Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.

səhifə78/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
1   ...   74   75   76   77   78   79   80   81   ...   86

tərəfindən mühasirəsini  ətraflı surətdə  təsvir etdikdən sonra Ağa Məhəmməd 
xanın məğlubiyyəti səbəblərini izah edir. Müəllifə görə, İbrahimxəlil xanın Ağa 
Məhəmməd xana qalib gəlməsi səbəblərindən biri də yerli əhalinin istilaçı İran 
ordularına qarşı apardığı partizan müharibəsi idi. Mir Mehdi Xəzaninin 
yazdığına görə, Qarabağ  əhalisi atlı  və piyada olaraq, meşələrdə, Araz 
sahillərindən tutmuş  Şuşa qalasına qədər uzanan yollar boyu düşmənə qarşı 
çıxır,  İran ordusuna gələn  ərzaq mallarını  zəbt edib aparır, düşməni azuqəsiz 
qoyaraq zəiflədirdi. Atlarını və sair böyük heyvanların doydurmaq məqsədilə ot 
və  ələf üçün ətrafa çıxan  İran  əsgərlərinə hücum edən  əhali onları  qırıb və 
qismən əsir alıb İbrahim Xəlil xana çatdırırdılar. Mütəşəkkil olmayan əhalinin 
daimi hücumlarına və qarətlərinə  məruz olan İran ordusu Qalanın 
mühasirəsindən el çəkmək məcburiyyətində qalır. Beləliklə,  İbrahimxəlil xan 
xalqın yardımı nəticəsində Şuşam Ağa Məhəmməd xanın istilasından müdafiə 
edir. 
İbrahimxəlil xan siyasi xadim olduğu kimi böyük sərkərdəlik məharətini də 
1794-1795-ci il İran - Qarabağ müharibələrində bir daha sübut etdi. Qacar 
Tiflis üzərinə yürüş edərkən gəncəli Cavad xan min nəfər atlı ilə  Ağa 
Məhəmməd xanın yanına gələrək ona Gürcüstan səfərində kömək etmişdir. 
Gürcüstan üzərinə yürüşdə Qacara kömək edən Məlik Məcnun, Məlik Qulu və 
Məlik  İsmayıl 600 atlı ilə onun yanına gəlmişdilər. Qubalı  Fətəli xanın oğlu 
Şeyx  Əli xan Qacara öz sədaqətini göstərmək üçün ona 5000 tümən pul 
göndərmişdi. Yuxarıda deyilənlərə onu da əlavə edək ki, Qarabağı  işğal edib 
İbrahimxəlil xanı hakimiyyətdən devirmək üçün Ağa Məhəmməd xanın 
yanında erməni məliklərinin xüsusi nümayəndəsi Abraham Beknazaryans öz 
dəstəsi ilə bələdçi-məsləhətçi kimi işləyirdi. A.Beknazaryans Ağa Məhəmməd 
Qacarın Qarabağa bütün yürüşlərində  iştirak etmiş, onun xatirələrini sonralar 
Barxudaryan "Qarabağın sirri" adı ilə 1886-cı ildə Peterburqda çap etdirmişdir. 
Qarabağa  İran yürüşü qüvvətləndikcə erməni məliklərinin xəyanəti daha da 
artırdı. 
İran qoşunlarının  Şuşanı alması üçün xarici qüvvələrdən, eyni zamanda 
dövrün  ən güclü silahlarından istifadə olunurdu: "Fransız zabitlərinin 
komandanlıq etdiyi düşmən topları  şəhərin istehkamlarını dağıda bilmədi. 
Şuşalılar düşmən üzərinə  cəsarətlə  həmlə edirdilər. Bu dəfə gecə  Əsgəran 
qalasının naibi Həsənbəy və  Şuşa müdafiəçilərinin dəstələri düşmən 
düşərgəsinə birgə hücum etdilər. Qanlı döyüş baş verdi. Düşmənə ciddi tələfat 
verdirən həmlə  iştirakçıları tezliklə qala divarlarının arxasına çəkildilər. 
Düşmən sərbazları qarabağlıların hələ  də öz düşərgələrində olduğunu zənn 
edərək səhərə qədər bir-birini qırdılar"
1

Ağa Məhəmməd xanla sülh danışığı qeyri-mümkün idi. O, Qarabağın 
suverenliyinə etinasız idi: "Ağa Məhəmməd  şah  Şuşa qalası altında olanda 
mərhum İbrahim xanın elçiləri hərdənbir onun yanına gəlib-gedirdilər. Bir gün 
ağa Məhəmməd şah İbrahim xanın sifarişlərindən qəzəblənib dustaqların edamı 
                                                           
1 Azərbaycan tarixi, cild I, səh.397.
 
223


haqqında fərman verdi. Onun əmrilə Mirzə  Vəlini Tehranda topun ağzına 
bağlayıb atdılar. On nəfərdən ibarət olan başqa dustaqları da öldürdülər. 
Onlardan heç birini sağ qoymadılar..."
1

Ağa Məhəmməd xanın bu qəddarlığı qarabağlılarda mübarizə əzmini daha 
da gücləndirdi. 
Şuşa valisi şəhəri qəhrəmancasına müdafiə edirdi. Qalada 15 minlik xalq 
qoşunu yaradılmışdı.  Şuşanın müdafiəsində  nəinki kişilər, hətta qadınlar da 
iştirak edirdilər. 
İbrahimxəlil xan hələ  Şuşanın müdafiəsi zamanı hiss edirdi ki, Ağa 
Məhəmməd xan məğlub olarsa, Gürcüstana gedib oranı viran edəcəkdir. Mirzə 
Camal yazır: "Mərhum  İbrahim xan, şahın hərəkətindən qabaq şövkətli 
Gürcüstan valisinə belə  xəbər göndərdi: "Ağa Məhəmməd  şah qalanı  işğal 
etməkdə aciz qalmışdır, qoşununa və ordusunun minik heyvanına çoxlu ziyan 
dəymişdir. Bu məğlubiyyətini düzəltmək üçün Tiflisi almaq və Gürcüstanın 
kəndlərini qarət etmək fikrindədir. Onun fəsadının
 
və istilasının qarşısını almaq 
tədarükündə olun"
2

Şuşanı mühasirə etmiş  Ağa Məhəmməd xan tez-tez qarabağlıları,  şəxsən 
İbrahimxəlil xanı hədələyir, ona təhqiredici məktublar göndərirdi. 
Ağa Məhəmməd xanın İbrahim xana göndərdiyi aşağıdakı beyt şirazlı Seyid 
Məhəmməd Ürfi təxəllüslü şairin qəsidəsindən seçilmişdir və əsli belədir: 
 
Zi məncənəqi-fələk səngi-fitnə mibarəd,  
To əbləhanə girifti miyani-Şişə qərar. 
 
Həmin beytin tərcüməsi aşağıdakı kimidir: 
 
Fələyin məncəqindən fitnə daşı yağır,  
Sən əbləhcəsinə Şişə içərisində sığınmısan. 
 
İbrahim xan bu beyti alan kimi vəziri Molla Pənah Vaqifə müraciət edir. O 
da şaha belə bir cavab yazır: 
 
Gər nigahdarimən anəst ki, mən midanəm,  
Şişəra dər bəğəli-səng nigəh midarəd. 
 
Həmin beytin tərcüməsi belədir: 
 
Əgər məni qoruyan mənim bildiyimdirsə,  
O, Şişəni daşın qoltuğunda mühafizə edər. 
 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.138. 
2 Yenə orada, səh.140. 
 
224


Həmin şeirləşməni Mirzə Adıgözəl bəy də buna bənzər şəkildə təsvir edir. 
Fərq budur ki, o, M.PVaqifi təmtəraqlı cümlələrlə tərifləyir: "Vaqif kamal ədəb 
və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının ahusu, onun səlist 
təbinin sünbülstanında pərvəriş tapan qəzəllərin maralı ilə  bərabərlik iddiası 
etsə, tamamilə  səhvdir.  Əgər Bədəxşanın ləli, onun sinəsinin xəzinəsində 
toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında 
xəcalətindən qızarsa, tamamilə düzgündür... 
Ağa Məhəmməd  şah məktubunun cavabım nəzərdən keçirdi. Qəzəbinin 
buxarı başına vurub, ağlı başından çıxdı. Əmr etdi ki, od səpən toplar şərarələr 
çaxmağa, ildırım yayan qumbaralara atəş yağdırmağa başlasınlar. 
Ağa Məhəmməd  şah baxıb gördü ki, burada durduqca qalibiyyət gözəli 
yoxluq pərdəsi dalından çıxmır.  Əsgərləri də Qarabağ qoşunlarının mərdanə 
hücumlarından və cəsarətli çarpışmalarından qorxuya düşürdülər. Əgər bir neçə 
gün belə keçsə, qoşunu məğlub olar. Buna görə dövlətinin  əmirləri, 
məmləkətinin böyük adamları  və  vəzirləri ilə  məşvərət etdi. Məsləhət görüb 
dedi ki, zərərin yarısından qayıtmaq da mənfəətdir. Müsibətlə dolu olan bu 
təhlükəli yerdən at başı qaytarmaq ancaq xəzinəsinin açarıdır. Yoxsa çox 
çəkməz bütün qoşunumuz və heyvanlarımız bu dərin xunxarlıq dəryasında 
məhv olub gedər. Bizlərdən bir nəfər də olsun İrana salamat qayıtmaz. Sonra 
qayıtmaq bayrağını  hərəkətə  gətirdilər (yəni  İran qoşunu geri çəkilməyə 
başladı)..."
1
 Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin yaxşı cəhətlərindən biri 
hadisələri belə ardıcıl təsvir etməsidir. 
Şübhəsiz, Ağa Məhəmməd xanın Zaqafqaziyadakı fitnə  və  fəsadları 
Qarabağ xanlığı  və Tiflislə  məhdudlaşmamışdı. Azərbaycanın bir sıra başqa 
xanlıqlarında  İran qoşunlarının törətdiyi qanlı faciələr məlumdur.  Şirvan 
üzərinə oniki minlik İran ordusu hücum edərək Şirvanı, sonra isə Şəki və Quba 
xanlıqlarını talan etmişdi.  Şuşanı ala bilməyən Ağa Məhəmməd xanın qarətçi 
qoşunu 100 min başdan artıq mal-qaranı Azərbaycandan sürüb İrana aparmışdı. 
Bütün bunlar 1795-ci il yürüşündə Ağa Məhəmməd xanı qane etmədi. O, yeni 
daha dəhşətli müharibəyə hazırlaşdı.  İranlıların Gürcüstanda törətdikləri 
özbaşınalıqların həddi-hesabı yox idi. Elə bil ki, Ağa Məhəmməd xan qəsb edə 
bilmədiyi  Şuşanın hayıfını da gürcülərdən alırdı. Digər tərəfdən Gürcüstanın 
müdafiəsində mindən artıq qarabağlı süvarisinin iştirakı onu qəzəbləndirmişdi... 
Ağa Məhəmməd xanın Gürcüstanda və ümumən Zaqafqaziyada 
özbaşınalıqları barədə Gürcüstan valisi II Yekaterinaya müfəssəl məlumat verib 
ondan kömək istəmişdi. 
Onunla şərik olan İbrahim xan da Rusiyadan kömək almanın tərəfdarı idi və 
öz rəyini Rusiya dövlətinə bildirmişdi. 
Qacar Tifiisi yandırıb qarət etdikdən sonra 1795-ci ilin payızında Muğana 
qayıtdı. Onun məqsədi burada qışlamaq, yazın başlanğıcında Şuşa qalasına 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.61.
 
225




Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə