Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   69   70   71   72   73   74   75   76   ...   86

möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik 
zamanı elat xalqı  və sairə burada sığınaq edərlər. Qalalarda tüfəngçilər 
qoyarlarsa, düşmən oradan keçib, zülm və talan etmək fikri ilə  əlini uzadıb 
dörd-ayaqlılardan, mallardan və heyvanlardan qarət edə bilməz. 
Mərhum İbrahim xan həmin vəsiyyətə görə, iki qalanı biri şərq, o biri qərb 
tərəfdə olmaqla daş  və  əhənglə tikdirib bürc və barı  çəkdirmişdir. Ağa 
Məhəmməd  şah gələndə  əvvəl  Şüşü qalasının üzərinə qoşun çəkdi.  Şüşü 
qalasını tutmağı bacarmadığı üçün Şüşü kəndindən köçüb Tiflis tərəfə getdi. O 
zaman Qızılbaş qoşunu bu qalalardan köçüb gedə bilmədi. Bu qalalara bir neçe 
böyük top atdılarsa da, onların möhkəm binasına bir zərər yetirə bilmədilər. 
Nəhayət, Əsgəranla Şüşə qalası arasında 20 gün məəttəl qaldılar. Onun at, qatır 
və sair malları qarət edildi və tələf oldu. 
Axırda mərhum  İbrahim xanın  əmri ilə Qarabağ qoşunu  Əsgəran qalasını 
boşaldıb  Şüşə qalasına gəldilər. Bundan sonra Ağa Məhəmməd  şahın qoşunu 
oradan keçib Qarqar çayının kənarında ordu qurdular. Burada bir qədər 
dincəldilər, sonra Tiflisə getdilər. 
Dördüncü imarət  İbrahim xanın özünün imarətidir.  Şüşə  şəhərində  Gəncə 
xanzadələrindən olan Mehdiqulu xanın anası üçün tikdirmişdi. Bu imarətdə 
polkovnik Xanlar ağa və Əhməd xanın anası Bikə ağa yaşayırdı. Bikə ağa Avar 
vilayətinin valisi dağıstanlı Ümmə xanın bacısı idi. 
Beşincisi - Dərə xəzinəsinin imarət və otaqlandır. Şüşə qalasında dağların, 
daşların arasında olan imarətdir ki, mağaranın içində əhəng və daşla tikilmişdir. 
Buraya tək bircə yol vardır. Çox xərclə başa gəlmişdir. Bu yoldan piyada adam-
dan savayı heç kəs keçə bilməz. Buranın eni və uzunu təxminən 40-50 sajen 
həcmində olan bir yerdir. Burada çaya 100 sajenə  qədər məsafə vardır. 
Yuxarısında olan qaya daşı 500 sajen hündürlüyündədir. Əgər qayanın başında 
bir tüfəng atsalar, çox olmaz, çaya düşər. O imarətin qarşısında  Şüşü qalası 
tərəfində böyük bir mağara vardır ki, onun ucu-bucağı heç bilinməmişdir. Bu 
mağaranın ağzına yaxın bir yerdə Məlik Şahnəzər xanın bir neçə böyük otağı 
vardır ki, düşmənçilik vaxtı o mənzillərdə oturanlar bir-birlərinə kömək 
etsinlər. Düşməni Şüşü qalasına, habelə çay tərəfə gəlməyə qoymasınlar. Belə 
ki, 1826-cı ildə Şüşü kəndi əhalisi orada mənzil etdilər. Göstərilən bu evlərdə 
və mağaralarda sığınaq tikdilər. Qalaya və şəhərin içinə gedib-gəlirdilər. Qoşun 
və şəhər avadanlıqlarını götürə bilmədilər. Onlardan şəhərə və qalaya o zaman 
böyük fayda dəydi. 
Altıncı - qalanın bir ağaclığında olan Xan bağı imarətləridir. Burada 
tövlələr, buzxana, dəyirmanlar və arxlar vardır. Həmçinin burada böyük bir 
cəbbəxana tikilmişdir ki, mərhum  İbrahim xan vaxtının çoxunu burada 
keçirirdi. 1826-cı ildə  Qızılbaş qoşunu bu imarətləri xarab edib yandırmışdır. 
Sonra Mehdiqulu xan bunları yenidən təmir etdirirdi. 
Yeddinci - Ağdam bazarının hasarı  və oranın ali günbəzləridir. Bu 
günbəzlər mərhum Pənah xanın və onun vəfat etmiş sair övladlarının 
qəbirlərinin 
  
 
213


 
üzərində tikilmişdir. Orada ali otaqlar və imarətlər vardır. Bunlar İbrahim Xəlil 
ağanın qədim ocağı idi. Bura yonma daşdan tikilmiş tağbənddir. Ağa 
Məhəmməd  şah bu yerlərdə ordu və Tiflis şəhərinə getdiyi zaman evləri və 
günbəzləri xarab etmişdi. Mərhum general-mayor Mehdi Qulu xan İbrahim 
xanın miras çatan oğlu olduğu üçün o yerləri bir daha təmir etdi. İmarətlər 
əvvəlkindən də zinətli oldular. Həmin qəbirlərə  vəqf olaraq ehsan üçün 
elahiddə bir bağ saldırdı. Həmin bağın dörd tərəfinə daşla və əhənglə divar-barı 
çəkdirdi. Bu qəbirlərə ehsan olmaq üçün böyük bir buzxana düzəltdi. Elat, 
səhrada yaşayanlar və kəndlilər hər il yayda biçin vaxtı xəstələri üçün buradan 
buz aparardılar, ən azı min yük, bəlkə daha çox buz sərf olunurdu. 
General Cəfərqulu xanın atası  Məhəmmədhəsən ağa mərhum Pənah xanın 
imarətinin yanında ali imarət tikdirmişdi. Yaxşı  və yaraşıqlı olduğu üçün özü 
orada otururdu. Ağa Məhəmməd  şah qalanı alıb haman imarətə sakin oldu. 
Oranı özünə mənzil etmişdi. Onun içində də öldürüldü. Mərhum İbrahim xanın 
qədim evlərini mərhum xanın hərəmi üçün çox zinət ilə təmir etdirmişdi
1

Mirzə Camalın və onun oğlu Rzaquhmun "Qarabağnamə"lərində Qarabağın 
siyasi tarixi ilə yanaşı Pənah xanın və İbrahimxəlil xanın təsərrüfat fəaliyyəti, 
xanlığın mədaxili, vergi sistemi, ilxıları, xanlıqdakı nizam və intizam, 
kargüzarlıq və divanxana əməliyyatları barədə  də maraqlı  məlumata rast 
gəlirik. Bu məlumatlar əsas fəsillərə əlavə olaraq verilmişdir. Bəzi əlavələr isə 
atası Mirzə Camalın "Qarabağ tarixi"nin təkrandır. Mirzə Camalın əserində bir 
fəsil "İbrahim xanın nizam-intizamı  və hakimiyyəti zamanında olan qaydalar 
haqqında" adlanır. Bu bölmədə deyilir: "Qarabağın bütün elləri, adları dəftər və 
siyahıda yazılmış atlı qoşundan ibarət idi. Zərurət zamanında mahalların və 
kəndlərin piyada tüfəngliləri, mahal məlikləri ilə birlikdə qoşun sıralarında 
hazır olurdular. Qarabağ ellərindən töycü pulu alınmazdı. Lakin mahallardan və 
kəndlərdən hər il malçahat və töycü yığılırdı. Hərdənbir Dağıstandan ləzgi 
qoşunu gətirildikdə ləzgi qoşununun məvacibini ödəmək və ləzginin itmiş və ya 
ölmüş atının əvəzini vermək üçün ellərden töycü pulu, sursat, taxıl, qoyun və 
mal alınardı. Adları nökər və qoşun dəftərində qeyd olunmuş nökər və qoşun 
əhlindən heç bir şey alınmazdı. Onlar məaf idilər. Onların taxılı, atı və başqa 
ehtiyacı xanın öhdəsində idi. Qoşunun hər bir nökəri bir evə təhkim olunmuşdu. 
O ev həmin nökər və atlının ehtiyacını təmin etməli idi. 
Hər il novruz bayramı günündə, mərhum xan, qoşunun bütün adlı-sanlı 
sərkərdələrinə və minbaşılarına xələt, ənam, at və qılınc bağışlardı. Azərbaycan 
vilayətləri, mahalları, habelə  məliklər hər kəs öz rütbəsinə görə peşkəş 
gətirərdi. 
Mərhum İbrahim xan səfərdə olduğu və ya bir yerdə ordu qurduğu zaman
xidmətində olan minbaşıların, yüzbaşıların, Azərbaycan bəyləri, ağaları  və 
xanlıqlarının səhər, günorta, axşam xörəyi və atların arpası, habelə qoşun 
əhlinin bir parası və yasavulların bütün məxarici mərhum xanın xəzinəsindən 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.280.
 
214


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə