91
Muğana yola düĢdü. Qatı zahid və tərki-dünya olan Mar Ġliya sərt həyat keçirir,
adamboyu komada yaĢayırdı; ev əĢyalarından yemək üçün saxladığı quru çörək
qabıqlarını yığmaq üçün sınıq qabı və gil dolçası var idi. Onun hətta yatacağı da yox
idi. Nestorilər arasında ruhun tam saflığına çatmaq və gizli mətləbləri anlamaq ümidi ilə
özünə cismani əziyyət vermək, dünya nemətlərindən imtina etmək və yarıac qalmaq
kimi tərki-dünyalıq geniĢ inkiĢaf etmiĢdi.
Ġliyanın cəhdləri ilə Muğan əhalisi xristianlığı qəbul etdi. Mənbənin yazdığına
görə, "...onlar cah-calallı kilsə binasının tikintisinə baĢladılar, sər-sahman iĢlərinə Mar
Ġliyanın özü baĢçılıq edirdi. O, çoxlarını xaç suyuna çəkdi, onlar üçün keĢiĢ və
dyakonlar təyin etdi, zəbur surəsini yazdı. Getdikcə onlar (xristianlar)... çoxaldılar".
92
V FƏSĠL
III-VII ƏSRLƏRĠN BĠRĠNCĠ YARISINDA
AZƏRBAYCAN MƏDƏNĠYYƏTĠ
§ 1. MADDĠ MƏDƏNĠYYƏT
Azərbaycanın ilk orta əsr maddi mədəniyyət abidələri antik dövrə
nisbətən arxeo loji cəhətdən zəif öyrənilmiĢdir. Ġlk mənbələrdə bu dövrə aid onlarla
Ģəhərin adı çəkilməsinə baxmayaraq, bunların heç birində, hələlik geniĢ miqyaslı
qazıntı iĢi aparılmamıĢdır. Ġlk orta əsr Ģəhərlərinin ço xunda həyat sonralar da
davam etdiyindən bu dövrün mədəni təbəqələri böyük dağıntılara mə ruz qalmıĢdır;
üst təbəqələrdəki tikintilərlə əlaqədar olaraq vaxtilə qazılmıĢ quyular, xəndəklər,
çala və çökəkliklər, ü mu miyyətlə görülmüĢ bütün torpaq iĢləri əvvəlki təbəqələri
dağıtmıĢ, əksər hallarda torpaqla birlikdə onlarda olan materiallar da çıxarılıb atıl-
mıĢdır. Hətta elə hallar olmuĢdur ki, quyular b ir -birin i dəfələrlə kəsmiĢ və
bütövlükdə ilk orta əsr təbəqəsi məhv edilmiĢdir. Buna baxmayaraq, qazıntılar
zaman ı Beyləqan, Qəbələ, ġamaxı Ģəhər yerlərində ilk orta əsr təbəqələrini az-ço x
izləmək mü mkün olmuĢdur. Qəbələdə həmin dövr təbəqəsi 0,5-1 m, Beyləqanda
isə 1-1,5 m-ə yaxındır. On lardakı maddi-mədəniyyət qalıqları antik dövr
abidələrindəkinə nisbətən azdır. Tikinti qalıq ları yo x dərəcəsindədir. Əsas material
ma l-qara və davar sümükləri və sadə Ģirsiz sa xsı mə mu latıd ır. Sa xsı qabların çeĢidi
çox azd ır. Qazan, çıraq, səhəng, bardaq, kirəmit parçaları bu təbəqə üçün
səciyyəvidir. Beyləqanda saxsı qablar içərisində boyalı qablara da təsadüf olun-
muĢdur. ġüĢə qablar əsasən bərni formasındadır. Təbəqə üçün səciyyəvi cəhət, bu
dövrdə demək olar, bütün qazıntı sahələrində (Beyləqan, Qəbələ, M ingəçevir)
dia metri 1-1,5 m-dən 2-3,5 m-dək o lan dairəvi və dib hissəsi daha geniĢ qu yuların
varlığ ıdır. Beyləqanda belə quyuların bəzilərinin dibi hamar suvanmıĢ və Ģirələn -
miĢdir. Mingəçevir quyularında ərzaq qalıqları da tapılmıĢdır.
Ġlk orta əsr Ģəhərlərinin plan quruluĢunu öyrənmək üçün Muğan düzündə,
indiki Biləsuvar rayonunda yerləĢ ən ġəhriyar abidələr kompleksi daha səciyyəvidir.
Muğan Govurarxı üstündə ilk orta əsrlərdə tikilən ġəhriyar Ģəhəri (tarixi adı məlu m
deyil) ərəblərin Azərbaycana hücumları zamanı dağıdılmıĢ və burada sonralar həyat
davam etməmiĢdir. Buna görə də Ģəhərin ilkin quruluĢu olduğu kimi qalmıĢdır. 36
hektar ərazini əhatə edən Ģəhərin qala divarları kvadrat planda tikilmiĢ, hər divarın orta
hissəsində darvaza olmuĢdur. Darvazalardan Ģəhərə gedən küçələr mərkəzdə, feodalın
qəsri yerləĢən yerdə görüĢür və Ģəhəri dörd bərabər hissəyə bölürdü. Mil Govurarxı
üstündə yerləĢən Beyləqan Ģəhəri də (indiki Beyləqan rayonu) eyni planda tikilmiĢdir.
Qazıntı və kəĢfiyyat iĢlərindən aydın olmuĢdur ki, Mil və Muğan düzlərində ilk
orta əsrlərdə Ģəhərlərin qala divarlarının tikintisində ən çox torpaqdan köbər (dik)
tökmək üsulundan, çiy kərpic hörgüsü və möhrədən istifadə olunmuĢdur; biĢmiĢ kərpic
93
ilk orta əsrlərdə hələ az tətbiq olunurdu.
Çiy kərpic və möhrə divarların tikilməsi adətən qala xəndəyinin torpağı
hesabına olurdu. Beləliklə də qala xəndəyi həmiĢə qala divarını müĢayiət edirdi. Dağ
və dağətəyi bölgələrdə isə tikinti üçün çay daĢı, sal daĢ və yaxud qarıĢıq materialdan
istifadə olunurdu. Dərbəndin həmin dövr qala divarları sal daĢlar, Qəbələnin divarı isə
qarıĢıq material ilə tikilmiĢdir. Qazıntılar nəticəsində müəyyən olunmuĢdur ki,
Beyləqanın ilk orta əsr qala divarı 47-49x47 -49x14-17 sm ölçüdə və indi el arasında
"ayıbalası" adı ilə məĢhur olan çiy kərpiclə hörülmüĢdür. Kərpiclərin arasına palçıq
məhlulu qoyularaq, hər bir cərgə özündən əvvəlki cərgəni bağlamaq Ģərtilə
hörülmüĢdür. Divarın 1 m-dək xam torpaqda bünövrəsi vardır. Bünövrənin eni 6 m-ə
qədərdir. Divar içəri və bayır tərəfdən 3-7 sm-ə qədər samanlı palçıqla suvanmıĢdır.
Divarın qala bürcləri uzunsov yarımdairə formasında olmuĢdur. Divarın hündürlüyü,
güman ki, 8-10 m-dən alçaq olmamıĢdır. Qala xəndəyi 1-2 m dərinlikdə və 10-30 m
enində qazılmıĢdır.
Ġlk orta əsrlərin maddi-mədəniyyəti üçün səciyyəvi cəhətlərdən biri də
həmin dovrə aid müdafiə istehkamlarına daha çox təsadüf olunmasıdır. Xüsusilə
Xəzər dənizi ilə Böyük Qafqaz dağı arasındakı keçiddə belə istehkamlar daha çox
qalmıĢdır. Cənubdan Ģimala doğru bir-birinin ardınca dağla dəniz arasında uzanan
BeĢbarmaq, Gilgilçay, Dərbənd sədləri bunlara misal ola bilər. Bunlardan Gilg ilçay
səddində aparılan qazıntılarda müəyyən edilmiĢdir ki, sədd düzən yerlərdə 42x42x10
sm ölçüdə olan çiy kərpiclə palçıq məhlulundan hörülmüĢdür. ġimal tərəfdən sədd
boyu axan Gilgilçay səddin müdafiəsini təbii olaraq gücləndirir. Sədd boyu mövcud
olan bürclər (sayı 195-ə qədərdir) torpaq altında qalsa da aydın görünməkdədir.
Qazıntılar nəticəsində səddin düzənlikdən dağa keçid yerində (Dəvəçi rayonu Yenikənd
kəndi) hərbi düĢərgə qalığı aĢkar edilmiĢdir. 10 ha sahəni əhatə edən bu düĢərgə üç
tərəfdən divar, bir tərəfdən isə çayla əhatə olunmuĢdur. Süni xəndəyi var, sahə iki
səkilidir. Günbəz örtüklü yeraltı zindanlar aĢkarlanmıĢdır. DüĢərgənin V əsrin 90-cı
illərində salındığı müəyyən edilmiĢdir.
Müdafiə istehkamları Sasani imperiyasının Ģimal sərhədlərini mühafizə edən
iri regional və kiçik lokal səciyyə daĢımaqla iki qrupa bölünür. Qeyd etdiyimiz uzun
sədlərlə yanaĢı, Quba-Xaçmaz bölgəsində Sandıqtəpə (Quba rayonu), ġoranpel (Hil
kəndi) kimi kiçik lokal səciyyəli müdafiə istehkamlarının da olduğu müəyyən
edilmiĢdir.
Ġlk orta əsr Ģəhər tipli yaĢayıĢ məskənləri Ģəhərlərlə kənd yaĢayıĢ məskənləri
arasında bir növ keçid mövqeyi tutur. Arxeoloqların aĢkar etdikləri və qismən qazıdıqları
Təzəkənd (Beyləqan rayonu), Govurqala (Ağdam rayonu), Torpaqqala (Qax rayonu, Tovuz
rayonu), Mingəçevir, Xınıslı, QuĢçu (ġama xı rayonu), Qızlartəpə, Yusiftəpə,
Ağaxantəpə, Mahmudtəpə, Çetkun (Qusar rayonu) belə abidələrdəndir. Bunlarda 1-3 m-
dək mədəni təbəqə qalmıĢdır. Əksəriyyətində müdafiə istehkamları, tikinti qalıq ları,
istehsalat ocaqları, məiĢət qurğuları, qəbir abidələri və nisbətən sönük və yeknəsəq
olan digər maddi-mədəniyyət qalıqları (mü xtəlif əĢyalar) aĢkara çıxarılmıĢdır. Belə