Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə27/246
tarix15.03.2018
ölçüsü5,84 Mb.
#31555
1   ...   23   24   25   26   27   28   29   30   ...   246

 

 

57 



kimi  fəaliyyətdən  qalmayaraq  ya  başqa  qrupa  keçmiş,  yaxud  da  inkişaf  edərək  daha  da 

güclənmişdi.  Deməli,  müəssisələr  yalnız  öz  lövhələrini  dəyişmişdi.  Məsələn, 

N.Krasilnikovun Tiflis şirkətinin, Y.A.Mansvetovun və bir neçə başqasının firmalarının 

adları 1913-cü ilə aid olan siyahıda artıq yox idi. Lakin onlar Lianozovla birləşmişdilər. Bu 

münasibətlə məşhur mütəxəssis V.İ.Frolov yazırdı: "Bu o demək deyilmi ki,  Lianozovla 

bir  firmada  birləşənlər  keçmiş  daşnak  firmalarındakından  daha  güclü  yeni  aqreqat 

yaratdılar?"

154


 Həqiqətən də öz fəaliyyətlərini dayandırmaq təhlükəsi qarşısında qalan kiçik 

və orta firmalar daha güclü firmalarla birləşməyə can atırdı. 

Müharibə  ərəfəsində Azərbaycanın neft sənayesində  neft çıxarmaqla  məşğul 

olan  173  firma  fəaliyyətdə  idi.  Onlar  hasil  etdikləri  neftin  miqdarına  görə  beş  qrupa 

bölünürdülər. Birinci dörd qrupdakı 37  müəssisənin illik  məhsulu 350 min pud, sonuncu 

qrupdakı  136  müəssisənin  isə  illik  məhsul  istehsalı  69  mln pud  idi

155

.  Bu, neft  istehsalı 



sənayesinin  iri  firmaların  əllərində  cəmləşdiyini  göstərir.  Müharibəqabağı  illərdə 

firmaların yeni qruplaşması baş verdi, onların çoxu bu və ya digər güclü iri neft istehsalı 

firması ilə birləşdi. 

Bu dövrdə Azərbaycan neft emalı sənayesində də təmərküzləş mə prosesi gedir, 

istehsal edilən məhsulların 65 faizini 6 iri neft emalı zavodu verird i  ki, onun da 30 faizi 

"Nobel qardaşları" və "S.M.Şibayev və K°" şirkətlərinin payına düşürdü

156



Neft ixracı da iri firmaların əllərində cəmləşməkdə davam edirdi. 1913-1914-cü 



illərdə  dəniz  vasitəsilə neftin daşınmasına  dair  məlu matlar bunu bir daha sübut edir. 

1913-cü ildə neft ticarəti ilə  məşğul olan bütün firmalar 5,1 mln. pud 1914-cü ildə 9,8 mln 

pud

157


, "Nobel qardaşları" şirkəti, müvafiq olaraq, 1,5 mln pud (29,7 faiz) və 4,5 mln pud 

(46,7 faiz) ixrac etmişdi. "Nobel qardaşları" şirkəti müharibə ərəfəsi illərdə Bakıdan ixrac 

olunan bütün neft məhsullarının üçdə birini çıxarmışdı; 1910-cu ildə 31 faiz, 1911-ci ildə 

32  faiz, 1912-ci ildə isə 34 faiz

158

. Ölkənin daxili bazarlarında özlərinin hakim vəziyyətini 



yaratmaq üçün ixracla məşğul olan iri firmalar nəqliyyat vasitələrinin çoxunu öz əllərində 

cəmləşdirməyə çalışırdı.  Məsələn, "Nobel  qardaşları" şirkəti  idarəsinin  Bakı  kontoruna 

göndərdiyi məktubunda qeyd olunurdu ki, 1913-cü ildə Lianozovun on benzin sisterni, 

hər sistern  üçün gündə  1  man.  15  qəp. ödəməklə,  "Nobel  qardaşları" şirkətinə  icarəyə 

verilmişdi

159


. Bu icarənin məqsədi yükdaşıma vasitəsinin çatışmazlığı ilə əlaqədar olsa da, 

başlıcası  "rəqibə  Bakıdan  benzin  və  Suraxanı  neftini  ixrac  etmək  üçün  bu  sisternlərdən 

istifadə etmək  imkanı verməmək"  idi. "Nobel qardaşları" şirkəti  ilə  "Okean"  cəmiyyəti 

arasında  bağlanan  üç  naviqasiya  müddətində  (1914-1916-c ı  illər)  hər  ili  5,3  mln  

pud  ma zut  nəql  et mə k  üçün  8  gə mi  icarəyə  götürmək  b arədə  müqavilə   də  bu 

məqsədi güdürdü

160



Neft  istehsalının  təmərkü zləşməsi  p rosesinin  nəticələrindən  biri  də 



fəhlələrin  iri  firmalarda  cəmləşməsi  id i.  1907-ci  ildə  Bakının  neft-mədən 

rayonlarındakı  23  firmadan  cəmi  26929  nəfər,  yəni  hər  müəssisədə  orta  hesabla 

1171  nəfər,  qalan  orta  və  kiçik  müəssisələrin   hər  b irində  isə  76  nəfər  fəhlə 

işləyird i

161

.  Fəhlələrin  təmərküzləşməsi  neft  emalı  sənayesində  daha  yüksək 



səviyyədə  idi.  Əgər  1912-ci  ildə  hər  birində  500-dən  ço x  fəh lə  çalışan  mədən 


 

 

58 



müəssisələri bütün fəhlələrin 42,7 faizini təşkil ed irdisə, bu qədər fəhləsi olan emal 

zavodlarında  hələ  1910-cu  ildə  bütün  fəhlələrin  57,2  faizi  çalışırd ı.  Fəhlələrin 

təmərkü zləş məsinin  özünəməxsus  xüsusiyyətləri  var  idi.  500-dən  bir  neçə  minə 

qədər  fəhləsi  olan  iri  və  ən  iri  zavodlardakından  fərqli  olaraq,  mədən  fəh lələri 

dağınıq id i, onlar ayrı-ayrı firma və rayonlarda onlar və yü zlərlə  mədənlərə səpə-

lən mişdilər. 

Neft  sənayesi  fəhlələrin in  təmərküzləş məsində  tərəddüd  nəzərə  çarpırd ı. 

1907-c i  ildə  500  və  daha  çox  fəhləsi  o lan  iri  və  on  iri  müəssisələr  bütün 

müəssisələrin  11,6  faizini  təşkil  edir  və  bütün  fəhlələrin  67  faizini  özündə 

cəmləşdirirdi.  1910-cu  ildə  həmin  müəssisələrdə  fəhlələrin  40,4  faizi  işləyirdi. 

Fəhlələrin  sayındakı  azalma  ölkənin  siyasi  və  iqtisadi  həyatında  baş  vermiş 

dəyişikliklərlə bilavasitə bağlı idi. 

Müharibə  ərəfəsində  də  neft  sənayesində  fəhlələrin  sayının  tərəddüdü 

mey lləri  ö zünü  göstərirdi.  Materialların   bahalaşması  ilə  əlaqədar  o laraq,  bir  sıra 

firma lar  buruq  qazıma   işin i  və   neft  hasilat ını  ixt isara  salmış,  1911-c i  ildə  təkcə  

qazıma  işində  fəhlələrin  sayı  40  faiz  azalmışdı

162

.  Bu,  əsasən  bir  sıra  firmaların 



qazıma  işindən  imtina  etməsi  ilə  bağlı  idi.  Lakin  1913-cü  ildə  fəhlə  və 

qulluqçuların sayı artaraq 45  minə (1903-cü  ildə 28,6  min id i) çatdı.  Onlardan neft 

istehsalında  29  min,  buruq  qazımada  8,3  min,  zavodlarda  4  min,  yardımçı 

müəssisələrdə 3,7 min fəhlə çalışırdı

163



Azərbaycan  neft  sənayesinin  təmərkü zləşməsinin   xarakteri  ABŞ -dan 



fərqli id i. ABŞ-da  xırda  istehsal üstünlük təşkil edir,  iri  kapital isə neft ixracını öz 

əllərində  cəmləşdirərək,  neft  istehsalı  sahəsini  öz  nəzarəti  altında  saxlayırdı. 

Azərbaycanda  isə  təmərküzləşmə  prosesi  neft  işinin  bütün  sahələrini  əhatə  etmişdi. 

Neftin iri neft kompaniyalarının əlində cəmləşmiş torpaqlardan çıxarılması, neft emalı və 

onun daşınması üzərində nəzarəti asanlaşdırır, çox da böyük olmayan vəsait hesabına neft 

sənayesində onların ABŞ inhisarları kimi aparıcı olmalarına şərait yaradırdı. 



Beynəlxalq  korporasiyalar:  "Şell",  "Nobel"  və  "Oyl".  XX  əsrinə 

əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyət miqyasına görə beynəlxalq səciyyə 

daşıyan sənaye-maliyyə birliklərinin yaranması prosesi başa çatdı. 

İri  müəssisələrin  neft  istehsalının  bütün  sahələrini,  nəqliyyatı  və  ticarəti  öz 

nəzarətləri altına alması onların təşkili və fəaliyyətində yeni firmalar yaratması və iri neft 

sənaye-maliyyə  korporasiyası  qurması  üçün  münbit  zəmin  idi.  Onlar  Rusiyanın  sosial-

iqtisadi quruluşu üçün  xarakterik olan  istehsalı böyütmək  işini neft sənayesinə də tətbiq 

etmişdilər. Azərbaycanda  iri  neft birləşmələrinin yaradılması  Qərbin  eyni cür  qruplarına 

qarşı durmaq üçün də zəruri idi. 

Birinci  dünya  müharibəsi  ərəfəsində  Azərbaycanın  neft  sənayesində  bir  neçə 

qüdrətli birliklər yarandı. Onlar Rusiya bankları ilə sıx qarşılıqlı münasibət qurmuşdu və o 

qədər qüdrətli idi ki, nəinki öz müstəqilliklərini hər hansı bankdan, yaxud qrupdan qoruyub 

saxlaya  b ilir,  hətta  Rusiya  və  xarici  banklardan  öz  məqsədləri  üçün  istifadə  edirdilər. 

Onlardan ən iriləri "Royal datç Şell ənd K°", "Şell", "Nobel" və "Oyl" qrupları idi. 




Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə