Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

şəhəri top ilə dağıtmaq istərmiş, mümkün olmurmuş. Bir gün bir kağız 
yazıb bu misra ilə göndərib İbrahim xana ki, bu misra budur: 
 
Ze məncənəqi-fələk səngi-fitnə mibarəd,  
To əbləhanə girifti miyani-şişə qərar. 
 
Bu münasib olan fərdi yazıb göndəribdir. Bunun cavabında İbrahim 
xan Molla Pənaha buyurub ki, bir fərd bu sözə münasib yaz, cavab 
edim. Molla Pənah bu fərdi düzəldib göndəriblər şahın qulluğuna: 
 
Gər nigəhdari-mən anəst ki, mən midanəm,  
Şişəra dər bəğəli-səng nigəh midarəd. 
 
Qərəz, bir şey bacarmayıb, gedib Gəncənin üstünə. Orada çox qoşun 
tələf olub, basılıb qayıdıb İrana. 
Belə ki, yenə bir dəfə  İbrahim xanın vaxtında Rusiya dövləti bu 
Qalanın üstə gəlib İbrahim xan Qaladan qaçan vaxtda "Xan ölən səngər" 
adlanan yerdə  İbrahim xanı öldürüblər
1
. O səngər Qaladan iki verst 
aşağıda Qara qaya bulağının yanındadır. Elə ki İbrahim xan mərhum 
olub, Mehdiqulu xanı xanlıqda  əyləşdiriblər. İbrahim xanın qaydası ilə 
hökmranlıqda və  cəmi ixtiyar əlində  əyləşibdir. Bir müddət bu növ ilə 
qalıb ki, hər kəsə mülk verib tənbeh edərmiş, sonra Rusiya dövləti öz 
ixtiyarına alıb. Allah rəhmət etsin Mehdiqulu xana. Qarabağ bəylərinin 
çörək sahibi olmaqlarına o səbəb olub. Çox səxavətli və nökərə 
mehriban və xalqa güzəran sahibi olmaq, istəyən xan imiş. Rəhmdil və 
füqərayə  rəhm edərmiş  və bir para cəbrlər rəiyyətin haqqında rəva 
görməz imiş. 
Belə  nəql edirlər ki, bir gün yaz vaxtı ilat yaylağa köçəndə öz 
mənzilində pəncərənin içində əyləşmiş imiş və köç gəlib, gedərmiş. Hər 
il bir tövr ilə. Kimi qoyunlu və kimi sair dövlət ilə. Və o obaların 
çoxunun özü atlı  və övrəti atlı, artıq dövlət ilə köçür. Qərəz, bir neçə 
dəstə keçəndən sonra görür ki, bir kişi dalında  şələ  və bir nəfər övrət 
yenə şələli və iki-üç uşaqlar ayaqyalın və köhnə libas gəlirlər. Mərhum 
Mehdiqulu xanın bulara rəhmi gəlib nökərlərdən birisin göndərib ki, get 
o kişini, övrət və uşaqları ilə gətir bu çöl həyətə. Nökər 
                                                           
1 Müəllif səhv edir. İbrahim xan 1806-cı ildə  Şuşanın yaxınlığında  Şuşa komendantı mayor Lisaneviç tərəfindən 
öldürülmüşdür.
 
43


gedib o kişini həmən tövr ilə  gətirib. Xan çağırıb bir para müqərrib 
nökərlərindən ki, çöl əhlinə nə lazımdır. Hər biri bir tövr tədbir ediblər. 
Xan heç birinin sözün bəyənməyib, buyurub bir siyahı yazıblar. Neçə 
yüz qoyun sağmal və erkək və neçə sağmal inək və neçə cüt öküz və 
neçə camış və iki rəs erkək at və iki-üç rəs madyan at və iki alaçıq biri 
özləri üçün və birisi qonaqları üçün və  məfrəş  və qab-qacaq, cəmi-çöl 
mayəhtacının hazır edib, əmr edib qayda ilə yükləyiblər, aparıb təzədən 
kəhər atdan bunu götürüblər və xan tamaşa edib, xoşuna gəlib. Yanında 
olan adamlara deyib ki, indicə köçə oxşuyur. 
Və bir də  İbrahim xanın övladlarından bir neçəsin yazmağa xahiş 
ediblər. Belə nəql edirlər ki, İbrahim xanın on dörd nəfər oğlu var imiş 
və  səkkiz nəfər qızı var imiş  və dörd nəfər kəbinli övrəti var imiş  və 
neçə nəfər siğə övrəti var imiş. Kəbinli övrətinin biri Bikə ağadı. Ləzgi 
Nusəl xanın qızı və Əhməd xanın atası. Və birisi Xurşidbanu bəyimdir. 
Gəncə xanı Şahverdi xanın qızı Mehdiqulu xanın anası və birisi Cavahir 
xanımdır. Gürcü qızı Gövhər ağanın anası  və birisi Xanım Nənədir 
demişlər. Cəbrayıllı  Vəli bəyin qızı, Məhəmmədhəsən ağanın anası  və 
sairləri erməni qızı imiş və gürcü imişlər. Nəcəfqulu bəy belə nəql edir, 
sair kəbinli övrətin bilmirəm. 
Belə  nəql edirlər ki, İbrahim xanın böyük oğlu Cavad ağa imiş  və 
İbrahim xandan çox tez ölübdür və yel naxoşluğundan ölüb. Yenə 
həmən Nəcəfqulu bəy nəql edər ki, o vaxtda bəylərin birisinin bir nəfər 
göyçək qızı var imiş və bu qızın sədasın İbrahim xan eşidərmiş və belə 
fikri var imiş ki, o qızı özü üçün alsın. Amma məlum deyilmiş, qəzadan 
nökərlərdən biri gəlib Cavad ağaya həmən qızı tərif edibdir. Cavad ağa 
da bu fikrə düşüb ki, o qızı ala. Amma istərmiş ki, rubəru görüb, ondan 
sonra sözü xana yetirə  və görmək mümkün olmurmuş. Bir gün yenə 
həmən nökər gəlib Cavad ağaya deyib ki, o qız evləri ilə çaya gəzməyə 
gediblər. Yaxşı fürsət vaxtıdır. Bir tövr ilə  bəlkə gedib dürüst görə 
biləsən. Cavad ağa durub nökəri ilə o qız tərəfə gediblər. Görüb hərgah 
bunu görsələr mümkün olmayacaqdır və uzaq yerdən yenə dürüst 
görməyəcək. Gəlib dəyirmana, dəyirmançı Quqonun paltarların alıb, öz 
paltarlarının üstündən geyib və papağın gözünün üstə basıb, olar olan 
yerə gedibdir. Qıza dürüst tamaşa edib, qayıdıb qalaya. 
Bu  əhval məzəlik üçün İbrahim xana yetiriblər və xanın bu işdən 
qəzəbi tutub, bir nökər göndərib, həmən dəyirmançı Quqonu gətirib- 
  
 
44


lər və adam göndərib Cavad ağanı da gətiriblər. Dəyirmançı Quqonun 
paltarın Cavad ağaya və Cavad ağanın paltarların dəyirmançıya 
geydirib, hər birindən bir ayaq saldırıb falaqqaya və çox döydürəndən 
sonra buraxıb. Cavad ağa öz xəcalətindən qaçıb gedib şahsevən Nəzərəli 
bəyin yanına və iki il orada qalıbdır. Sonra Nəzərəli bəy yenə  gətirib 
İbrahim xanın yanına. Xan görüb ki, Cavad ağa çox zəif olubdur və bərk 
naxoşdur. Belə  nəql eylərlər ki, İbrahim xan altı ay Cavad ağaya toy 
edib ki, bəlkə o naxoşluq ondan rəf ola və altı ay tamam olandan sonra 
xan Xanım ağanı ona gəlin gətiriblər. Hər ikisi yeddi ay ömür ediblər. 
Xan Xanım ağa uşaq üstə  tələf olubdur. Cavad ağa həmən yel 
naxoşluğundan mərhum olub. Bir də belə nəql edirlər ki, əvvəl İbrahim 
xanın canişini Məhəmmədhəsən ağa imiş. Səkkiz ay İbrahim xandan 
qabaq mərhum olub. Amma həmişə İbrahim xan Məhəmmədhəsən ağa 
ilə yaxşı deyilmiş və həmə vaxt aralarında ədavət olarmış. Çünki şərarət 
edərmişlər ki, Məhəmmədhəsən ağa bu fikirdədir və bu işi edəcəkdir. 
Hər dəm bir dəfə qoşun çəkib gələrmiş ki, gərək mənim vilayətimdən 
çıxıb gedəsən. Belə ki bizim öz ata və babamız belə  nəql edirdilər ki, 
yenə bir gün Məhəmmədhəsən ağaya əhval çatdı ki, İbrahim xan qoşun 
çəkib gəlir. Belə ki, o vaxt İbrahim bəy mərhum  İbrahim xanın 
qulluğunda olurmuş və Mirzə Haşım mərhum Məhəmmədhəsən ağanın 
qulluğunda imiş. Həmin bu iki qardaş bizim atamızın  əmiləridi və 
olardan nəql olubdur. 
Qərəz, mərhum  İbrahim xan neçə yüz atlı ilə  Məhəmmədhəsən 
ağanın evinin üstə  və Mirzə Haşım ümum qapıda  əli bağlı durur. 
İbrahim xan yetirən kimi buyurub ki: 
- Ay gədə, Mirzə Haşım, get o filan-filan olmuşa deginən mənim 
vilayətimdən çıxıb getsin. 
Mirzə Haşım  ərz edib ki, xan, qurbanın olum, bura sənin hərəm-
xanandır. Kimin nə cürəti var buraya girə? 
Belə bu sözdə Məhəmmədhəsən ağa özü evdən çıxır çölə və İbrahim 
xana ərz eləyib ki, xan, niyə insaf eləmirsən? Mən sənə nə bihörmətlik 
eləmişəm? Məndən savay sənin ki, övladın yoxdur. Bu qədər biinsaflıq 
mənim haqqımda yaxşı deyil. Bu sözdə  İbrahim xan atın
 
irəli sürüb 
dörd-beş  dəfə  Məhəmmədhəsən ağanı vurur. Yenə Mirzə Haşım qolun 
qabağa verib ərz eləyir ki, xan, qurbanın olum. Məhəmmədhəsən ağa 
müəllim, çubuq da görməyibdir heç. Qərəz, 
  
 
 
45


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə