Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

rəm. Pənah xan bir qədri camaat ilə atlanıb, gəlib çox çətinlik ilə 
dolanıb, görüb ki, çox möhkəm olan yerdir. Və Allah-təalanın 
qüdrətidir, ta bu fikrə düşüb ki, gəlsin burada məskən edib əyləşsin. Bu 
əhvaldan  Şuşa kəndinin camaatları  xəbərdar olub bu fikrə düşüblər ki, 
bir iş eləsinlər. Bəlkə xan gəlib bu yerdə  əyləşməyə. Qorxublar ki, 
Pənah xandan onlara artıq zərər dəyə. Heç birilə barışmayıblar, bir iş 
tutalar məgər bu iş ilə. 
Belə ki, qədim adamlar öz ata-babalarından nəql edirlər ki, bu 
qalanın içində üç çay var imiş. Hansı ki, bu üç dərə ola: Cəfər dərəsi və 
Şahbaz dərəsi və  Kəngərli dərəsi və bu adları bu dərələrə qala bina 
olandan sonra qoyublar. Qərəz,  Şuşa kəndinin adamları ki, erməni 
tayfasıdırlar, özlərinin canının və malının qorxusundan gəlib bu axar 
suların başlarında olan bulaqların təmamən gözlərin gecə ikən tutub və 
möhkəm basdırıblar ki, susuz olmaq cəhətinə bəlkə Pənah xan bu yerdə 
oturmaya, bir qeyri yerə gedə. Bu fikri-bifayda ilə  həmən suları 
basdırıb, qurudublar. Qərəz, Pənah xan gəlib burada məskən salıb və 
hökm edib ki, dam-daş  təmir edələr. Gündoğan tərəf və qiblə  tərəf 
daşlıq olmağa görə o qədəri bərk meşə və gəlmiş camaat Çuxur məhlə 
adlanan yerdə - erməni və müsəlman, hər kəs özü üçün bir dam təmir 
ediblər, kənd evləritək. Bir-birinə yavuq damlar tikiblər və  hər kəs ki 
dam tikirmiş, o damın cəmi tirin və  ağacın o damın yerindən söküb 
tikərmişlər ta camaat çox olan vaxtda Pənah xan bir məscid qarqudan 
təmir elədib həmən yuxarı  məscidi-camenin yerində  və yenə bir kilsə 
təmir elədib aşağa Bazarda ki, asarı məlumdur. Elə ki bir müddət keçib 
və camaat bir qədri artıb, erməni tayfası yavaş-yavaş qalanın yuxarı 
tərəfinə köçüblər. O vaxt həmən kilsə zaye olubdur. İndi qalaçası 
məlumdur.  Əvvəl erməni və müsəlman cəmən Çuxur məhlə adlanan 
yerdə cəm imişlər. Və bir də qədim adamlar yenə öz ata və babalarından 
belə  nəql edirlər ki, Pənah xan o vaxtda buraya cəm etdiyi müsəlman 
tayfası belə avam imişlər ki, Pənah xan əmr edərmiş ki, camaat gedib 
məsciddə namaz qılsınlar. O camaat getməz imişlər. Axırda hökm 
edərmiş yasavul ilə xalqı  məscidə aparıb Allah əmrin və namaz təlim 
etsinlər. Xalq bu işi sair hökmlər kimi hesab edib qaçarmışlar. Belə nəql 
edirlər ki, həmən məscid ki, qarqudan təmir etmişdilər. O məscidin iki 
qapısı var imiş. Bu qapıdan yasavul xalqı məscidə doldururmuş, o biri 
qapıdan çıxıb qaçarmışlar və  gəlib evlərində bikef oturarmışlar və 
onların övrətləri 
 
37


xəbər alarmışlar ki, niyə bikefsən? O adamlar əhvalatı  nəql edərmişlər 
ki, Pənah xan hökm edib gərək gündə üç dəfə gedib məscidə namaz 
qılasınız və oruc tutasız. Bu əmri-ilahini özlərinə biar hesab edib, bikef 
olarmışlar. Bu sözdən təəccüb gəlməsin eşidənlərə bəlkə məşhurdur ki, 
qədim vaxtı bir neçə kürd gəlib başmaqçıxanaya və o küp ki, 
başmaqçılar su töküb içinə gön salarlar və rəngi qırmızı olar. O kürdlər 
elə biliblər ki, o küpdəki bəhməzdi. Çıxardıb, pul veriblər ki, a kişi, bir 
az o bəhməzdən mənə ver, çörəyim ilə yeyim. Başmaqçı bir çanağa 
töküb, verib kürdə. Kürd bir neçə çörəyi doğrayıb o suyun içinə  və 
tamam yeyibdir və qurtarandan sonra deyib: 
- Demə ki, kürd idi, anlamadı, bəhməzin dadı yoxdu. 
Və yenə o adamlar həmən adamlardan idi ki, çanağı götürüb 
qalayçıya verərdilər ki, bunu qalayla. Hərgah insan tərbiyət tapmaya, 
heyvandan bədtər olar. 
Belə ki, Pənah xan bu növ tədbirlər ilə çox camaat cəm edib, kənd 
evlərində oxşar dam-daş  təmir ediblər və bir-birinin damının üstündən 
bir-birinin yolu imiş və hər birisi bir dam təmir etmişdi ki, hər bir işi o 
damda keçərmiş. Belə ki, bir tərəfində atlarını bağlarmışlar və bir 
tərəfində yerdə çəkib gəlinləri yatızdırarmış. Qərəz, Pənah xan bu fikrə 
düşübdür bir qala bina etsin. Qalanın öz içindən ağac və daş  qırdırıb, 
əhəng yandırdıb və mahallardan fəhlə gətirdib, bürcün binasın qoyub və 
Pənah xan çəkən bürcün əsli bu asarlardır ki, əlan məlumdur. Belə ki, 
bir tərəf  şəhneşin adlanan Xan xanım ağanın evi idi. Mehrəli bəy 
bulağının üstə. Və bir tərəf rus kilsəsinin qabağında Əhməd xanın evinə 
yapışıqdır. Və bir tərəfi yel dəyirmanının yanıdır. Bu məlum bürc ki, 
dörd tərəfi var, İbrahim xan təmir edib. O1 Pənah xan çəkən bürc çox 
balaca imiş. 
Qərəz, Pənah xan qalanı tamam edib və Pənahabad ad qoyub, sonra 
yenə bu fikrə düşüb ki, qaladan bir neçə ağac aşağı bir qalaça qoşundan 
ötrü təmir etsin. Belə ki, həmən  Əsgəran adlanan qalaçaları
 
ki, biri 
Qarqar çayının o tərəfində  və birisi bu tərəfdə  təmir olub, həmən 
qalaçaları təmir elədib və bir cəm qoşun həmişə o qalalarda durarmışlar. 
Bir müddət Pənah xan hökmranlıqda əyləşib, elə ki işlərini möhkəm 
edib, böyük oğlu İbrahim xanı özünə canişin edib. 
Elə ki Pənah xan mərhum olub, İbrahim xan xanlıq məsnədində 
əyləşib. Belə nəql edirlər ki, İbrahim xan çox səffak imiş və çox qəzəbli 
imiş. Belə ki, hər yerdə ilat köçürüb, öz başına cəm edib və 
 
38


birə-beş artıq Pənah xandan hökmranlıq edib və  təzədən qalanı 
böyüdüb, bu bürcü çəkdirib və üç yerdən qapı qoydurubdu. Qalanın baş 
tərəfində Xəlfə Əlili (Xəlifəli - N.A.) qapısı və biri ortalıqda adı Mərdan 
qapısı  və biri aşağa tərəfdə Topxana qapısı ki, indi o qapının yerində 
dustaqxana tikiblər. Öz tədarükündə olub, topxana təmir edib və şəhərin 
bir tərəfində oğlu üçün və bir tərəfində sair övladı üçün imarətlər təmir 
edib və yenə  xəzinə qayası adlanan yerdə iki qayanın arasında ki, çox 
möhkəm və heybətli yerdir, orada özü üçün yeddi və  səkkiz otaqlar 
sığınaq üçün təmir edib ki, hərgah üstünə qoşun gələ, gedib o evlərdə 
əyləşə. Çünki o qayanın təhəri bu tövr düşüb: hərgah qalanın içindən top 
bağlıyalar, o imarətlərdən otuz arşın yuxarı gedər və  hərgah üsrü 
tərəfdən top bağlıyalar, yenə mümkün deyil. Ona görə o imarətləri təmir 
edibdir və çox vaxt orada əyləşərmiş və belə deyirlər ki, İbrahim xanın 
xəzinəsi orada dəfn olubdur. 
Elə ki İbrahim xan özünün bir para lazım olan işlərindən xatircəm 
olub, çox el hər tərəfdən köçürüb qalada cəm edibdir. Və  hər il öz 
tayfası ilə şəhərin bir tərəfində ev tikib qahblar. O vaxtdan bu məhəllələr 
hər kəs öz adları ilə adlanırlar. Belə ki, qalanın müsəlman tayfası on 
yeddi məhəllədir. Doqquzu aşağa məhəllə adlanır və  səkkizi yuxarı 
məhəllədir. 
Qərəz, məscid və hamam və karvansara və bazar-dükan təmir edib və 
öz hökmranlığında əyləşib. Belə ki, qəzəbi tutana tənbeh və iltifatı olana 
mülk-əmlak və  ənam verib, öz eyş-işrətində olub və sair əhvalatları 
ikinci fəsildə məlum olar. 
Neçə kəlmə həmin bu qalanın bina olmağının və abad olmağının cüzi 
məlum etdik. Kifayət edər. Köhnə adamların deməklərinə görə əhvalat 
bu tövr olub. Və bir də belə xahiş ediblər ki, məhəllələrin adların yazaq 
və neçə hamam və karvansara ki, qalada var və kim təmir edib oları 
yazaq. Belə ki, əvvəlinci məhəllə yuxarı  və  məhəllədən Xanlıq aradır. 
Bu məhəllənin əsil adına Mir deyilirdi. O cəhətə görə xanlıq ara deyilir 
ki, İbrahim xanın imarətinin yanıdır. 
 
İkinci məhəllə Saatlı məhəlləsidir.  
Üçüncü məhəllə Köçərli məhəlləsidir.  
Dördüncü məhəllə Mamayı məhəlləsidir.  
Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir.  
Altıncı məhəllə Dəmirçi məhəlləsidir.  
Yeddinci məhəllə Hamam qabağıdır.  
Səkkizinci məhəllə Təzə məhəllədir. 
 
39


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə