Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

 
saxlayıbdır və bir saatdan sonra Əmircan bəyi tanıyıb ki, Murov 
Ohancan bəyin qardaşıdır. Bu fikrə düşüb ki, Əmircan bəyi öldürə. Ağa 
Rəfi deyib ki, mən mərsiyəxanam və bu erməni Təbriz  əhlindəndir. 
Yenə bir nəfər Qanlı Behbudun yoldaşı  Ağa Rəfini tamyıbdır ki, sən 
qalalı  Ağa Rəfi deyilsən? Qərəz, Ağa Rəfi yalvarıb, bir tövr olub ki, 
Əmircan bəyi öldürməyiblər və bunları buraxıblar. Elə ki bunları 
buraxıb, sair adamlar ki, neçə gün imiş tutub saxlamışdılar, təmamən 
buraxıb və özü yayınıb gedibdir. Bu əhval naçalnik Tarxanova və 
Murov Ohancan bəyə yetişib, belə hökm olub ki, gərək hər tövr olsa
Qanlı Behbud ya tutula və ya öldürələr. O vaxt Köçərli Səlim bəy 
Oğrubəyi imiş.  İki yüz nəfər atlı  Səlim bəyə verib yollayıblar, Qanlı 
Behbudu ya tuta və ya öldürə. Səlim bəy öz atlıları ilə  Əsgəran 
qalaçasından aşağı gedirmiş. Görüb bir nəfər seyid yol ilə gedir. Seyidə 
deyib: 
- Seyid, bilirsən Behbud ha tərəfdə olar? Seyid deyib: 
- Səlim bəy, qaçağın yerini bilmək olmaz. Səlim bəy seyidə deyib: 
- Beş manat sənə nəzir etdim. Allah bu gün Behbudu mənə yetirsin. 
Bu nəziri edib yola düşdü. Qəzadan həmin seyid Behbuda düçar olur. 
Behbud seyiddən soruşur: 
- Seyid, nə var, nə yox? 
Seyid əhvalatı nəql edir ki, Səlim bəy Oğrubəyi iki yüz nəfər atlı ilə 
səni axtarır və  mənə beş manat nəzir edib ki, səni tapa. Behbud beş 
manat pul çıxardıb verir seyidə ki, bu sənin o elədiyi nəziri, on manat 
mən sənə  nəzir etdim. Allah Səlimi bu gün mənə yetirsin. Üz qoyur 
Səlim bəyin dalınca, gedib Xaçının o tayında Kötəlpara kəndində Çirağ 
dəyirmanının yanında Səlim bəyə yetişir. Tamam atlıların dağıdır. Hər 
birisi bir yana qaçırlar və  Səlim bəy istəyir özün kəndə sala. Qanlı 
Behbud yetirib Səlim bəyi öldürür. Və bu Qanlı Behbudu yatdığı yerdə 
bir nəfər övrət həna qılıncı ilə öldürmüşdü. Bunun da zavalı bu tövr 
olubdur. 
Və yenə bir nəfər Ağa adlı qaçaq Zəngəzur uyezdinin Bayandur 
kəndindən çıxıbdır. Bayandurlu Ağa, bu Ağa çox cürətli və hünərli 
qaçaq imiş. Əvvəl bu Ağanı bir cüzi təqsirin üstə tutub Yerevan 
  
 
70


(İrəvan) şəhərində dustaq ediblər. Bir nəfər yoldaş ilə neçə vaxt İrəvan 
dustaqxanasında qalıblar. Sonra İrəvandan yoldaşı ilə qaçıb. Və onun 
qaçmaq  əhvalatı bu tövr olubdur: Bir gün yoldaşma Ağa deyib: "Gəl 
qaçaq! Ta qaçmasaq bizə qurtarmaq mümkün olmayacaqdır". Ağanın 
yoldaşı naxoş imiş. Qəbul etməyibdir ki, men naxoşam. Ağa deyib ki, 
mən səni dalımda aparıram. Yoldaşı razı olub, qaçıblar. Ağa üç günlük 
yolu bir gün və bir gecədə yaylaq yolu Göyçə tərəfdən yoldaşı dalında 
qaçıb və ondan sonra qaçaq olubdur ki, cəmi iqlimi dolanıb. Bir tərəf 
Xorasan və bir tərəf Kərbəla və bir müddət Tehranda qalıbdır və bir 
müddət Osmanlı məmləkətlərində dolanıb. İran dövlətini də gəzib, sonra 
yenə Qarabağ tərəfə gəlib. Qərəz, bir gün gəlir öz evinə ki, bir neçə gün 
qala. Çünki qılçasın at vurub sındırmış imiş. Evində yatırmış. Ağanın 
düşmənlərindən birisi gedib Murov İvan bəyə  xəbər edibdir ki, Ağa 
gəlib Bayandurda yatır və qılçasın at sındırıb, qaça bilməz. Yaxşı fürsət 
vaxtıdır. Murov İvan bəy iki yüz nəfər atlı və yüz nəfər piyada çəlik cəm 
edib səhərə iki saat qalmış  gəlib Bayandur kəndinə  və  Ağa olan evin 
qapısın kəsib, məşğul olublar tüfəng atmağa. Ağa xəbərdar olub yoldaşı 
ilə kəsir qapını. Hər kəs irəli gəlir, odlayır. İvan bəy görür ki, çox adam 
öləcəkdir. Hökm edir küləş götürsünlər ki, damı odlayalar. Elə ki bu işə 
bina qoyurlar, Baharlı sakini İsmayıl bəy Vəliyev orada imiş  və 
xəbərdar imiş ki, Ağa olan evdə çox övrət və uşaq var. Çünki Ağa naxoş 
olmağa görə  və  səfərdən təzə  gəlməyinə görə tamam övladı  Ağanı 
görməyə  gəlib cəm imişlər. Qərəz, Murov İvan bəyə  məlum edir ki, a 
İvan bəy, hərgah fikrin budur ki, Ağanı ya tutasan və ya öldürəsən, 
haqqdır. Yoxsa bu qədər övrət və  uşaq od içində yandırmağı  və 
gülləbaran etməyi istəyirsən, bu iş  nə Allaha rəvadır və  nə padşaha 
xoşdur. Sən buyur bir qədəri aram olsunlar ta mən bir-bir o övrət və 
uşağı çıxardım. Ağa ilə özün bilərsən. Murov razı olub və Mirzə İsmayıl 
bəy gedib damın qapısında durub və bir-bir övrətləri və uşaqları damdan 
çıxardıb, ondan sonra məşğul olublar damı odlamağa və küləşi odlayıb 
damın bacasından içəri tökürmüşlər. Bəlkə rüstü boğa, çölə  çıxalar. 
Qərəz, Ağa və yoldaşı içəridə damın divarın dağıdıb girirlər tövləyə və 
atlanıb, birdən uca səslə "Ya Əli" deyib tövlənin qapısından çıxırlar. 
Qabaqca Ağa, dalınca yoldaşı Mirzə İsmayıl bəy. Belə nəql edilirdi ki, 
Ağa qapıdan çıxan vaxtda 
 
71


damın üstündən və ətrafdan iki yüz tüfəng atdılar ki, təmamən əlbəəl idi. 
Heç birisi Ağaya dəymədi. Amma yoldaşın öldürdülər. Elə ki Ağa bir 
tüfəng mənzili qaçdı (qaşdı) atın saxladı  və Murova söyürdü və 
atışırdılar. Murovun pomoşniki paruçik Şirin bəy Əlyanlı sakini Ağaya 
deyib: - A köpək oğlu, rus padşahı ilə padşahlıq edəcəksən? Niyə başını 
götürüb bir yana getmirsən? Bu sözü deyib, bir güllə atıbdır. Güllə 
gedib Ağanın atının yalından dəyibdir. Və Ağa Şirin bəyə söyüb ki. A 
köpək oğlu, elə güllə atmazlar. Al, gəldi. Bir güllə atıb gəlib Şirin bəyin 
atının qarnından dəyib və at yıxılıb. Şirin bəy atın altında qalıb, həmin 
saat ölübdür. Həmin atın altında qalmaqlıq ilə sonra Ağa yayınıb və 
Murov Şirin bəyin meyitin götürüb öz yerinə qayıdıbdır. Ağa Mincivan 
bəyləri ilə dost imiş. Həmişə  gəlib-gedirmiş. Mincivan bəyləri belə 
tədbir ediblər ki, gərək bu dəfə  Ağanı öldürək.  Əvvəl-axır Ağadan 
bizlərə  zərər gələcəkdir. Bir gün yenə  Ağa gəlib mincivanlı  Əbutalıb 
bəyin evinə. O gecə orada qonaq olub, səhər atlanıb gedən vaxt 
təmamən Mincivan bəyləri Ağa ilə atlanıblar ki, bir qədər yolu səninlə 
söhbət edə-edə biz də gedəcəyik. Elə ki, qışlaqdan bir qədər gediblər, o 
yerlərdə yaxşı at çapmalı  və tüfəng oynatmalı düzlər var. O düzlərə 
çıxanda təmamən tüfənglərin çıxardıblar ki, at çapaq və tüfəng oynadaq. 
Ağa etibar edib, qəflətən təmamı birdən Ağanı gülləbaran ediblər. On 
səkkiz güllə  Ağanın bədəninə  dəymişdi və  Ağanın o vaxt yoldaşı yox 
imiş. On dəqiqə sağ qalıb, həmin bu sözü deyib ki, a kömək uşağı, məni 
namərdlik ilə öldürdünüz. Allah bu intiqamı sizdən alsın. 
Ondan bir az sonra həmin Mincivan bəyləri ki, təmamən bir-birilə 
övlad idilər, mülk üstə bir-birini qırdılar. Yeddi-səkkiz nəfər öldü və 
yeddi-səkkiz nəfər Sibirə getdilər. Bunların axın bu tövr oldu və 
bayandurlu Ağanın axırı belə oldu. 
Və bir də yenə  Zəngəzur uyezdinin Min kəndindən bir nəfər qaçaq 
çıxıb. Bir neçə  nəfər yoldaşları ilə ki, dəstənin adlısı Rüstəm irniş. 
Bunlar da bir müddət dolamblar və güzarları  Aşağı  Kəbirli mahalına 
düşüb və  həmin mahalda Xınzırıstan kəndində Molla Hüseyn adlı bir 
kişinin evinə  şəbxun aparıblar. Həmin kişinin hər nə dünya malı var 
imiş  təmamən aparıblar və özünü öldürüblər. Və bu qaçaq Rüstəm 
bayandurlu Ağanın vaxtında imiş. Bir müddətdən sonra bayandurlu 
Ağanın güzarı Kəbirli mahalına düşüb. Həmin 
  
 
72


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə