Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

verilirdi. Bir çox gecələr minbaşılara və başqalarına taxıl, düyü və 30 qoyun 
sərf olunardı. Bu hesabla sərf olunan çörəyin, arpanın, yağın və  şirniyyatın 
miqdarını təsəvvür etmək olar"
1

Pənahəli xanın vəfatından sonra onunla dostluq etmiş  bəzi xanlıqlar  əhdi 
pozdular.  İbrahimxəlil xan öz daxili işlərini nizama saldıqdan sonra ona itaət 
etmək istəməyən bir neçə xanlığa qarşı hərbi yürüşlər təşkil etdi. Mirzə Yusif 
Nersesov Qarabağinin "Tarixi-safi" əsərində bu yürüşlərdən ikisinin qısa 
təfsilatı verilmişdir. Burada deyilir: "O zamanlar Naxçıvan hakimi Kələbi xanla 
İbrahim xanın arasında  ədavət törəmişdi. Buna görə  də  İbrahim xan Dağıstan 
ləzgilərindən kömək istədi və Dağıstan hakimi Ümmə xan öz qoşunu ilə 
İbrahim xanın köməyinə gəldi. İbrahim xan Qarabağın atlıları və könüllüləri ilə 
(çirik) birlikdə hərəkət etdi. Kəlbəli xana cəza vermək qərarına gəldi və onun 
olduğu Qarababaya yetişərək dayandı. Qoşuna kəndləri və  əkin yerlərini 
dağıtmaq əmrini verdi. Qarababam mühasirəyə aldı. Kəlbəli xan da qabaqcadan 
İrəvan hakimindən kömək istəmişdi. O da ona bir qədər kürdlərdən və başqa 
ellərdən kömək göndərmişdi. Hər iki tərəfin qoşunu bir-birinə rast gəldi. 
Kəlbəli xan bir qədər geri çəkiləndən sonra Tiflis yolu ilə qaçmağa üz qoydu. 
Bunu görən Ümmə xan iti gedən atını onların dalınca çapdı...  İbrahim xan 
könüllü qoşunu Qarababanın mühasirəsi üçün qoymuşdu.  İbrahim xan çarəsiz 
qalıb yüzbaşıların yanına adam göndərdi, onlara geri qayıtmaq  əmri verdi. 
Burada Kəlbəli xanla dostluq əsasını qoydu. Beləliklə, dostluq və  məhəbbət 
əlaqəsi bu gündən etibarən davam etdi. 
İbrahim xan qoşunu və çəriləri götürüb Qarabağa gəldi
2

İbrahimxəlil xan qonşu xanlarla ümumi dil tapmadıqda onlara qarşı  hərbi 
yürüşdə öz müttəfiqlərindən istifadə edirdi. Mirzə Yusif Nersesov Qarabaği 
daha sonra yazır: "İbrahim xan Naxçıvam zəbt etdikdən sonra öz bacarığına 
daha da güvəndi. Ağa Məhəmməd xanın  İranda hökmranlıq etməyə 
başlamasına baxmayaraq işi helə də tərəqqi etməmişdi. Onun bu zaman fars və 
Şiraz tərəflərində olduğundan istifadə edərək İbrahim xan Xoy vilayətini özünə 
tabe etmək fikrinə düşür. O, 1203-cü ildə (təxminən 1789) ləzgi, Car, avar və 
Qarabağın könüllülərini və Qaracadağın qoşununu toplayıb sərhədi keçdi. Xoy 
hakimi Cəfərqulu xan da öz adamları ilə İbrahim xanın qarşısına çıxmaq üçün 
hərəkət etdi. Bu yürüşdə xanı bir çox ölkələrdə şöhrəti olan Molla Pənah Vaqif 
təxəllüs müşayiət edirdi... Vaqif hesab rəsm və astronomiya elmlərini də yaxşı 
bilirdi. O, əvvəlcə  İbrahim xana dedi ki, sabahkı döyüşdə Xoy şəhəri bizim 
əlimizdə olacaqdır. Mərənd şəhəri yaxınlığında hər iki xanlığın qoşunu bir-biri 
ilə döyüşə başladılar. Şiddətli döyüş nəticəsində İbrahim xan qalib gəldi. İkinci 
döyüşdə İbrahim xanın qüvvələri məğlub edildi. Çoxlu əsir alındı. Əsirlər içə- 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.163. 
2 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.28-29. 
 
215


risində Molla Pənah da var idi. Onları Xoy şəhərinə apardılar.  Əsir alınanlar 
içərisində İbrahim xanın əmisi oğlu Fərzi bəy də var idi. O, istehza ilə Molla 
Pənaha demişdi ki, Xoy şəhərini tutmaq əvəzinə bizi əsir aldılar. İbrahim xan 
yeni qüvvə toplayaraq Cəfərqulu xanla danışığa girdi və öz adamlarını 
əsirlikdən azad etdi. Bu hadisə münasibəti ilə Molla Pənah yazmışdır: 
 
Fərd Vaqifəm mən bu səfərdən ki səlamət qayıdım,  
Tövbə gör bir də qiyamət günü çıxsam Qaladan. 
 
Nəticə etibarı ilə Xoy xanlığı Qarabağ xanlığı ilə dostluq ittifaqı bağladı. 
1791-ci ildə Gürcüstan valisi ilə  İbrahim xan arasında narazılıq baş 
vermişdi. Mirzə Yusif Nersesov Qarabaği yazır ki, Ümmə xan çoxlu qoşunla 
Gürcüstan tərəfə gəlib, bacardığı qədər Gürcüstan torpağını qarət edərək Sığnaq 
və Gümüşxananı  zəbt etdi... Qışı Axalsixdə keçirəndən sonra bahar fəslində 
geri qayıdaraq yenə  də Gürcüstan torpağına daxil oldu. Ümmə xan yolun 
üstündə knyaz Abaşidzenin arvad-uşağı ilə yaşadığı möhkəm Adxan qalasını 
mühasirə edib zor ilə zəbt etdi. Oranın əhalisini qılıncdan keçirərək, bəzilərini 
də  əsir etdi. Knyaz Abaşidzenin qızlarından Cavahir xanımı  İbrahim xandan 
ötəri göndərdi və bir qızına da Ümmə xan özü evləndi
1

M.M.Xəzani "Qarabağ tarixi" əsərində Qarabağda mədəniyyət məsələlərinə 
də geniş yer vermişdir.  Əsərdə xanlığın mədəni həyatı, memarlıq abidələri 
haqqında olan məlumat başqa "Qarabağnamə"lərə nisbətən daha genişdir. 
İbrahimxəlil xanın yaşadığı evdən danışan Xəzani yazır ki, təpə üzərində 
yerləşən bu imarətdən İbrahim xan qalaya düşmən hücum edəcəyi təqdirdə onu 
müdafiə imkanına malik idi. Pənahəli xanın oğlanları Mehrəli bəy və Talıbxan 
bəy də belə yaraşıqlı binada yaşayırdılar. Sonralar İbrahimxəlil xanın böyük 
oğlu Məhəmmədhəsən ağa üçün tikdirdiyi bina Şuşanın  ən mənzərəli binası 
oldu. 
Pənahəli xan, İbrahimxəlil xan və Mehdiqulu xan dövrlərində Ağdamda bir 
sıra xanlıq abidələri inşa olunmuşdu. M.M.Xəzani yazır ki, 3 günbəzli 
məqbərələr Pənah xan və onun övladlarına aid idi. Pənah xanın bu məqbərələri 
ətrafında arxlar, yollar, su anbarları  və ehsan bağı deyilən sahələr ilboyu 
nəzarətdə olurdu. Əsgəran qalaları  və Qarqar çayının  Şuşa Xəzinə qayası 
ərazisindən keçdiyi yerdə  sıldırım qayada qazılmış otaqlar da böyük 
əhəmiyyətə malik idi. Azərbaycan  ərazisində belə bir tikintinin misli-bərabəri 
yox idi. Yerin səthindən hündürdə, çox çətin və ensiz bir yola malik olan bu 
otaqlar, düşmənin  Şuşa qalasına hücumu zamanı, xanın ailə  və  xəzinəsini 
mühafizə  məqsədi ilə hazırlanmışdı. Ona görə  də  həmin tikinti olan qayaya 
Xəzinə qayası adı verilmişdir. 
 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.30.
 
216


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə