Azərbaycan diLİ VƏ tariXİ


 QARABAĞ XANLIĞININ SİYASİ TARİXİ (1759-1805)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

 
5. QARABAĞ XANLIĞININ SİYASİ TARİXİ (1759-1805) 
 
"Qarabağnamə" müəlliflərindən Mirzə Camal İbrahimxəlil xanın 
hakimiyyətə başlamasını 1760-cı il, Mirzə Adıgözəl bəy isə 1759-cu il göstərir. 
Bunlardan ikincisi həqiqətə daha uyğundur. Çünki İbrahim xana məhz 1759-cu 
ildə Kərim xan Zənd tərəfindən xanlıq fərmanı verilmiş və o dərhal Qarabağa 
gələrək xanlığı idarə etməyə başlamışdır. 47 il ərzində (1759-1806) 
İbrahimxəlil xan Qarabağda daxili və xarici siyasət sahəsində mühüm işlər 
görmüşdür. Mirzə Camalın "Qarabağ tarixi"nin birinci fəsli "Mərhum İbrahim 
xanın haki-miyyəti və o zamanın qaydaları  və hadisələri" adlanır. Müəllif 
həmin fəslin  əvvəlində bir az mübaliğəli  şəkildə yazır: Mərhum  İbrahim xan 
İran və Rum padşahlarına itaət etmədən və boyun əymədən müstəqil 
hökmranlıq etmişdir. Onun hökmü və fərmanı Şirvan, Şəki, Gəncə, Naxçıvan, 
Xoy, Qaradağ, Təbriz,  Ərdəbil vilayətləri, hətta,  İraq və Azərbaycan sərhədi 
olan Qaplanguhda belə  işlərdi. Vilayətlərin xanları  mərhum  İbrahim xanın 
hökmü və əmri ilə təyin edilər və ya vəzifədən götürülərdi". Belə mübaliğəyə 
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində də təsadüf edirik. İbrahimxəlil xan 
Zaqafqaziyadakı xanlar və başqa hakimlərlə ittifaqı qohumluq əlaqəsi ilə 
möhkəmləndirirdi. Onun ən etibarlı müttəfiqi Car-Balakən ləzgilərinin başçısı 
Nüsəl xanın oğlu Ümmə xan idi. Mirzə Adıgözəl bəy yazır ki, İbrahimxəlil xan 
Ümmə xanın "hörmətli və əziz bacısı Bikə xanımı almışdır". 
Sonralar İbrahimxəlil xan qızı Tutibikə xanımı Şəki hakimi Səlim xana erə 
vermişdi.  İbrahim xanın Car-Balakən hakimi Ümmə xan ilə qohum olması 
müsbət nəticə vermiş, onlar arasında hərbi siyasi birlik yaranmışdı. İbrahimxəlil 
xan atası  Pənahəli xanın layiqli varisi oldu. Xanlığın güclənməsi üçün lazımi 
tədbirləri gördü. 
Mirzə Adıgözəl bəy yazır ki, İbrahimxəlil xan "...lazım gəldiyi zaman 
Dağıstanın müzəffər qoşunlarının köməyi ilə ətrafdakı düşmənləri məhv edir və 
üsyan edənlərə qalib gəlirdi. O öz qoşunu və  zəfər nişanəli Dağıstan 
əsgərlərinin köməyi ilə Qaradağ mahalını aldı... Qaradağ,  Şahsevən və başqa 
tayfaların xanlarından bəzisi qohum olduğu üçün, bəzisi də zorla onun 
hökmünə tabe və  fərmanına itaət etdilər.  İbrahim xan bəzi vaxt ayrı-ayrı 
mahalları töhfə olaraq öz sərkərdələrinə bağışlayırdı ki, onlar bu yerlərin 
mədaxilindən mənfəətbərdar olsunlar"
1

İbrahimxəlil xan erməni Xəmsə  məliklərinin xəyanətinə son qoydu. O, 
Qarabağ xanlığının daxilində və onun xaricində sabitlik yaradıb, əhalinin dinc 
əməklə məşğul olmasına şərait yarada bilmişdi. Lakin fars və türk mənbələri bu 
həqiqəti ört-basdır edirlər. Qarabağdakı uzunmüddətli sülh şəraiti bir dövlət 
xadimi kimi İbrahimxəlil xanın və onun müdrik vəziri Vaqifin uzaqgörən 
siyasətinin müsbət nəticəsi idi. İbrahim Xəlil xan ətraf xanlıqlar və başqa 
hakimlər 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.57. 
 
211


ilə dostluğu qüvvətləndirməkdə girov saxlamaq və ya özünün, övladlarının 
həmin vilayətlərdə qohumluq əlaqələrinə ciddi əhəmiyyət verirdi: "...Hətta 
Təbriz və Qarabağ vilayətlərinin bəzi mahallanın öz adlı-sanlı  sərkərdələrinə 
bağışlamışdı ki, onların gəlirindən mənfəət götürsünlər... Adı  çəkilən 
vilayətlərin xanlarının övladı  həmişə  Şuşa qalasında, mərhum  İbrahimxəlil 
xanın yanında girov sifətilə yaşayırdılar"
1

Xanlığın hakim sinfini feodallar təşkil edirdilər. Feodal ierarxiya sistemi 
mövcud idi. Ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər, 
ağalar və məliklər tuturdular. Ali ruhanilər də feodallar sırasında idilər. 
Xəmsə  məliklərinjn yaşadığı  ərazidə, xüsusilə Xaçın məlikliyində  hələ 
Qafqaz Albaniyasında  ənənəvi olaraq fəaliyyət göstərən xristian kilsələrinə 
məxsus vəqf yerləri və başqa variyyət var idi. Bu kilsələr alban dini, kultu 
olaraq 1836-cı ilə qədər fəaliyyət göstərmişdir... 
İbrahimxəlil xan atasının suverenlik ənənələrini müvəffəqiyyətlə davam 
etdirirdi. Məlumdur ki, Pənahəli xan İranda baş verən ara müharibələri 
dövründə bir sıra xanları öz təsiri, hətta tabeliyi altına almışdı. 
Mir Mehdi Xəzaninin yazdığına görə,  Şuşa yaxın  Şərqin məşhur 
şəhərlərindən biri olmuşdu.  Şəhər üç ad daşımışdır. Pənahəli xanın  şərəfinə 
Pənahabad, öz gözəlliyi və  sıldının və  şiş qayaları ilə  əhatə olunmasına görə 
Şişə, xalq arasında isə  zəmanəmizə  qədər Qala deyirlər.  Şuşada kustarlar, 
sərraclar, dəmirçilər, silah saxlayanlar, palanduzlar və başqa sənətkarlar da 
gün-gündən çoxalırdı. 
"Qarabağnamələr"də bir qayda olaraq "Mərhum İbrahimxəlil xandan qalmış 
bina və imarətlərdən" bəhs açılır. Rzaqulu bəy  əsərin bir bəhsini "Mərhum 
İbrahim xanın Qarabağda apardığı  təmirat işləri" adlandırmışdır. O yazır: 
"Əvvələn indi də qalmaqda olan böyük məscidi göstərmək olar. Bu məscid 
şəhərin ortasında - qalanın içərisində 1182 (1766-cı ildə)-ci ildə tikilmişdir. 
Köhnə olduğu üçün mərhum  İbrahim xanın qızı Gövhər ağa bu məscidi hicri 
1198-ci ildə  əsaslı surətdə  təmir etdirmişdir.  İkincisi,  Şüşü qalasının hasar və 
divarıdır ki, indi də durur. Bunu mərhum İbrahim xan 1198-ci ildə tikdirmişdir. 
Bu hasar üç ilə tikilib qurtarmışdır. Bəzi yerləri köhnəlmişdi. Ali Rusiya dövləti 
təzəlikdə möhkəmlətmişdir. 
Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. 
Bu qalaları 1203 (1787)-cü ildə tikdirmişdi. Bu qalalar Şüşü qalasının dörd 
ağaclığında, dağın arasında, Qarqar çayının keçdiyi yerdədir.  Şirvan,  Şəki və 
Dağıstan vilayətləri mərhum Pənah xana düşmən olduğu vaxt böyük oğlu 
İbrahim xana vəsiyyət etmişdir ki, əgər fürsət tapmasam, sən Əsgəran dağının 
arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunları bu qalalarda 
olsunlar. Oradan Şüşü qalasına 8 verstə  (əslində 24 km. -N.A.) qədər məsafə 
vardır. Düşmən oradan keçib qalaya gələ bilməz. Belə ki, bu qalaların ətrafı 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.137. 
 
 
212


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə