79
§ 5. VERGĠ VƏ MÜKƏLLƏFĠYYƏTLƏR
Vergi və mü kəlləfiyyətlər içərisində ən mühü mü qazidağ, xaraq və xarq
idi. Ġran mənĢəli olmayan hər üç termin aramilərdən keçsə də, fonetik və morfolo ji
baxımdan Ġran mühitinə uyğun Ģəkil almıĢdı. I Xosrovun vergi islahatından sonra
qazidağ termin i "can vergisi" mənasında iĢlənib. Əvvəllər ümu miyyətlə, vergi
mənasında olan "xaraq" termin i də elə həmin dövrdən torpaq vergisinə aid edilib.
Sasani "Qanunnaməsi‖ndə xarq termin inə iran mənĢəli bar termin i ilə
birgə təsadüf edilir. Mənbədəki məzmununa görə xarq termininin iki mənası var:
"mükəlləfiyyət, biyar" və "vergi".
"Vergilərin baĢçısı" olan xarqbed - Sasani dövlətinin idarə aparatında yüksək
mövqe tuturdu. Bu, mükəlləfiyyətlərin yerinə yetirilməsi və əhalidən vergi toplanması
iĢinə dövlətin verdiyi əhəmiyyətə dəlalət edir. Narsenin Payquludakı kitabəsində xarqbed
"Ģahzadələr" mənasını daĢıyan vaspurxlardan sonra ikinci yerdə durur, yalnız bundan
sonra vuzurqlar (əyanlar) və azadlar gəlir. Sasani sarayında xarqbedin tutduğu yüksək
mövqeni Bizans və erməni müəllifləri də göstərirlər (yeri gəlmiĢkən qeyd edək ki,
Bizans mənbələrində bu titul çox vaxt Ģəxsi və ya nəsli adla qarıĢdırılır). Mənbələrdə
eyni bir zamanda sərkərdə və baĢ komandan olan xarqbedlərdən də bəhs olunur. Bu
funksiyaların bir Ģəxs tərəfindən icrası Sasani dövləti üçün fövqəladə iĢ sayılmırdı. I
Xosrovun islahatlarına qədərki vergi sisteminin xarakteri haqqında ət-Təbərinin
məlumatında bildirilir ki, torpaq vergisi vaxtlı-vaxtında toplanmırdı; onun miqdarı isə
suvarma və əkinçiliyin yerlərdəki vəziyyətindən asılı olaraq məhsulun üçdə biri ilə altıda
biri arasında tərəddüd edirdi. QonĢu ölkələrdəki islahatlarla tanıĢ olub, onları öyrənən
tədqiqatçılar I Xosrovun vergi islahatının Roma imperatoru Diokletianın (284-305)
islahatlarından asılılığını müĢahidə etmiĢlər.
I Xosrovun dövründə üzərinə vergi qoyulmuĢ torpaqlar siyahıya alındı. Torpaq
siyahısı görünür hələ Kavadın dövründə tutulmağa baĢlanmıĢ, oğlu I Xosrovun
zamanında baĢa çatdırılmıĢdı. Vergi vahidi, onda bir hektara bərabər olan qarib
sayılmağa baĢladı. Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq
mü xtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsindən bir drahma, bir qarib
üzümlükdən 8 drahma, bir qarib qarayonca sahəsindən 7 drahma alınırdı. Dörd xurma
palmasından və altı zeytun ağacından isə 1 drah ma vergi tutulurdu.
I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20-50 yaĢlı kiĢilərdən
12, 8, 6 və 4 drah ma can vergisi müəyyən edilmiĢdi. Kübar nəsillər, əyanlar,
döyüĢçülər, katiblər, kahinlər və məmurlar can vergisindən azad idilər. Belə böyük
məbləği birdəfəlik ödəmək ağır olduğundan, vergilər dörd aydan bir, ildə üç dəfə
alın mağa baĢlandı.
Torpaq və can vergisi ilə yanaĢı əhalidən baĢqa vergilər də tutulurdu: Ģəhər
divarının tikilməsi və təmiri üçün, Ģəhər mühafizəçilərini silahla təmin edən
mə mu ru saxla maq üçün, kanalların təmizlənməsi və yenilərinin salınması üçün və s.
Əhali yol və körpülərin tikilməsi üçün material (daĢ, ağac) verməli, ö zü də bu
80
tikintilərdə iĢtirak etməli id i. ġəhərlərdəki sənətlərə də vergilər qoyulmuĢdu.
Vergilərin hədsiz ağırlığı ü zündən kiçik torpaq sahibləri verg iləri ödəmək, eləcə
də öz ailələrini saxlamaq və təsərrüfatlarını idarə etmək üçü n zəruri olan borcu
almağa görə əllərində olan torpaq sahələrini girov qoymağa məcbur olurdular. Belə
borclar 10 il müddətinə verilirdi: torpağını girov qoymuĢ adamın bu müddət ərzində
öz sahəsini geri almaq ixtiyarı yox idi.
Kiçik torpaq sahiblərinin torpaqsızlaĢması prosesi torpaq vergisini ödəyə
bilməd iyi üçün onun satılması yolu ilə də gedirdi. Dövlətin qəranında deyilirdi:
"Torpağın vergisini verən torpağı yeyir".
Torpaqları əllərindən çıxmıĢ xırda sahibkarlar əvvəllər onlara məxsus olan
torpaqları indi icarəçi və ya yardar kimi becərməli, ya da muzdlu iĢçiyə çevrilməli
olurdular. Beləliklə, xırda sahibkarların torpaqsızlaĢması və həmin torpaqların iri
sahibkarların əlində toplanması mü xtəlif dərəcə və formalarda da olsa, hər yerdə baĢ
verirdi.
§ 6. MANĠÇĠLĠK VƏ MƏZDƏKĠLƏR HƏRƏKATI
III əsrdə Sasani dövlətində Maninin əsasını qoyduğu hərəkat geniĢ vüsət aldı.
Bu hərəkat dövlətin bütün vilayətlərinin, o cümlədən Azərbaycanın sosial və dini
həyatına təsir etdi. Hələ cavanlığında ġərqi Ġran və Hindistanda olmuĢ Mani
brəhmənizm, buddizm, Orta Asiyanın yerli ayinlə ri ilə tanıĢ olaraq, tərkibində
xristianlığın, buddizmin, brəh mənizmin, zərdüĢtiliyin, Ön Asiya qnostisizminin
elementləri olan çox sinkretik təlimin əsasını qoymuĢdu. Maninin təlimində bütün
dinlərin vahid bir d inlə əvəz edilməsi mey li var id i. 243-cü ildə ĢahənĢah I ġapur
tərəfindən qəbul edilən Mani özünün "ġapurakan" ("ġapurun kitabı") əsərini ona
təqdim etdi.
Mani tərəfindən yaradılan yeni din yüksək zümrələrin ağalığına, dünyəvi və
dini baĢçıların istismarına qarĢı xalq kütlələrinin etirazını əks etdirirdi. Möhkəm və
nizamlı təĢkilatı olan maniçilik kilsəsinin ayrı-ayrı ölkələrdə çoxlu təbliğatçısı -
missioneri var idi. Maniçilər tərki-dünyalığı və nikahsızlığı təbliğ edirdilər. I Bəhramın
dövründə (273-276) maniçilərin təqibi baĢlandı. Mani təlimi bir çox dini cərəyanlara, o
cümlədən V-VI əsrlərdə yayılmıĢ məzdəkilər hərəkatına, daha sonralar X əsrdə
Bolqarıstanda meydana çıxmıĢ, Kiçik Asiya və Balkanlarda yayılmıĢ xristian bidətçiləri -
boqomillərə, XII-XIII əsrlərdə Fransanın cənubunda meydana çıxmıĢ albiqoylulara,
həmçinin pavlikianlara güclü təsir etdi.
Bu hərəkat və məzhəblər ü mu mi təmayüllər inə görə seçilirdilər: kilsə
ayinlərinin sadələĢdirilməsi, bərabərliyin təlqin edilməsi və bunun nəticəsi olaraq