Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə4/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   2   3   4   5   6   7   8   9   ...   103


 
xəzinə  vergilərinə  aid  və  sairə  terminlər  haqqında  təsəvvür  əldə  etmək  mü mkündür. 
Sözün yığcam mənasında desək, bizim mövzu üçün bu toplular geniş materiallar vermir, 
ancaq  Ayrı-ayrı  sənədlərdən  araşdırıb  ü zə  ç ıxa rılan  mə lu matlar  Atabəylər 
dövlətindəki inzibati idarənin işi haqqında  mühakimə yürütməyə imkan yaradır.  Bu 
cür sənədlər H.Hortsun Böyük Səlcuqilər və Xarə zmşahların dövlət idarəçiliyinə aid 
əsərində
1
,  O.Turanın
2
  "Türkiyə  Səlcuqlarına  aid  rəsmi  sənədlər"  kitabında  vardır. 
Xarəzmşah  Təkişin  atabəy  Cahan  Pəhləvana göndərdiyi  bir  neçə  məktubun  mətni, 
Təkişin  sarayında  yazış ma  dıvanının  ağası  Bəhaəddin  Məhəmməd  əl-Bağdadinin 
(1192-ci ilə ya xın ö lmüşdür) tərtib etdiyi məc muədə toplanmışdır
3

Biz  tədqiqat  əsərimizə  həmçinin  ədəbi  əsərlərdən  materiallar  da  cəlb 
etmişik.  Bunlar  əsas  etibarilə  yaradıcılıq ları  tədqiq  edilən  dövrə  təsadüf  edən 
şairlərin  qəsidə  və  şeir  parçalarıd ır.  Nizami  Gəncəvi,  Xaqani  Şirvani,  Fələki 
Şirvani  və  başqa  şairlərin  əsərlərində  tarixçi  üçün  mühüm  olan  hadisələ rin 
xatırlan ması,  hökmdarların  fəaliyyətin in  qiymətləndirilməsi  özünə  məxsus  yer 
tutur,  mü xtəlif  vəzifə  titullan  göstərilir,  Ayrı-ayrı  şəxsiyyətlərin  xid məti  və 
saraydakı mövqeyi qeyd edilir. Ancaq təəssüflə qeyd olunmalıd ır ki, Azərbaycanın 
bizi  maraqlandıran  dövrdəki  ədəbiyyat  tarixin in  tədqiqatçıları  şairlərin,  xüsusən 
Xaqani,  Fələki,  Mücirəddin  Beyləqani  kimi  dahilərin  yarad ıcılığını  tarixi  şəraitlə 
bağlı şəkildə hələlik lazımi dərəcədə öyrən məmişlər.  
Biz  XII  əsr  Azərbaycan  tarixin i  araşdırarkən,  erməni  dilində  yazan  yerli 
müəlliflərin,  o  cü mlədən  gəncəli  M xitar  Qoş,  gəncəli  Kirakos,  Vardan  və 
zəngəzurlu  Stepannos  Orbelianın  əsərlərindən,  eləcə  də  gürcü  salnamələrin in 
məlu matlarından geniş istifadə etmişik. 
Hələ  indiyə  kimi,  A zərbaycanın  XI  əsrin  ikinci  yansı  və  XII  əsr  tarixin in 
zəmanəmizə qədər gəlib çatan  mənbələr toplusunun araşdırılması əsasında təqdim 
edilməsinə  təşəbbüs  göstərilmə mişdir.  Orta  əsrləri  öyrənən  Azərbaycan 
tarixçilərinin,  xüsusən  Ə.Ə.Əlizadə  və  R.A.Hüseynovun
4
  Səlcuq  hakimiyyəti 
dövründə  ictimai-iqtisadi  inkişafa  və  bu  dövrün bütünlükdə  Cənubi  Qafqaz  tarixi 
üçün  əhəmiyyətinə  dair  məsələlərin  qoyuluşunda  xid mətləri  qeyd  edilməlidir. 
R.A.Hüseynov  Səlcuq  dövlətinin  tarixinə  aid  ayrı-ayrı  məsələlər  üzrə  bir  sıra 
məqalələr  çap  etdirmiş,  Səlcuqilərin  tarixindən  bəhs  edən  Suriya  mənbələrini  üzə  
çıxarıb, onları tədqiqata cəlb etmişdir. Ancaq adlan çəkilən alimlərin əsərləri, eləcə 
də  başqa  mütəxəssislərin  XI-XII  əsr  Azərbaycan  tarixinə  həsr  edilmiş  əsərlərinin  
tək-tək səhifələri üzrə ölkələrin maraqlandığımız dövrdəki ict imai-iqtisadi və siyasi 
inkişafının əsas cəhətləri haqqında vahid və müəyyən 
 
                                                                 
1
 H.Horst. Die Staatverwaltung der Grosselguyen und Horazmasahs (1038 -1231). Wiesbaden, 1964. 
2
 O.T uran. T ürkiye Selcuklulari hakkinda resmi vesikalar. Ankara, 1958. 
3
 Ал-Багдади. Ат-Тавассул ила-т-тарассул. Изд. Ахмада Бахманйара.Тегеран, 1315. 
4
 Ədəbiyyat siyahısına bax. 


10 
 
dərəcədə tam təsəvvür yaratmaq olmaz. Bundan əlavə, qeyd etmək  lazımdır ki, 
haqqında  danışdığımız  tədqiqatlar  daha  çox  farsdilli  mənbələrə  əsaslandırılmış,  tarix 
mənbələrinin  əsasını  təşkil  edən  ərəbdilli  abidələrin  isə  tərcümələrindən  istifadə 
edilmişdir ki, bunlarm da bəziləri ya dəqiq deyil, ya da yan mçıqd ır.  
Bu mövzu ilə əlaqədar məsələlərə açıq-aydın qeyri-elmi  münasibət bəslənməsi 
hallarına  ötəri  yanaşmaq  olmaz.  Belə  ki,  Ermənistanın  XIII-XIV  əsr  tarixinə  aid 
əsərinin
1
  çox  hissəsini  Ermənistanla  qonşu  ölkələrin  ictimai-iqtisadi  tarixi  üzrə 
tədqiqatçıların,  xüsusən  İ.P.Petruşevski  və  Ə.Əlizadənin  əsərlərindəki  nəticələri 
götürmək  əsasında  yazan  L.O.Babayan  mənbələrin  məlumatlarını  özbaşına 
dəyişdirməyə can atır. 
Müasir ərəb tarixçilərindən  misirli Abd əl-Munim Həsənayenin İran və İraq 
Səlcuqiləri  haqqında,  İraq  alimləri  Hüseyn  Əminin  ("Səlcuqilər  dövründə  İraq 
tarixi"),  Rəşid  əl-Cəmilinin  ("Mosul Atabəyləri dövləti İmadəddin Zəngidən sonra"), 
Suadi Abd Məhəm-məd ər-Ruveyşdinin ("Mosul əmirliyi  Bədrəddin Lülünün hakimiy-
yəti  dövründə")
2
  əsərləri  Səlcuq  dövlətinin  və  Mosul  Atabəyləri  dövlətinin tarixinin 
öyrənilməsinə  həsr  edilmişdir.  Bu  əsərlərdə  xilafətin  Səlcuq  hakimiyyəti  dövründəki 
siyasi tarixi nəzərdən keçirilir, inzibati idarəçiliyə, təhsil sisteminə, şəhər həyatına və 
başqa məsələlərə diqqət verilir. Bütün bunlar bir daha göstərir ki, ərəb ölkələrinin orta 
əsrlər  üzrə  tədqiqatçıları  Səlcuqilərin  hakimiyyəti  dövründəki  məsələlərlə  yaxından 
maraqlan mışlar. 
Biz  tədqiqatımızda  Qərbi  Avropa  şərqşünasların  qeyd  edilən  məsələlərə  aid 
əlimizə  gəlib  çatan  bütün  əsərlərini  nəzərə  almışıq.  Bu  tədqiqatlar  içərisində  Klod 
Kaenin  həmin  dövrün  sosial  münasibətlərinə  və  Səlcuqilərin  tarixşünaslığına, 
E.Le mbtonun  inzibati  quruluşa  və  müxtəlif  təbəqələrin  mövqeyinə,  H.Horstun 
Səlcuqilər  və  Xarəzmşahlar  dövründə  idarəçiliyin  və  kargüzarlığın  təşkilinə, 
V.F.Minorskinin  mənbəşünaslığa  aid  əsərləri,  o  cümlədən  kollektiv  yazılmış  əsərlər, 
birinci  növbədə  İranm  "Ke mbric  tarixi"  (V  cild)  daha  mühüm  və  əhə miyyətli 
tədqiqatlardır.  
Bır sıra orta əsr tarix əsərlə rin i türk dilinə çevirən, Səlcuq dövlətinin tarixi 
ilə bağlı  mü xtəlif  məsələlərə aid ço xlu  monoqrafiya və  məqalələr çap etdirən türk 
alimləri  Səlcuq  dövrü  tarixinin  hərtərəfli  öyrənilməsinə  kö mək  göstərən  böyük 
işlər  görmüşlər.  Xüsusən,  O.Turanın  Ru m  səlcuqilərin in  tarixinə,  M .A.Key menin  
"Böyük" Səlcuq sultanlarının hakimiyyəti haqqında, İ.Kafəsoğlunun Xarəzmşahlar 
tarixinə aid əsərlərində və başqa yazılarda zəngin tarixi mə lu matlar verilmişdir. 
Monoqrafiyanın  müəllifi  belə  hesab  edir  ki,  əsərdə  çatışmazlıq  nəzərə  
çarpmır  və  o,  Azərbaycan  Atabəyləri  dövlətinin  tarixi  ilə  bağlı  olan  bütün 
sorğulara cavab verə bilir.  Başqa məsələlərlə  müqayisədə siyasi hadisələr tarixinin  
                                                                 
1
Л.О.Бабаян.Социально-экономическая и политическая истории Армении в
 
XIII-XIV 
BB
.
 
M., 
1969. 
2
 Ədəbiyyat siyahısına bax. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə