1853-cü ildə Krım müharibəsi başlananda Əhməd bəy döyüşən ordu
sıralarına göndərilir. Onun mənsub olduğu Qusar polku Sevastopol uğrunda
vuruşurdu. Yeri gəlmişkən xatırladaq ki, Krım müharibəsində, xüsusilə, Qafqaz
cəbhəsində iki mindən artıq azərbaycanlı döyüşlərdə iştirak etmişdir. O
cümlədən Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy, qardaşı oğlu İskəndər bəy bu
döyüşlərdə şücaət göstərmişlər.
Əhməd bəy 1854-cü ildə istefaya çıxıb, doğma kəndi Kəhrizliyə qayıdır.
Keçən əsrin 60-cı illərində o, susuz Mil səhrasında kənd təsərrüfatını
canlandırmaq məqsədilə Arazdan su arxı çəkdirməyə səy göstərir. Arazdan
alınan su qədim Gavur arxı ilə birləşdirilir.
70-ci illərdə o, Şuşa bəy komissiyasının tərkibinə daxil edilmişdi. Saxta
yollarla bəylik adı alanları ifşa etdiyinə görə, düşmənləri ona şər atıb bir
müddət həbsxanada saxlatmışdılar.
Əhməd bəyin əsərləri və tərcümələri qızı Həmidə xanımın təşəbbüsü ilə
1906-cı ildə Tiflisdə, C.Məmmədquluzadənin təşkil etdiyi "Qeyrət"
mətbəəsində "Asari-Əhməd bəy Cavanşir" adı ilə çap olunmuşdur.
Əhməd bəy Cavan
1
şirin "Qarabağnamə"si 1961-ci ildə Azərbaycan SSR
EA terəfindən ras və Azərbaycan dillərində də çap edilmişdir. Əsəri tarixçi
Ə.Şükürzadə Azərbaycan dilinə tərcümə etmiş, kitaba şərhlər yazmış və
müəllifin ömür yolu barədə yığcam məlumat vermişdir.
Mirzə Yusif Nersesov Qarabağinin "Tarixi-Safi" əsəri də "Qarabağnamə"lər
silsiləsində mühüm yer tutur. Həmin əsər haqqında ilk məlumatı Ə.Ə.Səidzadə
vermişdir. Son illərə qədər həmin əsəri itmiş hesab edirdilər. Lakin axtarış
nəticəsində məlum oldu ki, əsərin yeganə nüsxəsi Gürcüstan SSR EA yanında
S.N.Canaşia adına Dövlət muzeyinin əlyazmaları fondunda (inventar 195)
saxlanılırdı. Fars dilində olan bu əsər Qarabağın əsasən 1745-1828-ci illər
arasındakı tarixindən söz açır.
Müəllifin ziddiyyətli və yanlış mülahizələri həmin əsərin ayrı-ayrı
fəsillərində özünü göstərir. Tarixçi Ə.Hüseynzadənin "Mirzə Yusif Qarabağinin
"Tarixi-Safi" əsəri haqqında" məqaləsində əsərin məziyyət və qüsurlan ətraflı
şərh olunmuşdur
2
.
Mirzə Yusif Qarabaği (1798-1864) Cənubi Azərbaycanın Əhər mahalından
olub, minlərlə başqa ermənilər kimi sonradan Qarabağa köçmüşdür. O, 18 il
İranda yaşamış, farscanı öyrənmiş Sərdar Əmirxanın yanında işləmişdir.
Qarabağa qayıtdıqdan sonra bir müddət Tiflisdə Qriqor Orbelianinin yanında
tərcüməçilik etmişdir.
1 А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушински). "Известия" Азерб. ФАН
СССР, 1960, №6.
2 Bax: Ə.Hüseynzadə. Mirze Yusif Qarabağinin "Tarixi-Safı" əsəri haqqında. Azərbaycan SSR EA xəbərləri (ictimai
elmlər seriyası), 1960, № 6.
180
Q.Orbelianinin yanında işləyərkən Dağıstan hərbi əməliyyatlarında iştirak
etmişdir. 1856-cı ildə Temirxanşurada "Məcmuəi-divani-Vaqif və müasirin"
əsərini çap etdirmişdir.
Mirzə Yusif Qarabaği 1864-cü ildə vəfat etmişdir. O, "Tarixi-Safi" əsərini
Qriqor Orbelianinin əmri və knyaz D.D.Georqadzenin maddi yardımı ilə
yazmışdır (1855).
Mir Mehdi Xəzaninin "Qarabağ tarixi" əsərinin də "Qarabağnamə"lər
silsiləsində özünəməxsus yeri var. Xəzani Qarabağın sabiq Zəngəzur qəzasının
Bərgüşad mahalında, Mamırlı kəndində doğulmuşdur. Atası Mir Haşım
Qarabağın məşhur seyidlərindən biri idi. Sonralar onlar Qarabağın Tuğ kəndinə
köçmüşlər. Mir Mehdi Xəzani Tuğ kəndində də vəfat etmişdir. Qəbri də elə
oradadır.
Qarabağ təzkirəçilərindən Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab",
Məhəmmədağa Müctəhidzadə "Riyazül-aşiqin" əsərində Xəzaninin mükəmməl
savada malik olduğunu, Şərq dillərini bildiyini, divan yaratdığını qeyd edirlər.
Xəzani ilk təhsilini qardaşı Mir Cəfərdən almışdır. Sonra isə Zəngəzura
gelmiş, burada molla Zülfüqarın yanında olmuş, ondan çox şey öyrənmişdir.
Keçən əsrin 30-40-cı illərində Gəncə şəhərində yaşayan Xəzani çoxlu kitab
mütaliə etmiş, Gəncə məktəblərində məktəbdar olmuşdur. Az sonra
M.M.Xəzani rus dilində yeni tipli məktəb açmışdır. 1859-cu ildən o, Şuşaya
köçmüşdür. 70-80-ci illərdə M.M.Nəvvabın "Məclisi-fəramuşan" ədəbi məcli-
sinin yığıncaqlarının fəal iştirakçılarından biri də Xəzani idi.
M.M.Nəvvabla M.M.Xəzani möhkəm dost idilər. M.M.Nəvvab "Təzkireyi-
Nəvvab" kitabında M.M.Xəzaninin öz dəsti-xətti ilə yazılmış qısa tərcümeyi-
halını və şeirlərindən nümunələri vermiş, öz litoqrafiyasında onun "Şəriətül-
islam" kitabçasını çap etmişdir. Xəzaninin "Qarabağ tarixi" əsərinin bir sıra
əlyazmaları mövcuddur, bu variantlar haqqında tarixçi Əli Hüseynzadə bir
məqaləsində geniş söz açır. Məlum olur ki, M.M.Xəzani öz əsərini Mirzə
Adıgözəl bəyin və Mirzə Camalın "Qarabağnamə" əsərlərinin təsirilə
yazmışdır. Təsadüfi deyildir ki, M.M.Xəzani öz əsərinin ilk variantını "Asari-
əl-camal" adlandırmışdır
1
. Əsərin təkcə adı deyil, məzmunu və fəsilləri də
Mirzə Camalın əsərinə bənzəyir. M.M.Xəzaninin əsəri müqəddimə, 24 fəsil və
bir xatimədən ibarətdir. "Qarabağ tarixi" əsərində təsvir olunan hadisələr Nadir
şahın vəfatı dövründən Türkmənçay müqaviləsinin bağlanmasına qədərki bir
dövrü (1747-1828) əhatə edir.
Tarix elminə çoxdan məlum olan bu əsərin əldə bir neçə əlyazma nüsxəsi
olduğundan onun elmi-tədqiqat mətninin çapında həmin nüsxə fərqlərini nəzərə
almaq zəruridir.
1 Bax: Azərbaycan SSR EA-nın Əlyazmaları İnstitutu, inv. B-2381.
181
M.M.Xəzaninin elm aləminə məlum olan "Qarabağ tarixi"nin son nüsxəsi
Əlyazmaları İnstitutunda B-1917 inventarla saxlanır. "Asarül-Camal" adlanan
həmin nüsxənin həcmi 166 səhifədən ibarətdir. Giriş sözü, müqəddimə və
birinci fəsli olmayan həmin nüsxənin üzü 9 noyabr 1905-ci ildə köçürülmüşdür.
Xəttatın özü tərəfindən verilən qeyddə də əsərin üzünün tələsik köçürüldüyü
göstərilir və oxuculardan üzr istənilir.
"Qarabağ tarixi" əsərinin əlyazması şəklində belə geniş yayılmasına səbəb
onun sadə Azərbaycan dilində yazılmasıdır.
M.M.Xəzaninin "Qarabağ tarixi" əsərinin yazılma tarixi dəqiq məlum deyil-
dir. Lakin son nüsxədə cjeyd olunur ki, əsər 1866-cı ildə yazılan bir əlyazma-
sından köçürülmüşdür. Aydın olurki, bu əsər 1866-cı ildən əvvəl mövcud idi.
Qarabağ tarixini öyrənmək üçün maraqlı və əhəmiyyətli mənbələrdən biri
də Mirzə Yusif Əhərinin "Əhərnamə" kitabıdır. Bu əsərdə Qarabağ tarixinin bir
sıra mühüm problemləri işıqlandırılır. Həmin əsərdə Ağa Məhəmməd Şah
Qacar müharibələri dövründə Xəmsə erməni məliklərinin xəyanəti və satqınlığı
barədə maraqlı faktlar vardır. Şübhəsiz, erməni məliklərinin bu antiazərbaycan
və antigürcü siyasətinin doğru izahı (onlar Qarabağı ələ keçirmək üçün Qacara
öz xidmətlərini təklif edirdilər və təbiidir ki, bu zaman Rusiyanın Qafqazdakı
planlarına ciddi zərbə endirirdilər) erməni alimlərinin belə bir mülahizəsinin
puçluğunu göstərir ki, guya Qarabağın Rusiya tərkibinə daxil olması, ilk
növbədə, buradakı erməni məliklərinin fəaliyyəti nəticəsində mümkün
olmuşdur...
Qafqazda çıxan ilk rus qəzeti "Тифлисские ведомости" (1828-1833)
səhifələrində Qarabağ tarixinə dair bir sıra maraqlı məqalələr çap olunub... O
cümlədən, "Qarabağ əyalətinə tarixi nəzər" (23 sentyabr 1830), "Şahbulaq
qalası", "Şahbulağın müasir tarixi", "Səyahətdən" (28 avqust 1830) və s. həmin
məqalələr "3...v" imzası ilə çap olunmuşdur. Şübhəsiz, bunların müəllifi Platon
Zubovdur. 1749-cu ildə Pənah xan tərəfindən tikilmiş Şahbulaq qalası XIX
əsrin əvvəllərində də öz müdafiə əhəmiyyətini saxlayırdı. "Qarabağnamə"
müəllifləri də bu faktı təsdiq edirlər.
P.Zubov az sonar "Карабахский астролог или основания крепости
Шуши в 1752 году (Москва, 1834)" əsərini yazdı. Həmin əsərdən bəzi
parçalar əvvəlcə "Тифлисские ведомости" qəzetində dərc edildi. P.Zubov
şübhəsiz ki, Pənah xanın və ümumən Qarabağ xanlığının təşəkkülü və
formalaşması prosesini öyrənə bilməmişdi. Şuşanın 1752-ci ildə tikilməsi fikri
də doğru deyil. Çünki Şuşa şəhəri 1750-ci ildə salınmışdır. Bununla belə
P.Zubovun "Qarabağ astroloqu və ya Şuşa qalasının 1752-ci ildə bina edilməsi"
əsərini Şuşa tarixinə dair ilk mənbələrdən biri hesab etmək olar.
Tiflisdə çıxan "Закафказский вестник" qəzetindəki iki məqalə də Qarabağ
tarixini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlardan biri imzasız çap
olunub, "Qarabağ xanlığının Pənah xandan Mehdiqulu xanadək mövcudiyyəti
övründəki hadisələrin təsviri" adlanır
1
.
1 "Закавказский вестник", 1845, №13-14.
182
Dostları ilə paylaş: |