Azərbaycan diLİ VƏ tariXİ


PƏNAHABADDA AGA MƏHƏMMƏD ŞAH



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   2   3   4   5   6   7   8   9   10   ...   86

  
PƏNAHABADDA AGA MƏHƏMMƏD ŞAH  
QACARIN MƏQTUL OLMAĞI 
 
Şənbə gecəsi 21 zilhiccətül-həram ayı 1212 (1797)-ci il qəzayi-hətmi 
və  mərgi-müqəddər saat yetib Abbas bəy Səfərəli adlı yoldaşı ilə  əli 
xəncərli  şah sərapərdəsinə girib öz yataq otağında  şahı  qətl edirlər. 
Cavahirat sandıqçasını  və  şəmşiri-mürəssə  və zinəti-İran deyilən iki 
böyük almazı, biri Dəryayi-Nur və biri Taci-Mahi götürüb yataq 
otağından çıxıb gedirlər, Sadıq xan Şəqaqi mənzilinə  və macarati nəql 
edirlər. Sadıq xan hövl edib qatillər ilə gecə ikən Pənahabaddan fərar 
edirlər. Gecə vaxtı, ya səhərə yaxın orduyi-ləşkərdən hər kəs  şahın 
məqtul olunduğunu bilirsə, dərhal fərar edirdilər. İrana tərəf çox pərişan 
və pərakəndə surətdə qaçırlar. 
Pənahabad  şəhərinin  əhalisi kimi gecə, kimi səhər bir-birinə  dəyib 
qaçırlar Məhəmmədhəsən ağa evinə tərəf. Xəncər ilə parçalanmış şahın 
cəsədini və şahın evini, ev əşyalarını qarət olunmuş bulurlar. 
İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy ki, Qarabağda qalmışdı, 
məlum deyil ki, o gecə şəhərdə, ya xarici şəhərdə olub... Çünki şah qətlə 
yetişəndən sonra ona mənsub qiymətli  əşyalardan Məhəmməd bəy 
xidmətinə çox cəm olunmuş ta bir dərəcəyədək ki, oturmağa meyli 
olmayıb həvayi mali dünya ki, qəflətən əlinə düşüb, onu şura gətiribdir. 
İzdihami-kəsir süvarələr ilə mahalatda vaxt keçirirmiş. Guya Molla 
Pənah Vaqifin əyalini Molla sağ ikən, ya o şəhid olandan sonra kəsrəti-
mal ilə tamah edirmiş. Hər halda hadiseyi-qətli-şahdan sonra şəhərə və 
xaricə fəqət Məhəmməd bəy hökmran olmuşdur. 
Şahın başını  Məhəmməd bəy Balakənə  İbrahim xanın qulluğuna 
göndərib hadisəni və İran qoşununun qayıtmağını ona xəbər verir. Şahın 
cəsədinin hansı qəbiristanda dəfn olunduğundan xəbər yoxdur. İbrahim 
xan şahın başını görəndə məhzun olub başa qüsl verib, qutu içində bir 
mötəbər qəbiristanda dəfn etdirir. Bu əhvalatı Dağıstan xanları  və 
əyanları  eşidib xanın hüzuruna təsliyət və suguvarlıq ilə  gəlirlər. Neçə 
gün Quranxanlıq və ehsan sərf olunur. 
  
 
 
24


ƏHVALATI-MOLLA PƏNAH VAQİF 
 
İbrahim xan Dağıstana çatanda tamam əhli-əyalı ilə, oğlanlarını əyali 
ilə, damadlarını və sair lazım bildiyi yaxın adamlarını özü ilə götürüb, 
cəmiyyəti-əzim ilə köç edir. Molla Pənahdan başqa ki, məqami-
vəzarətdə  ən yavuq adamdır, bu camaatın içində olmaz. Səbəb məlum 
deyil. Necə ki, sonra danışıldı, qaçaqaç zamanı guya Molla Pənah 
Kolanı camaatının içinə düşübdür. Şah Pənahabadda olarkən məhbusən 
onu şah hüzuruna gətirməyi xidmət hesab edirlər. Şah mollanı röviyyət 
etməmiş  əyani-dərvardan bir xana əmr edir ki, saxlatsın. Sonra izhar 
eyləyəcəkdir. Əlqissə elə ittifaq düşür ki, izhar olmamış şah məqtul olar. 
İranlılar hamısı qaçıb gedər. Molla Pənah azad qalıb hadiseyi-şah 
barəsində məşhur qəzəli şair yoldaşı Molla Vidadiyə yazar: 
 
Ey Vidadi gərdişi-dövrani gəcrəftarə bax... 
 
Ölkənin sahibsiz zamanı o halda işlərə müdaxilə edən, ancaq 
Məhəmməd bəy  əhli-həsəd və  şərafəti-əfsad üçün yaxşı macal tapar. 
Məhəmməd bəyin xatirini Molla Pənahdan dolandırarlar. Tarixi xəbər 
yoxdur. Amma aralıqda danışılıb ki, Məhəmməd bəy özünə yavuq 
müfsidlərə tapşırıb ki, bir nəhv ilə mollaya xəbər yetirsinlər. Onlar gecə 
vaxtı Məhəmməd bəyin adı ilə onu çağırıb Cıdır düzü adlı yerə aparıb 
başını kəsiblər. 
 
İBRAHİM XANIN QARABAĞA QAYITMAĞI 
 
İran padşahı  məqtul olduğuna  İbrahim xan Dağıstandan qayıtmaq 
fikrinə,  əvvəl qabaqca oğlu Mehdiqulu xanı bir neçə  nəfər xeyrən-diş, 
məqul adamlar ilə göndərər Pənahabada ki, xalqa dilculuq və izhari-
məhəbbət etsin. Maaşlarına qeydkeş olsun. Mehdiqulu xan qalaya varid 
olandan sonra atası verdiyi dəsturüləmələ  sərəncam edir. Şəhər  əhlinə 
dilculuq edib, müvazib olur. Neçə gündən sonra İbrahim xan bəzi 
sifarişat ilə  Məhəmmədhəsən ağanı  dəxi Qarabağa göndərər. O da 
gələndən sonra Mehdiqulu ağa ilə bir yerdə şəhər 
 
25


və çöl işlərinə  sərkeş  və  məşğul olarlar. Tain ki, İbrahim xan şah 
vəfatından iki ay sonra Qarabağa müraciət edər.  İcrayi-siyasət və 
idareyi-əyalətə  məşğul olar. Molla Pənahdan bir əsər bulmaz. 
Mehdiqulu ağa gələnədək sabiq molla məqtul olmuş. Vazehdir bu 
cinayətdə Məhəmməd bəy iştirak etmiş, özü də Mustafa xan fitvası ilə 
Şəkidə məqtul və molla gedən yerə getmiş. 
 
 
FƏTƏLİ ŞAHIN CÜLUS ETMƏYİ 
 
1213-cü ildə Fətəli şah təxti-səltənəti-İranə cülus edən kimi İbrahim 
xan adına mənşu yazıb, xahiş edir ki, Ağa Məhəmməd  şah nəşini 
Hüseynqulu xan İzzəddinli səhabəti ilə  İrana göndərsin.  İbrahim xan 
dəxi  şayəstə  vəch ilə  cənazə hazır etdirib Hüseynqulu xana lazımi 
ehtiram və adamlarına nəvaziş edib böyük ehtiram ilə  rəbiül-əvvəl 
ayının axırlarında 1213 (1798)-cü ildə yola salar, 1214 (1799)-cü ildə 
Fətəli şahın izhar etməyinə görə İbrahim xan öz oğlu Əbülfət xanı İrana 
göndərər. O vaxt şah xarici-Tehranda olduğuna Miyanə və Gərmrud adlı 
yerdə şah hüzuruna yetişər. Və mövridi-iltaf və şifaqi-şahanə olar. 
1215 (1800)-ci ildə  Həsən xan Qaragözlü Tehrandan Qarabağa 
İbrahim xanın yanına gələr. Danışılmış məsləhətə görə xanın səviyyəsi 
Ağabəyim ağanı  şah üçün ərus aparar. Tehrana varid olan kimi böyük 
bir təntənə  şadmanlıq ilə  Ağabəyim ağanı  hərəmxanəyə aparıb  şah 
hərəmlərinə  sərhərəm qərar verərlər. Bir mərtəbə ki, səlatini-bozorg 
hərəmləri şah hərəmxanəsinə dustanə kağız yazanda xüsusilə Ağabəyim 
ağanın adına yazarlarmış. Məsələn, ingilis kralının hərəmi və Rusiya 
imperatorunun hərəmi və s. 
 
 
RUSİYA QOŞUNUNUN GÜRCÜSTANA KÖMƏYİ 
 
1797-ci il tarixi miladidə Gürcüstan payi-mali-ləşkəri-İran olduğunu 
və mütləqi-bisahib qaldığını bilibən bu dəfə zahirən Gürcüstan əhlinin 
əcz və labəsinə  tərəhhüm edib onlara müavinət qəsdilə batinən illər 
boyu arzusunda olduğu Qafqaza malik olmağa yaxşı macal görüb 
Rusiya dövləti Gürcüstana böyük qoşun ordusu, lazımi 
  
 
26


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə