Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə3/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   2   3   4   5   6   7   8   9   ...   216

 

V.Bartold,  Ġ.Markvart,  V.Minorski,  K.Trever,  Y.Bertels,  V.Beylis,  Ə.Kəsrəvi  və 



baĢqa bu kimi  xarici ölkə alimlərinin dövrün tədqiqi üçün az əhəmiyyət daĢımayan 

araĢdırmaların ı da qeyd etmək istərdik.

 

Onu  da  deməliyik  ki,  burada  təqdim  etdiyimiz  cildin  yazılmasında  istifadə 



edilmiĢ  mənbə  və  ədəbiyyatın  xüsusi  təhlilini  vermə kdən  imt ina  etdik;  belə   ki, 

görkəmli  mütəxəssislərimizin  ayrı-ayrı  tarixi  dövrlərə  həsr  etdikləri  məlu m  və 

məĢhur tədqiqatlarında bu iĢ yüksək elmi səviyyədə yerinə yetirilmiĢ, tədqiq edilən 

dövrün tarixĢünaslıq və mənbəĢünaslıq məsələləri səlahiyyətlə həll edilmiĢdir.

 

Beləliklə,  gördüyümü z  kimi,  xalqımızın  sasanilərin  hakimiyyətindən  tutmuĢ 



monqolla rın  iĢğalınadək  olan  orta  çağ  dövrü  son  qırx  ildə  ayrı-ayrı  kitablarda  öz 

əksini tapa bilmiĢdir. Lakin, bununla yanaĢı, Vətən tarixĢünaslığı qarĢısında dövrün 

tələb  etdiyi  vacib  bir  məsələ  dururdu:  ayrı-ayrı  alimlərimizin  gərgin  əməyin in 

məhsulu  olan  bu  əsərlərin  saysız-hesabsız  səhifələrinə  "səpələnmiĢ"  tariximizi 

vahid  kitabda  cəmləĢdirmək,  obyektiv lik  və  elmiliyə  xələl  gətirmədən  o xuculara 

təqdim etmək.

 

Obyektiv  və  subyektiv  səbəblər  bu  vacib  iĢin  on  illər  boyu  uzanmasına, 



son  illərdə  çıxan  tarix  kitablarının

1

  əhatə  etdiyi  bir  çox  mühü m  proble m  və 



məsələlərin,  mü xtəlif  fakt  və  hadisələrin  biri  digərini  təkzib  etməsinə  səbəb  old u. 

Bu  vaxtadək  xalq ının  və  ölkəsinin  tarixin i  pis-yaxĢı  bilməsi  ilə  öyünən 

tarixsevərlər  bir  yana  qalsın,  hətta  mütəxəssislər  də  tariximizin  ayrı-ay rı 

mərhələlərini  (o  cümlədən  bizim  cilddə  tədqiq  edilən  dövrü)  "özünəməxsus"  elmi 

süzgəcdən  keçirən,  "özünəməxsus"  qayda  ilə  iĢıqlandıran  müəlliflərin  bəzi 

fikirlərindən  baĢ  aça  bilmədilər.  Eyni  möv zuya  aid  biri  digərini  tə kzib  edən,  biri 

digərinin   əksi  olan  faktlar  və  hadisələr,  eləcə  də  daban-dabana  zidd  o lan 

"konsepsiyalar"  çoxdan  bəri  gözlənilən  bu  tarix  kitabların ın  ümu mi  uğuruna  təsir 

etdi, bir sıra vacib məsələ və problemlərin həllində hərc-mərclik törətdi. 

Bütün  bunlar  cildi  hazırlayan  müəllif  ko llektiv ini  və  onun  redaksiya 

heyətini  ağır  imtahan  qarĢısında  qoydu.  Uzun  illərdən  bəri  yenidən  və  yenidən 

yazılan,  dəfələrlə  təzə  materiallar  əsasında  dəyiĢdirilən,  yeniləĢdirilən  mətnlər 

üzərində  iĢ  davam  etdirild i.  Tədqiq  edilən  dövrün  səlahiyyətli  mütəxəssisləri 

mətnlərin yazılmasına cəlb olundu. Demək o lar, elə bir  müəllif olmad ı  ki, yazd ığı 

fəslə, paraqrafa elmi axtarıĢlarla dəqiq ləĢdirilmiĢ  material salmasın,  istifadə etdiyi 

mənbəni baĢqa mənbələrlə, eləcə də arxeolo ji tədqiqatların nəticələri  ilə, görkəmli 

alimlə rin a raĢdırma ları ilə müqayisə etməsin. 

Beləliklə, u zun illərin  ağrısı-acısı, sevinci-kədəri ilə yazılan kitab, nəhayət, baĢa 

çatdırıldı.  Lakin  ağ ır  təəssüf  hissi  ilə  kitabın  yazılmasında  iĢtirak  edən 

əvəzolun maz elm fədailərimiz akademik Ziya Bünyadovu, tarix elmləri doktoru 

 

1

M ahmud  Ġsmayılov.  Azərbaycan  tarixi.  Bakı,  1992;  Azərbaycan  tarixi.  Ən  qədim 



dövrlərdən  XX  əsrin  əvvəllərinə  qədər.  Bakı,  1993;  Azərbaycan  tarixi  (Ən  qədim 

zamanlardan XX əsrədək), I c, Bakı. 1994; Azərbaycan tarixi (Uzaq keçmiĢimizdən 1870-ci 

ilə qədər). Bakı. 1996.

 



10 

 

Mikayıl  Heydərovu,  tarix  elmləri  namizədi  Rauf  Məmmədovu  xatırlamaq  istərdik. 

Qoy onların da ruhları Ģad olsun

1



Cild in mətni aĢağıdakı müə lliflə r tərəfindən yazılmıĢdır: 

G i r i Ģ - tarix elmləri doktoru Nailə Vəlixanlı. 

I  f  ə  s  1  i  ("Azərbaycanın  III-VII  əsrlərdə  əra zisi  və  əhalisi");  

§  1  -  tarix  elmləri  doktoru  Fəridə  Məmtnədova,  §  2  -  tarix  elmləri 

doktoru  Sara  Qasımova,  §  3  -  filologiya  elmlə ri  doktoru  Q.Vo roĢil,  

tarix  elmləri  namizəd i  Yusif  Cəfərov,  tarix  elmləri  doktoru  Sara 



Qasımova 

və 


b.-nın 

tədqiqatları 

əsasında 

Nailə 

Vəlixanlı 

tərtib 


etmiĢdir. 

II  fəsil  ("III-VII  əsrlərdə  Azərbaycanın  Ģima lında  -  Albaniyada 

ictimai  quruluĢ  və  sinfi  mübarizə");  §  1-6,  8-10  -  tarix  elmləri 

doktoru 


Fəridə  Məmmədova,  §  7  -  tarix  elmləri  doktoru  İlyas 

Babayev. 

III


 

fəsil  (―III-VII  əsrin  ortalarında  Azərbaycanın  siyasi  həyatı 

(Albaniya)"; § 1-3 - tarix elmləri doktoru Fəridə Məmmədova. 

IV

 



fəsil  ("III—VII  əsrin  I  yarısında  Cənubi  Azərbaycanın  -

Adurbadaqanın sosial-iqtisadi və siyasi tarixi" ); § 1-8 - tarix elmləri doktoru Sara 



Qasımova. 

V  fəsil  ("III-VII  əsrlərdə  Azə rbaycan  mədəniyyəti");  §  1  -  tarix 

elmləri  doktoru  Qara  Əhmədov,  §  2  (a)  -  tarix  elmləri  doktoru 

Fəridə  Məmmədova,  §  2  (b)  -  tarix  elmləri  doktoru  Sara  Qasımova, 

§  3  -  sənətĢünaslıq  elmləri  doktoru  Nəsir  Rzayev,  tarix  elmləri  dok- 

toru  Aləm  Nuriyev,  tarix  e lmləri  na mizədi  Qoşqar  Qoşqarlı  və  b.-nın 

tədqiqatları  əsasında  Nailə  Vəlixanlı  tərtib  etmiĢdir.  §   4  -  sənət- 

Ģünaslıq 

doktoru 


Kamil 

Məmmədzadə 

(Azərbaycanın 

Ģimalı) 

və 


tarix elmləri doktoru Sara Qasımova (A zərbaycanın cənubu). 

VI

 



fəsil  ("Ərəb  iĢğalı  ərəfəsində  və  dövründə  Azərbaycanın  siyasi 

vəziyyəti. Azərbaycanın Ərəb Xilafəti tərkibinə daxil edilməsi"); § 1 - tarix elmləri 

doktoru  Fəridə  Məmmədova,  §  2-3  -  tarix  e lmlə ri  doktoru  Naih  Vəlixanlı,  §  4  - 

akademik Ziya Bünyadov. 

VII

 

fəsil  ("Azərbaycan  Ərəb  Xilafəti  tərkibində");  §  1-2  -  tarix  elmləri 



doktoru  Nailə  Vəlixanlı,  §  3  -  akade mik  Ziya  Bünyadov  və  tarix  elmlə ri  doktoru 

Nailə Vəlixanlı. 

VIII 


fəsil 

(" VII-X 

əsrlərdə 

A zərbaycanda 

sosial-iqtisadi 

məsələlər");  § 

1  - 

mü xb ir  ü zv  Teymur  Bünyadov,  §  2-3-tarix 



elmləri doktoru Nailə Vəlixanlı. 

 

1



 

Çox  təəssüf  ki,  kitabın  ilk  (1998-ci  il)  nəĢrindən  sonraki  illərdə  müəlliflərdən 

Sara  xanım AĢurbəyli, Qara Əhmədov, Zakir M əmmədov, Kamil M əmmədzadə, Q.VoroĢil, 

Nəsir Rzayev, Aləm Nuriyev dünyalarını dəyiĢmiĢlər (məsul red.). 

 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə