Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə6/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   2   3   4   5   6   7   8   9   ...   103

13 
 
şahzadənin vərəsəlik payını  müəyyənləşdirsin, Sultan da Azərbaycanı Məsuda  iqta 
payı verdi
1

 
 
Zəncan əyalətinin, Savə və Avənin vaxtilə atası tərəfindən  varisi təyin edilən 
Toğrul  da  1119-cu  ilin  avqustunda  qardaşı  Sultan  Mahmuda  qarşı  çıxdı.  Mahmud 
yeni  iqta  torpağı,  pul  və  hədiyyələrlə  Toğrulu  və  onun  atabəyi  Şirgiri  ələ  a lmağa 
çalışdı.  On  yaşlı    Toğrul Şirgirin təsiri altında öz böyük qardaşının təklifindən imtina  
edib, ona qarşı hücuma başladı, ancaq döyüşdə tezliklə uduzaraq   Gəncəyə qaçdı
2

Mahmud, demək olar ki, bürün hakimiyyəti boyu dövlətdə birinciliyi qazanmaq 
iddiasında olan qardaşlarına qarşı mübarizə aparmaq  məcburiyyətində qalmışdı. Ancaq 
Mahmud  üçün  əsas  qorxunu  Məhəmməd  Təpərin  ölümündən  sonra  Səlcuq  nəslinin 
böyüyü sayılan,  səkkizinci və həm də sonuncu "böyük" Səlcuq sultanı əmisi Səncər 
törədirdi.  Səncər  Məhəmməd Təpərin  vəsiyyətinə baxmayaraq,  Şərqi    İraq  torpaqlarına 
yiyələnmiş və öz üzərində yeni sultanın hakimiyyətini tanımırdı. Mahmud öz elçiləri 
Şərəfəddin Ənuşirvan ibn Xalid və Fəxrəddin Toğan Yürəki belə bir tələblə göndərdi 
ki,  Səncər  Mazandaran  əyalətindən  qoşunlarını  çıxartsın  və  hər  il  sultan  xəzinəsinə 
200  min  dinar  xərac  versin.  Ancaq  Səncər  elçilərə  bildirdi:  "Mənim  qardaşım  oğlu 
uşaqdır  və  ona  vəzir  və  hacib  rəhbərlik  edir!"  Bu  cavabdan  sonra  o,  qoşunlarını 
Mahmuda qarşı göndərdi. 
Hic ri  513-cü  il  cumad  əl-əvvəl  ayının  2-də  (11  avqust  1119)  Savə şəhəri 
yaxınlığında  əmi  ilə  qardaşoğlu  arasında  ağır  döyüş  baş  verdi.  Səncərin  20  min 
Xorasan döyüşçüsü və 40 fili olduğu halda, Mahmudun yalnız 10  min atlısı var idi. 
Döyüşdən  əvvəl  Mahmud  Məhəmməd  Təpərin  vəsiyyətini  Səncərin  yadına 
salmaqla, onu itaətə gətirməyə çalışdı. Vəsiyyətnamədə tam qətiyyətlə qeyd edilirdi 
ki,  Səncər  dövlətin  möhkəmlənməsinə  və  sarsılmazlığ ına  yardım  göstərəcək  və 
Sultan Mahmuda tabe olacaqdır. Ancaq Səncər bu  tələbi rədd edərək, döyüşə girdi 
və  qələbə  çaldı
3
.  Səncərin  qələbəsi  Xəlifə  əl-Müstərşid  (1118-1135)  üçün  bir  işarə 
oldu, o, həmin andan Mahmudun adının xütbələrdə çəkilməsini dayandırdı. 
Hicri 513-cü ilin şəban ayında (noyabr, 1119) danışıqlar nəticəsində Mahmud, 
Səncərin  ali  hakimiyyətini  tanıdı.  Səncər  də  öz  növbəsində  Mahmudu  bütün 
Səlcuqilər  taxt-tacının  vəliəhdi  təyin  edib,  hakimiyyəti  altında  olan  torpaqlarda 
özündən  sonra  Mahmudun  admm  xütbələrdə  çəkilməsini  əmr  etdi.  Səncər  bu 
göstərişini  xəlifəyə də çatdırdı.  Hicri  514-cü ilin  məhərrə m ayından (aprel,  1120) 
Bağdadda  "ən  böyük  sultan  və  sultanlar  sultanı"  Səncərin  ("sultan -əl-əzəm  və 
sultan  əs-salatin"),  "böyük  sultan  və  sultanlar  ağası"  Mahmudun  ("sultan  əl-
müəzzəm  və  seyyid  əs-salatin")  adına  xütbə  oxun mağa  başlandı.  Hər  iki  sultan 
                                                                 
1
 İbn əl-Əsir, VIII, səh.283; İbn Xaldun, V, səh.98-99.
 
2
 İbn əl-Əsir, VIII, səh. 285-286; İbn Xaldun, V, səh.98-99. 
 
3
 İbn əl-Əsir. VIII, səh. 286-287; İbn əl-Cövzi, IX, səh. 205; Ravəndi, səh.164-165, 197. 


14 
 
şahənşah adlandırıldı
1
. Xorasandan Anadolu və Suriyayadək uzanan torpaqlar, o 
cümlədən  Həmədan,  İsfahan,  Cibəl,  Kirman,  Fars,  Xuzistan,  İraq,  A zərbaycan, 
Cəzirə, Diyar-Mudar, Diyar-Rəb iu, Şam və Ru m Sultan Mahmudun iqtası oldu
2

Səncərlə Mahmud arasındakı  ixtilafın sonu və vəliəhdə düşən iqta haqqında 
əmrin  verilməsi  Səncərə  tabeliy ini  b ild irən  Mahmudun  hakimiyyəti  altında  İraq 
Səlcuq sultanlığın ın yaran masının başlanğıcı sayılmalıd ır.  
Ancaq  Səncər  gələcəkdə  Mahmud  tərəfındən  gözlənilən  hər  hansı  bir 
hücumdan  qorunmaq  üçün  Mahmudun  qardaşları  Toğrul  və  Səlcuq  şaha  da  iqta 
torpaqları  verdi;  Cibəl  v ilayətin in  şərq  hissəsi,  Qəzv in,  Zəncan,  Deyləm  və  Cilan 
Toğrula, Fars, İsfahanın və Xu zistanın bəzi hissələri Səlcuq şaha verildi.  Bununla 
da Səncər özü ilə Mah mud arasında bir növ sərhəd maneələri yaratmış oldu
3

Mahmudun  üçüncü  qardaşı  Məsudun  da  idarəsinə  müəyyən  əyalətlər 
ayrılmışdı. 
Qeyd etməliyik  ki, bu hadisələrin bilavasitə şahidi olan,  mü xtəlif vaxtlarda 
Sultan  Mahmudun  və  xəlifə  Müstərşidin  vəziri  işləyən  görkəmli  siyasi  xad im 
Ənuşirvan  ibn  Xalid  öz  xatirələrində  İraq  Sə lcuq  sultanlığının  yaran masına  səbəb 
olan bu dolaşıq siyasi şəraiti hərtərəfli təsvir etmişdir. Əlbəttə, onu da deməliyik ki, 
o, vaxtilə təkcə sultan Məhəmməd Təpərin hakimiyyəti altında olan ərazidən indi  - 
Mahmud  dövründə  bir  hissəsinin  Səncərin  əlinə  keçdiy i,  bir  hissəsinin  Səlcuq 
şahzadələrinə  (məliklərinə)  verild iyi,  ya  da  bir  q isminin  Səlcuqilərdən  aralanan 
hakimlərin əlinə keçdiy i şəraitin səbəblərini aydınlaşdırmamışdır. Ənuşirvan ibn Xalid 
yalnız kədərlə heyfsilənir: "Sultan Məhəmməd [Təpərin] idarəsi dövründə vahid  olan 
və kimsənin göz dikmədiyi bir  dövlət,  indi, onun oğlu Mahmuda  çatanda, parçalandı və 
viran oldu"
4

Yeni sultanlığın başında duran Mahmud ibn Məhəmməd sahibi sayıldığı ölkələri 
belə, istədiyi kimi idarə edə bilmirdi. Belə ki, Səncər Mahmudun gəncliyindən və eyni 
zamanda  ondan  asılılığından  istifadə  edərək,  öz  əmri  ilə  Kəmal  əl-Mülk  əs-
Sümeyrəmin i ona vəzir, əmir Əli Ban onun ordularına baş komandan, Əbül Qasim Dər-
kazini tuğra və inşa divanına başçı təyin etdi
5
. Səncər hicri 513-cü ildə  (14.04.1119-
01.04.1120) Mahmudun 1117-ci  ildə vəzifədən çıxardığı Mücəhidəddin Bəhruzu öz 
yerinə  qaytarıb,  Bağdadın  şihnəsi  təyin  etdi  və  Mahmudun  qabaqlar  vəzifədən 
götürdüyü başqa  iri  məmurlan  da öz  vəzifələrinə  qaytardı.  Səncərin  Mahmuda  qalib 
gəlib, onu özünə tabe etdirməsi göstərdi ki, real hərbi və siyasi güc, keçmişlərdə olduğu 
                                                                 
1
  İbn  əl-Əsir,  VII,  səh.286-287; İbn əl-Cövzi, IX,  səh.205;  Ravəndi,  səh.164-165;  İbn  Xaldun,  V, 
səh.101. 
2
 
 
İbn  əl-Əsir,  VIII,  səh.  288;  İbn  əl-Cövzi,  IX,  səh.216;  əl-Bundari,  səh.128-129;  İbn  əl-Əsir, 
Atabəylər, səh.21; İbn əl-Əsir burada qeyd edilir ki, sultan Səncərin bu haqda olan əmrini (mənşur) 
o, özü görmüşdür. 
3
 Əl-Bundari, səh.134; əl-Hüseyni, vər.50b; Nişapuri, səh.90. 
 
4
 Əl-Bundari, səh.134. 
5
 İbn əl-Əsir, VIII, səh.291; əl-Bundari, səh.129. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə