34
meylinə malik idi. Ölkənin qeyri-bərabər inkiĢafını nəzərə alaraq onu da qeyd etmə-
liyik ki, bu nəticələr Albaniyanın ictimai quruluĢu aparıcı olan daha inkiĢaf etmiĢ
vilayətlərinə aiddir.
TarixĢünaslıqda uzun müddət alban dastakertlərinin əsas istehsalçıları qullar
olan iri mülklər olduğu fikri hakim idi. Lakin araĢdırmalar bu nöqteyi-nəzərin heç b ir
zəminə əsaslanmadığını nümayiĢ etdirdi. Sübut edildi ki, Albaniya dastakertlərinin
əsas istehsalçıları torpaqsız, lakin Ģəxsən azad kəndlilər, yardar- icarəçilər olmuĢdur.
Yardar xırda kəndli təsərrüfatını idarə edir, məhsulun müəyyən hissəsini feodala,
dövlətə və ya onların hər ikisinə verməklə, icarə etdiyi torpağı əsrlər boyu becərirdi.
Torpaq sahibliyinin icarə forması ilə yanaĢı, Albaniyada icma torpaq
mülkiyyətinin də mövqeyi güclü idi. Burada icma pay torpağına malik azad kəndlilər
hələ uzun müddət mövcud olmuĢlar. Ġcmaçı kəndlilər hökmdar xəzinəsinə vergilər
verir və ayrı-ayrı mü kəlləfiyyətləri yerinə yetirird ilər.
§ 4. ĠSTĠSMAR FORMALARI
Albaniyada feodal istismarının bütün əsas formaları mövcud idi. V əsrdə
çağırılmıĢ Aquen məclisinin qərarlarında Ģinakanların kilsə tərəfindən istismarı haqqında
cüzi məlu mat vardır. Bu məlumat feodal münasibətlərinin ilkin inkiĢafı dövründə əsas
istismar formasının natural töycü alınması olduğu gümanına gətirir. Kilsə vergiləri
mü xtəlif xarakter və müvafiq olaraq müxtəlif ad daĢıyırdılar. Aquen qanunları
aĢağıdakı kilsə vergilərini qeyd edir: can vergisi, kilsə "onda biri", məhsul vergisi, ruhun
rahatlanması üçün alınan vergi. Məclisin can vergisinə həsr edilmiĢ üçüncü qanununda
deyilir: "Azat və hökmdar nəslindən olan adam can payı üçün qoy sağlığında öz əli ilə
bir yəhər - yüyənli at və bir də nə bacarırsa, onu versin. Əgər özü sağlığında can payı
verməsə, ölü mündən sonra bunu ailəsi verməlidir".
Qanunun mətnindən göründüyü kimi, burada söhbət can vergisinin ancaq
əyanlar tərəfindən ödənilməsindən gedir. Lakin sosial və zümrə fərqlərindən asılı
olmayaraq, hamı üçün zəruri olan bu vergi növü ödəniĢ xarakterinə görə hamı üçün bir
deyildi.
Yu xarıda xatırladığımız qanunda əyanların xüsusi qeyd edilməsi can vergisi
qədərinin onlar üçün sabit müəyyənləĢdirildiyini göstərir. Qara camaat, o cümlədən heç
bir imtiyazı olmayan zümrələr isə can vergisini imkanları çatan miqdarda ödəyə
bilərdilər.
Kilsə "onda biri" haqqında Aquen məclisinin 18-ci qanununda deyilir: "Onda
bir ödəyən azatlar onun yarısını baĢ (kafedral) kilsəyə, yarısını isə özlərinin "azat"
kilsəsinə verməlid irlər".
Burada bir məsələ qaranlıq qalır: imtiyazı o lmayan zümrələrdən "onda bir"
35
alınırdı, yoxsa yox? Çox güman ki, verginin bu növü Albaniyada da hamı üçün nəzərdə
tutulurdu və bütün xristianlardan gəlirlərinin onda bir hissəsinə müvafiq olaraq alınırdı.
Kilsə vergilərindən biri olan "məhsul" həm də feodal vergisi idi.
Aquen məclisinin qəbul etdiyi dördüncü qanununda deyilir: "Xalqın kilsəyə
verəcəyi məhsullar bu qaydada ödənilməlidir: varlı dörd qriv
1
buğda, altı qriv arpa və
on altı ölçü çaxır verir; yoxsul taxılı iki dəfə az, çaxırı isə imkanı çatan qədər
verməlidir, ancaq əkin yeri və üzümlüyü olmayanlardan vergi alınmamalıdır. Qoyunu
olan bir qoyun, üç çəngə (?) yun və bir (?) pendir verir, atı olan bir dayça, mal-qarası
olan bir bu zov verir".
Göründüyü kimi, məcburi kilsə vergisi olan "məhsul" təkcə əkinçilik
məhsullarından deyil, həm də bütün təsərrüfat məhsullarından qəti müəyyən edilmiĢ
miqdarda qəbul olunurdu.
Aquen məclisinin beĢinci və on doqquzuncu qanunları Albaniyada vəfat
edənlərin qohumları tərəfindən kilsəyə verilən "ruhun rahatlanması üçün" alınan vergi
növünün olduğunu təsdiq edir. On doqquzuncu qanunda yalnız adı çəkilən bu verginin
əsas məğzi məhz beĢinci qanunda açılır: "Azat, Ģinakan və ya baĢqa bir dindar
mərhumları zəhmətlərinin bir hissəsindən məhrum etməmək üçün imkan daxilində
ölənin xatirəsinin yad edildiyi illik ibadəti ötürməməlidir. Əgər mərhumun atı olmuĢsa,
kilsəyə bir at, öküzü olmuĢsa, bir öküz verməlidir". Bu qanundan görünür ki, "ruhun
rahatlanması" vergisinin qədəri müəyyən edilmiĢdi. Həmçinin Ģübhə doğurmur ki, nə atı,
nə də öküzü olmayandan mərhumun ruhunun rahatlanması üçün heç nə alın mırd ı.
Aquen qanunlarının təhlili göstərdi ki, dini qayda-qanun kilsənin və ruhanilərin
xeyrinə olan nəzirlərin miqdarını müəyyənləĢdirmiĢ , bununla da könüllü nəziri
müntəzəm alınması nəzərdə tutulmuĢ kilsə vergisinə çevirmiĢdi.
Bu vergilərin ödənilməsi kəndlilərin və zəh mətkeĢ əhalinin digər
təbəqələrinin istismarı formalarını aydınlaĢdırmağa imkan verir. Aquen qanunlarının
çoxsaylı kilsə vergiləri haqqında verdikləri məlumat həm dini, həm də dünyəvi tarix
üçün mühüm əhəmiyyətə malikdir. Bu vergilər mənĢəcə Bibliya vergilərinə əsas -
lansa da onların adları, bəzən isə xarakterləri qismən də olsa yerli dünyəvi vergilərlə
üst-üstə düĢür.
Azad Ģinakanlar kilsə feodal istismarından əlavə daha ikiqat zülmə - öz a lban
dövlətləri, eləcə də yerli dünyəvi feodalların zülmünə məruz qalırdılar. Əkinçi
icmaçılar (Ģinakanlar) dövlət əkinçiləri kimi hökmdarın təsərrüfat iĢləri baxıcısına
torpaq vergisi, habelə baĢqa çoxsaylı vergilər ödəyirdilər.
IV-V əsrlərdə irsi xüsusi torpaq sahibliyinin inkiĢafı və əmtəə-pul
münasibətlərinin canlanması Ģəraitində dövlət rentası həm natura, həm də pulla
alınırdı. Müxtəlif əməllərə görə cərimələr də pulla ödənilirdi. Kənd icması vergi vahidi
olaraq qalırdı. Vergi ellik zəmanət əsasında bütün icmadan alınırdı. Dövlət torpaqlarında
iĢləməklə ödəmə rentası (yolların çəkilməsi, qalaların, müdafiə qurğularının, sarayların
1
Qriv - çəki vahidi; təqr. 9,729 q