Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   73   74   75   76   77   78   79   80   ...   86

 
* * * 
 
1783-cü ildə,  Şimali Qafqazın Georgiyevski qəsəbəsində Rusiya ilə 
Gürcüstan arasında bağlanan müqaviləyə görə Gürcüstan Rusiyanın himayəsini 
qəbul etdi. Həmin ildə Böyük Qafqaz dağlarından çəkilməyə başlayan hərbi 
Gürcüstan yolu Şimali Qafqazla Zaqafqaziyanı sıx əlaqələndirirdi... 
Qafqazı tutmaq, buranı Rusiyaya tabe etmək planı hələ I Pyotrun vaxtından 
hazırlanmışdı. Bu isə İranı ciddi narahat edirdi. XVIII əsrin 80-90-cı illərində 
İranda mərkəzi dövlət yarandı ki, onun da başında Qacar tayfasından olan Ağa 
Məhəmməd xan dururdu. Bu səbəbdən Qarabağ xanlığında Rusiyaya meyil 
güclənmişdi. 
Mirzə Camal yazır ki, Ağa Məhəmməd xan Qarabağa hücumdan xeyli əvvəl 
İbrahim xanı sülh ilə itaətə  gətirmək istədi. Bu münasibətlə onlar arasında 
hədiyyə  və girovlar mübadiləsi də olmuşdur: Ağa Məhəmməd xan "İbrahim 
xana xələt, qılınc, qızıl yəhər və  əsbablı at göndərib, itaətə  dəvət etmişdi. 
Aralarında zahiri hörmət və dildə itaət var idi. Elçilər gəlib-gedirdi. O 
cümlədən İbrahim xan girov adı ilə şirin dilli, bacarıqlı bir şəxs olan Mirzə Vəli 
Baharlı ilə birlikdə əmisi oğlu Əbdüssəməd bəyi onun yanına göndərmişdi. Şah 
da onlara olduqca hörmət edib, öz yanında saxlayırdı. Bu arada Ağa 
Məhəmməd xan Kirmanda səltənət iddiasında olan düşməni, qoçaq və səxavətli 
Lütvəli xan Zəndə qalib gəlib, Kirman əhalisinin hamısını qırdı. İbrahim xanla 
Ağa Məhəmməd xanın arasını poza biləcək bəzi işlər üz verdi. Əbdüssəməd 
bəy, Mirzə Vəli Baharlı və bir neçə nəfər nökəri ilə Kirmandan qaçdı. Bunların 
ardınca atlılar göndərildi. Çaparlar gecə-gündüz yol gedərək, onlardan qabağa 
düşüb, Sərcəm kəndi  əhalisinə  xəbər verdilər. Atlı  və piyadalar Qızıl Özən 
çayının kənarında yolun üstünü kəsib  Əbdüssəməd bəylə vuruşdular. 
Əbdüssəməd bəy güllə ilə dizindən yaralandı. Onu yoldaşları ilə  bərabər 
tutdular. Mirzə  Vəli də tutuldu. Əbdüssəməd bəy həmin yaradan orada vəfat 
etdi. Başqa dustaqlan Mirzə  Vəli ilə birlikdə  şahın yanına aparıb, Tehran 
şəhərində həbs etdilər..."
1

Məhəmmədhəsən xanın  əməllərindən və  oğlu Ağa Məhəmməd xanın 
zühurundan bəhs edən A.Bakıxanovyazır ki: "O, (Məhəmmədhəsən xan - N.A.) 
Nadir  şah öldürüldükdən sonra gəlib Təbəristan,  İraq və Azərbaycanı aldı, 
sərdarlıq ləqəbilə sikkə və xütbə sahibi oldu. Azad xan və Kərim xan Vəkil ilə 
müharibə etdi. Axırda, hicri 1176 (1759)-cı ildə öz nökərlərinin əlilə öldürüldü. 
Kiçik qardaşı  Məhəmmədhüseyn xandan iki oğlan qalmışdı: biri Ağa 
Məhəmməd xan, o biri Hüseynqulu xan Vəkil, girov adı ilə bunları həmişə öz 
yanında saxlayırdı. Bu böyük əmirin vəfatından sonra Ağa Məhəmməd xan 
Astarabada gedib, gündən-günə cah-calalını  və  səltənət busatını artırdı. 
Zəndiyyəyə qalib gəlib tədricən  İraq, Təbəristan, Gilan və Azərbaycan 
ölkələrini fəth etdi. 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin 1 kitabı, səh. 138.
 
221


Hicri 1209-cu ildə (1795) Qarabağı  fəth etmək məqsədilə Xudafərin 
körpüsünü təmir edib, Pənahabad (Şuşa qalası) üzərinə yürüş etdi. İbrahim xan 
İran qoşununun bu tərəfə keçməsinə yol verməmək üçün bu körpünü xarab 
etmişdi. Ağa Məhəmməd xan topxana mənzilində yerləşib, qalanı mühasirə 
etməyə başladı. Təqribən bir aydan sonra Gürcüstana hərəkət etdi. Qətl və 
qarətdən və Tiflis şəhərini xarab etdikdən sonra qayıdıb Muğanın Cəhlinam 
adlı yerində qışladı..."
1

A.Bakıxanovun çox yığcam  şəkildə xülasə etdiyi bu tarixi hadisələr 
"Qarabağnamə"lərdə daha müfəssəl  şərh olunmuşdur. Bu hadisələrin geniş 
təsviri isə Qarabağ xanlığı tarixini öyrənmək üçün vacibdir. 
1791-ci ildə Ağa Məhəmməd xan Qacar 10 ildən artıq mübarizədən sonra 
İranın və  Cənubi Azərbaycanın bütün əyalətlərini öz hakimiyyətinə tabe 
etdikdən sonra Zaqafqaziyanı da əsarət altına almaq fikrinə düşdü. Qərbi 
Avropa ölkələri, birinci növbədə,  İngiltərə  və Fransa Rusiyanın Qafqazda 
möhkəmlənməsi və irəliləməsinin qarşısını almaq məqsədilə Qacara kömək 
göstərirdilər. 1794-cü ildə Ağa Məhəmməd xan Qacar İbrahimxəlil xandan itaət 
etməyi, bu məqsedlə də oğlunu girov göndərməyi tələb etdi və rədd cavabı aldı, 
bunu görən Ağa Məhəmməd xan Qacar Qarabağa 8 minlik cəza qoşunu 
göndərdi. Lakin Əsgəran qalası yanında Ağa Məhəmməd xanın qoşunu məğlub 
olub geri oturduldu. 
1794-cü ildə  Ağa Məhəmməd xan Qacar qoşun və silahın sayını on qat 
artırmağa məcbur oldu. 1795-ci ilin yayında Arazı keçib Qarabağ istiqamətində 
bütün ərazidə hərəkət edən İran qoşunlarının sayı 85 min nəfərdən artıq idi. Bu 
səbəbdən Ağa Məhəmməd xan Qacarın 1795-ci ilin yay yürüşü yalnız Qarabağ 
üçün deyil, bütün Zaqafqaziya üçün təhlükə törədirdi. Həqiqətən, Qacarın son 
məqsədi bütün Zaqafqaziyanı - Azərbaycanı,  Ermənistam, Dağıstanı  əsarət 
altına almaq məqsədi daşıyırdı. Bu məqsədi həyata keçirməkdə  əsas maneə 
Şuşa qalası idi. 
Şuşa uğrunda mübarizədə Zaqafqaziyanın müqəddəratı  həll olunurdu. İran 
qoşunları 1795-ci ilin iyun-avqust aylarında 33 gün Şuşanı mühasirə edib onu 
təslim etməyə cəhd göstərdilər. 
Zaqafqaziya xalqları  Ağa Məhəmməd xan Qacarın 1795-ci il yürüşü 
ərəfəsində həqiqi mənada dostluq və qardaşlıq ittifaqı yaratmışdılar. 
Qarabağ  uğrunda mübarizədə Xudafərin (xalq arasında Xudafərin) 
körpülərinin fövqəladə strateji əhəmiyyəti var idi. Araz çayı üzərində - bir-
birindən 800 metr arah on bir və on beş  aşırımlı bu körpülər çox qədimdən
hətta hicrətdən  əvvəl də mövcud olmuşdur.  Ərəb istilası dövründə  və sonrakı 
əsrlərdə həmin körpülər Cənub ilə Şimalı birləşdirən mühüm mərkəz idi. 
Qacarın 1795-ci il Qarabağ uğrunda mübarizəsini Mir Mehdi Xəzani daha 
müfəssəl işıqlandırmağa çalışmışdır. M.M.Xəzani, Şuşa qalasının İran ordusu 
                                                           
1 A.Bakıxanov, "Gülüstani-İrəm", 1951, səh. 180-181.
 
222


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə