Hicri 1225 (1810)-ci ildə ilyarımdan artıq Təbərsəranda qalmış Şeyx
Əli xan əcdadı Səfəvilər dövründən Şeyx Cüneyd türbəsinin mütəvillisi
olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhrikilə gəlib Quba
əhalisinin çoxunu özünə müttəfiq etdi. Ölkəni almaq və qalanı mühasirə
etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə
köçürüb, yeni bir şəhər salmışdı. Bu zaman polkovnik Lisaneviç rus
qoşunu, Şəki və Şirvan atlılan ilə gəlib Şeyx Əli xanı Çiçi kəndi
yaxınlığında məğlub edərək ölkədən çıxardı. Şeyx Əli xan yenə
Aqquşaya gedib orada sakin oldu. Damadı Abdulla bəy də,
Təbərsəranda qala bilməyib onunla birləşdi.
Bir zaman keçəndən sonra Şeyx Əli xan Aqquşa əhalisindən və öz
təbəələrindən üç minə yaxın bir cəmiyyətlə maneəsiz Üsmi mülkündən
keçib Təbərsərana gəldi. Rüstəm qadidən sonra qardaşı polkovnik
Məhəmməd qadi hökumət başına keçmişdi. O, yalnız bir keçidi olan
Xoçni kəndinin yarımağaclığında bir yerdə səngər düzəldib müdafiəyə
başladı. Ləzgilər yürüş etmədilər. Şeyx Əli xan öz nökərləri ilə hücum
edib səngəri aldı. Məhəmməd qadi qaçdı, Abdulla bəy isə Xoçnidə onun
yerinə keçdi.
Şeyx Əli xanın qayıtmasından iki ay sonra Məhəmməd qadi yenə
gəlib Abdulla bəyi çıxartdı və öz yerində əyləşdi. Xülasə, bir müddət
Rusiya, Rum (Türkiyə) və İran hüdudları döyüş meydanı və xüsusən
Qarabağ ölkəsi qoşunkeşlik və elat gediş-gəlişinə məxsus bir sahə
olmuşdu.
Hicri 1226 (181 l)-cı ildə general Tormasov Fransa ilə müharibə
etmək üçün Rusiyaya çağrıldı. General-leytenant markiz Pauliççi onun
yerinə keçdi.
Şeyx Əli xan Aqquşa qazisi Əbubəkirin köməyi və İran dövlətindən
onun adına göndərilən vəsaitlə Aqquşa əhalisini təkrar müharibəyə
təhrik etdi. Aqquşa, Mehdili, Təbərsəran və Qaziqumuqdan topladığı
səkkiz min nəfərə axın bir ordu və II Surxay xanın oğlu Nuh bəylə
birlikdə Qubanın üstünə gəldi. Ləzgilər öz atlarını Kürə nahiyəsinin
Samur çayı kənarındakı Məhərrəm kəndindən Təbərsərana qaytardılar.
Özləri piyada olaraq Cibir kəndinə gəldilər. Ertəsi gün general-mayor
Qurnevyev onların üzərinə hərəkət etdi, lakin Quba bəylərinin ona
göstərdikləri əlverişli qərb yolunu qoyub şərq tərəfdəki yoldan hücuma
keçdi. Yolun çətinliyi üzündən məğlub olub Zeyxur kəndinə qayıtdı.
170
Şeyx Əli xan Rustov kəndinə gedib, ölkəni yenə öz itaəti altına
keçirdi. Yalnız Quba qalası və Zeyxur kəndi rusların əlində qaldı.
İki aydan artıq keçəndən sonra general-mayor Xatunsev yeni bir
qüvvə ilə yetişdi. Şeyx Əli xanı Rustov kəndində məğlub edib, ölkədən
çıxardı. Ləzgilər çox tələfat verdilər. Aqquşa qazisi Əbubəkir də bu
döyüşdə öldürüldü. General Xatunsev Surxay xanı cəzalandırmaq üçün
Kürə nahiyəsinə hərəkət etdi. Surxay xanın qardaşı oğlu Aslan ağa
Şahmərdan oğlunu öz yanına çağırdı. O, keçmişdə öz əmisi Surxay
xanın yanından Rum (Türkiyə) ölkəsinə qaçmış, keçən il Tiflisə və
oradan da Qaytağa, üsminin yanına gəlib orada sakin olmuşdu. General
Xatunsev Şeyxikənddə səngər atmış Surxay xanın üzərinə yürüşə
başladı. Surxay xan məğlub olub Qaziqumuğa qaçdı. Kürə nahiyəsi
rusların əlinə keçdi. Aslan ağa polkovniklik rütbəsi və xanlıq ləqəbilə
buraya hakim təyin edildi. Onu qorumaq üçün də Qurahda bir batalyon
soldat saxlanıldı. O, hünərli, zabitəli, bədməzac və içki sevən bir əmir
idi.
Şeyx Əli xan Qubadan qaçdıqdan sonra bir zaman Sunbat kəndində,
onun yaxın adamları isə Cümcüqat kəndində olurdular. O, Əbubəkir
qazinin oğlu Bəhanın köməyi və sair vasitələrlə yenə Aqquşaya gedib
məskən saldı.
Həmin ilin axırında, İrana tərəfdar olması qəti zənn edilən polkovnik
Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə almıb, ruslardan bir
dəstə piyada və bir neçə nəfər kazakla Tiflisə göndərildi. Tərtər
çayından keçərkən Cəfərqulu ağa atının cilovunu soldatın əlindən qapdı,
özü ilə bərabər atın sağrısında oturan o biri soldatı suya salaraq,
Cəbrayıllı elinin arasında qaçdı. Bu xəbər naibüssəl-tənəyə çatan kimi
Qarabağa gəldi. Əmir xan Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıllı elini və
Qarabağın sair elatını köçürməyə məmur etdi. Özü isə topxana və
sərbazla Sultan Bud səngəri üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu
xanla bir rus batalyonu var idi. Bunları məğlub edib bir çoxunu öldürdü
və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb qurtardı.
Əmir xan və Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib
naibüssəltənə ilə birləşdilər. Naibüssəltənə Qarabağ elatını yerbəyer
edib, Qaradağ kəndlərinin hökumətini xanlıq ləqəbilə Cəfərqulu ağaya
verdi. Özü də Təbrizə qayıtdı.
171
Bu zaman qazıqumuqlu Surxay xan Kürək üzərinə gəldi. Aslan xan
rus batalyonu ilə gedərək Qurahdan üç ağac yuxarıda Kərxən kəndində
onu məğlub etdi. Surxay xan da Aslan xanın anasından olan öz oğlu
Mürtəzaəli ağanı Qaziqumuq hakimliyinə təyin edib, özü İrana getdi.
Aslan xan öz ana qardaşının yanına gedib orada sakin oldu. Surxay xan
bir il sonra İrandan qayıtdı.
Mürtəzaəli xan Aslan xanın qardaşı Fətəli ağanı götürüb, müharibə
bəhanəsilə qarşıya çıxdı. Lakin o, yolda Fətəli ağanı öldürüb öz atası ilə
birləşdi. Aslanxan Kürəkə qayıtdı. Surxay xan da yenə Qazıqumuğa
sahib oldu. Surxay xan alim, rəiyyətpərvər və qantökən bir əmir idi.
Markiz Pauliççi naibüssəltənənin gəlmək xəbərini eşidincə, tam
sürətlə Qubadan Qarabağa gəldi. O, general Kotlyarevskini Qubada
qoydu, özü isə Tiflisə getdi. Buradan da qulluqdan çıxarılaraq Rusiyaya
qayıtdı. General-anşef Rtişşev onun yerinə sərdar göndərildi.
Hicri 1227 (1812)-ci ilin baharında, naibüssəltənə şah tərəfindən
göndərilmiş külli ləvazimat və qoşunla Mişkin qəsəbəsinə varid oldu.
Əmir xan Qacar sərbaz və topxana ilə bu tərəfdən, sair əsgərlər də onun
ixtiyarında olaraq Ərkəvan, Zuvand və Astara səmtində Talış Mir
Mustafa xanı cəzalandırmaq üçün göndərildi. O yenə İran dövlətindən
üz çevirib, rusları öz köməyinə çağırmışdı. Əmir xan aqustos (avqust)
ayının 4-də, Ləngərkünana (Lənkərana) çatdı. Ruslar döyüşdən sonra
Mir Mustafa xanla bərabər Gamışvana çəkildilər. İranlılar Gamışvanın
qarşısında səngər və bürclər düzəltdilər. İki aya yaxın dənizdən və
sahildən atışma davam etdi. Gamışvanı almaq mümkün olmadı.
Naibüssəltənənin əmrilə Ləngərkünanda (Lənkəranda), Ərkəvanda və
Astarada üç qala tikildi və bu qalalara mühafizlər, topxana və azuqə
təyin olundu. Qalan qoşun isə geri qayıtdı.
Bu zaman ingilis elçisi ser Qrozli vasitəsilə barışıq söhbəti araya
atıldı. Rus sərdarı naibüssəltənə ilə Arazın kənarında danışığa başladı.
Lakin bu danışıq bir nəticə vermədi. Sərdar Rtişşev Kotlyarevskini 2000
soldat və altı topla Arazın kənarında qoyub özü Tiflisə qayıtdı.
Naibüssəltənə Pirqulu xan və Mirzə Məhəmməd xan Qacarı və
Əlimərdan xan Xəmsəni atlı dəstələrilə Sultanhasardan Şəki ölkəsinə
göndərdi. Özü də sərbaz və topxana ilə Aslandüz adlı yerə gəldi. Sadıq
xan Qacarı və Cəfərqulu ağanı, eli köçürtmək üçün Qarabağa göndərdi.
Ağoğlanda dayanan general Kotlyarevski gecə
172
Dostları ilə paylaş: |