Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   12   13   14   15   16   17   18   19   ...   86

xan o vaxt ki, o imarətlərdə  əyləşərmiş, hər nə  xəzinəsi varmış, o 
yerlərdə dəfn elədibdir. Çünki oralar çox möhkəm yerdir və o xəzinəni 
dəfn elədən Batmanqılınc Məhəmməd bəy imiş. Neçə  nəfər adamla 
basdırandan sonra o adamları tamam öldürüb ki, məlum olmasın. Sonra 
İbrahim xan və Məhəmməd bəy - hər ikisi qəflətən ölüblər və o xəzinə 
məlum olmayıb və ələ düşməyibdir ta bu vaxtacan. Çox adamlar gedib 
orada olan evləri və kahaları axtanblar, bir şey ələ düşməyibdir. Həmin 
belə söhbət etdi ki, bir nəfər erməni cüt əkdiyi vaxtdabir göyüm pul 
tapıbdır. Həmən o Daşaltıh erməni gəlib qalada yaxşı ev aldı və bir para 
işlər gördü. Onda məlum oldu. Qərəz, tamam xəzinə meşələrdə  və 
qayalarda qaldı. 
Belə ki, o kahalar ki, Xəznə qayasında var, çox qəribə yerdir. Allah-
təalanın qüdrətidir ki, zahir olub. Əvvəl o kahalar elə yerdədir ki
əslində bəni-adəm ayağı olara düşməyibdir, ta İbrahim xan o imarətləri 
ki, çətinlik ilə təmir edib və o kahalara çox çətinlik ilə bir balaca çuxur 
açdırıb. Ondan sonra o kahalara bəni-adəm ayağı düşübdür ta güman 
olmur ki, ondan əqdəm onlara insan getmiş ola. 
Qərəz, o kahanın biri ki, sulu kaha deyirlər, onun dərinliyi on beş 
arşından artıqdır. Və eni altı arşın olar və içinin qəlbliyi səkkiz arşından 
artıqdır və ortasından bir böyük bulaq axır, çox soyuq və  şirin. Elə ki 
onun ağzında durub yuxarı tərəfinə baxarsan, altı arşın olur ki, ta üstəki 
meşəyəcən və elə ki aşağa tərəfinə baxarsan, adamı vəhşət tutar və göz 
qaralar. Həmin çayın qıraqlarında olan adamları görürsən və belə güman 
olur ki, üç yüz arşından artıqdır. 
Və yenə birisi bu kaha ilə yan-yana var ki, həmin arası beş  və altı 
arşın ola. O da belə düşüb ki, gərək dörd arşın qədəri aşağı pilləkən ilə 
yenəsən. O vaxt İbrahim xan daş pilləkən bağladıbdır. Elə ki içəri 
yetirsən adamı  vəhşət tutar. Belə ki, çox qəlbi və enni kahadır. Üç 
küncündə əlavə bir kaha var çox dərin və qaranlıq ki, dibin dərk etmək 
olmur və çox soyuq gəlir. O da həmən tövr ilə düşüb. Ya üst tərəfi və ya 
aşağı  tərəfi. Bu iki kahalar İbrahim xanın imarətlərinin yanındadır. 
Amma birisi bunlardan əlavə qala tərəfindədir ki, bunlar ilə qabaq-
qabağa düşübdür və qalanın altı tərəfidir. 
Belə ki, bu kahanın təhəri bu tövridir. Neçə  dəfə qala əhlindən 
gediblər məşəl və fanus yandırıblar ki, bir qədəri o kahanın içinə gedə 
bilələr, mümkün olmayıbdır. Çünki o kaha o qədər dərindir və 
qaranlıqdır ki, içinə girmək olmur və onun dibindən bir elə bərk külək 
  
 
52


gəlir ki, nə məşəl davam eləyir və nə fanus. Və böyüklüyündən əlavə elə 
soyuqdur ki, yayda adam onun içinə girə bilməz. Qərəz, Xəznə qayası 
və bu kahalar və İbrahim xanın o yerlərdə o tövr evlər bina etməyi çox 
qəribə və tamaşah yerlərdirlər. Ta adam görməsə, bilməz. 
Və bir də belə  nəql edirlər ki, İbrahim xanın cəmi ixtiyarı 
Batmanqılınc Məhəmməd bəy imiş. Məhəmməd bəyin arxasını hökumət 
edərmiş. Sonra Məhəmməd bəyi  İbrahim xanın yanında müttəhim 
ediblər və  mərhum xanı müştəbeh eləyiblər ki, Məhəmməd bəy özgə 
fikirdədir. Bu sözə  İbrahim xan inanıb, bu fikrə düşübdür ki, 
Məhəmməd bəyi öldürə. Məhəmməd bəy qardaşı ilə qaçıblar və övrətin 
də aparıb, qaçaq olub. Məhəmməd bəy İbrahim xanın qardaşı oğlu imiş. 
Qərəz, məlumdur ki, o vaxtda hər bir şəhərə bir xan təsərrüf edib, 
əyləşmişdi. Belə ki, Şirvanda Mustafa xan, Şəkidə Səlim xan, Gəncədə 
Şahverdi xan. Bu xanların heç birisi bir-birilə dost deyilmişlər. 
Məhəmməd bəydən həmişə bu xanlara zərər olurmuş. Təmamən bu 
xanlar Batmanqılınc Məhəmməd bəyin  əlinin zərbini görmüşdülər. O 
cəhətə  Məhəmməd bəy cəmi xanlardan qaçaq olub və  hər yerin 
ixtiyarında olan camaatları  cəpavül edərmiş  və üstə neçə  nəfər adam 
varmış. Bu əhval  Şirvan xanı Mustafa xana məlum olubdur. Mustafa 
xan neçə nəfər atlı göndərib ki, gərək ya Məhəmməd bəyi diri tutasız və 
ya öldürəsiz. Bu yüz nəfər atlı düşürlər Məhəmməd bəyin dalma. Bir 
yerdə düçar olurlar. Bir neçə  nəfər adam Məhəmməd bəy onlardan 
öldürür. Onlar da Məhəmməd bəyin qardaşın öldürürlər. Sonra bir şey 
bacarmayıb qayıdırlar. Bu işdən Məhəmməd bəy çox pərişan olur. 
Mustafa xan ilə artıq ədavətli olur. 
Elə ki bir müddət keçir, bir gecə Məhəmməd bəy neçə nəfər atlı ilə 
gəlir Şirvana ki, Mustafa xanı öldürsün. Şirvanın iki verstliyində atlıları 
öz atı ilə qoyur və özü piyada belində bir xəncər gəlib Mustafa xanın 
barısından aşır və qapısın bir tövr ilə açır, girir evlərə. O gecə qəzadan 
Mustafa xanın ömrü tamam olmamağa görə evində yox imiş. 
Məhəmməd bəy tamam əhli-əyalın öldürür. Belə nəql edirlər ki, o gecə 
Mustafa xanın iki nəfər oğlun və üç nəfər qızın və bir neçə nəfər övrətin 
və dörd nəfər müqənib nökərlərin və dörd nəfər qulluqçularının 
tamamən başların kəsib və bir kağız yazıb qoyub bir məlum yerə ki, 
filan-filan olmuş, bu fikir ilə gəlmişdim ki, səni öldürəm. Nə fayda, ələ 
düşmədin. Hərgah ölmərəm, səni də bir tövr edərəm. Bu kağızı qoyub, 
yenə barıdan aşıb, qayıdır. 
  
 
53


Elə ki sabah olub bu əhvaldan tamam Şirvan  əhli xəbərdar olur. 
Mustafa xan gəlib əhl-əyalın bu növ ilə görüb və dünya malın yerbəyer 
görəndə  yəqin edir ki, bu iş Batmanqılınc Məhəmməd bəyin işidir. 
Həmən saat deyir ki, bu iş heç kəsin işi deyil, məgər Məhəmməd bəyin 
işidir. Bu sözdə həmən kağızı tapırlar, oxuyub məzmunundan xəbərdar 
olurlar. Mustafa xan üç yüz atlını cəm edib yollayır mahallara ki, gərək 
hər tövr olsa, ya bu üç yüz nəfər tamam öləsiz və ya Məhəmməd bəyi 
öldürüb və ya sağ tutub mənim yanıma gətirəsiniz. Bu atlılar üz qoyurlar 
mahallara. Bu əhval Batmanqılınc Məhəmməd bəyə yetişir. Məhəmməd 
bəy öz övrətin və nökərlərin götürüb Şəki xanı  Səlim xana pənah 
aparır
1
. Səlim xan mühafizət edib öz yanında saxlayır. Bir müddətdən 
sonra bu əhval Mustafa xana məlum olur ki, Məhəmməd bəy Şəki xanı 
Səlim xanın yanındadır. Mustafa xan götürüb Səlim xana bir tuğra kağız 
yazır. Bu məzmun ilə ki, Səlim xan hərgah Məhəmməd bəyi qolubağlı 
Şirvana göndərəsən; və hərgah ya qaçırdıb və ya göndərmiyəsən, o vaxt 
hazır ol ki, qoşun çəkib gəlirəm  Şəkini tamam at torbasında daşıyam. 
Xəbərdar olub öz işin tədarükündə hazır ölginən! 
Elə ki bu kağız Səlim xana yetişir, məzmunundan xəbərdar olur. Belə 
fikir edir ki, bir nəfər cəmi xanlardan qaçaq olan adamı  mən saxlaya 
bilməyəcəyəm. Yaxşı budur ki, bəlasız başımı  bəlaya salmayıb, 
Məhəmməd bəyi tutub, göndərim. Həmən gün Məhəmməd bəyi 
tutdurub qolu bağlı iki yüz nəfər atlı ilə  və  Məhəmməd bəyin övrətilə 
gətirib Şirvana, Mustafa xanın qulluğuna. Elə ki Şirvana yavuq olublar 
tamam Şirvan əhli tamaşaya çıxıblar. Məhəmməd bəyi övrəti ilə at üstə 
gətirirlər Mustafa xanın həyətinə. Mustafa xan evdən çıxıb Məhəmməd 
bəyə söyür ki, a filan-filan olmuş! Sən gəlib mənim  əhli-əyahını 
qırmısan. Məhəmməd bəy deyir ki: filan-filan olmuş, gəlmişdim səni 
öldürəm. Nə fayda, əlimə düşmədin. İndi məni qolu bağlı görübsən. Bir 
qolum açıq olaydı tamam Şirvanı  qılınca çəkəydim. Ta görəydin 
dünyada necə oğullar var. Nə edim ki, Səlim xan namərdlik etdi. Məni 
sənin qabağına qolubağlı göndərdi. Bu sözdə Mustafa xan içəri girib, bir 
tüfəng  əlində  çıxıb çölə  və  Məhəmməd bəyi at üstə vurub öldürür və 
Səlim xana çox razılıq yazır. 
                                                           
1 Məhəmməd bəy Səlim xana yox, kor Məhəmmədhəsən xana pənah aparmışdı. Məhəmmədhəsən xan xəyanət edib 
onu Mustafa xana verdi.
 
54


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə