Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə3/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   2   3   4   5   6   7   8   9   ...   103


 
müstəqil  yaradılmışdır.  Ravəndi  bu  əsərində  Azərbaycan  Atabəylərinin  hakimiyyəti 
altında olan İraq səlcuq sultanlığının daxili vəziyyətini ətraflı təsvir etmişdir. 
Azərbaycan  Atabəyləri  dövlətinin  tarixini  araşdırmaq  üçün  Sədrəddin  Əbul 
Həsən Əli ibn Əbul Fəvaris Nasir ibn Əli əl-Hüseyninin Zubdat ət-tavarix [fi] əxbar əl-
umara və-l-muluk əs-Səlcuqiyyə ("Səlcuq əmir və hökmdarlarından xəbərlər [verən] 
tarixlərin qaymağı") adh ərəbcə yazılmış əsəri olduqca maraqlı və əhəmiyyətlidir. 
Atabəy  Özbəkin  ölümü  (1225)  əl-Hüseyninin  əsərində  xatırlanan  son  tarixi 
hadisədir. Ancaq, ümumi götürüldükdə, əsasən 1194-cü ilə qədərki tarixi hadisələr əks 
etdirilmişdir.  Ço x  güman  ki,  müəllif  bu  əsərini  XIII  yüzilliyin  birinci  rübündə 
yazmışdır. "Zubdat ət-tavarix"  bütün  bölmələri  üzrə orijinal olmasa da, bununla yanaşı 
Səlcuq dövlətinin tarixinə aid başqa qaynaqlarda olmayan çoxlu əhəmiyyətli və maraqlı 
məlumatları  özündə  toplamışdır.  V.V.Bartoldun  "müsəlman  tarixində  ən  qaranlıq 
səhifələr"  dövrü  adlandırdığı  XII  əsrin  ikinci  yarısında  baş  verən  hadisələri 
müəyyənləşdirmək  üçün  "Zubdat  ət-tavarix"in  xəbərləri  xüsusilə  qiymətlidir. 
"Zubdat  ət-tavarix"də  biz  Azərbaycan  Atabəyləri  və  onların  Səlcuq  sultanları  ilə 
qarşılıqlı  münasibətləri  haqqında  qiymətli  nadir  xəbərlərə,  Atabəylərin  və 
Səlcuqilərin  hərbi  qüwələrinə  qarşı  gürcülərlə  Şirvanşahların  ittifaqına  dair 
məlumatlara  rast  gəlirik.  Sədrəddin  əl-Hüseyninin  bu  əsəri  Qafqaz  və  Şimali  İranın 
tarixinə,  həmçinin  Abbasilər  xilafətinin  XII  əsrin  sonundakı  tarixinə  aid  əsas 
mənbələrdən biridir. 
Bu sahədə onun məlumatları əvəzsizdir və ilk qaynaqdan verilən xəbərlərd ir. 
İbn İsfəndiyarın Tarix-i Təbəristan ("Təbəristan tarixi") əsərində sonuncu İraq - 
səlcuq  sultanı  III  Toğrul  və  1216-cı  ilə  qədər  Azərbaycan  Atabəyləri  haqqında  da 
məlu matlar  toplanmışdı.  Bu  əsərin  II  cildinin  son  üç  fəsli  Azərbaycan  Atabəyləri 
dövlətinin  tarixini  araşdıranlar  üçün  xüsusilə  zəruridir.  Burada  Atabəylərin 
Xarəzmşahlarla  münasibətlərinə  dair  elə  materiallar  vardır  ki,  onlar  başqa 
qaynaqlarda yoxdur.  İbn İsfəndiyarın öz ha misin in və onun qardaşı Qızıl Arslanın  
ölümündən  sonra  Azərbaycan Atabəyləri  dövlətinin  həyatında  fəal  rol  oynayaraq, 
bu  dövlətin  tarixində  "Məmlük"  dövrü  adlanan  bir  dövrün  başlanğıcını  qoyan 
atabəy Cahan Pəhləvanın məmlüklərinə aid məlu matları xüsusilə maraqlıdır. 
Azərbaycan  Atabəyləri  dövlətinin  tarixin in  son  illərin i  öyrənmək  üçün 
Xarəzmşahların  son  nümayəndəsi  Cəlaləddin  Manqburnunun  katibi  Şihabəddin 
Məhəmməd  ibn  Əh məd  ibn  Əli  ibn  Məhəmməd  əl-Münşi  ən-Nəsəvinin  (1249-cu 
ildə  ölmüşdür)  "Sultan  Cəlaləddin  Manqburnunun  tərcümeyi-halı"  əsəri  birinci 
dərəcəli əhəmiyyət kəsb edir. 
Ən-Nəsəvinin  əsəri  xatirə  ədəbiyyatı  növündə  olub,  yaxın  keç mişin 
hadisələri  haqqında  onların  iştirakçısı  olan  müəllifin  verdiyi  məlu matların  
toplusudur.  Onun  xatirələri,  əsasən,  on  beş  ildən  bir  az  artıq  dövrü  (1214-1231) 
əhatə  edir  və  böyük  bir  hissəsi  sonuncu  Xarəzmşahın  Zaqafqaziyada  və  onunla 
qonşu ölkələrdəki fəaliyyət dövrünə (1225-1231) həsr edilmişdir. 



 
Monqolların  ilk  dağıdıcı  yürüşündən sonra  Şimali  İranın  və  Azərbaycanın 
əhalisi  Cəlaləddin  Manqburnunu  monqolların  rəqib i  sayaraq,  müəyyən  qədər  öz 
ümidlərin i ona bağlamağa başladılar.  Xarəzmşahın özü  isə hər vasitə ilə göstərirdi 
ki,  onun  siyasətinin  əsası  monqollarla  mübarizədədir.  Ancaq  monqol  dəstələri 
müvəqqəti olaraq çəkilib getmişdi,  Cəlaləddin isə hərbi əməliyyatları əsasən onlara 
qarşı  deyil,  Qafqaz  və  Kiçik  Asiya  ölkələrindəki  feodal  hakimlərin  qonşularına 
qarşı  aparırdı.  Bunun  da  nəticəsində  feodallar  ona  qarşı  ittifaq  düzəltmişdilər. 
Qafqaz  ölkələrini  tutmaq  siyasətinə  bəraət  qazandırmaq  üçün  Xarəzmşah  çox 
asanlıqla  belə  bir  bəhanə  tapmışdı:  belə  ki,  atabəy  Özbək  ö zünü  Xarəzmşah 
Məhəmmədin vassalı sayırdı və bundan istifadə edib, Azərbaycanda möhkəmlənən 
Cəlaləddin  11-12  monqol  yürüşlərində  zəifləyən  Gürcüstana  qarşı  dağıdıcı 
müharibəyə başladı
1

Sonuncu Azərbaycan  Atabəyləri  -  Özbək  və  onun  oğlu  Xamuş,  Xamuşun 
nəvəsi  Nüsrətəddin  Əbu  Bəkr  haqqında  və  onlann  fəaliyyəti,  ismaililər, 
xarəzmşahlar  və  monqollarla  qarşılıqlı  münasibətləri  haqqında  məlu matlar  b izə 
Ata  Malik  Cüveyninin  (1226-1283)  Tarix-i  Cahanquş  ("Cahangirin  tarixi") 
əsərində və Rəşidəddin Fəzlullahın (1247-1318) Cəmi ət-tavarix ("Tarixlər toplusu") 
adlı  geniş  əhatəli  əsərində  gəlib  çatmışdır.  Bu  sonuncu  əsərə  monqolların  Qafqaz 
müdaxiləsinə dair daha qədim müəlliflərin əsərlərindən materiallar daxil ed ilmişdir. 
Minhacəddin  Cüzcaninin  (1193-cü  ilə  yaxın  anadan  olmuşdur)  Tabaqati 
Nasiri  ("Nasir  təbəqələri")  əsərində  Azərbaycan  Atabəyləri  sülaləsinin  bir  neçə 
nümayəndələri  haqqında  ümumi,  hərdənbir  isə  doğru  olmayan  məlu matlar  verilir, 
ancaq  bu  məlu matlarda  elə  səciyyəvi  cəhətlərə  rast  gəlinir  ki,  onlar  başqa 
müəlliflərin əsərlərində yoxdur və bu baxımdan, şübhəsiz, maraq doğurur. 
Tədqiqat  zamanı  Yaqut  Həməvin in  (1179-1229)  Mucəm  əl-buldan 
("Ölkələrin əlifba ilə sıralan ması"), Zəkəriyyə Qəzvininin  (1203-1283) Asar əl-bilad 
və əxbar əl-ibad ("Ölkələrin abidələri və məbudların xəbərləri"), XIII əsrin naməlu m 
müəllifinin Əcaib əd-dünya ("Dünyamn möcüzələri") və Həmdullah Qəzvininin (1281-
ci  ilə  yaxın  doğulmuşdur)  Tarixi  qozide  ("Seçilmiş  tarix")  əsərinin  üçüncü bölməsi 
kimi coğrafi əsərlərdən də istifadə edilmişdir. 
Bu  yazılı  abidələrdəki  materiallar  araşdırılan  dövrdəki  şəhərlərin  ictimai 
quruluşu,  Azərbaycan  Atabəyləri  dövlətində  şəhər  həyatı,  sənətkarlıq  və  ticarət 
haqqında təsəvvür yaratmağa imkan vermişdir. 
Rəsmi  sənəd  və  yazışma  topluları  istifadə  etdiyimiz  mənbələrin  ayrıca  bir 
bölümünü  təşkil  edir.  Bu  mənbələr  üzrə  Azərbaycan  Atabəyləri  dövlətinin  inzibati 
idarə  quruluşunu az-çox  dərəcədə  müəyyənləşdirmək,  idarə orqanlarının səlahiyyətləri, 
                                                                 
1
 Ən-Nəsəvinin əsəri rus dilinə tərcümə edilmişdir. Ədəbiyyat siyahısına bax. 
 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə