ÜÇÜNCÜ FƏSIL YAZILIR
O PƏHLƏVANLARDAN Kİ,
BU VİLAYƏTDƏN ƏMƏLƏ GƏLİBLƏR
Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var
idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və
güləşkən adam idi.
Və heç kəs onun arxasın yerə qoymayıbdır. Öz vaxtında olan
pəhləvanlar ki, Şəkidən və Təbrizdən və Badkubədən gəliblər, təmamın
mərhum Cəfərqulu xanın qulluğunda basıbdır. Bir pəhləvan Sarabdan
gəlib, adı pəhləvan Rüstəm idi. Özünə dovtələb olub, gəlib Qarabağa ki,
pəhləvan Nabat ilə küşti tutalar. O vaxt qəzadan pəhləvan Nabat bərk
naxoş imiş. Özüylə güləşmək mümkün olmayıbdır. Amma yanında bir
növcəsi var imiş. Adı pəhləvan Seyid Həsən. Həman pəhləvan Rüstəmi
bu növə basıbdır. Amma sair vaxtlarda bir pəhləvan ki, hər yerdən
gələrmişlər, təmamın pəhləvan Nabat basarmış. Və bir nəfər pəhləvan
Şəkidən gəlib adı pəhləvan Bağır. Çox adlı və tənumənd adam imiş.
Onu basıb və neçə pəhləvan Badkubədən gəliblər, onları təmamən
basıbdır. Və yenə Təbrizdən vəliəhd qulluğunda mərhum Məhəmməd
şahın pəhləvanı var imiş. Onu basıbdır. Elə ki bu tövr olub: Təbrizin
lotuları bu fikrə düşüblər ki, pəhləvan Nabatı öldürələr. Bu əhvaldan
qarabağlı camaatları xəbərdar olublar. Gəlib Xanıkov konsula şikayət
ediblər. Xamkov konsul pəhləvan Nabatı gətirdib öz qulluğunda
saxlayıb və qarovul ilə Təbrizdən yola salıb və pəhləvan Nabat küşti
tutan vaxtda dizlərinin gözünə aya bağlarmış və yaxşı mil oynadarmış.
Çox qüvvətli adam imiş. Belə ki, bir gün bir rəs kəl qızıb Xəlfəli
qapısından çövdar malından ayrılıb qaçıb bazara, ta gəlib aşağı bazarda
pəhləvan Nabata düçar olub və pəhləvan Nabat çiynində bir güni mal
gəlirmiş. Bazarda görüb xalq hər biri bir yana qaçırlar. Soruşub bu nədi?
Deyiblər: Pəhləvan Nabat, qaç ki, bir qızmış kəl bazar adamın qırdı. Bu
halda kəl gəlib yetişir, pəhləvan Nabat olan yerə. Elə ki kəl pəhləvan
Nabata soxulur. Pəhləvan mal günin çiynindən atıb bu kəlin
buynuzlarından tutub boynun qanurub yıxır yerə və oturur boynun üstə.
Xalq gəlib kəlin əl və ayağın bağlayıb, saxlayırlar ta sahibi gəlib bir növ
ilə aparır.
67
Və yenə həmin Dördlər qurdu məhəlləsində Seyid Həsən adlı bir
nəfər pəhləvan var idi. Pəhləvan Nabata bərabər olmazdı. Bir-birilə
həftədə bir dəfə Cəfərqulu xanın qulluğunda küşti tutardılar və
oynaşardılar. Amma heç birisi bir-birin basmamışdı. Və bu Seyid Həsən
yenə neçə nəfər pəhləvan ki, Badkubədən və Salyandan və Təbrizdən və
sair yerlərdən ki, gəliblər, təmamın arxasın qatlıyıbdır və ölüncə bir
pəhləvan onun arxasın yerə qoymayıbdır. Və bir də həmin pəhləvan
Seyid Həsən bir para işlər tutarmış ki, adam təəccüb edərmiş. Belə ki,
bir fnanqal odu təmamən bir-bir əlində sürrüb keçirərmiş və odlu
kösövü dilinə çəkib dili ilə keçirərmiş, nə əli və nə dili yanmaz imiş və
dəmiri qızdrrıb elə keçirərmiş. Oldur ki, o vaxtdan o tayfalara kösöy
yayılan sufilər deyirlər. Onun odun hərarətindən ehtiyatı yox imiş. Əli
və ayağı ilə və dili ilə nə qədər istəsəmiş odu keçirib və bir zəhmət
görməz imiş.
Və yenə bir nəfər pəhləvan Çuxur məhəlləsində olubdur və onun adı
pəhləvan Məhəmməd idi. Bu da çox görkəmli və şücaətli və tənumənd
adam imiş. Neçə nəfər pəhləvan basıbdır. Amma bir az kəmcürət adam
imiş. Öz şücaətinə layiq o qədəri zoru və cürəti yox imiş. Həmin çox
görkəmli və nəzərə gələn və meydan dolanan və yaxşı milbazlıq və
rübai oxuyan pəhləvan imiş ki, həmişə mərhum Cəfərqulu xanın
qulluğunda mərikə qurub, növçələr ilə küşti tutarmış. Amma pəhləvan
Nabata və pəhləvan Seyid Həsənə bərabər deyilmiş.
Və bir də neçə dəstə qaçaqlar ki, hər əsrdə çıxıblar, onlardan bir neçə
kəlmə yazıb məlum edək ta məlum olsun ki, onlar nə tövr bəd
bihesablıq ediblər və axırları nə tövr olubdur. Belə ki, qədim vaxtı
Rusiya dövləti qalaya təsərrüf olandan sonra o vaxtlarda ki, mərhum
İbrahim xanın dəftərxanası dustaqxana idi, şil qurdlarından bir nəfər
qaçaq çıxıb, onun adı Zaman idi. Xalqa ondan çox zərər olurmuş. Bir
müddət öz hünərinə dolanıb və hər yerdə çəpavül edib, bəd bihe-sablığla
məşğul imiş. Əvvəl onu rurublar və dustaqxanada irniş. Bir tövr olub
qaçıbdır və bu Zamanın bir anası var imiş çox tamaşalı, adı Həbətə imiş.
Belə ki, o, övrətin boyu bir arşın və eni üç çərək imiş. Uşaqlar dalma
düşüb, sataşarmışlar və deyirmişlər:
- Bu gün-sabahdı görərsən, Zaman bir dəstə yasavul ilə yenə
dustaqxanaya gəldi.
Həbətə qarnına döyüb belə deyərmiş:
68
- Hərgah Zaman bu qarından çıxıbdır, bir də rusun əlinə düşməz.
Qərəz, bir müddət yenə Zaman gəzib və hər yerdə çəpavül edərmiş. Bir
gün Xojalı (Xocalı) çaparxanasında poçt üstə düşüb, istəyib poçtu
dağıda. Bir neçə nəfər adam durub yalvarıbdır. Sonra qazaq bir güllə
atıb Zaman ölübdür və həmin poçtxananın qabağında Zamanı başı üstə
basdırıblar. Bir neçə gündən sonra gecə gəlib, çıxardıb aparmışdılar.
Bunun dövranı bu tövr olub və axırı belə olubdur.
Və yenə bir qaçaq ki, İsmayıl bəy imiş. Cavanşir mahalından
Amaniyan qurdlarının obasından çıxıb, qraf naçalnikin vaxtında bu da
çox işlər edib ki, onun tutduğu işləri yazmaq mümkün deyil. Çox poçt
dağıdıb və çox bəlalər xalqın başına gətiribdir. Ələ düşməyib, gedib
Sultanbud təpəsində oturub və o ətrafdan bir nəfər qoca övrət gətirib, o
qocaya bir dəst libas verib, təmamən qırmızı. O qarıya deyib:
- Hərgah bunları çıxardasan, gəlib evini dağıdacağam. Hər kəs
səndən soruşa ki, a qarı nənə, bu nə qırmızı paltardı geymisən. Cavab
ver ki, İsmayıl dövranıdır.
Belə olar bir müddət. Bu növlə keçərdi. Sonra öz yoldaşı
Gülməmmədi nam yatdığı yerdə öldürmüşdü və gəlib naçalniyə xəbər
gətirmişdi ki, İsmayılı öldürdüm.
Və qraf-naçalnik hökm edib ki, İsmayılın meyitini qalaya gətiriblər.
Tamam qala əhli tamaşaya gedib baxırmışlar. Naçalnik gəlib İsmayılın
uzun bığları var imiş, tutub bığından silkələyib deyir:
- Necədi, a İsmayıl bəy! Yenə qoçaqlıq edəcəksənmi?
Və bunun axırı bu tövr olubdur.
Və yenə Kəbirli uyezdindən Xınzırıstan obasından Qanlı Behbud
qaçaq olubdur. Bu da bir para işlər edib və çox yerlərdə çəpavül edib və
adam öldürüb, bəd bihesablığı həddən artıq edib və cürətin bir məqama
yetirib ki, gəlib Əsgəran qalası ki, qaladan üç ağac aşağıda məlumdu,
həmin qalaçada məskən edib və neçə gün orada oturur, hər kəs qaladan
gəlirmiş, tutub saxlarmış və hər kim aşağa mahallardan gəlirmiş, yenə
tutub həmin Əsgəran qalaçasında saxlarmış və o vaxt naçalnik Tarxanov
imiş və Murov, yarımsaqqal Ohancan bəy İsfəndiyarov imiş. Qəzadan o
günlərdə ki, Behbud Əsgəranda mənzil edib və gəlib-gedənləri rutub
soyandan sonra dustaq edib saxlarmış. O günü Murov Ohancan bəyin
qardaşı Əmircan bəy qalalı Ağa Rəfi ilə poçta minib Gəncə şəhərinə
gedirmişlər. Bunları da Behbud tutub
69
Dostları ilə paylaş: |