Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə5/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   2   3   4   5   6   7   8   9   ...   103

11 
 
əsərdə  daha  geniş  işıqlandırılması  həm  də  onunla  bağlıdır  ki,  A zərbaycan 
Atabəyləri  hakimiyyət  uğrunda  gedən  kəskin  mübarizə  şəraitində  fəaliyyət 
göstərmiş,  onların  qonşu  dövlətlər  və  vassal  hakimlərlə  münasibətləri  hadisələrin  
mürəkkəbliyi və siyasi şəraitin tez-tez dəyişməsi  ilə fərqlən mişdir.  Həm də nəzərə 
alın malıdır  ki,  araşdırdığ ımız  bu  mövzuya  dair  hələlik  bu  və  ya başqa bir  şəkildə 
tədqiqat işlənilməmişdir. 
Müəllif,  orta  əsr  xilafət  tarixin in  mü xtəlif  sahələri  və  bəndləri  ü zrə  iş 
prosesində,  ərəbdilli  mənbələrin  rus  dilinə  tərcüməsində,  Azərbaycan  və  onunla 
qonşu  ölkələrin  orta  əsr  tarixində  yeni  cəhətlərin  tədqiqi  zamanı  meydana  çıxan 
çoxlu  mürəkkəb  problemlərin  aradan  birgə  qaldırılmasında  ona  müntəzəm  kö mək 
göstərmiş  həmkarı  V.M.Beylisə,  öyrənilən  dövrdəki  pul  dövriyyəsinə  aid  faydalı 
materiallar təqdim edən Əli  Rəcəbliyə, əsərə lazım o lan  xəritələrin hazırlan masına 
kö mək  edən  V.A.Vandrovskiyə  və  məsləhətlərinə  görə  Məmməd  Abdullahiyə 
təşəkkürünü bildirmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
I FƏSĠL 
AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN 
YARANMAS I ƏRƏFƏSĠNDƏ SƏLCUQ 
ĠMPERĠYAS INDA SĠYAS Ġ ġƏRAĠT 
 
Sultan  Məlik  şahın  ölümündən sonra  (1092)  qızışan  ara  müharibələrinin on 
ildən  artıq  sürən  dövrü  Səlcuq  dövlətinin  tənəzzülünün  başlanğıc  anı  sayılır.  Bu 
nəhəng dövlət birliyinin  tənəzzülünü təkcə   siyasi  hadisələr  deyil,  həmçinin  sosial 
xarakterli  səbəblər  şərtləndirirdi.  Tədqiqatçılar  Səlcuq  hərbi  qüwələrinin  özəyini 
təşkil  edən türkmənlər  arasında  qayda  və  intizamların  olmamasını,  böyük  işğalların 
qurtarmasını,  ismaililər  hərəkatının  törətdiyi  təhlükəni,  sultan tacı  uğrunda  hakim 
sülalənin nümayəndələri arasında gedən qızğın  mübarizə ilə bağh ara müharibələrini 
siyasi  səbəblər  kimi  qeyd  edirlər
1
.  İkinciyə  -  sosial  səbəblərə  isə  iqta  sahibləri 
tərəfındən kəndli kütlələrinin istismarın ın güclənməsini və vergilərin artırılması ilə 
                                                                 
1
 C.L.Cahen. Pre-Ottoman T urkey, p.48. 


12 
 
əlaqədar şəhər sənətkarlarının vəziyyətinin pisləşməsini aid edirlər
1
. Bunlardan əlavə, 
hakim sinfin müxtəlif təbəqələri, xüsusən türk hərbi əyanları ilə yerli  məmur əyanları, 
əsasən  İran  mənşəli  əyanlar  arasında  ziddiyyətlərin  kəskinləşməsi  də  tənəzzülün 
gedişinə təsir göstərmişdi
2

Məlik  şah  və  imperiyanın  inzibati  idarəsinə  otuz  il  başçılıq  etmiş  görkəmli 
vəzir  Nizam  əl-Mülkün  ölümündən  sonra  vahid  Səlcuq  dövləti  parçalanmağa 
başladı.  Suriya səlcuqiləri (1078-1117),  Kirman səlcuqiləri  (1041-1187)  və  Anadolu 
səlcuqiləri  (1077-1307)  Böyük  Sultanın  mərkəzi  hakimiyyətindən  asılı  olmayaraq 
davranmağa başlamış, imperiyanın əsas əraziləri olan İraq, Xorasan və Cənubi Qaf-
qazda  isə  ali  Sultanın  taxtı  uğrunda  mübarizə  gedirdi.  Məlik  şahın  kiçik  oğlu, 
Azərbaycan  və  Arranın  hakimi  Məhəmməd  Təpər  böyük  qardaşı  Sultan 
Börkiyarığa  (1094-1104)  qarşı  çıxdı.  Məhəmməd  əpəri  Xorasana  yiyələnmiş 
doğma  qardaşı  Səncər  və  bir  sıra  görkəmli  əmirlər  müdafıə  edirdilər.  Buna 
baxmayaraq,  Börkiyanq  1101-ci  ilin  noyabrında  Həmədan  yanındakı  döyüşdə 
ona  qalib  gəldi.  Bu  hadisələrdən  sonra  imperiya  xəlifə  əl-Müstəzhirin  (1094-
1118)  iştirakı  ilə  rəsmi surətdə bölündü. Məhəmməd Təpər Azərbaycan, Cəzirə 
və  Diyarbəkrin  hakimi  yerində  qaldı,  Səncər  Xorasan  məliki,  Börkiyanq  isə 
sultan elan edildi. 
Bir  müddətdən sonra Məhəmməd Təpər yenidən ordu toplayıb  Börkiyanğa 
qarşı  çıxdı,  ancaq  Xoy  ətrafında  məğlub  oldu.  Buna  bax-mayaraq,  Börkiyarıq, 
Məhəmməd  Təpəri  Azərbaycanın  (Səfıdrud  çayına  qədər),  Qafqaz  və  Suriyanm 
sultanı  kimi  tanımağa  məcbur  oldu.  1104-cü  ildən  bu  ölkələrdə  yalnız  Təpərin  
adına xütbə o xunmağa başlandı
3

1104-cü ilin dekabrında Börkiyanq öldü və Məhəmməd Təpər bütün Səlcuq 
imperiyasının sultanı kimi tanındı
4
. Qərbi İran, Azərbaycan və İraq onun bilavasitə 
hakimiyyəti altında id i.  Xorasanı isə Səncər canişin  kimi  idarə edird i. Məhəmməd  
Təpərin ölü mündən (1118) sonra taxt-tac uğrunda mübarizə yenidən qızışdı. 
Məhəmməd Təpər ölü mündən bir az əvvəl oğlu Mahmudu öz vəliəhdi təyin 
etmişdi.  Əmirlər  on  dörd  yaşlı  yeni  sultana  and  içdilər,  xəlifə  Müstəzhir 
Mahmudun  sultanlıq  hüququnu  tanıdı  və  Bağdadda  onun  adına  xütbə  o xun mağa 
başlandı
5
.  Ancaq  yeni  sultanın  qardaşları,  onun  seçilməsindən  narazı  qalan 
əmirlərin  təhriki  ilə  dövlətdə  ali  hakimiyyətə  iddiada  olduqlarını  bildird ilər. 
Şahzadə Məsudun atabəyi Ay-Apa Cuyuş bəy Sultana heyət göndərib tələb etdi ki, 
                                                                 
1
 Н.Н.Шенгиля. Сельджуки и Грузия в 

XI 
B
.,
 СТР
.330-332, 397-398. 
2
 Л.В.Строева.Движение исмаилитов в Исфахане в 

1100-1107 rr., CTp.73 
3
  Bu  hadisələr  haqqında  geniş məlumat  üçün  bax:  İbn  əl-Cövzi,  IX,  səh.  104  və    b.;  əl-Bundari, 
səh.83-88;  əl-Hüseyni,  vər.43a  və  s.;  Ravəndi,  səh.139-151;  İbn  əl-Kalanisi,  səh.151;  İbn  əl-Əsir, 
VIII, səh.485-494-cü hicri illərinin hadisələri; Бар Эрбей, XI, səh.334 və s.; II, səh.340-343. 
4
 Əl-Bundari, səh. 89-90; İbn əl-Cövzi, IX, səh.138, 141-143; Mucməl ət-tavarix,səh.140. 
5
 İbn əl-Əsir, VIII, səh.280; İbn əl-Cövzi, IX, səh.196; əl-Hüseyni, vər.54a; İbn Xaldun, V, səh.95. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə