqrəbası ilə vətənini buraxıb İrana getdi. 
Səlim xan xoşrəftar, kefcil və rəhimsiz bir əmir idi. 
Hicri 1221 (1806)-ci ildə  Şəki ölkəsi Rusiyanın ixtiyarına keçdi. 
Keçən il Koroğluya nisbət verilən Çənlibel adlı yerdən rus dövlətinə 
pənah aparmış olan general-leytenant Cəfərqulu xan Dünbüli, Şəki 
hakimliyinə təyin edildi. 
 
167


Qraf Qudoviç həziranın (iyunun) 18-də  sərəskər Yusif paşanı Arpa 
çayın kənarında məğlub etdi. Sonra hicri 1223-cü (1808) ildə  İrəvanı 
almağa getdi. Ayrı bir dəstəni də Qarabağ yolu ilə Naxçıvan üzərinə 
göndərdi. Naibüssəltənə  də  gəldi. Bu ətrafda arasıkəsilməyən 
müharibələr oldu. Axırda qış zamam, soyuğun  şiddətindən Rusiya 
qoşunu məqsədə çatmadan geri qayıtdı. Həmin il cəsarətli və zabitəli bir 
əmir olan Üsmi Əli xan vəfat etdi, qardaşı Adil xan onun yerinə keçdi. 
Keçən il şirvanlılar gəlib Bərmək mahalının qoyunlarını qarət 
etmişdilər. Şeyx Əli xan bunun əvəzini almaq üçün Şirvan üzərinə gedib 
müharibə etdi və cüzi bir qarətdən sonra geri qayıtdı. Buna görə 
qədimdən bəri Fətəli xan sülaləsinə  ədavət bəsləyən Mustafa xan
Şirvanda sakin olan rus sərkərdəsi podpolkovnik Tixanovski ilə Quba 
üzərinə  hərəkət etdi. Bir neçə döyüşdən sonra buduqlu Məlik Adi 
nəslindən olan Məlik bəy Hacı bəy oğlu, bəylər və əhalinin çoxu Şeyx 
Əli xandan üz çevirib rus dövlətinin itaətinə keçdilər. Şeyx Əli xan eyş 
və  işrətpərəst olub, ölkənin vəziyyətindən xəbərsiz idi. Lakin çox 
şücaətli, səxavətli və yüksək hümmətə malik bir zat idi. O, bir çox bəy 
və sair tərəfdarları ilə  bərabər Təbərsəran nahiyəsinə, öz damadı 
Abdulla bəy Rüstəm oğlıı qadinin evinə, buradan da onunla birgə 
Aqquşaya getdi. Bura əhalisinin çoxu onun ehsan və iltifatına borclu və 
sülaləsinin tərəfdan idilər. 
Qırx gün keçdikdən sonra Şeyx  Əli xan 5000 nəfər qoşunla yenə 
Qubaya gəldi. Qaladan başqa bütün ölkəni  ələ keçirdi. Şabran qalası 
yanında kömək üçün Bakıdan Qubaya gələn bir dəstə rusla müharibə 
edib, bir iş görə bilmədi. General-mayor Qurnev öz qoşunu ilə Bakıdan 
gəlib çatdı. Çərxi kəndində onu məğlub etdi. Şeyx  Əli xan yenə 
Təbərsərana getdi. Quba ölkəsi daimi olaraq Rusiya dövlətinin 
ixtiyarına keçdi. Buranın ixtiyan Bakı və Qubanın alınmasında bir çox 
xidmətlər göstərmiş olan bakılı II Mirzə Məhəmməd xana verildi. 
Şeyx Əli xan Təbərsərana qayıdandan sonra Ersi kəndində sakit oldu. 
Rüstəm qadinin oğlu Abdulla bəy, qardaşları  və  əmisi Mirzə qadi ilə 
bərabər onunla müttəfiq idilər. Dərbənd və Quba ətrafında çapqınçılıq 
və müharibə edirdilər. Rus qoşunu da Təbərsəranın bəzi  əmirləri və 
Dərbənd qoşumı ilə Mehraqa kəndi üzərinə yürüdülər. Şeyx Əli xan və 
Rüstəm qadinin oğlanları Mirzə qadinin köməyinə  gəldilər, lakin 
məğlub olub geri döndülər... 
  
 
168


Hicri 1224 (1809)-cü ildə general-anşef Tormasov qraf Qudoviçin 
yerinə sərdarlığa keçdi. O da Başaçıq (İmeretiya) və Abxazi-yada asayiş 
yaratmaqda idi. Bu zaman İran  şahının oğlu və Kirman-şahan 
fərmanfərması olan Məhəmmədəli Mirzə Gürcüstan səfərinə göndərildi. 
Ona kömək olaraq naibüssəltənə İrəvanın Göycə yaylağına və Fərəculla 
xan Nəsəqçibaşı Muğan hüdudunun mühafizəsinə  təyin edildi. 
Məhəmmədəli Mirzə damqanlı İsmayıl bəyi bir dəstə ilə Boy kəndi və 
Hamamlı  kəndlərindəki rusların üzərinə göndərdi. Bir neçə  dəfə 
müharibə oldu. İrəvanın Pənbək və Suvagil sakini olan keçmiş elatı və 
xüsusən Nağı  bəy  İran dövlətinə bir çox yararlı xidmətlər göstərdilər. 
Bunun ardınca Məhəmmədəli Mirzə  ğəlib Bozçalı (Borçalı) mahalını 
çalıb-çapdı. Sonra Abbas Mirzə gizli olaraq onun işlərinə qarışdığı üçün 
Qars hüdudundan İrəvana və buradan da Kirmanşaha getdi. Fərəculla 
xan Nəsəqçibaşı  Ərdəbilə  gəldikdən sonra Şahsevən Nəzərli xandan 
(talışlara qarşı) qoşun toplamağı  tələb etdi. Lakin o, Mir Mustafa xan 
Talışla qohum olduğundan işi ləngidirdi. Mir Mustafa xan məşhur 
adamlardan bir hissəsini və Talış qoşununu köçürüb Gamışvanda 
yerləşdirdi. Bura hər tərəfdən dəniz və mürdab ilə  əhatə olunmuşdu, 
yalnız bir tərəfdən - qurudan Ləngərkünan (Lənkəran) ilə bitişirdi. O, 
kömək olaraq ruslardan da bir dəstə  gətirdi. Bundan bir az əvvəl, 
Şirvanın möhtərəm adamlarından biri sayılan Ömər sultan Sədari, hər 
iki Mustafa xanı barışdırmaq və Şirvan elini geri köçürmək üçün Talışa 
gəlmişdi. Mir Mustafa xan Talışın oğlu Mir Həsən bəyin davasında 
qəflətən öldürülmüşdü. Buna baxmayaraq, Mir Mustafa xan yenə öz 
oğlu Mir Hidayət bəyi kömək istəmək üçün şirvanlı Mustafanın yanına 
göndərdi. Mustafa xan Şirvandan Gamışvana bir dəstə piyada qoşun 
yola saldı. 
Mir Həsən bəy bir dəstə ilə Ucarud hüdudunda olan bakılı 
Hüseynqulu xanın, şirvanlı Mustafa xanın qaçqın qardaşı Haşım xanın, 
rudbarlı  Əli xanın, Bekdili Məhəmməd xanın üzərinə  qəflətən hücum 
etdi.  Əli xan və  Məhəmməd xan əsir düşdülər, o birilər isə qaçıb 
qurtardılar. Nəsəqçibaşı vaxtın tələbinə görə əlində olan ixtiyara əsasən 
şahsevən Nəzərli xanı  və  Fərəculla xanı  həbsə aldı, Ləngərkünan 
(Lənkəran) şəhərini yandırdı, Gamışvanı mühasirə etməyə başladı, lakin 
bir iş görə bilmədi. Axırda barışıq sözü araya düşdü, Mirzə Büzürg 
Qaimməqam şah tərəfindən gəlib Mir Mustafa xanla görüşdü, əhdnamə 
və dostluğu möhkəmləndirdi. 
  
 
169


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə