Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə2/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   2   3   4   5   6   7   8   9   ...   103


 
dövlətlərin  tarixin in  əsas  yönləri  yazılmış  mənbə  və  ədəbiyyatdan  toplamalı 
olduq
1

XII  əsrin  ikinci  yarısında  baş  verən  siyasi  hadisələr  haqqındakı 
məlu matların  bizə  gərəkli  olan  əsas  qaynağı  İzzəddin  Əbül  Həsən  Əli  ibn  
Məhəmməd  ibn əl-Əsirin (1160-1233)  məşhur çoxcild li əsəri -  Əl-Kamal fi-t-tarix 
("Mükəmməl tarix") o lmuşdur. 
İbn  əl-Əsir  tarixi  hadisələri  ətraflı  verməkdə  və  onları  qərəzsiz  düzgün 
qiymətləndirməkdə orta əsr ərəbdilli tarixçilər, o cü mlədən öz  müasirləri arasmda 
başqalanndan daha çox tanımr. Elə buna görə də, onun əsəri orta əsr tədqiqatçılan  - 
şərqşünasları  arasında  diqqət  mərkəzindədir.  Bizim  möv zu  üçün  ibn  əl-Əsirin  
Mosul atabəyləri tarixinə həsr edilmiş ikinci əsəri də xüsusi əhəmiyyət kəsb edir.  
Görkəmli müsəlman alimi - ənənələri yaxşı bilən, tarixçi, hanbaliliyin təbliğatçısı 
Əbül Fərəc Əbdürrəhman ibn əl-Cövzinin (1114-1200) Əl-Muntəzəm fi tarix əl-muluk 
və-l-umam  ("Hökmdarların  və  millətlərin  tənzimləşdirilmiş  tarixi")  əsərində 
maraqlandığımız dövrün hadisələrinin həddən artıq yığcam verilməsinə baxmayaraq, bizim 
üçün heç də az əhəmiyyət kəsb etmir. Bu əsər xilafətin 1179-cu ilə qədərki tarixini illər 
üzrə ardıcıl təqdim edir. Hər ildə baş verən hadisələr ardıcıl göstərilməklə yanaşı, həmin  
ildə vəfat etmiş tanınmış adamların haqqında da yığcam məlu mat verilir. 
Araşdırdığımız  dövrün  tarixşünaslığında  ibn  əl-Cövzinin  nəvəsi,  Sibt  ibn  əl-
Cövzi  adı  ilə  daha  çox  tanınan  Şəmsəddin  Əbül Müzəffər  Yusuf  ibn  Qız  oğlu  (1185-
1256)  xüsusi yer tutur. Onun öz babasının əsərinin nümunəsində tərtib etdiyi  məşhur 
Mirat əz-zaman fi tarix əl-əyan ("Görkəmli adamların tarixinə aid zamanın güzgüsü") 
əsəri  "dünyanın  yaranmasından"  1256-cı  ilədək  hərtərəfli  salnamədir.  Sibt  ibn  əl-
Cövzinin bu salnaməsində hər ilin  mühüm hadisələri nəzərə  çatdınlır  və  həmin  ildə 
vəfat  edən  tanınmış  şəxslərin  adlan  əlifba  sırası  ilə  düzülərək,  hər  biri  haqqında 
biblioqrafik məlu mat verilir. 
Məlumatlar  adətən  başqa  müəlliflərin  əsərlərindən  toplanmış  materiallarla 
sübut  edilir.  İbn  Xəllikan  (1211-1282)  yazır  ki,  o,  "Dəməşqdə  Sibt  ibn  əl-Cövzinin 
əsəri  "Mir'at  əz-zaman"ın  hər  biri  müəllifin  öz  əli  ilə  yazılmış  qırx  cilddən  ibarət 
əlyazmasını görmüşdür"
2
. Çox təəssüf ki, bu qiymətli əsərin cildlərinin çoxu itmiş, ancaq 
qalan və çap edilmiş 8-ci cildi 1101-1256-cı illərin hadisələrini özündə əks etdirir və 
tədqiqatçılara böyük əməli kömək göstərir. 
Salnamə  tipli  ümu mtarix  mənbələrindən  başqa,  Səlcuq  sultanlarından 
Mahmud  ilə  Məsudun və  Xəlifə  əl-Müstərşid-Billahın  vəziri  Ənuşirvan  ibn  Xalid 
ibn Məhəmməd əl-Kəşaninin (1138-ci ildə ölmüşdür) xatirələri XI-XII əsr Azərbaycan 
tarixini tədqiq edənlərin marağını özünə cəlb edir. Bu əsər farsca yazılmış və müəllif 
tərəfindən  Futur  zaman  əl-sudur  və  sudur  zaman  əl-futur  ("Vəzirlər  dövrünün 
                                                                 
1
 Bu və hər hansı bir mənbənin çapdan buraxılma məlumatlan üçün ədəbiyyat siyahısına bax.
 
2
 İbn Xəllikan, IV, səh.122-123. 
 



 
tənəzzülü  və  tənəzzül  dövrünün  vəzirlə ri")  adlandırlmışdır.  O,  Sultan  Məlik  şahın 
hakimiyyəti  (1072-1092)  illərindən  Sultan  II  Toğrulun  ölümünə  (1134)  qədərki 
dövrü əhatə edir və əsərin orijinalı bizə gəlib çatmamışdır. İmadəddin Məhəmməd ibn 
Məhəmməd  əl-Katib  əl-İsfahani  (1201-ci  ildə  ölmüşdür)  bu  xatirələri  ərəbcəyə 
çevirmiş,  onları  ilk  Səlcuqilərə  aid  giriş  fəsilləri  ilə  təkmilləşdirmiş, 
dolğunlaşdırmış  və  onu  iki  dəfə  ardıcıl  davam  etdirmişdir:  birinci  dəfə,  əsərin 
özünün  yazılmasından  tərcüməsinə  (1183)  qədərki  hadisələri,  ikinci  dəfə  isə  İraq 
səlcuqilərinin son sultanı III Toğrulun ölümünə (1194) qədərki dövrə aid hadisələri 
qələmə almışdır. 
İmadəddin  İsfahani  bu  əsərini  Nüsrat  əl-fatra  və  usrat  əl-fitra 
(" Yorğunluqda  yardım  və  məxluğun  sığınacağı")  adlandırmışdır.  Bu  əsər  Paris 
Milli kitab xanasında saxlanan yeganə əlyazma nüsxəsi ilə  məşhurdur və indiyədək 
çap edilməmişdir. Ancaq oxucular bu əsərlə Qavaməddin  Əbu İbrahim əl-Fəth ibn 
Əli əl-Bundari əl-İsfahani Münşinin (sentyabr, 1190-sentyabr, 1245)
1
 ixt isar etdiyi 
variantdan  tanış ola  bilərlər.  Fəth  əl-Bundari  bu  əsəri  Zubdat  ən-Nusra  və nuhbət 
əl-Usra (" Yardımın qay mağı" və "Sığınacaq"dan seçmə) ad landırmışdır.  
Əl-Bundari  "Zubdat"ın  girişində  yazır  ki,  o,  "bütün  tarixi  cizg iləri,  bütün 
dəlilləri  və  hətta  İmadəddinin  dil  gö zəlliyinin  ən  yaxşı  incəliklərini"  saxlamışdır. 
Onun  bu  dediklə rinə  necə  əməl  etdiyin i  V.R.Ro zen  Bizans  imperatoru  Ro man 
Diogenin  Malazg irt  döyüşündəki  məğlubiyyətinə  aid  fraq mentləri  tutuşdurmaq 
əsasında yoxlamış və belə nəticəyə gəlmişdir ki, "Əl-Bundari, doğrudan da, gərəkli 
olan  heç  bir  şeyi  ötürməmiş,  yalnız  bir  sıra  deyimləri  (ifadələri)  azacıq 
dəyişdirməklə kifayətlən mişdir"
2

Sonuncu İraq - səlcuq sultanlarından Arslan şah və III Toğrulun hakimiyyəti 
dövründə  sultanların  yanında  xid mət  edən  bir  sıra  şəxslərin  Səlcuqilər  və 
Azərbaycan  atabəylərinin  xronoloji  tarixinə  aid  fars  dilində  yazdıqları  əsərlər 
meydana  gəlmişdir.  Bu  cür  əsərlərdən  birin in  -  "Səlcuqnamə"nin  müəllifı,  Arslan 
şahın  tərbiyəçi  müəllimi  Zahirəddin  Nişapuri  (1186-cı  ildə  ölmüşdür)  olmuşdur. 
Bu əsərdə sultan III  Toğrulun hakimiyyət başına gəlməsinə (1177) qədərki  illərdə 
baş verən tarixi hadisələrdən bəhs edilir. 
Bu  sultanın  yanında  isə  İraq  Səlcuqilərinin  tarixinə  aid  başqa  bir  farsdilli 
əsərin müəllifı Əbu Bəkr Nəcməddin Məhəmməd ibn Əli Ravəndi  xid mət etmişdir. 
Onun  Rahət  əs-südur  və  ayət  əs-sürur  ("Könüllər  toxmaqhğı  və  sevinclər 
nəğməsi")  əsəri  1199-cu  ilə  qədərki  hadisələri  nəzəre  çatdınr.  Həmin  əsərin  əsas 
hissəsi  (Səlcuqilərin  yüksəlməsindən  III  Toğrulun  hakimiyyəti  dövrünə  qədər) 
Zahirəddin  Nişapurinin  material  və  məlumatlarına  əsasən  yazılmış,  III  Toğrulun 
hakimiyyəti  və  onun  ölümündən  sonrakı  dövrə  aid  bölmələr  isə  müəllif  tərəfindən 
                                                                 
1
 İbn əl-Fuvati, IV/4, səh.817-818. 
2
 В.Р.Розен. Арабские сказания о поражении Романа Диогена Адп-Арсланом, стр.120. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə