Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

Xalisə torpaqlarından başqa Qarabağda İbrahimxəlil xan dövründə müəyyən 
inzibati və  hərbi vəzifələrə malik sərkərdələrə verilən torpaqlar da var idi. 
Mirzə Camal və Mirzə Adıgözəl bəyin  əsərlərində bu barədə söz açılır. 
Qarabağ xanlığında mövcud olan torpaq mülkiyyəti formalarından biri də 
"mülk" idi. 
Mir Mehdi Xəzani eyni zamanda Bərgüşad, Dığ, Xınzirək, Qayadaşı, Gəlin 
daşı, Dəvə sürüncağı, Ağsu və başqa yerlərin  İbrahim xan tərəfindən pul ilə 
alınmış qəbələli mülkləri olduğunu göstərir. 
Xəzaninin "Qarabağ tarixi" əsəri faktların zənginliyi ilə maraq doğurur. 
Bununla belə bu əsər metodoloji baxımdan qüsurludur. İslam dini ehkamları 
təsiri ilə padşahlar, xanlar və yerli hakimlər haqqında yanlış mülahizələr irəli 
sürülmüşdür. M.M.Xəzani ruhani olduğu üçün ortodoks islam məfkurəsinə 
sadiq qalmışdır. 
M.M.Xəzani kainatın, həyatın yaranmasını "Allah iradəsi" hesab etdiyi 
kimi, ictimai-tarixi hadisələri də dini mövqedən izah edirdi. Onun etiqadına 
görə, tarixi hadisələrin inkişafı prosesində  əsas amil "Allahın iradəsi"ndən 
asılıdır. Onun fikrincə, hökmdarlar, sərkərdələr Allah tərəfindən təyin olunmuş 
şəxslərdir. Hökmdarların hərəkəti və  fəaliyyəti də  nəticə etibarı ilə  "İradeyi 
küll"ün təzahüründən başqa bir şey deyildir. 
Azərbaycan xanlıqlarının inzibati-ərazi bölgüsü də maraqlı idi. Qarabağ 
xanlığında 22 mahal var idi. Bu mahalları naiblər idarə edirdilər. Hər bir naibin 
ixtiyarında olan kəndlərdə darğalar, yüzbaşılar, kəndxudalar və başqa vəzifəli 
şəxslər olurdu. Darğalar polis vəzifəsini icra edir və vergi yığırdılar. Yüzbaşılar 
və kəndxudalar kənd ağsaqqalı hesab olunurdular. 
Xanlığın hər bir mahalında axundlar və qazilər ali ruhani vəzifəsini yerinə 
yetirirdilər. 
Qarabağ xanlığında mülki və cinayət işləri  əsasən  şəriət qanunları, islam 
adət və  ənənələri  əsasında həll olunurdu. Qazıların çıxardıqlan hökmləri 
darğalar, yüzbaşılar, kəndxudalar icra edirdilər. Xan özü ən böyük hakim kimi 
ölüm hökmləri, ağır cismani cəzalara qərar verirdi. Xanın ölüm hökmləri onun 
cəlladları tərəfindən icra olunurdu. 
Y.V.Çəmənzəminli "Qan içində" romanında Qarabağ xanının verdiyi 
cəzalardan, darğaların özbaşınalığından da söz açır. 
XVTII əsrdə kəndlilərin mülkləri tez-tez bəylər, tacirlər və sələmçilər tərə-
findən satın alımrdı. Qarabağ  kəndlərində tut bağlarının satın alınmasına dair 
XVIII əsrin qəbələ vəsiqələri bunu sübut edir
1

Qarabağ xanlığı təsərrüfatın genişlənməsini təmin etmək məqsədilə əhalinin 
bir yerdə daimi yaşamasına, oturaq həyat keçirməsinə böyük əhəmiyyət verirdi. 
Müəyyən səbəblərdən doğma yurdlarını tərk edənləri öz yerlərinə qaytarırdılar. 
Məsələn, "...Qarabağ xanı İbrahimxəlil xan öz asılılığında olan 
                                                           
1 Azərbaycan tarixi, cild I, Bakı, 1958, səh.377.
 
217


Vərəndə  məliki ilə barışıb və onun müsadirə olunmuş yerlərini özünə 
qaytarıb kəndxudalara əmr etmişdi ki, bütün qaçan və ora-bura dağılan rəiyyət 
toplansın və əvvəllər yaşadığı kəndlərdə sakin edilsin
1

Qarabağ xanlığının mövcudiyyəti dövründə Qarabağda kəndlərin sayı  və 
əhali sıxlığı  təxminən iki dəfə artmışdı.  İran, Türkiyə, Rusiya, Gürcüstan və 
Ermənistan  əhalisinin Qarabağa "səfər etmələrinə" səbəb ilk növbədə, onun 
təbii sərvətləri, ab-havası, misilsiz torpaqları, çayları, bulaqları, meşələridir. 
Rzaqulu bəy yazır: "Qarabağ vilayəti hər cəhətdən yer üzünün behiştidir. 
Qarabağın ab-havası, məhsulu,  əlbəttə, ali Rusiya dövlətinin məmurlarına da 
məlumdur. Qarabağın dağlıq. yerləri və yaylaqları Göyçə  sərhədindən tutmuş 
Ordubada qədər başdan-başa cənnət otlaqlardan ibarətdir... Qışda mal-qara və 
heyvanları burada saxlamaq olur. Bu yerlər də Qarabağ  səhrasının qışlaqlan 
kimi çox salamat olur və qışın şiddətindən heç zərər görmür. Dağlıq yerlərdə və 
dərələrin hamısında rəiyyətlərin kəndləri və məskənləri vardır. Rəiyyətlər qışda 
və yayda qoyun sürüsü, mal və heyvan saxlayırlar, həmi də taxıl əkirdilər, çox 
xoş dolanırdılar. Hal-hazırda kəndlərin çoxlu əkin yerləri və istifadə edilməyən 
yerləri vardır.  Əgər bu yerləri rəiyyətlərə qanun üzrə  və nizamla paylasalar 
kendləri abad edərlər,  əkin  əkərlər və heyvanlarını saxlayarlar. Bu, beş min, 
bəlkə də ondan artıq evə kifayət edər. Taxıl məhsulu artar... Xüsusən, bal arısı 
saxlayıb hədsiz-hesabsız fayda verər. 
Qarabağ torpağı çox menfəətli və dövlətli torpaqdır. Heç bir məmləkətdə və 
iqlimdə bu cür torpağın olduğunu eşitməmişəm. Lakin Qarabağ rəiyyətləri pul 
qazanmaqda tənbəldirlər. Onlar sair vilayətlərin rəiyyətləri kimi pul 
qazanmağa, bağ salmağa və əkin əkməyə səy etsələr, onların var-dövlətlərinin 
sayı-hesabı olmaz. Burada əkin  əkmək asandır. Burada bir baş atla əziyyət 
çəkmədən istənildiyi kimi cift sürülə bilər
2

Qarabağ xanlığının təbii-coğrafi sərhədləri belə idi: Xanlıq  şimali-qərb 
tərəfdən Kürək çayı və Qara çay sərhəd olmaqla Gəncə xanlığı ilə həmsərhəd 
idi. Qarabağ xanlığı cənubi-qərb tərəfdən Naxçıvan xanlığı ilə, eyni zamanda, 
Gəncə  və Naxçıvan xanlığı arasında  İrəvan xanlığı ilə  həmsərhəd olmuşdur. 
Kür çayı boyunca şimali-qərb tərəfdən  Şəki xanlığı ilə, yenə  də Kür sərhəd 
olmaqla  Şirvan xanlığı ilə qonşu idi. Qarabağ xanlığı o zaman bütün 
Azərbaycanın mədəni-siyasi mərkəzi olan Təbriz xanlığı  və eləcə  də  Ərdəbil 
xanlığı ilə  əsasən Araz boyu, cənub-şərq istiqamətində qonşu olmuşdur. Bu 
sərhədlər Pənah xan dövründə müəyyənləşdirilmişdi. Ondan əvvəlki dövrlərdə, 
xüsusilə iki əsrdən artıq bir müddətdə mövcud Qarabağ bəylərbəyiliyi dövründə 
Arazdan Gürcüstan sərhədinədək Xram çayı (Sınıq körpü – Красный  мост) 
eninə Kür çayından Ermənistan yaylaqlarına qədər geniş  ərazini  əhatə edirdi. 
Arasıkəsilməz feodal müharibələri, xarici basqınlar və daxili çəkişmələr 
Pənahəli xanın 
                                                           
1 Azərbaycan tarixi, cild I, Bakı, 1958, səh.380. 
2 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.284.
 
218


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə