Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   78   79   80   81   82   83   84   85   86

Böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin və oğlu Əli 
bəyin haqsız edam olunması  Məhəmməd bəyin bəd niyyətinin nəticəsi idi. 
Özündən müştəbeh Məhəmməd bəy, M.P.Vaqifin arvadı  Qızxanımla gizli 
məhəbbət  əlaqəsi yaratmışdı. O öz xain məqsədinə çatmaq üçün maneələri 
aradan asanlıqla qaldıra bildi... Vaqif və oğlu Əli bəy haqsız yerə öldürüldü. 
Məhəmməd bəyin aqibəti də faciəli oldu. O, İbrahimxəlil xanın  Şuşaya 
qayıtması xəbərini eşitcək qarət etdiyi var-dövləti götürüb M.P.Vaqifin arvadı 
Qızxammla birlikdə Qarabağdan çıxdı.  Şəki hakimi Məhəmmədhəsən xana 
pənah gətirdi. Çünki o, İbrahimxəlil xandan ağır cəza alacağını  əvvəlcədən 
bilirdi. Şəki xanı, Məhəmməd bəyi əvvəlcə hörmətlə qəbul etdi, az sonra onu 
həbsə aldı və Şirvan xanı Mustafa xana təhvil verdi. Mustafa xanın qisas hissi 
coşub daşdı. Atasının və qardaşının intiqamını  Məhəmməd bəydən aldı. 
Məhəmməd bəyi Şamaxı yaxınlığında öldürdü. Bu hadisə 1797-ci ilin sonunda 
baş vermişdi. 
Şuşaya qayıdan İbrahimxəlil xan Şah Qacarın nəşini İrana yola saldı. Baba 
xan adı ilə taxta çıxan Fətəli şaha hədiyyə, oğlu Əbülfət xanı girov göndərdi. 
Ağabəyim ağa isə (1780-1832) Fətəli şaha ərə getdi. Vətənə vurğunluq hətta 
Fətəli şahın təmtəraqlı sarayında belə Ağabəyim ağanın qəlbini təmin etmədi: 
 
Mən aşiqəm qara bağ,  
Qara salxım, qara bağ,  
Tehran cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ, - dedi. 
 
Ağabəyim ağa  şan-şöhrətə uymamış, öz taleyinin puçluğundan acı-acı 
şikayətlənmişdir: 
 
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,  
Heç bilməm ömrüm necə gəldi, necə getdi. 
 
Ağabəyim ağanın tələbi ilə o, Tehran saray mühitindən aralı darüləman 
sayılan Qum şəhərində yaşadı, orada da 1832-ci ildə  vəfat etdi. 1811-ci ildə 
İngiltərənin fövqəladə  səfiri və onun xanımı  Fətəli  şah tərəfindən qəbul 
edilərkən səfir Böyük Britaniya kraliçasının etimadnamə və hədiyyələrini məhz 
Ağabəyim ağaya təqdim etmişdir. Çox gözəl, ağıllı, hazırcavab, geniş məlumat
dərin bilik və yüksək tərbiyəyə malik olan Ağabəyim ağa sarayda "Banuyi-
hərəm" olmuşdur. 
Ağabəyim ağa siyasi sahədə  Fətəli  şaha təzyiq göstərir, Rusiya - İran 
münasibətlərinin yaxşılaşmasına çalışırdı. Ağabəyim ağanın  İranda olması  və 
orada keçirdiyi həyat, müdrik qarabağlı qızının ağlı, tədbiri, zərif şeirləri 
  
 
230


dildən-dilə düşdü və tarix səhifəsində yaşadı. O, Tehranda şah hərəmxanasında 
deyil, din-müqəddəs mərkəz sayılan Qum şəhərində yaşadı, orada da Qarabağ 
həsrətilə vəfat etdi. 
Fətəli  şah  İbrahimxəlil xanın oğlu  Əbülfət ağaya xanlıq rütbəsi verdi. O, 
şahın sərdarlan sırasında xüsusi tapşırıqları yerinə yetirdi, böyük qəhrəmanlıq 
göstərdi. Təəssüf ki, XIX əsrin əvvəllərində Əbülfət xanın bir neçə hərbi səfəri 
öz doğma yurduna, Qarabağa qarşı çevrildi. Lakin Qarabağ naxələf övlada 
layiqli cəza verdi. Əbülfət xanın anası erməni qızı idi. Bundan istifadə edən 
Fətəli şah XIX əsrin ilk illərində İbrahimxəlil xanı devirmək üçün hərbi səfərə 
bəzən Əbülfət xanı göndərirdi... 
Beləliklə, aydın olur ki, 1797-ci il İranın Qarabağı  və bütün Azərbaycan 
xanlıqlarını  zəbt edib özünə tabe etmək uğrunda apardığı mübarizənin kulmi-
nasiya nöqtəsidir. 1797-ci ilin yayında Ağa Məhəmməd  şah Qacarın  Şuşam 
alması  və orada öldürülməsi ümumən Zaqafqaziyada siyasi vəziyyətə  təsir 
göstərmişdir. Bir tərəfdən, İranda Fətəli şah Qacarın hakimiyyəti ələ alması və 
Azərbaycanı itaət altına almaq səyləri, digər tərəfdən çar Rusiyasının 
Zaqafqaziyada öz hökmranlığını  həyata keçirmək planlarını icraya başlaması 
Qarabağ xanlığını mürəkkəb siyasi yol ayrıcında qoymuşdu. Belə bir şəraitdə 
Qarabağda Rusiyaya meyil daha da güclənmişdi. Rusiya oriyentasiyasının ciddi 
tərəfdarı M.P.Vaqifin 1797-ci ildə öldürülməsi vəziyyəti müəyyən dərəcədə 
çətinləşdirirdi. Bununla yanaşı, Ağa Məhəmməd  şah Qacarın 1797-ci ildə 
Şuşada öldürülməsinin təşkilində M.P.Vaqifin iştirakı versiyası da 
mövcuddur... 
 
 
6. QARABAĞ XANLIĞININ RUSİYA TƏRKİBİNƏ  
DAXİL EDİLMƏSİ 
 
1797-ci ildə  İbrahimxəlil xan Car-Balakəndən  Şuşaya qayıtdı. Ağa 
Məhəmməd  şahın ölümündən qəzəblənmiş  İran  şahlığı ilə münasibətləri 
yaxşılaşdırmaq siyasəti yürütdü. Lakin İbrahimxəlil xanın 1797-1805-ci illərin 
əvvəllərində  İranla dinc yanaşı yaşamaq siyasəti istənilən nəticəni vermədi. 
Fətəli  şah öz sələfi Ağa Məhəmməd  şah Qacarın cənazəsini ehtiramla İrana 
yola salan və əlavə olaraq oğlu Əbülfət xanı onun himayəsinə, qızı Ağabəyim 
ağanı şaha ərə verən İbrahimxəlil xana hörmətlə yanaşsa da, tezliklə onu özünə 
tabe etmək üçün yollar axtardı. 
Buna rəğmən  İbrahimxəlil xanın Rusiyaya dostluq, itaətkarlıq siyasətində 
ardıcıllıq var idi. Bu siyasət müxtəlif məktub və  sənədlərdə, eləcə  də 1805-ci 
ilin mayında Kürəkçayda bağlanmış sazişdə öz ifadəsini tapmışdır. Rus dövləti 
İbrahimxəlil xanın sədaqətini nəzərə alaraq onun əleyhinə  nə XVIII əsrdə, nə 
də XIX əsrin  əvvəllərində heç bir güc işlətməmişdir. Buna baxmayaraq, 
çarizmin milli müstəmləkə siyasətini icra edən dargörüşlü mayor Lisaneviç 
  
 
 
231


Kürəkçay sazişindən bir il keçməmiş  İbrahimxəlil xanın Rusiyaya 
sədaqətinə  şübhə edərək, eləcə  də erməni məliklərinin, xüsusilə  Məlik 
Cümşüdün donosları əsasında xan ailəsi və yaxın adamları ilə birlikdə 11 iyul 
1806-cı ildə Şuşa qalası yaxınlığında öldürüldü. Böyük dövlət xadimi, misilsiz 
sərkərdə, Rusi-yanın sədaqətli dostu İbrahimxəlil xanın öz "dostlarının"  əlilə 
öldürülməsi Qarabağ ehalisini narazı saldı  və onlar kütləvi etirazlarını çara 
bildirdilərsə də, bir nəticə vermədi. Əksinə Lisaneviçin hərbi rütbəsi artırıldı... 
O,  əvvəlcə polkovnik, sonra isə general rütbəsi aldı.  İbrahimxəlil xanın 
qətlindən sonra oğlu general-mayor Mehdiqulu xan Qarabağ xanı təyin edildi. 
Mehdiqulu xan Qarabağ xanlığının ləğvinə qədər (1822) xanlıq vəzifəsini icra 
etdi... 
Mirzə Camal "Qarabağ tarixi"nin yeddinci fəslini "Ağa Məhəmməd  şah 
öldürüldükden və  İbrahim xan Balakəndən Qarabağa qayıtdıqdan sonra baş 
vermiş hadisələr haqqında" adlandırmışdır. Həmin fəsildə  Ağa Məhəmməd 
şahın talançı hücumlarından sonra Qarabağ xanlığının dağılmış  təsərrüfatının 
bərpasından, xalqın güzəranını yaxşılaşdırmaq tədbirlərindən söhbət açılır. 
Nəhayət, Qarabağ xanlığının Rusiya himayəsini təsdiq edən 1805-ci il 
Kürəkçay müqaviləsi və  İbrahim xanın öldürülməsi səbəbləri göstərilməklə 
həmin fəsil tamamlanır. 1797-1804-cü illərdə  İbrahim xanla Fətəli  şah Qacar 
arasında dostluq əlaqəsi davam edirdi. Lakin Zaqafqaziyanın çar Rusiyası 
tərəfindən tutulması haqda geniş  hərbi-siyasi plan bu dostluğun pozulmasına 
səbəb oldu. 
İbrahimxəlil xan öz vəziyyətini möhkəmləndirmək və düşmənlərin Rusiyanı 
onun  əleyhinə yönəltməsinin qarşısını almaq məqsədilə general-poruçik 
Q.A.Potyomkinə  məktub yazıb bildirdi ki, Rusiya təbəəliyini qəbul edib ona 
bac verməyə hazırdır
1

Bu mühüm sənəd göstərir ki, II Yekaterina hələ 1783 -cü ildə bütün 
Zaqafqaziyanı Rusiyaya tabe etməyə hazır idi. 
İbrahimxəlil xan öyrəndi ki, knyaz Q.A.Potyomkin Asiyada xristian dövləti 
yaratmaq istəyir və bu məqsədlə Qarabağ  məliklərinə arxalanmaq fikrindədir. 
Bu planın yerinə yetirilməsi İbrahimxəlil xan üçün hakimiyyəti itirmək demək 
idi
2

Lakin o, Rusiya komandanlığı ilə özünü elə aparırdı ki, guya təbəəliyə 
keçmək meylindədir; o, ümid verir və lakin ondan gözlənilən addımı atmırdı. 
Niyyəti özünə  sərfəli olan şərtlər barədə razılığa gəlmək idi. Bu məqsədlə o, 
1784-cü ilin əvvəllərində Rusiyaya öz elçisi ilə  məktub göndərib bildirdi ki, 
himayəni xahiş edir, bununla birlikdə onun daxili işlərinə qarışılmasını istəmir. 
Eyni zamanda II Yekaterina İbrahim xanla daha çox maraqlanmağa 
başlamışdı. 1784-cü ilin mayında o, Q.A.Potyomkinə yazırdı: "Deyəsən, 
İbrahim 
                                                           
1 В ах: П.Бугков. Материалы для новой истории Кавказа, ч. II., СПб., 1869,
 
стр.142. 
2 Yenə orada, səh.l 15. 
 
232


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə