Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə14/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   10   11   12   13   14   15   16   17   ...   103

30 
 
onun  ordusuna  bəsləmişdi,  ancaq  onun  necə  hərəkət  etmək  haqqındakı  fikirləri 
bizə məlu m deyil
1

Sultan  Məsudun  vəziri  Xass-bəy  Pələng-Ari  başqa  əmirlərlə  birlikdə 
Çavlıya  qarşı  sui-qəsd  düzəltdi.  Bundan  xəbərdar  o lan  Çav lı  da,  ö z  növbəsində, 
540  (24.06.1145-12.06.1146)-cı  ildə  Su ltandan  gizli,  ə mirlərdən  Bo z  Apa  və 
Abbasla  mü xalifətə  girdi.  Əslində  dövlətə  başçıhq  edən  və  Sultanın  fəaliyyətini 
nəzarəti  altında  saxlayan,  sultanın  hacibi  əmir  Fəxrəddin  Toğan  Yürək  də  onlara  
qoşuldu
2

Əmir  Çavlı  Arran  və  Urmiyanın  12  min lik  ordusu  ilə  Bo z  Apanın 
Məyanicə  gəlişini  gözləd i,  sonra  Həmədana  tərəf  yerid i,  ancaq  Zəncan 
yaxınlığında  hicri  541  -ci  il  cumad  əl-əvvəl  ayında  (09.10-07.09.1146)  vərəm 
xəstəliyindən  öldü
3
.  Xalxala  və  Azərbaycanın  bir  hissəsinə  iqta  kimi  yiyələnən 
əmir  Fəxrəddin  Toğan  Yürək  Çav lın ın  ordusuna başçılığı  ö z  əlinə  aldı.  Belə  bir 
ordu  "qazanan"  Toğan  Yürək  daha  da  möhkəmləndi  və  qü vvətləndi.  Rey  hakimi 
Abbas  və  Fars  hakimi  Bo z  Apa  öz  qoşunları  ilə  ona  qoşularından  sonra  isə 
sultanlıqla əsil hakimiyyət bütünlüklə onun əlinə keçd i
4

Toğan  Yürək,  Bo z  Apa  və  Abbas  Sultanın  bütün  vəzirlərini  qovub,  İraq 
sultanlığını istədikləri kimi idarə etməyə başladılar.  Vəzir Xass -bəy ibn Pələng-Ari 
də Sultanın yanından qovuldu
5

Sultan  Məsud  Toğan  Yürəkdən  qurtulmaq  üçün  fürsət  axtarmağa  başladı. 
Toğan  Yürək  Sultanın  əmri  ilə  gürcülərə  qarşı  hücuma  hazırlaşarkən,  belə  bir 
fürsət  ələ  düşdü.  Toğan  Yürək  əmirlərin  hamısını  Gəncədən  Şamxo rda  toplanmış 
qoşunların yanına göndərib, özü tək qaldı.  Vəzir  Xass -bəy ibn Pələng-Ari bundan 
istifadə  edərək,  gözlənilmədən  arxadan  Toğan  Yürəyi  öldürdü
6
.  Bu  hadisə  541-ci 
ilin  zülqədə (aprel,  1147) ayında olmuşdu
7
, bir neçə gün bundan sonra sultan Rey 
hakimi əmir Abbası edam etdirdi
8

Fəxrəddin  Toğan  Yürəyin  öldürü lməsindən  sonra  vəzir  Xass -bəy 
Azərbaycana və Arrana yiyələndi. 
                                                                 
1
 Əl-Bundari, səh. 200; Ravəndi, səh. 224; əl-Hüseyni, vər. 64a 
2
 İbn əl-Əsir, IX, səh.10-11; Əl-Bundari, səh.199-200, 203; Ravəndi, səh.224; əl-Hüseyni, vər.64b; 
İbn əl-Fuvati, IV/3, səh.206. 
3
 İbn əl-Əsir, XI, səh.15; əl-Bundari, səh.203-204; Ravəndi, səh.227. Mxitar Qoş (səh.15) göstərir 
ki,  "Çavlı  sultana  qarşı  çıxdı  və  Zanqan  şəhəri  yaxınlığında,  595-ci  erməni  ilində  işgəncələrlə 
öldürüldü". 
4
 Ravəndi, səh.227 
5
 Əl-Bundari, səh.214-215; Мхитар Гош, стр, 14. 
6
 Ravəndi, səh.228; əl-Hüseyni, vər.65b; İbn Xaldun, V, səh.143-144. 
7
  İbn  əl-Əsir,  IX,  səh.15;  əl-Bundari,  səh.216-217;  Мхитар  Гош,  стр,  14. İbnəl-Fuvatiyə  (IV/3, 
səh.602)  görə,  hadisə  542-ci  ilin  şəvvalində  olmuşdur.  Həmdullah  Qəzvini  (Qozidə,  səh.467) 
göstərir ki, Toğan Yürəyin öldürülmosində əmir İl-Dəniz də iştirak etmişdi. 
8
 Ravəndi, səh.229; əl-Hüseyni, vər.66a; Əl-Bundari, səh.217. 


31 
 
Əmir  Bo z Apa Toğan  Yürəyin öldürü ldüyünü və sultanın əmri  ilə  Abbasın 
edam  edild iyini  biləndə,  öz  qoşununu  İsfahana  yönəltdi,  oranı  tutdu  və  şahzadə 
Məhəmmədi  sultan  elan  etdi.  Boz  Apa  bundan  sonra  Həmədana  yollandı,  oraya 
çatmamış,  əmir  Abbasın  tərəfdarları  ona  qoşuldular.  Sultan  Xass -bəyi  ordu  ilə 
təcili  çağırtdırdı.  542  (iyul,  1147)-ci  ilin  başlanğıcında  Sultan  Məsud  ilə  Boz 
Apanın  qoşunları  arasında  döyüş  baş  verdi.  Bu  döyüş  az  qala  Sultanın 
məğ lubiyyəti  ilə  qurtaracaqdı,  ancaq  vuruşda  Boz  Apanın  atı  büdrədi,  o,  atdan 
yıxıld ı, oradaca qılıncdan keçirild i
1
. Mənbələrin verdiyi  məlu mata görə, "bu qızğın  
bir  döyüş  idi,  ordular  bir-b irini  q ırırdı  və  bu,  əcəmlər  (ərəb  olmayanlar)  arasında 
baş vermiş döyüşlərin ən böyüyü idi"
2

543-cü rəbiə ləvvəldə (20.07-18.08.1148)  İraq sultanlığının bir sıra görkə mli 
əmirləri  -  Gəncə  və  Arran ın  hakimi  İl-Dən iz,  əmir  Bəhaəddin  Qeysər,  əmir  Alp  
Quş Gün-Xu r, hacib Tatar,  Vasitin şihnəsi Tarıntay əl-Məhəmmədi, əmir İl-Təkin, 
əmir  Kərqub və edam edilmiş Toğan Yürəyin oğlu öz qoşunları  ilə  Bağdada doğru 
hərəkət  etdilər.  Onlann  Sultan  Məsuda  qarşı  qalxmasın ın  əsas  səbəbi  onun 
siyasətindən, xüsusilə dövlətin bütün hakimiyyətini Abbas, Boz  Apa və Fəxrəddin  
Toğan  Yürəyə  qarşı  tətbiq  etdiyi  tədbirlərlə  də  təhlükə  altına  alan  vəzir  Xass -bəy 
Pələng-Ariyə verməsindən narazı olmaları id i
3

Bağdada  3  fərsəx  qalanda,  bu  əmirlər  xəlifə  Müqtəfidən  şahzadə  Məlik 
şahın  adına  xütbə  oxutdurmağı  tələb  etdilər.  Ancaq  xəlifə  cavab  verməkdən 
yayınıb,  Su ltan  Məsuda  yazdı  ki,  rəqibləri  onun  adının  xütbədən  çıxarılmasını 
tələb  edirlər,  guya  xəlifə  isə  bunu  istəmir.  İşin  əslində  isə  xəlifə  Səlcuqilər 
arasında münasibətlərin gərg inləş məsi üçün əlindən gələni edird i
4

Bağdad  əhalisi  əmirlərin  hücumunu  eşidib,  xəlifənin  göstərişi  ilə  şəhəri 
möhkəmləndirməyə  başladı.  Həmin  ilin  rəbiüs -sani  ayında  (19.08-16.09.1148) 
əmirlərin qoşunu şəhərə yaxmlaşdı.  Şahzadə Məhəmməd i də oraya gətirtmişdilər. 
Bağdadda  yaşayanlarla  ə mirlərin  qoşunları  arasında  bir  neçə  toqquşma  baş verdi. 
Nəhayət, əmirlər üstün gəldilər və onların qoşunu Bağdada daxil o lub şəhər əhali-
sindən  çoxlu  adam  qırdı  və  şəhəri  darmadağın  etdi.  Su ltan  Məsud  və  xəlifə 
Bağdaddan  qaçdılar.  Xəlifə  paytaxtdan  qaçdığı  üçün əmirlər  ondan  30  min  dinar 
ödənc  tələb  etdilər.  Ancaq  xəlifə  ö z  vəziri  ibn  Hübeyrənin  məsləhəti  ilə  bu  pulu 
qoşun toplamağa xərclədi və ə mirləri öz paytaxtından vurub çıxartdı
5

                                                                 
1
 Əl-Hüseyniyə görə (vər.66a) Boz Apa əsir düşmüş və Sultanın yanına aparılmış,yalnız Xass-bəyin 
qəti təkidindən sonra edam edilmişdir. 
2
  İbn  əl-Əsir,  IX,  səh.16;  həmçinin  bax:  Мхитар  Гош,  стр,  14.15;  İbn  əl-Kalanisi,  səh.294-295; 
Ravəndi, səh.232-233; İbn Xaldun, V, səh.145. 
3
 İbn Xəllikan, IV, səh.l 16; İbn Xaldun, V, səh.145. 
4
 İbn əl-Cövzi, X, səh.137-138. 
5
 Əl-Hüseyni, vər.65b-67a. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə