Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə7/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   2   3   4   5   6   7   8   9   10   ...   103

15 
 
kimi, ali hakimiyyətin atadan oğula keçməsində əsas rol oynayan vərəsəlik qaydalarına 
nisbətən daha hakim qüvvəyə malik idi. 
Məhəmməd  Təpərin  vəsiyyətinə  görə  Səncər qardaşı  oğlu  Sultan  Mahmuda 
tabe olmalı  idisə, əslində o, İraq sultanlığının hamisi oldu.  Mahmud  isə  ondan  asılı 
vəziyyətə düşdü. 
Səncərlə  Mahmudun  birlikdə  kəsdirdiyi  metal  pullardan  bir  neçəsi  zəmanəmizə 
qədər gəlib çatmışdır. Onların üzərində birinci Səncərin adı həkk olunmuş, Mahmud isə 
vəliəhdi  adlandırılmışdır.  Bu  pullarda  hicri  tarixlə  513  və  514-cü  illər  yazılmışdır. 
Onların  üz  tərəfində  xəlifə  əl-Müstərşidin  adı  və  ləqəbi  basılmış,  arxasında  isə 
"Muizz  əd-Dünya  vəd-Din  Səncər  və  onun  vəliəhdi  Muğis  əd -Dünya  vəd-Din 
Mahmud" həkk edilmişdir. Bu, Səncərin ali sultanlığını bir daha təsdiqləyir
1

Bu dövrdə Azərbaycan və Mosula iqta pay torpağı kimi yiyələnən Məsud hicri 
514-cü  ilin  rəbi  üləvvəl  ayında  (iyun,  1120)  qardaşı  Mahmuda qarşı  çıxdı.  Məsudun 
atabəyi Cuyuş bəy Hillə əyalətinin 
 
   
                                                                 
1
 St.Lane Poole, pp.40-42. Hər iki qızıl dinar Səncərin hərbi zərbxanasında kəsilmişdir. 519(1125)-
cu ildən sonra Mahmudun kəsdirdiyi pullarda biz bu cür tabeçiliyi görmürük. 
 


16 
 
hakimi  Seyfəddin  Dübeysin  fitnəsinə  uyaraq  Məsudu  tabe  olma mağa   və 
İraq  sultanlığının  tacı  uğrunda  mübarizəyə  başlamağa  sövq  etdi.  Mahmud  azyaşlı 
kiçik  qardaşı  Məsudu  itaətə  çağırdısa  da,  Məsud  bundan  imtina  etdi.  Dübeyslə 
Cuyuş bəy isə Mahmudun adının xü-bələrdə çəkilməsin i qadağan etdilər. 
Əsədabad ətrafındakı döyüşdə Məsudun orduları darmadağın edildi, ö zü isə 
atabəyinin  istəyinə  zidd  gedərək,  qardaşı  Mah mudun  tərəfınə  keçdi.  Mahmud  
qardaşının bir neçə məsləhətçisini, o cü mlədən onun vəziri, tanın mış şair Tuğrayin i 
edam  etdird i,  ancaq  Məsudun  iqta  torpaqlarına  toxun mayıb,  onun  adına  Mosul, 
Cəzirə  və  Azərbaycanda  xütbələr  o xun masına  əmr  verd i
1
.  Bundan  başqa,  iki  il 
sonra - hicri 515-c i  il şəban ayının 24-də (7 noyabr 1121-ci il) Su ltan Mahmudun 
şərəfınə  xəlifən in  düzəltdiyi  qəbulda  şahzadə  Məsud  da  iştirak  etmişdi.  Belə 
görünür  ki,  Sultan  Mahmud  qardaşının  yeni  qiyamından  təhlükəsizliyin i  təmin  
etmək  üçün onu  yanmda  saxlay ırdı
2
.  Xəlifə  bu  qəbulda  Mahmudu  fəxri  geyimlər, 
qılınc,  pul  və  s.  ilə  təltif  etdi,  Məsuda  isə  heç  nə  vermədi,  çünki  Xəlifə  onu 
müstəqil hakim deyil, sultan m təbəəsi hesab etmişdi
3

Məsudun  qiyamı  ilə  bağlı  hadisələr  təzəcə  qurtarmışdı  ki,  Sultan  Mahmud 
yeni bir təhlükəni a radan götürmək  məcburiyyətində qaldı. Hic ri  514  (02.04.1120-
21.03.1121)-cü  ildə  gürcü  qoşunları  çar  IV  Dav idin  (1089-1125)  başçılığı  alt ında 
Mahmuda  tabe  torpaqlara  soxuldular.  Gürcü lərlə  qonşu  tayfalar  və  o  cümlədən 
qıpçaqlar David in  müttəfıqləri  idi. Müsəlman hakimləri Arran və Naxçıvan hakimi 
şahzadə  Toğrulun  başçılığı  altında  30  minlik  ordu  ilə  gürcülərə  qarşı  çıxdılar
4

Tiflis  yaxın lığ ındakı  döyüşdə  müsəlman  qoşunları  əzildi  və  onlardan  dörd  min  
döyüşçü əsir alındı.  Gürcü lər Tiflisi  mühasirəyə aldılar və bir  ildən sonra onu işğal 
etdilər
5
.  "Bu  za man  Georg inin  oğlu  İveri  çarı  David  qüvvətləndi.  O,  parslardan 
Tepxisi  qopartdı,  müslimanlara,  Kandtsak  (Gəncə)  sultanına  ağır  zərbə  endirdi  və 
tərksilah ed ilmiş beş yüz adamı Tep xis şəhərində dar ağacından asdı"
6

Məğlubiyyətə  uğramış  Toğrul  əsir  düşməkdən  qurtularaq,  Gənəyə  sığındı. 
Toğrulun  məğlubiyyət  xəbəri  Həmədanda  sultan  Mahmuda  çatdı.  O,  hicri  515 -ci 
ilin  ra mazan  ayında  (13.11.-12.12.1121)  öz  o rdusu  ilə  gürcülərə  qarşı  çıxd ı  və 
Təbrizə  çatıb  ordusunu  Gəncəyə  göndərdi.  Orada  yerləşən  Toğrul  isə  Mahmudun 
sultanlıq  hüququnu  tanımırd ı.  Ancaq  indi  o,  ö z  vəziyyətinin  çıxılmaz,  iddiasın ın 
ümidsiz o lduğunu görüb hicri 516-cı  il  məhərrəm ayın ın 6-da (27.03.1122)  Sultan 
Mahmuda beyət etdi. 
                                                                 
1
  İbn  əl-Əsir,  VIII,  səh.291-293;  Yenə  də  onun:  "Atabəylər"  əsəri,  səh.22-23;İbn  əl-Cövzi;  IX, 
səh.225; əl-Bundari, səh.133-134; əl-Hüseyni, vər.54b. 
2
 Əl-Bundari, səh.132; İbn əl-Cövzi, IX, səh.225. 
3
 İbn-əl Əsir, VIII, səh.405. 
4
 Yenə orada. 
5
 Əl-Umari, səh.93; İbn Xaldun, V, səh.104-105; Histoire de la Georgie, I, səh.366. 
6
 Vardan, səh.146; həmçinin bax: İbn əl-Kalanisi (əl-Fariqi), səh.205. 
 


17 
 
Mahmud  qardaşları  Toğrul  və  Məsudla  münasibətləri  yoluna  qoymaqda 
ikən, hicri 617  (01.03.1123-18.02.1124)-ci  ildə gürcülər  Şirvana hücum ed ib, onu 
başdan-başa  dağıtdılar.  Şirvan m  bir  neçə  əmiri  Sultan  Mahmudun  yanına  gəlib, 
Şirvanşah  III  Mənuçöhrün  (1120-ci  ildən  1160-cı  ilədək)  fəaliyyətsizliyindən, 
gürcülərin tə zyiqindən ona şikayət etdilər və sultana "özlərinin  zəifliy ini, öz ölkə-
lərini  qoru mağa  imkanları  o lmadığ ını"  bildirdilər.  Əmirlər  yazırdılar:  "Şirvanda 
yaşayanlar  sultan  bayrağını  gözləy irlər.  Məlik  Şirvanşah  (yəni  Mənuçöhr  -  Z.B.) 
mühasirədədir  və  onun  çıxış  yolu  yoxdur.  Əgər  siz  xəzinələrə  yiyələn mək, 
dəfınələr  əldə  etmək  və  ölkələr  idarə  etmək  istəyirsinizsə,  onda  [atlarınızın] 
yedəklərini  Şirvana  tərəf  çevirin"
1
.  Bu,  Su ltan  Mahmudun  Şirvana  yürüşə 
başlamaq qərarını bir daha möhkəmləndirdi.  
Bu  zaman  30  min lik  gürcü  qoşunu  Şirvana  talançılıq  hücumunu  başa 
çatdırıb Şamaxıya yaxın laşdı və Mahmudun ordusu ilə ü zləşdi. İbn əl-Əsir yazır ki, 
sultanın əsgərləri qorxuya düşmüşdü və onun vəziri Şəms əl-Mülk  Osman sultana 
məsləhət  gördü  ki,  Şirvandan  geri  çəkilsin.  Ancaq  gürcülərlə  Sultan  Mahmudun 
ordusu  arasında  həlledici  döyüş  baş  verməd i,  çünki  gürcülərlə  müttəfiqləri 
qıpçaqlar  arasında  yaranan  ixtilaf  silahlı  toqquşmaya  gətirib  çıxardı.  Bu,  müha -
ribənin  nəticəsini  Sultan  Mah mudun  xeyrinə  həll  etdi.  Şirvanşah sultanın  yanına 
gəldi.  Əl-Bundarin in  sözünə  inansaq,  o,  heç  bir  itaətsizlik  əlaməti  göstərmədi, 
ancaq  40  min  dinar  xəracı  ödəmədiy inə  görə,  sultan  tərəfindən  dustaq  edildi
2

Gü rcü  qoşunlarının  talan  etdiyi  Şirvandan  isə  vergi  yığ maq  mü mkün  deyild i. 
Sultan  Mahmud  Şirvanda  öz  hakimiyyətini  möhkəmləndirməyə  çalışaraq,  uzun 
müddət  Şamaxıda  qaldı  və  yalnız  hicri  517-ci  il  cu mad  əs-sənidə  (27.07.-
4.08.1123)  İsfahana qayıtdı
3
. Aydın oldu ki, pul gəlirinin bir hissəsi vəzir Şəms əl-
Mülk Osman tərəfindən mən imsənilmişdir. Bunun üstündə sultan onun Beyləqanda 
edamı haqqında əmr verd i
4

Mahmudun Şirvanda olmasından istifadə edən şahzadə Toğrul yenidən ona 
qarşı  çıxdı.  Böyük  Sultan  Səncər  özünün  təyin  etdiyi  vəzir  Şəms  əl-Mülkün 
edamına  görə  Mahmuddan  narazı  id i.  Buna  görə  də  Toğrul  Səncərin  ona  yardım 
edəcəyinə  ümid  bəsləyirdi,  ancaq  istədiyinə  çata  bilməyib,  ordusunu  İraqdan 
çıxarmalı oldu. 
Hic ri  520-ci  ilin  rəcəbində  (avqust,  1126)  xə lifə  əl-Müstərşid  Sultan 
Mahmudun  canişini  Yürün  Quş  Zəkəvini  Bağdaddan  qovdu.  Əgər  bu  vaxta  kimi 
Xəlifə sultanın canişinə heç bir şeydə etiraz edə b ilmirdisə də,  indi o, Mahmudun 
öz  qardaşları  ilə  mübarizəyə  başının  qarış masından  istifadə  edərək,  vəziri  İbn 
                                                                 
1
 Əl-Bundari, səh.139-140; İbn əl-Əsir, VIII, səh.313. 
2
 Yenə orada. 
3
 Əl-Bundari, səh.140; İbn əl-Əsir, VIII, səh.313. 
4
Əl-Bundari, səh.141; İbnəl-Kalanisi.  
(Əl-Fariqi), səh.205; İbn Xaldun,V,səh.110-111. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə