Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   59   60   61   62   63   64   65   66   ...   86

qələmə almışdır: "...bir qədər vuruşduqdan sonra 618 (1221)-ci ilin ramazan 
(sentyabr) ayında  şəhəri zorla aldılar. Qılıncı  sıyırıb kiçik, böyük və arvad 
burax-madılar (hamısını  qırdılar). Hətta hamilə qadınların qarınlarını yarıb 
çağalarını  çıxartdılar və öldürdülər, özləri də arvadları zorlayıb sonra 
öldürdülər..." 
Daha sonra İbn  əl-Əsir böyük təəssüf hissi ilə yazırdı: "Kaş anam məni 
doğmamış olaydı, yaxud mən bu hadisədən  əvvəl ölmüş  və tamamilə 
unudulmuş olaydım". 
Qarabağın keçmişindən söz açarkən, onun mövcud xəritələrini də  nəzərə 
almaq zəruridir. Qarabağ Azərbaycanın ən mühüm vilayətlərindən biri kimi bu 
xəritələrdə öz əksini tapmışdır. 
Böyük  ərəb coğrafiyaşünası  və  səyyahı  Əbülqasım ibn Höukəl X əsr 
Azərbaycanı haqqında bir sıra maraqlı fikirlər söyləmişdir. Azərbaycanın ilk 
xəritəsini  Əbül-Qasım ibn Höukəl tərtib etmişdir. Bu xəritənin hüdudları 
Şərqdə  Xəzər dənizi,  Şimali-şərqdə  Dərbənd, Qərbdə Göyçə gölü, Cənuba 
doğru Naxçıvan; Urmiya gölü və oradan bir xətlə  Xəzər dənizinin cənub 
sahillərini əhatə edir. 
Azərbaycan haqqında tarixi məlumatlara, o cümlədən, Qarabağın 
təkrarolunmaz təbiəti və tarixi keçmişi haqqında Qətran Təbrizi (X əsr), Xaqani 
Şirvani, Nizami Gəncəvi, Mücirəddin Beyləqani (XII əsr) və başqalarının 
əsərlərində dönə-dönə rast gəlirik. 
A.Bakıxanov yazır ki, ərəb istilası dövründə Qarabağ mühüm siyasi 
mərkəzlərdən biri idi: 
Qazanxan "...vəfat etdikdən sonra hicri 703-cü ildə,  İlqaytu Məhəmməd 
Xudabəndə ibn Arqun xan taxta oturdu. Sultaniyyə  şəhərini bina və özünə 
paytaxt etdi. O, ədalətli, xeyirli işlər görən bir padşah idi. Onun adı Bakı 
şəhərində bina etdirdiyi bürc və  məscidlər üzərindəki kitabələrdə indi də 
durur..." 
İbn Arqundan sonra hicri 616 (1317)-cı ildə 13 yaşında olan böyük oğlu 
Sultan  Əbusəid taxta oturdu. Onun dövründə "Qıpçaq padşahı Özbək xan 
(özbək qəbiləsi bunun adı ilə adlanmışdır) hicri 718 (1319)-ci ildə  Dərbənd 
yolu ilə Azərbaycanı almağa gəldi. Sultan Əbusəid müqavimət məqsədilə çıxıb 
Qarabağ düzündə  qışladı. Özbəyin qoşunu müqavimət göstərə bilməyib 
qaçmağa başladı... Özbək şah hicri 735 (1335)-ci ildə təkrar Azərbaycana yürüş 
etdi. Sultan Əbusəid yenə müqavimət məqsədi ilə qarşıya çıxdı, havanın istiliyi 
və üfunəti üzündən  Şirvanda xəstələnib hicri 736 (1336)-cı ildə  vəfat etdi. 
Müasirlərindən biri yazdığı bir şeirdə onun Qarabağda vəfat etdiyini qeyd 
etmişdir. Qarabağ çox vaxt Şirvan üstündə sayıldığından, tarix kitablarında 
Şirvan adı ilə şöhrət tapmışdır"
1

Teymurləngin Qarabağda Beyləqan şəhərini bərpa etmək təşəbbüsü barədə 
A.Bakıxanov yazır: 
                                                           
1 Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm", səh.77-78.
 
192


"... Qarabağda Qubad ibn Faruzi-Sasani tərəfindən bina edilən Beyləqan 
şəhəri Hülakü tərəfindən bir müddət müharibədən sonra hücumla almıb, xarab 
edilmişdi. Əmir Teymur bu şəhərə çox möhkəm bir hasar çəkdirdi. O bu şəhəri 
abad etmək fikrində idi..." 
Teymurləngin Zaqafqaziya və  Şərqə  hərbi səfərlərindən bəhs açan 
A.Bakıxanov tez-tez onun Qarabağa gəlməsini də qeyd edir. 
"...Əmir Teymur Dağıstan işlərini mümkün qədər yoluna qoyduqdan 
sonra... Hicri 798 (1396)-ci ilin baharında Dərbəndə  gəldi... Bu səfərdə ona 
yoldaşlıq edən  Şirvan valisi Əmir  İbrahim,  Əmir Teymurun şərəfinə bir neçə 
gün davam edən böyük ziyafət verdi, ləyaqətli hədiyyələr təqdim etdi. Özü də 
Sahibqranın lütf və  ənamına nail olaraq mürəxxəs oldu. Əmir Teymur 
Qarabağa gəlib, Ağdam adlı yerdə Dərbənddən Bağdada və Həmədandan Rum 
sərhədinə qədər olan bütün əyalətlərin idarəsini oğlu Miranşaha tapşırdı..."
1

Göründüyü kimi, Teymurləng və ondan əvvəl monqol istilaları dövründə də 
Qarabağ Azərbaycanın mühüm strateji mərkəzlərindən biri olmuşdur. 
 
 
3. QARABAĞ BƏYLƏRBƏYİLİYİ  
QARABAĞ XANLIĞININ SƏLƏFİDİR 
 
Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsərində Qarabağın 
ərazisi barədə oxuyuruq: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ 
vilayətinin sərhədi belədir: Cənub tərəfdən Xudafərin körpüsündən Sınıq 
körpüyə  qədər ~ Araz çayıdır.  İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və 
Dəmirçihəsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı 
ilə Krasnıy most, yəni Qızıl körpü adlandırırlar. 
Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib 
Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür 
çayına qədər Kürən çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. 
Qərb tərəfdən Küşnək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlandır. 
"Nəhayət, vilayətdə baş verən iğtişaşlarla  əlaqədar olaraq İran, Rum və 
Türküstan padşahlan buralara gəlıb bu vilayətləri  ələ keçirdikdə  əlahiddə 
sərhədlər qoymuş, qalalar tikdirmiş və onlara ayrı-ayrı adlar vermişlər"
2

"Qarabağnamə"lərdə Qarabağ vilayətinin belə  ərazi böyüklüyünün qeyd 
edilməsi  əbəs deyildi. Məsələ ondadır ki, həmin tarixçilər,  əslində, Qarabağ 
bəylərbəyliyi ərazisini nəzərə çapdırırdılar. 
İ.P.Petruşevski Azərbaycan və Ermənistanda feodal əlaqələrinin tədqiqinə 
həsr olunmuş  əsərində yazır: "İrsiyyətlə keçən bəylərbəyiliklərindən  ən 
səciyyəvi nümunə Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olan Qarabağ 
                                                           
1 Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm", səh.83 
2 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.238 
 
193


(Gəncə) bəylərbəyiliyidir. Onlar Qızılbaş Qacar tayfasının Ziyəddin 
oymağından idilər. Həmin bəylərbəyilik XVI əsrin birinci yarısından 
başlayaraq 300 ilə yaxın Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olmuşdur".
1
 
İskəndər bəy Münşi 1554-cü ildəki hadisələrdən söz açarkən Qarabağ 
bəylərbəyisi Şahverdi Sultan Ziyadoğlunu xüsusi olaraq tərifləmişdir. Şahverdi 
Sultan Ziyad oğlu Gəncə  şəhərini mərkəz seçərkən bütün Qarabağ vilayətini 
idarə edirdi. Sultan Ziyadoğlu Qacar hicri 975-ci ildə (1567-68) vəfat etdi. 
Onun yerinə İbrahim Sultan Qarabağ bəylərbəyisi təyin olundu. Ona xan titulu 
verildi. Az sonra İbrahim Sultan Şahzadənin tərbiyəçisi təyin edildi və bu 
münasibətlə Yusif xəlifə ibn Şahverdi Sultan Ziyadoğlu öz qardaşı  əvəzinə 
Qarabağ  bəylərbəyisi göndərildi.  İskəndər bəy Münşi yazır ki, Şah Təhmasib 
ölərkən hələ Yusif Xəlifə Qarabağa göndərilməmişdi, sarayda idi
2

Ona görə  də II Şah  İsmayılın  əmrinə görə Yusif Xəlifədən bəylərbəyilik 
fərmanı alındı, onun əvəzinə  əmisi oğlu Peykar Sultan Qacar həmin vəzifəyə 
göndərildi. Özünün gələcək hakimiyyətindən qorxan Peykar Sultan Yusif 
Xəlifəni öz evində öldürdü. II Şah  İsmayıl Peykar Sultanı da Qarabağ 
bəylərbəyiliyindən qovdu və onun yerinə İmamqulu xanı bəylərbəyi təyin etdi. 
O zaman Qarabağda Cavanşirlər, Kəbirlilər, Otuzikilər və  İyirmidördlər 
tayfaları  məşhur idi. Buna baxmayaraq, Qarabağ  bəylərbəyləri həmişə 
qacarlardan təyin olunurdu. Bu vəziyyət Qarabağın adı  çəkilən tayfaları 
arasında böyük narazılığa səbəb olmuşdur. Aydın məsələdir ki, XVIII əsrdə 
Cavanşir və otuzikilərin Qarabağ bəylərbəyliyindən ayrılaraq müstəqil Qarabağ 
xanlığı yaratmaq səyləri qacarların təzyiqi nəticəsi idi. 
1578-ci ildə  İmamqulu xan Qacar Qarabağ  bəylərbəyisi təyin olundu. 
Məhəmməd  şah taxta çıxandan sonra İmamqulu xan Qacarın Qarabağ 
bəylərbəyisi təyin olunmasını təsdiq etdi. Bir müddət Qarabağda sakitlik hökm 
sürdü. Lakin 1586-cı ildə Osmanlı türkləri Azərbaycan  ərazisinə daxil olaraq 
şiddətli müharibəyə başladılar. Qarabağ  bəylərbəyisinə kömək məqsədilə  şah 
öz qoşunları ilə  Bərdə-Gəncə istiqamətində  hərəkət etdi. İmamqulu xanın 
qoşunları da şücaət göstərdilər. Qarabağ döyüşçüləri bir az əvvəl şah qoşunları 
ilə birlikdə Çuxur-Səəd uğrunda döyüşlərdə  iştirak etmişdilər. Mənbələr 
göstərir ki, bu döyüşdə 150000 Qarabağ əsgəri iştirak etmişdir
3

Qarabağın "otuziki" və "iyirmidörd" oymaqlarının döyüşçüləri  Şirvanın 
türklərdən müdafiəsində  də  iştirak etmişlər. Xatırladaq ki, "iyirmidörd"lərin 
əsas tərkibi kəbirlilərdən ibarət idi. 
1587-ci ildə İmamqulu xan Qacar öldü. Şahverdi xan Ziyadoğlunun nəvəsi 
Məhəmməd xan Qarabağ  bəylərbəyisi təyin olundu. 1588-1589-cu illərdə 
Qarabağ türklərin hakimiyyəti altında idi. O zaman Arazbarda yerləşdirilmiş 
                                                           
1 И.П.Петрушевски. Очерки по истории феодальных отнешений, стр.122. 
2 İskəndərbəy Münşi. Tarixi-aləm arayi-Abbasi, Tehran, 1255, səh. 86-88. 
3 Nəqavət əl-esar, səh.207; Tarixi-alem arayi-Abbasi, səh. 233-235. 
 
194


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə