Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

hücum edərək onu təslim etmək idi. Lakin Məhəmməd xanın bu planı pozuldu. 
Yaz vaxtı İranda həyəcan və iğtişaşlar üz verdi. 
O, 1796-cı ilin yazında tələsik Arazı keçib İrana çəkilməyə  məcbur oldu. 
Digər tərəfdən, Qarabağ xanının və Gürcüstan valisinin xahişi üzrə II 
Yekaterinanın göndərdiyi güclü rus qoşunu Dərbəndi alaraq Azərbaycan 
sərhədlərinə yaxınlaşırdı... 
Ağa Məhəmməd xan Qacar İrana qayıdıb üsyançıları itaətə gətirdi və 1796-
cı ilin payızında özünü İran  şahı elan edib, təntənəli tacgüzarlıq mərasimi 
keçirdi. Lakin o bilmirdi ki, bir ildən sonra Şuşa  şəhərində  həmin tac yerə 
çırpılacaq,  İran tarixində "Axtaxan" ləqəbi ilə tanmıb milyonların nifrət və 
lənətinə  səbəb olan bir hökmdarın başı, kindən-qəzəbindən qırışmış sifəti 
bədənindən üzülüb ayaqlar altına salınacaqdır. Qarabağ  uğrunda canfəşanlıq 
onun bir ildən artıq şahlıq tacı gəzdirməyə imkan verməyəcəkdir. 
Yuxarıda qeyd etdik ki, Ağa Məhəmməd xana kömək edənlər sırasında 
Gəncə xanı Cavad xan və Çiləbörd mahalının hakimi Məlik Məcnun da var idi. 
Təbii olaraq bu satqınlıq  İbrahimxəlil xan tərəfindən  şiddətli cəzaya məruz 
qaldı. "Haman yaz fəslində,  şah Farsda olduğu zaman, İbrahim xan Dağıs-
tandan qoşun gətirtdirib Gəncəni mühasirə etdi. Tiflisin bərbad olmasına 
(Cavad xan) bais olduğu üçün İbrahim xan bu işə Gürcüstan valisini də  cəlb 
etdi. Oğlu və bacısını İbrahim xanın yanına girov göndərdi. Bir daha İbrahim 
xanın itaətindən çıxmayacağına söz verdi. Məlik Məcnun isə vuruşma zamanı 
öldürüldü"
1

Cavad xanın Qacara köməyi onunla bağlı idi ki, onlar eyni nəslə  mənsub 
idilər. Lakin Azərbaycan, o cümlədən Qarabağı xarici qüvvələr hədələdikdə 
erməni məliklərinin düşmən tərəfə keçmələri isə onların Qarabağ xanlığına 
düşmən gözü ilə baxmalarından irəli gəlirdi. 
İran  şahına qarşı 1795-ci il müharibəsi Qarabağla Gürcüstanı  həmişəlik 
qardaşlaşdırdı. 
XVIII əsrin 80-ci illərindən başlayaraq Qarabağ xanlığı ilə Rusiyanın hərbi-
siyasi  əlaqələrinin qüvvətləndirilməsinə xüsusi diqqət yetirilirdi. Çar Rusiyası 
da öz növbəsində Qafqazın bütün iqtisadi, hərbi-strateji əyalətlərini zəbt etmək 
üçün müxtəlif planlar hazırlayırdı. 
1783-cü ildə İbrahim Xəlil xan məktubla II Yekaterinaya müraciət etdi və 
Peterburqa elçilər göndərərək, Qarabağ xanlığının Rusiya tabeliyinə  qəbul 
olunmasını xahiş etdi. 1784-cü ilin mayında knyaz Q.A.Potyomkinin II 
Yekaterinadan aldığı  fərmanda deyilirdi: "İbrahim xana gəlincə, onun Rusiya 
təbəəli-yinə qəbul olunmasında heç bir çətinlik və ya şübhə yoxdursa, görünür, 
İrakliyə qarşı yeritdiyimiz siyasəti rəhbər tutmaq olar, belə olduqda, onun 
Rusiya imperator taxtına tabe olması, mənim və  xələflərimin onun özü və 
xələfləri üzərində 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.140.
 
226


ali hakimiyyətini tapması haqqında müqavilə bağlanması barədə general-
poruçik Potyomkinə tapşırıq verməyi yaddan çıxarmaym"
1

II Yekaterina Qafqazda Rusiya mənafeyini genişləndirmək məqsədilə əsaslı 
tədbirlər planı həyata keçirməyə başladı. O, Rusiya təbəəliyinə keçmək istəyən 
Qarabağ xanlığının arzusunu da rəğbətlə qarşıladı: "1796-cı il yanvarın 
əvvəllərində II Yekaterina Zaqafqaziyaya göndəriləcək ekspedisiya korpusuna 
komandanlığı üzərinə götürməyi A.V.Suvorova təklif etdi. Feldmarşal bu haqda 
fikirləşmək üçün möhlət istədi. Lakin sonra fikrini dəyişdi. Belə olduqda 
komandanlıq general V.A.Zubova tapşırıldı. 
1796-cı ilin aprelində general V.A.Zubovun komandanlıq etdiyi 30 minlik 
rus qoşunu Dərbəndə yaxınlaşdı. Bundan başqa Kaspi donanması, bir sıra 
piyada dəstələr, habelə bu zaman Gürcüstanda olan rus qoşunları da Zubovun 
sərən-camına verilmişdi
2

Məlumdur ki, İbrahimxəlil xanın xahişi ilə köməyə  gəlmiş Valerian 
Aleksandroviç Zubov (1771-1804) general-mayor rütbəsində idi. O, 1794-cü il 
Polşa üsyanının yatırılmasında iştirak etmiş  və çöldə  hərbi xəritə  çəkərkən 
ayağından yaralanmışdı. Onun həmin ayağını sonralar kəsmişdilər... Xalq 
içərisində rus generalı qraf Valerian Zubov Qızılayaq adlanırdı. 
General V.A.Zubovun hərbi qüvvəsinin gəlməsi xəbəri Qarabağda böyük 
sevincə  səbəb olmuşdu. Bunu təsvir edən  Əhməd bəy Cavanşir yazır: "Bu 
xəbərlərin həqiqiliyinə  şübhə etməyən Xan sarayında rus qoşunlarını 
qarşılamaq üçün böyük hazırlıq görülürdü. Xanın oğlu  Əbülfət ağa Qarabağ 
zadəganlarının, habelə  bəzi vassal xanlıqların adlı-sanlı adamlarından təşkil 
edilmiş  dəbdəbəli bir dəstənin müşayiəti ilə rus sərkərdəsini qarşılamaq və 
onunla danışıqlar aparmaq üçün Muğana, iki ay əvvəl Ağa Məhəmməd xanın 
durduğu yerə yola düşdülər. Düşərgədə xan oğlunu böyük bir ehtiramla 
qarşıladılar, gətirdiyi hədiyyələri qəbul edib, əvəzində ona qiymətli bəxşişlər 
verdilər... Ordunu İran sərhədlərinə qədər yeritmək üçün bir süvari dəstəsi tələb 
etmək təklifi edilmişdi. Səfərə belə bir hazırlıq zamanı Rusiyadan sərəncam 
alındı ki, imperator II Yekaterinanın vəfatı ilə (1796) əlaqədar olaraq, ordu 
Rusiyaya geri çağırılır. Xan oğlu və onun əshabələri bu pis xəbərdən son dərəcə 
məyus olub geri qayıtdılar"
3

İbrahimxəlil xanla V.A.Zubovun mehriban dostluq şəraitində keçən dip-
lomatik və  hərbi danışıqları başqa xanları  hərəkətə  gətirdi. Talış xanı Mir 
Mustafa xan, Gəncə xanı Cavad xan və Yerevan, Naxçıvan, Xoy, Qaradağ 
xanları öz elçilərini  İbrahimxəlil xanın yanına göndərdilər və onun 
məsləhətlərinə əməl etməyə hazır olduqlarını bildirdilər. Xanlar deyirdilər: "O, 
Rusiya dövlətinə itaət etməyi lazım bildiyi üçün biz də dostluq yolu ilə gedərək 
mərhəmətli Rusiya imperatriçəsinə itaət edəcəyik". 
                                                           
1 B ax: Azərbaycan tarixi, 3 cilddə, cild I, Bakı, 1950, səh.373. 
2 Yenə orada, səh.400 
3 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.188. 
 
227


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə