Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   51   52   53   54   55   56   57   58   ...   86

gizlıcə Arazdan keçıb, səhərçağı öz qoşunundan bır neçə qat artıq olan 
İran ordusu üzərinə hücum edib onları məğlub etdi. İranlıların bir hissəsi 
olduqca pərişan bir halda qaçdı. Naibüssəltənə isə qalan qoşunla 
müharibəni davam etdirdi. General ertəsi gecə təşrin-əvvəlin (oktyabrın) 
20-də hücum edib onları tamamilə dağıtdı. Bir çoxlarını öldürüb, külli 
qənimətlə geri qayıtdı.  Şəki və Qarabağa təyin edilən qoşunlar da bu 
xəbəri eşidincə, qayıdıb naibüssəltənə ilə Mişkində birləşdilər. Buradan 
da Təbrizə getdilər. 
General Kotlyarevski Muğana gedib, burada olan Qarabağ elatını 
geri qaytardı  və  Ərkəvan qalasını yürüşlə aldı. Sonra Ləngərkünana 
(Lənkərana) gedərək, oranın qalasını mühasirə etdi. Hicri 1228 (1813)-
ci ildə kanuni-saninin (yanvarm) birində, aşura axşamı yürüşə başladı. 
Hər iki tərəf şiddətli müqavimət göstərib mərdanəliklə vuruşdu. Axırda 
rus generalının qorxubilməz təbiətinin qüvvəti sayəsində qala alındı. 
Qala mühafizlərinin sərkərdələri olan sərhəng Sadıq bəy və Məhəmməd 
bəy Qacar rus və müsəlmanlardan bir çox adamla bərabər öldürüldü. 
Kotlyarevski özü də üç ağır yara aldı. 
Həmin ilin baharında  İran dövləti ruslar tərəfindən alınan ölkələri 
geri qaytarmaqda naümid oldu. Rum (Osmanlı) barışığı  və Xorasanda 
baş verən iğtişaş  nəticəsində  şah barışığa meyil göstərdi. Mirzə 
Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Rtişşev 
də  gəldi. Qarabağın Gülüstan adlı yerində hicri 1228 (1813)-ci ildə 
təşrin-əvvəl (okryabr) ayının 12-də Rusiya ilə  İran dövlətləri arasında 
əhdnamə bağlandı. Bu əhdnaməyə görə  İran dövləti Gəncə, Qarabağ, 
Talış,  Şəki,  Şirvan, Bakı, Quba, Dərbənd xanlıqları, bütün Dağıstanı, 
Gürcüstanı  və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə  tərk etdi. 
Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da 
öhdəsinə aldı ki, şah hansı bir övladını  vəliəhd təyin etsə, ona yardım 
göstərsin və hüququnu müdafiə etsin. 
 
173


 
SON SOZ 
 
QARABAĞ VƏ "QARABAĞNAMƏ"LƏR 
 
Qarabağ xanlığının tarixindən bəhs edən "Qarabağnamə"Iərlə  hələ  əllinci 
illərdən tanış idim. Klassik ədəbiyyatımızı  tədqiq edərkən tez-tez Mirzə 
Adıgözəl bəy, Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu bəy Mirzə Camal 
oğlu, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani, Həsənəli xan Qaradaği, Baharlı, 
Mirzə Yusif Qarabağinin adlarına rast gəlirdim. Bu müəlliflər öz dövrlərinin 
tanınmış şəxsiyyətləri olmuş, ədəbi həyatda da yaxından iştirak etmişlər. 
Hələ XIX əsrdə  həm mətbuatda, həm də "Qafqaz Arxeoqrafiya Komissi-
yasının topladığı  sənədlər aktları"nda (AKAK) Qarabağ tarixinə dair saysız-
hesabsız materiallar toplanmışdı. Lakin bu vaxta qədər tarixçilərimiz həmin 
problemi tam şəkildə  işıqlandırmamışlar. Elə bu səbəbdən, Dağlıq Qarabağ 
Muxtar Vilayətində  məlum hadisələr zamanı erməni müəlliflərinin nəşr 
etdirdikləri bir sıra kitab və  məqalələr həm Azərbaycanda, həm də 
Ermənistanda sözün həqiqi mənasında çaşqınlıq yaratdı. Halbuki, Qarabağ 
tarixinə dair elmi əsərlər vaxtında yazılsaydı, indi bu torpağa göz dikənlərin 
yanlış yol tutduqları aşkar olardı. Nə Azərbaycan Sovet Sosialist Respublikası 
yaranarkən, nə də son minillik tarixi ərzində xalqımız heç kimin ərazisini zəbt 
etməmişdir.  Əksinə, Rusiya ilə  İran arasında bağlanan Gülüstan sülh 
müqaviləsi nəticəsində Azərbaycan  ərazisi iki yerə parçalanmış, Cənubi və 
Şimali Azərbaycan məfhumları yaranmışdır.  Şimali Azərbaycanın - 
Azərbaycan SSR-nin coğrafi və tarixi ərazisi də indiki kimi qolu-qanadı 
kəsilmiş  vəziyyətdə deyildi. Azərbaycanın  şimal hüdudları tarixən Dərbənd 
qalasını, şimal-qərbdə Tiflisi, qərbdə Göyçə gölünü, cənub-qərbdə Naxçıvan da 
daxil olmaqla Zəngəzur mahalını özündə birləşdirirdi... 
Bir xalqın başqa xalqdan torpaq iddiasını heç bir təbliğat, hay-küy, qərarla 
həyata keçirmək olmaz. Tarixdən də  məlumdurki, Fətəli xan Əfşar, 
Məhəmmədhəsən xan Qacar, Ağa Məhəmməd şah Qacar, Fətəli şah Qacar və 
onun oğlu Abbas Mirzə Qacar və başqaları Qarabağ torpağında on minlərlə 
insan cəsədi qoyaraq geri çəkilməyə  məcbur olmuşlar. Görünür, tarixi 
həqiqətlər çoxlarına dərs olmamışdır... 
Dağlıq Qarabağ hadisələri ərəfəsində və ondan sonra erməni tarixçiləri bir 
sıra kitablar nəşr etmişlər. O cümlədən, "История Агван", "Албания-Алуанк 
в греколатинских и древноармянских источниках", "Армянский геноцид", 
"Турки перед историей", "Нагорный Карабах" və s. 
Bu  əsərlərdə Alban dövləti qeyd-şərtsiz Ermənistanın tərkib hissəsi kimi 
alınır. Ermənistanın tarixi coğrafiyası Qara dəniz, Aralıq dənizi və Xəzərin 
  
 
174


qərb tərəfini  əhatə edən geniş  ərazi kimi oxucuya təqdim olunur. Əlbəttə, hər 
iki mülahizə yanlışdır. 
Bu yaxınlarda Yerevanda, rus dilində çap olunmuş " Армяния  в  пеpвой 
половине XVIII вeкa" xəritəsində  qəribə bir mənzərə ilə qarşılaşdıq. 
Azərbaycanın təxminən bütün ərazisi, Kiçik Asiyanın üzdə bir hissəsi və cənubi 
Gürcüstan bu xəritəyə daxil edilmişdir. Xəzər sahili Azərbaycan  şəhərlərinə 
qəribə adlar verilmişdir. Min ildən bəri elmi mənbələrdə Bakı (Badkubə) kimi 
xatırlanan, tanınan Bakı  şəhəri Bakunakert adlandılmışdır. Rus alimlərinin 
XVIII  əsrin sonu və XIX əsrin  əvvəllərində topladıqları  və çap etdirdikləri 
statistik materiallarda göstərilir ki, Dərbənd, Salyan, Kənkəran kimi şəhərlərdə 
o zamanlar erməni əhalisi yaşamamışdır. 
Adi çəkilən xəritə "daşnaksutyun"un çoxdan bəri iflasa uğramış "dənizdən-
dənizə böyük Ermənistan" "ideyasının" ifadəsindən başqa bir şey deyildir. Bu 
tarixi saxtakarlığın tarixşünaslıq elmi ilə heç bir əlaqəsi yoxdur. Əksinə, 
xalqlararası münasibətlərə ciddi zərbə vurur. Nədənsə, həmişə Ermənistanda 
qonşu xalqlara qarşı torpaq iddiası baş qaldıranda tarixi həqiqətlərə göz 
yumulur.  Əlüstü qədim Albaniya problemi ortaya atılır. Halbuki, Alban 
dövlətinin süqutundan sonra da Zaqafqaziya xalqlarının gün kimi aydın tarixi, 
həmçinin xəritələri vardır. 
Təxminən 75 il mövcud olmuş Qarabağ xanlığının tarixindən (1747-1822) 
söz düşəndə bu ərazini köçəri türk tayfalarının zəbt etməsi ideyası irəli sürülür. 
Bəs xanlıqdan əvvəl Səfəvilər dövründə təxminən iki əsr yarım mərkəzi Gəncə 
şəhəri olan Qarabağ bəylərbəyliyi? 
Məgər iki yüz ildən artıq monqolların, teymurilərin işğalı altında olan 
Qarabağda ermənilər yaşayırdı? Kürəkçay (1805), Gülüstan (1813), 
Türkmənçay (1828) müqavilələrilə Rusiya tərkibinə daxil edilmiş Qarabağ, 
sonrakı dövrlərdə  də  Gəncə (Yelizavetpol) quberniyasının mühüm hissəsi idi. 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə  də  mərkəzi  Şuşa  şəheri olan 
Qarabağ vilayəti hazırki Dağlıq Qarabağı, aran Qarabağını  və 1920-ci ildən 
sonra  ədalətsiz olaraq Ermənistana "töhfə" edilmiş  Zəngəzur mahalını  əhatə 
edirdi. Görünür, 1923-cü ildə Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi 
Lenin milli siyasətinin ifadəsi kimi yox, bəziləri tərəfindən Ermənistana 
məxsusluğu kimi mənalandırılır... 
Erməni tarixçilərinin son dövrdə çap etdirdikləri kitablarda, saysız-hesabsız 
məqalələrdə Türkiyə Cümhuriyyəti az qala erməni xalqının bütün faciələrinin 
əsas müqəssiri hesab edilir. Əsil həqiqət isə belədir: Eramızın IV əsrinin 
sonlarında Ermənistan dövləti ləğv olunub Qərbi və  Şərqi Ermənistana 
bölündü. Bu aktı həyata keçirən Bizans və İran dövlətləri idi. 
Türklərin Kiçik Asiyaya gəlişi isə erməni dövlətinin parçalanıb 
suverenliyini itirməsindən təxminən 7 əsr sonra, XI əsrdə başlamışdır... 
  
 
  
 
175


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə