Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   60   61   62   63   64   65   66   67   ...   86

Qarabağ  əmirləri Gəncənin türklərdən azad edilməsi üçün ciddi mübarizəyə 
başlamışdılar.  Şah Abbasın türklərlə sülh danışığı apardığı bir şəraitdə 
Məhəmməd xan Gəncənin mühasirəsindən əl çəkmək haqqında göstəriş verdi. 
İskəndər bəy Münşi Qarabağ vilayətindən danışarkən onun səfalı ab-
havasının, bağ  və meşələrinin, gözəl otlaqlarının dünyada misli-bərabəri 
olmadığını göstərir. 
XVI  əsrin sonu - XVII əsrin  əvvəllərində, türklərin Gəncədə hakimiyyəti 
dövründə Qarabağ bəylərbəyisi Davud Paşa idi. O, Ziyəddin oymağından olan 
Astarabad hakimi Hüseyn xanın 7000 nəfərlik ordusu ilə Araz çayı kənarında 
vuruşmalı oldu. Hüseyn xan qarabağlıların "otuziki" tayfasının köməyi ilə 
Gəncəyə  tərəf hərəkət etdi. Məhəmməd xan Ziyadoğlu 1610-cu ildə 
Gürcüstanda və 1611-ci ilin oktyabr ayında  İrəvan altında vuruşmadan sonra 
daha böyük şöhrət qazandı. O, osmanlı türkləri ilə Gürcüstanda müharibə 
edərkən 1616-cı ildə öldürüldü
1

İ.P.Petruşevski göstərir ki, onun ölümündən sonra oğlanları Mürşüdqulu və 
Məhəmmədqulu xan növbə ilə Qarabağ bəylərbəyiləri təyin edilmişdir
2
. Lakin 
İskəndər bəy Münşinin yazdığına görə, gürcülərin  şah  əleyhinə üsyanından 
sonra Məhəmmədqulu xan Qarabağ  bəylərbəyliyindən azad edildi və onun 
yerinə Davud xan Allahverdi xan oğlu Qarabağ bəylərbəyisi təyin olundu"
3

Səfəvilər dövründə ilk dəfə olaraq Qarabağ  bəylərbəyiliyinə Qacar 
nəslindən olan Ziyadoğulların deyil, Davud Paşanın teyin olunması burada 
ictimai-siyasi həyatda heç bir mühüm dəyişikliyə səbəb olmadı. Sonrakı dövrdə 
Qacarların təsiri və köməyi nəticəsində yenidən Qarabağda onların vərəsəlik 
hüququ bərpa olunmağa başlandı, Davud xanın Qarabağ  bəylərbəyisi olduğu 
dövrdə Gürcüstan hakimi Teymurazla birləşərək Gəncəyə daxil olmuş və xalqa 
olmazın  əziyyət vermişdir. Nəticədə  şahın fərmanı ilə  Məhəmmədqulu xan 
Ziyadoğlu Qacar Qarabağ  bəylərbəyisi təyin olundu. Gəncəyə tutulan divana 
əvəz olaraq Teymuraz vəzifəsindən götürüldü və Gürcüstan hakimi vəzifəsinə 
Xosrov Mirzə təyin olundu
4

1636-cı ildə Qarabağ  bəylərbəyisi Məhəmmədqulu xan Ziyadoğlu Qacar 
İrəvan altında osmanlı ordusu ilə vuruşdu. O, başqa vilayətlərin qoşun hissəsi 
ilə  bərabər  İrəvan qalasını mühasirəyə aldı  və türkləri geri çəkilməyə  məcbur 
etdi.
5
1664-cü ildə  Məhəmmədqulu xan Ziyadoğlunu həmin vəzifədə 
Murtuzaqulu xan əvəz etdi. Onun ölümündən sonra isə yaxın qohumu Uğurlu 
xan Qarabağ bəylərbəyisi təyin edildi
6
... 
                                                           
1 İskəndər bəy Münşi. Tarixi-alem arayi Abbasi. Tehran, 1350, səh.788-789. 
2 И.П.Петрушевски. Очерки по истории феодальных отнешений, стр.123 
3 İskəndər bəy Münşi. Tarixi-aləm arayi Abbasi. Tehran, 1350, səh.1365. 
4 Xolda barin, vər.64b-65v. 
5 Yenə orada, vər.l01a-104b 
6 Xulaset-əs Siyyar, səh.77.
 
195


Səfəvilər hakimiyyəti dövründə Qarabağ bəylərbəyilərinin ilk qısa xronikası 
belədir: onlar erməni mənbələrinin göstərdikləri kimi, köçəri olmayıb, oturaq 
həyat keçirirdilər. Qarabağın həqiqi  əhalisi isə cavanşirlər, otuzikilər, 
iyirmidördlər, baharlı və başqa oymaq və nəsillərdən ibarəti idi. 
Şah  İsmayılın başçılıq etdiyi Səfəvi dövləti Azərbaycanı idarə etməyi 
asanlaşdırmaq məqsədi ilə onu bir neçə bəylərbəyiliyə bölmüşdü. Azərbaycanın 
əsas  ərazi mərkəzi  Şamaxı  şəhəri olmaqla Qarabağ  bəylərbəyiliyi, Təbriz 
mərkəz olmaqla Təbriz bəylərbəyiliyi yaradılmışdı. Naxçıvan diyan əvvəlcə 
Təbriz, sonralar Çuxur Səəd bəylərbəyiliyi tərkibində idi
1

Nadir  şahın hakimiyyəti dövründə  və XVIII əsrin ortalarında Gəncə 
bəylərbəyiliyi və Gəncə xanlığının başında dayananlar Ziyadoğlu nəslindən idi. 
Gəncəli Cavad xan da Ziyadoğlu Uğurlu nəslinə  mənsubdur. Cavad xanın 
1795-ci il hadisələri zamanı Ağaməhəmməd şaha rəğbət göstərməsi onun etnik 
cəhətdən Qacar nəslindən - tayfasından olması ilə əlaqədar idi. 
XVIII  əsrin ortalarında Azərbaycan  ərazisində xanlıqların yaranması yerli 
əhalinin  İran və Türkiyə  işğalma, zülmünə qarşı narazılığının nəticəsi kimi, 
xalqların suverenlik əldə etmək arzusu ilə bağlı idi. 
 
 
4. QARABAĞ XANLIĞININ TƏŞƏKKÜLÜ.  
PƏNAHƏLİ XAN 
 
XVIII  əsrin  əvvəllərində Azərbaycanı  ələ keçirmək uğrunda çar Rusiyası, 
Sultan Türkiyəsi və İran şahlığı arasında siyasi mübarizə kəskinləşmişdi. 
Zaqafqaziya hüquqi cəhətdən  İran  şahlığına tabe olmasına baxmayaraq, I 
Pyotrun dövründə  Xəzərsahili Azərbaycan  ərazisi Rusiya tərəfindən zəbt 
olunmuşdu. İngiltərə və Fransa imperialistlərinin təhriki ilə XVIII əsrin 20-30-
cu illərində Zaqafqaziyanın geniş  ərazisi Osmanlı imperiyası  tərəfindən işğal 
edilmişdi. Zaqafqaziya uğrunda hərbi-siyasi mübarizənin güclənməsinə  İran 
mərkəzi dövlətinin zəifləməsi səbəb olmuşdur... 
XVIII  əsrin 30-cu illərində Nadir şah  Əfşarın hərbi yürüşləri  İranda və 
Zaqafqaziyada vəziyyəti müvəqqəti olaraq dəyişdi. Zaqafqaziya xalqları Nadir 
şahın mütləq hakimiyyəti altına keçdi. Onun ağır hərbi cəza tədbirləri çox baha 
başa gəldi. Azərbaycanın  Şamaxı kimi qədim  şəhəri viranəyə çevrildi. 
Azərbaycanı aclıq, səfalət bürüdü. Nadir şah əleyhinə narazılıq və üsyanlar ara 
vermədi. 
Nadir şah iki əsrdən artıq mövcud olmuş Qarabağ bəylərbəyiliyinə də divan 
tutdu. Buna görə  də, qarabağlıların bir qismi öz torpaqlarından  Əfqanıstan 
sərhədlərinə köçürüldü. Bu qanlı cinayətə  səbəb erməni Xəmsə  məliklərinin 
təşəbbüsü və Nadir şahın Qarabağda ağılsız hərəkəti idi. 1736-cı il Muğan 
                                                           
1 Bax: Azərbaycan tarixi, c. I. Bakı, 1958, səh.263.
 
196


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə